türkləri sözü azərbaycan dilində

türkləri

Yazılış

  • türkləri • 83.3683%
  • Türkləri • 16.4920%
  • TÜRKLƏRİ • 0.1398%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Almaniya türkləri
Almaniyadakı türklər Türkiyədən köçüb Almaniyaya yerləşmiş türklərdir. Almaniyadakı türklər, geniş tərifi ilə Almaniyada doğulmuş türkləri əhatə edir. İlkcə almanlar olaraq təyin olunan qrup bu gün mənfi məna daşıyan bu sifəti qəbul etmir. Qürbətçilərin tərifi isə yaşadıqları ölkədə daimi sakin olmuş, müxtəlif peşələrlə məşğul olan və bəziləri də ölkə vətəndaşı olmuş yeni nəsil türkləri tam ifadə etmir. yaşayırlar. Son 40 ildə Türkiyədən Almaniyaya təxminən üç milyon insan köç edib. Almaniyadakı əcnəbilərə ilk növbədə almanca yad(xarici) qonaq işçilər (Gastarbeiter) deyilir. Alman toplumu Almaniyaya İşçi alımı ilə gələn insanlara yalnız iş üçün gələn qonaq kimi baxırdı. Bu gün qloballaşmanın təsiri və buna uyğun olaraq sosial anlayışın inkişafı ilə onları “yad vətəndaşlar” (Ausländische Mitbürger) adlandırırlar.
Hun türkləri
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Hunza türkləri
Hunzalar və ya Hunza türkləri — Pakistanda əslən hun türklərindən olan azsaylı xalq. == Ümumi məlumat == Soyları hun türklərindən gələn hunzalar əsasən Pakistan və Hindistanın sərhədində məskunlaşıblar. Bir çox maraqlı xüsusiyyətləri olan hunzalar elm adamlarının araşdırma mərkəzindədirlər. Belə ki, hunza türklərinin ortalama ömür müddəti 110-120 il arasında dəyişir. Müsəlman olan bu xalq üçün orta yaş dövrü 65 sayılır. Hətta qadınlar 65-70 yaşında belə ana ola bilirlər. Hunza türklərinin digər maraqlı xüsusiyyəti isə onlarda xərçəng xəstəliyinə heç vaxt rast gəlinməməsidir. Bu türklərdə eyni zamanda, indiyə qədər digər xəstəliklər də müşahidə olunmayıb. Buna səbəb kimi onların dənizdən 6 min metr hündürlükdə, bol oksigen olan bir bölgədə məskunlaşmaları göstərilir. Elm adamları hesab edirlər ki, hunzaların buz kimi su içib, öz əkdikləri məhsullardan yemələri onların sağlam qalmasını təmin edir.
Həmədan türkləri
Həmədan ostanının türkləri — İran İslam Respublikasında yaşayan Türk millətinin bir qismidir. Kompakt halda (Bahar şəhristanı, Rəzən şəhristanı, Kəbudər Ahəng şəhristanı, Famenin şəhristanı və Dərgəzin şəhristanı)nda və qismən (Həmədan şəhristanı, Əsədabad şəhristanı və Məlayer şəhristanı)nda yaşayırlar. Danışdıqları dil Azərbaycan dilidir. Həmədan ostanının 980 kəndinən 562 kəndində türklər yaşayılar. == Əhali == İranda rəsmi və qeyri-rəsmi statistikaya görə, Azərbaycan türkləri Həmədan ostanının 58.90%-ni təşkil edirlər. Yəni bu ostanın 1.758.268 nəfər əhalisinin 1.036 milyonu Azərbaycan türkləridir.
Kipr türkləri
Kipr türkləri və ya Kiprli türklər — Kipr adasında yaşayan türklərin mənşəyi, Osmanlı İmperiyasının 1571-ci ildəki Kipr adasını ələ keçirməsindən sonra, Anadoludan Kiprə köç etdirilən türklərdir. 1974-ci ildə Türkiyə Silahlı Qüvvələrinin adaya müdaxiləsi ilə ada ikiyə bölünmüşdür. Hal-hazırda Kipr türklərinin əksəriyyəti Şimali Kipr Türk Respublikasında yaşayır. 1975-ci ildən sonra Anadoludan gələn köçkün türklər də Kipr türkü tərifinə daxil olmuşdur. Osmanlı hakimiyyəti dövründə dinini dəyişdirib türkləşən yunanlardan başqa Kipr türklərinin, etnik mənsubiyyət baxımından Anadolu türklərindən çox da fərqi yoxdur.
