türklərdə sözü azərbaycan dilində

türklərdə

Yazılış

  • türklərdə • 74.5763%
  • Türklərdə • 25.4237%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Türklərdə oxçuluq
Türklərdə oxçuluğun və xüsusilə atlı oxçuluğun əhəmiyyəti daha qədim tarixi zamana qədər uzanır. Təxminən e.ə. 5000-dənn etibarən Altay və Tanrı dağları və ətrafında ortaya çıxan, daha sonra da Orta Asiyaya tamamilə hakim olan "Atlı Bozqır mədəniyyətində" atlara və oxçuluğa böyük əhəmiyyət verilirdi. Tarixdəki Türk atlı oxçuları, dörd nalla gedərkən eyer üstündə dönüb arxaya ox ataraq hədəfə tam sərbəst ox atma ustalıqlarıyla tanınmışlar.Dünyada "Part atışı" olaraq adlandırılan at üzərində geriyə doğru edilən ox atışının ən müvəffəqiyyətlisini Türklər etmişdir. Türk qəhrəmanı Tarkanlar tolgalarına şahin tükü taxma haqqı yalnız Part atışını müvəffəqiyyətli bir şəkildə yerinə yetirə bilənlərinə verilmişdir. Vur-qaç, geri çəkilmə və düşmənin ətrafını mühasirəyə alma kimi taktikalar Türk atlı oxçularının istifadə etdiyivə bir çox zəfərlərdə əsas rol oynayan taktikalarıdır. Türk dastanlarından Oğuz Xaqan dastanında ox və yay, simvolik mənalarla iştirak etməkdədir. Türk mədəniyyətinin keçmişində oxçuluq geniş bir sahədə əhəmiyyətə sahib olmuşdur. Orta Asiyada dolanışıq qaynağı və hərbi manevr xüsusiyyəti olan ov etmə, Türk atlı oxçuluğunun inkişafını təmin etmişdir. Türklər bu bacarıqlarını Orta Asiyadan Anadoluya daşımışdır.
Türklərdə dövlətçilik ənənəsi
Türklərdə dövlətçilik ənənəsi — Türklərdə dövlətçilik ənənəsi və ya türklərdə dövlət qurma ənənəsi müxtəlif tarixi mərhələlərdə türklərin müxtəlif coğrafiyalarda, müxtəlif zamanlarda və müxtəlif xüsusiyyətlərdə dövlət qurma ənənəsi kimi başa düşülür. Dünya tarixində 6000-ə qədər etnik birliyin olduğu və onların 200-ə yaxın olan dövlətlərin sərhədləri daxilində tarix səhnəsinə çıxmaları düşünülür. Bu birliklərdən çox azı dövlət qurmağa müvəffəq olmuşdur. Türk tarixinə ümümi olaraq yanaşdıqda türk birliklərinin etnik kökləri baxımından eyni olan dövlətlər ilə mövcudluqlarını davam etdirdikləri nəzərə çarpır. Bu davamlılıq bunu bir ənənə olaraq görməyə gətirib çıxarmış və ən ümumi anlamda türklərdəki azadlıq qavramına əsaslanmışdır. == Tarixi proses == Türk dövlətlərinin tarixi quruluşu və dövlətə qarşı düşüncələri Oğuz xan əfsanəsi ilə ilk təəssüratlarını ortaya qoymuşdur. Bu əfsanələrdə aydın şəkildə Dünya hakimliyi və Dünya dövləti qurma utopiyası yer almışdır. II Göytürklərdən qalan Orxon Yazıları da bu kontekstdə çox önəmli yer alır. Bu yazılara görə dövlət tanrının türk kağanlarına bir hədiyyəsidir və ümumi davamlılığın olması dövlətlə bağlıdır. Həmin yazılarda azadlıq şüuru vurğulanmış, türk kağanlarına nəsihətlər verilmiş, dövlətin paytaxtının Ötükən olmasının vacibliyi vurğulanmış və Çinin intriqalarından uzaq dayanmaq lazım olduğuna işarə edilmişdir.
Türklərdə su mədəniyyəti
Tarix boyunca mövcud olan bütün mədəniyyətlərdə insan həyatına və məskunlaşmasına təsir edən ən vacib amillərdən biri duz, digəri isə su olmuşdur. Təxminən 2500 il bundan əvvəl uyğur türkləri Şərqi Türküstanın Turfan bölgəsində "kariz" adlanan yeraltı su kanalları qazmışlar. Bu kanalların uzunluğu 5000 kilometrə çatırdı. Onların bəzilərindən hətta indi də istifadə olunur. Yatay yeraltı su kanalları olan karizlər vasitəsilə min illərdir ki, tarlalar hətta yağıntı və buxarlanma olmayan ərazilərdə də xüsusi sistemin köməkliyi ilə suvarılır. Orta Asiyada "kariz" adlanan bu kanallara Anadoluda da rast gəlinir. Anadoludakı bu yeraltı su kanalları əsasən Qaziantep, Şanlıurfa, Van, İskilip şəhərlərində qazılmışdır və onlardan günümüzdə də istifadə olunur. Anadoluda bu kanallara "kəhriz" və ya buna bənzər adlar verilmişdir. Türkiyədə su-meleorasiya sisteminə səlcuqlar dövründən cümhuriyyət qurulana qədər vəqflər vasitəsilə nəzarət edilmişdir. 1926-cı il may ayının 10-da Rəsmi Qəzetdə çıxan 831 saylı "Sular Haqqında Qanun" qəbul olunandan sonra bütün bu vəqflər mülkiyyətləri ilə birlikdə bələdiyyələrin tabeçiliyinə verilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.80
2010 ••••• 0.18
2011 ••••••••••• 0.43
2012 ••••••• 0.26
2013 •••• 0.15
2014 ••••• 0.17
2015 ••••• 0.17
2016 ••••• 0.17
2020 •••• 0.13

"türklərdə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#türklərdə nədir? #türklərdə sözünün mənası #türklərdə nə deməkdir? #türklərdə sözünün izahı #türklərdə sözünün yazılışı #türklərdə necə yazılır? #türklərdə sözünün düzgün yazılışı #türklərdə leksik mənası #türklərdə sözünün sinonimi #türklərdə sözünün yaxın mənalı sözlər #türklərdə sözünün əks mənası #türklərdə sözünün etimologiyası #türklərdə sözünün orfoqrafiyası #türklərdə rusca #türklərdə inglisça #türklərdə fransızca #türklərdə sözünün istifadəsi #sözlük