Mesxeti türkləri
Axısqa türkləri, həmçinin türk axısqalılar, Mesxeti türkləri və ya türk mesxetililər (türk. Ahıska Türkleri; gürc. მესხეთის თურქები Meskhetis turk'ebi) — əvvəllər Gürcüstanın Mesxetiya regionunda, Türkiyə ilə sərhəddə yaşayan etnik Anadolu türklərinin alt qrupu. Türk tayfaları hələ XI–XII əsrlərdə bölgədə məskunlaşmışdı, lakin Mesxetiyada türk varlığı 1578-ci ildə Osmanlı hərbi yürüşü ilə başlamışdır. İndiki dövrdə Axısqa türkləri İkinci Dünya müharibəsi zamanı məcburi deportasiyalara görə keçmiş Sovet İttifaqının hər yerində (həmçinin Türkiyə və ABŞ-də) geniş yayılmışdır. O zaman Sovet İttifaqı Türkiyəyə qarşı təzyiq kampaniyası başlatmağa hazırlaşırdı və İosif Stalin Mesxetiyada sovet niyyətlərinə düşmən ola biləcək strateji türk əhalisini təmizləmək istəyirdi. 1944-cü ildə Axısqa türkləri Türkiyə sərhədindən türkiyəlilər ilə əməkdaşlıq edərək qaçaqmalçılıq, quldurluq və casusluqda ittiham olunurdular. 1944-cü ildə İosif Stalin tərəfindən Gürcüstandan qovulmuş Axısqa türkləri deportasiyadan əvvəl və sonra diskriminasiya, insan hüquqlarının pozuntuları ilə üzləşmişlər. Təxminən 115,000 Axısqa türkü Mərkəzi Asiyaya deportasiya edilmişdir. Sonradan Gürcüstanın repatriasiyasına icazə vermədiyi üçün yalnız bir neçə yüz nəfər Gürcüstana qayıda bilmişdir.
Monteneqro türkləri
Monteneqro türkləri (türk. Karadağ türkleri) — Monteneqroda yaşayan, Osmanlı imperiyası dövründə əraziyə yerləşən türk mənşəli insanları ifadə etmək üçün istifadə edilir. 2011 rəsmi siyahıyaalmada türk əhali, Bar qəsəbəsində, Podqoritsa və Biyelo Polye şəhərlərində yaşayır. Hal hazırda Monteneqroda 104 türk yaşayır. Monteneqro türkləri, ölkə əhalisinin 0,02%-ni təşkil edir. 1496-ci ildə Osmanlı İmperiyası ərazini işğal etdikdən sonra türklər Monteneqroya köçməyə başladılar. Monteneqro, balkan müharibələrinə qədər Osmanlı hakimiyyəti altında qalmışdır. Monteneqro Osmanlı hakimiyətindən çıxdıqdan sonra regionda yaşayan türklər və müsəlmanlar anadoluya köçməyə başladılar. Regiondakı türklərin az bir hissəsi isə Monteneqroda qaldılar. Dini olaraq assimilyasiya olmayan Monteneqro türkləri, dilləri haqqında isə eyni müvəffəqiyyəti göstərməmişdirlər.
Məshəti türkləri
Axısqa türkləri, həmçinin türk axısqalılar, Mesxeti türkləri və ya türk mesxetililər (türk. Ahıska Türkleri; gürc. მესხეთის თურქები Meskhetis turk'ebi) — əvvəllər Gürcüstanın Mesxetiya regionunda, Türkiyə ilə sərhəddə yaşayan etnik Anadolu türklərinin alt qrupu. Türk tayfaları hələ XI–XII əsrlərdə bölgədə məskunlaşmışdı, lakin Mesxetiyada türk varlığı 1578-ci ildə Osmanlı hərbi yürüşü ilə başlamışdır. İndiki dövrdə Axısqa türkləri İkinci Dünya müharibəsi zamanı məcburi deportasiyalara görə keçmiş Sovet İttifaqının hər yerində (həmçinin Türkiyə və ABŞ-də) geniş yayılmışdır. O zaman Sovet İttifaqı Türkiyəyə qarşı təzyiq kampaniyası başlatmağa hazırlaşırdı və İosif Stalin Mesxetiyada sovet niyyətlərinə düşmən ola biləcək strateji türk əhalisini təmizləmək istəyirdi. 1944-cü ildə Axısqa türkləri Türkiyə sərhədindən türkiyəlilər ilə əməkdaşlıq edərək qaçaqmalçılıq, quldurluq və casusluqda ittiham olunurdular. 1944-cü ildə İosif Stalin tərəfindən Gürcüstandan qovulmuş Axısqa türkləri deportasiyadan əvvəl və sonra diskriminasiya, insan hüquqlarının pozuntuları ilə üzləşmişlər. Təxminən 115,000 Axısqa türkü Mərkəzi Asiyaya deportasiya edilmişdir. Sonradan Gürcüstanın repatriasiyasına icazə vermədiyi üçün yalnız bir neçə yüz nəfər Gürcüstana qayıda bilmişdir.
Osmanlı Türkləri
Osmanlı türkləri — Osmanlı dövlətinin əsas əhalisi (1299–1922). Osmanlı dövlətinin yaranması ilə bağlı bu dövlətdə yaşamış türklərə sonradan qoyulan addır. Böyük Səlcuq imperatorluğunun dağılmasından bir müddət sonra Kiçik Asiyada yeni bir müsəlman-türk dövləti — Osmanlı imperatorluğu yarandı. Osmanlı imperatorluğunun əsasını oğuzların qayı boyundan olan Osman bəy qoymuşdur. Osmanlı türklərinin adı Xudat bəyin adı ilə bağlıdır. Hal-hazırda keçmiş Osmanlı türk tayfalarından yalnız "Xudat-zadə" nəslinin adı çəkilir. Monqolların Mərkəzi Asiyaya yürüşü zamanı 70 min oğuz türkü Anadoluya köçdü. Ərtoğrulun oğlu Osman bəy (1281–1328) qayıların başçısı kimi ilk növbədə Əskişəhər-İraq yolunu ələ keçirdi və Koniya sultanlığına son qoydu. 1299-cu ildə öz adı ilə Osmanlı dövlətinin istiqlalını elan etdi. Osman sülaləyə, dövlətə, millətə, dilə öz adını verdi.
Oğuz Türkləri
Oğuzlar — "Oğuz Xaqan Dastanı"na görə 24 boydan, Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə isə 22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur. Oğuzlar Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Köçəri həyat tərzi yaşayan oğuzlar təxminən 7-ci əsrdən etibarən yer dəyişməyə başladılar və coğrafi baxımdan, Bizans imperiyasının qeydlərinə görə, əvvəlcə Balkanlara yayıldılar. Oğuzlar Türkiyə, Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Misir ve Balkanlarda (Bolgarıstan, Rumıniya, Yunanıstan, Kosova, Serbiya) yaşayan türklərin atası sayılır. Dastanlara görə oğuzlar Oğuz xanın altı oğlu və onların hər birinin 4 oğlundan meydana gəlmişdirlər. Meydana gələn bu 24 boyun hər birinin ayrı adı və ünvanı vardır. Bu boyların Bozoxlar və Üçoxlar olmaqla ikiyə bölünməsi isə daha sonra baş vermişdir. Bu iki ana qol arasında baş verən münaqişələr və anlaşmazlıqlar boyların bir qisminin qərbə köç etməsinə səbəb olmuşdur, qalanları isə Göytürk xaqanlığının hakimiyyəti altında qalmışdır. 630-cu ildə ilk Göytürk dövlətinin zəifləyib Çin tabeliyinə keçməsi ilə yenidən birləşməyə çalışsalar da, ikinci Şərqi Göytürk Xaqanlığının yaranması ilə yenidən hakimiyyət altına girdilər. 745-ci ildə Şərqi Göytürk Xaqanlığı da süqut etdikdən sonra qərbə və Çinə köçmüş bir çox Oğuz boyları Ötükənə geri dönərək Qutluq Bilgə Xaqanın qurduğu Uyğur Xaqanlığının bayrağı altında birləşdilər.
Qarapapaq türkləri
Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycanlılara bağlı bir tayfa. Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir. Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir. Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir. Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər.
Qazaxıstan türkləri
Qazaxıstan türkləri — diasporası XX əsrin 20-ci illərində SSRİ tərəfindən həyata keçirilən sürhün siyasəti nəticəsində formalaşmışdır. Hazırda az saylı xalqlar arasında əhalisinin sayına və yüksək artım xüsusiyyətlərinə görə seçilir. 1 yanvar 2014-cü il məlumstına görə ölkədə 105 min türk yaşayır. Bu göstəriciyə görə isə milli azlıqlar arasında doqquzuncudur. Qazaxıstan SSR statistikasına ilə bü günki nəticələri incələdikdə əhalinin sayının iki dəfə artdığını müşahidə etmək mümkündür. Qazaxıstanda yayılmış türklərin böyük hissəsi Gürcüstandan sürgün edilmiş mesxeti türklərdir. Bununla belə 1990-ci illərdə Qazaxıstanda Türkiyədən olan vətəndaşlar peyda olmuşdur. Eyni dilə sahib olsalarda Mədəni baxımından iki qrup arasında fərqli həyat tərzi və düşüncəsi vardır. Burada yaşayan mesxeti türkləri şəhər ətrafı kənd təsərrüfatı ilə məşğul olduğu halda, Türkiyədən gəlmiş türklər isə tikinti, neft hadilatı və təhsil sahələrində çalışırlar. Qazaxıstan SSR ərazizisinə mesxeti türkləri Stalin represiyası və deportasiyası zamanı peyda olmuşlar.
Qırğız türkləri
Tarixi Böyük Türküstanın yerli xalqlarından biri də Qırğız Türkləridir. Çin sərhəddində yerləşən Türk ölkəsi Qırğızıstan Qırğız Türklərinin yaşadığı tarixi Türküstanın bir parçasıdır. Qədim Çin və İslam müəllifləri Qırğızları "qumral saçlı, mavi gözlü və uzun boylu" kimi təsvir etmişlər. VIII əsrə aid bir Tibet mənbəsinə görə də "Uyğurlara bəzən dost, bəzən düşmən olan Qırğızlar mavi gözlü və qızıl saçlıdırlar". Tarixi mənbələrə əsaslanaraq tədqiqatçılar həm də belə bir fikir irəli sürürlər ki: "Şimalda yaşayan Qırğız, Peçenek, Qıpçak və Bulqarlar ağ, cənubdakılar isə iqlim şəraitinə görə əsmər rəngdə olmuşlar". Çin mənbəsi olan "Tan-su"ya görə "Qırğızlar hər fəsli üç ay hesab etmiş və onları on iki heyvan adı ilə adlandırıb təqvim kimi istifadə etmiş, ilkin başlanğıcına da "Mo-chenq ay" yəni "Buz ay" demişlər". Qədim Qırğızlar ilin müəyyən günlərində toplanar, şənlik edər, musiqiçilər musiqi səsləndirər, mahnı oxuyar, rəqs edər, içki içər, Şamanlarını dinləyərdilər. Şamanları onlara il boyu nələrin baş verəcəyi haqqında məlumatlar verər, onlar da Şamanlarının dediyinə inanardılar. Şamanların tövsiyəsi olmadan ordunu toplamaz və savaşa getməzdilər. Onlar Şamanların verdiyi məlumatların Tanrıdan gəldiyinə inanardılar.
Avar Türkləri
Avarlar — V əsrdə Mərkəzi Asiyada meydana çıxmış iri tayfa ittifaqı. İttifaq tərkibində aparıcı rolu köçəri maldar türk tayfalar oynayırdılar. VI əsrin ortalarında Şərqi Avropaya gələn avarlar Xəzərin qərb sahilləri boyu çöllərə yayıldılar. Avarların ilk elçiləri 558-ci ildə Bizans imperiyasına — imperator I Yustinianın yanına gəlmiş, hərbi ittifaq bağlamağı təklif etmiş və məskunlaşmaq üçün onlara yer verilməsini xahiş etmişlər. Bizans avarlardan özünə düşmən olan türkdilli bulqar və sabir tayfalarına, habelə slavyanlara — antlara qarşı mübarizədə istifadə etmişdir. Avarlar 567-ci ildə german lanqobard tayfası ilə birlikdə Pannoniyanı tutdular. Burada bir neçə yürüşdən və yeni tayfaların birləşdirilməsindən sonra məşhur sərkərdə Bayanın başçılığı ilə Avar xaqanlığının əsası qoyuldu. Pannoniyada möhkəmləndirilmiş konsentrik çevrəli "xrinq" – lər qala sistemi yaradılmışdı Avarla Pannoniyadan slavyanlara, franklara, lanqobardlara. gürcülərə və digər tayfalara habelə onlara xərac verməyə başlayan Bvansa qarşı basqınlar edirdilər. Avarlar Frank dövlətinə də basqınlar edirdilər.
Misir türkləri
Misir türkləri (ərəb. أتراك مصر) olaraq da adlandırılan Misirdəki türklər, Tolunoğulları (868-905), İhşidi (935-969), Məmlük (1250-1517) və Osmanlı daxil olmaqla müxtəlif türk sülalələrinin idarəetməsi dövründə bölgəyə gələn köçkünlərin nəslindən olan qismən və ya tam türk mənşəli Misir vətəndaşlarıdır XI əsrdə Misir bəhri sülaləsi ilk dəfə Osmanlı Sultanı I Səlim tərəfindən idarə olunurdu. 1517-ci ildə Ridaniyyə döyüşü ilə Misiri fəth etdikdən sonra başlayan türk hökmranlığı ilə bölgədə məskunlaşan türklərə verilən addır. Misir türkləri tarixi prosesdə böyük vəzifələr götürmüşlər. Onlar səlib ordularına qarşı apardıqları döyüşlərlə yanaşı, bu günədək işğal olunmuş bölgələrdə müqəddəs ziyarət yollarının və bölgələrinin müdafiəçisi olublar. Camal Nkrumahın Misir Əhrəm Həftəlik qəzetindəki məqaləsinə görə, türk azlığının əhalisinin hesablamaları 100.000 ilə 1.500.000 arasında dəyişir. Bununla belə, 1971-ci ildəki hesablamalar Misirdə təkcə Girit türklərinin əhalisinin 100.000 nəfər olduğunu göstərir. 1993-cü ildəki başqa bir hesablamada Misirdəki türk azlığının o dövrdə 1,5 milyon olduğu iddia edilirdi. Misir Osmanlı hakimiyyəti dövründə bilavasitə türkdilli elitalar tərəfindən idarə olunurdu. Nəticə etibarı ilə Misir ərəbcəsində türk dilinin təsiri Levant ərəbindən daha çox olmuşdur.
Anadolu Türkləri
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Türkiyə Türkləri
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Türkmən türkləri
Türkmənlər — türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş ən qədim və ilk Oğuz əsilli türk xalqıdır. Türkmənistan Respublikasında, Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında kompakt halda yaşayan türkmənlər türk xalqları arasında Türkiyə türklərindən, Azərbaycanlılardan , özbəklərdən , uyğurlardan və qazaxlardan sonra ən böyük Türk xalqı hesab olunurlar. Bugünkü Türkmənistan Respublikasının yerli türk əhalisi olan türkmənlər əsas etibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan kınık, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk alanların, aakaların və xəzərlərin də mühüm rolu olmuşdur. "Türkmən" etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar. Qərb Türklərinin və səlcuqluların əsasını təşkil edən Oğuz və ya Türkmənlər moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yerli Türklərlə qaynayıb-qarışdığından taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vermişlər… Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan qarluq, xələc, qıpçaq, kanqlı və uyğurlardan ayrılmışlar", halbuki Mahmud Kaşğarlı müsəlman olan qarluq, çigil və yağmalara da əvvəllər "Türkmən" deyildiyini yazmışdır.
Uyğur Türkləri
Uyğurlar — Göytürk imperiyası dağıldıqdan sonra Qultuq Bilgə Kül xaqan 744-cü ildə Uyğur xaqanlığının əsası qoymuşdur. Çin Xalq Respublikasında yaşayan türk xalqı, dilləri Altay dilləri ailəsinin Türk dili qrupuna aiddir və islam dininə sitayiş edirlər. 842-ci ildə Qırğız tayfalarının üsyanı nəticəsində süqut etmişdir.[mənbə göstərin] Çin mənbələrində müxtəlif şəkillərdə (hoei-ho, vei-ho və s.) rastlaşan uyğur adının mənası 974-cü ilə aid Çincə bir əsərdə "şahin sürətilə dolaşan və hücum edən" kimi göstərilib. Amma türk tarixçilər bunun doğru olmadığını, uyğur adının uy (əqrəba, müttəfiq) və gur ifadələrinin birləşməsindən yarandığını deyirlər. Bu baxımdan tarixdə ortaya çıxan "on uyğur" adının "on müttəfiq" mənasında işlədilməsi ehtimalına üstünlük verilir. Bəzi mənbələrdə isə uyğur kəlməsi təqib edən, izləyən kimi göstərilir. Doğu (şərqi) Türküstan dedikdə Rusiya Federasiyasından sonra Türk Dünyasının assimilyasiyaya məruz qalmış bir parçası, eli, obası başa düşülür. Çin əsarəti altında olan türk ərazilərində yaşayan türk boylarından ən çox saylıları uyğur, qazax, qırğız, salar türkləri, sarı uyğurlar və tatarlar sayılır. Çinin 52 əsas etnosdan təşkil edilməsi dövlətin Konstitusiyasında əks olunub. ÇXR-də türk xalqları Şərqi Türküstan — Uyğur muxtar rayonunda və Qansu əyalətində yaşayırlar.
Xorasan türkləri
Xorasan türkləri - İran İslam Respublikasında yaşayan Türk millətinin bir parçası . Kompakt halda Rəzəvi Xorasan ostanı, Quzey Xorasan ostanı, Gülüstan ostanı və Simnan ostanında yaşamaqdadırlar. Danışdıqları dil türk dili olub Oğuz yarımqrupuna daxildir, Türkmən və Azərbaycan dilləri arasında bir ləhcəyə sahib olan Xorasan türkcəsi Azərbaycan dilinə daha yaxındır. İranın ortaq dili olan Fars dilində də danışa bilirlər. Xorasan türklərinə dair müxtəlif tədqiqatlar aparılmışdır. Onların iranda saylarına dair müxtəlif təxminlər mövcud olsa da əksər mütəxəssilərin ehtimallarına əsasən onlar iran əhalisinin ən az ehtimalla 1%-dən çoxunu təşkil edirlər .Cavad Heyət kitabında yazılıb sayları 1.500.,000 nəfər ki indi bü tarix də şübhəsiz 2.500.000 nəfərdən daha çoxdur . Mühüm türk yaşayən şəh'rlər: Azadşəhr, Ramiyan, Əliabad Kətul, Minudəşt, Şirvan Bocnurd, İsfərayen, Kəlat, Cuveyn, Çağatay Dərgəz, Nişapur, Qoçan. Professor Gerhard Dörfer Xorasan türklərinin nəsilini Səlcuqlular türklərdən bilir ki, Toğrul bəy ilə İrana gəlmişlər. Code copying in İrano-Turkic Lars Cohanson Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine The Khorasani Turk of Iran Arxivləşdirilib 2010-03-15 at the Wayback Machine CENTRAL ASIA xiv. Turkish-Iranian Language Contacts Seyri Dar Tarix Zaban Lahjehaye Torki.dr.javad heyat Doerfer, Gehard (1969).
Yaponiya türkləri
Yaponiya türkləri (在日トルコ人, Zainiçi torukocin) – Yaponiya dövlətinin ərazisində yaşayan Türkiyə türkləri. Türklərin Yaponiyaya miqrasiya dalğası 1990-cı illərdə başlayıb. Həmin dövrlərdə 20-30 yaşlı kişilər işləmək üçün təkbaşına Yaponiyaya miqrasiya edirdilər. 1990-cı ildə Yaponiyada yaşayan türklərin sayı 220 olduğu halda, 30 il sonra - 2010-cu ildə bu say 7,6 dəfə artaraq 1553-ə çatmışdır. Yaponiyaya gələn türk kişilərin çoxu burada yapon qadınlarla evlənərək ailə həyatı qurublar. 2000-ci illərdə isə öz icmalarını qurmağa başlayıblar. 2018-ci ilin məlumatına əsasən hazırda Yaponiyada 5393 türk yaşayır ki, onlardan 619-u Yaponiya vətəndaşı ilə evlənib və bu evliliklərdən 400-ə yaxın türk-yapon uşaq doğulub. Yaponiyada doğulan türk uşaqların qarşılaşdıqları əsas problemlər İslam təhsilinin olmaması və türk dilində təhsil ala bilməmələridir. Türklərin ən çox cəmləşdiyi prefektura Aiçi prefekturasıdır. Yaponiya türklərinin üçdə biri burada yaşayır.
Yunanıstan türkləri
Yunanıstan türkləri — Yunanıstanda yaşayan türk əhalisi.
Çaharmahal türkləri
Çaharmahal türkləri (Çaharmahal türkcəsi: ترکلری چهار مهالی; Türkləri Çəharməhali) — İranın Çahar-Mahal və Bəxtiyari ostanında yaşayan və Çaharmahal dilində danışan türk xalqı. Çaharmahal türklərinin əksəriyyəti qaşqay tayfa konfederasiyasındandır. Qaşqayların tərkibində olmayan Çaharmahal türkləri dərəşuri, nəfər, baharlı, səlcuqi, inanı, qızılbaş, bayat, əfşar, xəlc və ya bəlvardi tayfalarının tərkibindədir. Çaharmahal türklərinin əksəriyyəti qaşqay türkcəsi və oğuz türklərinin bir qolu olan Çaharmahal türkcəsində danışır. Çaharmahal türkləri İranın Çahar-Mahal və Bəxtiyari ostanının əhalisinin 12,1%-ni, Çaharmahal bölgəsinin isə təxminən 30%-ni təşkil edir. Onların əhalisinin əksəriyyəti Saman, Ben, Şəhrikürd, Bürucin və Farsan şəhristanlarıdır. Onlar şiə müsəlmanlardır.
İran Türkləri
İran türkləri — İran əhalisinin təxminən 1/5-ni təşkil edirlər və sayları təxminən 17 milyon nəfərdir. İrandakı türkdilli xalqları əsasən üç böyük bölgədə yaşayırlar. İranın şimalında, şimal-qərb və mərkəz və cənubunda yerləşən əyalətlər. İranın şimal-qərb bölgələrində yerləşən əyalətlər tarixi Cənubi Azərbaycan ərazisində yerləşirlər. Şimal-şərq bölgəsində yerləşən əyalətlər, tarixi Xorasan ərazilərindədir. İranın mərkəzində və cənubunda olan və türkdilli xalqların yaşadığı əyalətlər, Fars əyalətinə şamil olunurlar. Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar, tarixi Azərbaycan bölgələri ərazisində, həmçinin ondan kənarda, İranın digər əyalət və bölgələrində yaşamaqdadırlar. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi, Gilan, Kürdüstan, Kirmanşah, Əlburz, Tehran və Qum bölgələridir . İran azərbaycanlılarının sayı 1998-ci ildə ethnologue saytının təxmini hesablamasına görə, 13,5 milyon nəfər imiş. Bu sayı indiki dövr artımı ilə 20 milyon nəfər hesab etmək olar .
İraq türkləri
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar. Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir. Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir. Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər. 932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir.
Gürcüstan Türkləri Konfederasiyası
Həmədan ostaninin türkləri
Həmədan ostanının türkləri — İran İslam Respublikasında yaşayan Türk millətinin bir qismidir. Kompakt halda (Bahar şəhristanı, Rəzən şəhristanı, Kəbudər Ahəng şəhristanı, Famenin şəhristanı və Dərgəzin şəhristanı)nda və qismən (Həmədan şəhristanı, Əsədabad şəhristanı və Məlayer şəhristanı)nda yaşayırlar. Danışdıqları dil Azərbaycan dilidir. Həmədan ostanının 980 kəndinən 562 kəndində türklər yaşayılar. == Əhali == İranda rəsmi və qeyri-rəsmi statistikaya görə, Azərbaycan türkləri Həmədan ostanının 58.90%-ni təşkil edirlər. Yəni bu ostanın 1.758.268 nəfər əhalisinin 1.036 milyonu Azərbaycan türkləridir.
Mesxeti türklərinin deportasiyası
Axısqa türklərinin deportasiyası (türk. Ahıska Türklerinin sürgün edilmesi) və ya Mesxeti türklərinin deportasiyası (rus. Депортация турок-месхетинцев) — Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan bütün Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) məcburi şəkildə köçürülməsi. Deportasiya zamanı 212 kənddə yaşayan 92.307–94.955 arası Axısqa türkü öz evlərindən məcburi şəkildə çıxarılmışdır. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilmiş və əsasən Özbəkistan SSR-ə göndərilmişdir. Bu əməliyyat çərçivəsində digər etnik qrupların üzvləri də deportasiya edilmişdir. Kürdlər və həmşinlər (müsəlman ermənilər) də daxil olmaqla, əməliyyat zamanı 115.000 nəfərə yaxın şəxs deportasiya edilmişdir. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri 12.000–50.000 insanın ölümünə səbəb olmuşdur. Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur.
On iki ada türkləri
Dodekanes türkləri — 1911-1912-ci illər İtaliya-Türkiyə müharibəsi nəticəsində italyan işğalına məruz qalan Dodekanes adaları 1947-ci ildə Yunanıstana verildi. Yerli türklər Yunanıstan vətəndaşı halına gəlmiş və hazırda bu adalarda təxminən 5 000 türk əsilli şəxs yaşayır. Haqqında danışılan türk icması xüsusilə Rodos və Kos adalarında sıx məskunlaşdıqları üçün Rodos türkləri (3000 nəfər) və ya Kos türkləri (2000 nəfər) də adlandırılırlar. Bundan başqa, adalılar ifadəsi də istifadə edilir, yaxud bəziləri bura Krit adasından köçdükləri üçün mədəniyyət bənzərlikləri səbəbi ilə kritlilər adlandırılır. İtaliyanın əlinə keçdikdən sonra adalardakı yunanlar Yunanıstan ilə birləşməyi tələb etsələr də, türklər Osmanlıya qatılmağı, bu da olmasa, İtaliyanın suverenliyində qalmaq istəyirlər. Bu istiqamətdə 1919-ci ildə "Rodos və İstanköy Müdafa-i Hüquq-i İslamiyyə" Cəmiyyətini qururlar. 1923-cü ildə Dodekanes adaları İtaliyanın nəzarətində olduğu üçün adalardakı türklər və yunanlar Türkiyə ilə Yunanıstanla arasındakı əhali mübadiləsinə məruz qalmamışdılar. Amma yenə də Türkiyəyə köçmək istəyənlər Atatürkün əmri ilə əvvəl Fəthiyəyə, sonra isə Marmarisin Turqutköy, Dəlikliyol bölgəsinə yerləşdirilmişlər. 1522-ci ildə, Osmanlı fəthi sonrası saymaya görə Narince (Narence) 'də 17 məhəllə-505 xana, Pili'de 8 məhəllə-404 xana və Kefaroz'da 4 məhəllə-216 xana Rum vardır. Adanın Türkleştirilmesi üçün 79 könüllü Türk xanası, Narinceye yerləşdirilir.
Qafqaz Qarapapaq Türkləri Konfederasiyası
Qarabağ müharibəsində şəhid olan Axısqa türklərinin siyahısı
Axısqa türkləri (gürcücə მაჰმადიანი მესხები Mahmadiani meskhebi və ya თურქი მესხები T’urk’i meskhebi, türkcə:Mesheti Türkleri, Ahıska Türkleri, ingiliscə: Meskhetian Turks) — Qazaxıstan da, Özbəkistanda, Azərbaycan Respublikasında, Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə bəzən kompakt halda, digər yerlərdə dağınıq şəkildə yaşayan türk xalqlarından biri. Çox zaman onları Mesxeti türkləri də adlandırırlar. Dilləri Azərbaycan dilinə, Türk dilindən (Türkiyə türkcəsindən) daha yaxındır. Tarix boyu etnik yaşayış yerləri Gürcüstanın Məhsəti bölgəsi olmuşdur. 1944-ci ildə Axısqa türkləri Stalin repressiyasının qurbanı olmuş, axısqalılar kütləvi şəkildə öz doğma yerlərindən deportasiya olunmuşdur. 31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (14 noyabr 1944-cü ildə icra edildi) 90 538 Axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstanın (20 min nəfərdən çox) çöllərinə köçürülmüşdür. 1999 – cu idə aparılmış siyahıya almaya əsasən Azərbaycanda 43.454 nəfər , eyni ildə aparılmış siyahıya almaya əsasən isə Qırğızıstanda 33.327 nəfər , Qazaxıstanda 2.761 nəfər Axısqa türkü yaşayır. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya Federasiyasında 3.257 nəfər , Ukraynada 2001 -ci ildə aparılmış siyahıya almaya əsasən isə 336 nəfər Axısqa türkü yaşayır . Azərbaycanda yaşayan Axısqa türkləri Qarabağ müharibəsi zamanı döyüşlərdə də aktiv şəkildə iştirak etmişdir. Qarabağ müharibəsi zamanı 50 nəfər Axısxa türkü erməni əsirliyindən qayıtsa da, 12 nəfər hələ də əsirlikdədir.
Qarabağ müharibəsində şəhid olan Axısxa türklərinin siyahısı
Axısqa türkləri (gürcücə მაჰმადიანი მესხები Mahmadiani meskhebi və ya თურქი მესხები T’urk’i meskhebi, türkcə:Mesheti Türkleri, Ahıska Türkleri, ingiliscə: Meskhetian Turks) — Qazaxıstan da, Özbəkistanda, Azərbaycan Respublikasında, Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə bəzən kompakt halda, digər yerlərdə dağınıq şəkildə yaşayan türk xalqlarından biri. Çox zaman onları Mesxeti türkləri də adlandırırlar. Dilləri Azərbaycan dilinə, Türk dilindən (Türkiyə türkcəsindən) daha yaxındır. Tarix boyu etnik yaşayış yerləri Gürcüstanın Məhsəti bölgəsi olmuşdur. 1944-ci ildə Axısqa türkləri Stalin repressiyasının qurbanı olmuş, axısqalılar kütləvi şəkildə öz doğma yerlərindən deportasiya olunmuşdur. 31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (14 noyabr 1944-cü ildə icra edildi) 90 538 Axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstanın (20 min nəfərdən çox) çöllərinə köçürülmüşdür. 1999 – cu idə aparılmış siyahıya almaya əsasən Azərbaycanda 43.454 nəfər , eyni ildə aparılmış siyahıya almaya əsasən isə Qırğızıstanda 33.327 nəfər , Qazaxıstanda 2.761 nəfər Axısqa türkü yaşayır. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya Federasiyasında 3.257 nəfər , Ukraynada 2001 -ci ildə aparılmış siyahıya almaya əsasən isə 336 nəfər Axısqa türkü yaşayır . Azərbaycanda yaşayan Axısqa türkləri Qarabağ müharibəsi zamanı döyüşlərdə də aktiv şəkildə iştirak etmişdir. Qarabağ müharibəsi zamanı 50 nəfər Axısxa türkü erməni əsirliyindən qayıtsa da, 12 nəfər hələ də əsirlikdədir.
Suriya Qarapapaq Türklərinin Milli İttifaqı
Ermənistanda Azərbaycan türklərinə qarşı qətliamlar
Türklərin tarixi
Türklər qədim xalqlardan biridir. Onlar Daş dövründən bəri var olublar. Türklərin əsas məşğuliyyəti maldarlıq olmuşdur Orxon yazılarında işlədilən dil, türk dili və türk xalqları tarixinin qədimliyindən xəbər verir. Hunlardan əvvəlki Türk topluluqları haqqında, Karasuk mədəniyyəti Afayesnova mədəniyyəti Andrenova mədəniyyəti Anav mədəniyyəti olaraq adlandırılan dörd ana bölgədən bəhs edilməkdədir. Ön-Türklər haqqında Şölgəndaş, Kurgan, Pazırık qalıntıları bulunmaqdadır. Ön-Türklər Orta Asiyadakı iqlim dəyişikləri üzündən oturaq həyatdan, köçəri - yörük həyata keçmək məcburiyyətində qalmışdırlar. Özlərinə yazlıq və qışlıq bölgələr təyin etmişlərdir. Ön-Türklər ilə əlaqəli edilen araşdırmalarda oturaq mədəniyyətə aid əşyalara rastlanılmaqdadır. Ön-Türklərdə geyik ön plana çıxmaqdadır. Türk qövümləri atla köçəri həyata keçdikdən sonra tanışmışdır.

"türkləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#türkləri nədir? #türkləri sözünün mənası #türkləri nə deməkdir? #türkləri sözünün izahı #türkləri sözünün yazılışı #türkləri necə yazılır? #türkləri sözünün düzgün yazılışı #türkləri leksik mənası #türkləri sözünün sinonimi #türkləri sözünün yaxın mənalı sözlər #türkləri sözünün əks mənası #türkləri sözünün etimologiyası #türkləri sözünün orfoqrafiyası #türkləri rusca #türkləri inglisça #türkləri fransızca #türkləri sözünün istifadəsi #sözlük