türklərin sözü azərbaycan dilində

türklərin

Yazılış

  • türklərin • 88.3516%
  • Türklərin • 11.5385%
  • TÜRKLƏRİN • 0.1099%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Türklərin miqrasiyası
Türk köçləri — Türk tayfalarının Asiya, Avropa, Hindistan, Yaxın və Orta Şərqdə yayılması prosesidir. Xüsusilə VI və XI əsrləri əhatə edir. Dünyaya yayıldıqları əsas ərazilər isə indiki Monqolustan, Sibir, Sintzsyan və Orta Asiyanın şərq hissəsi olmuşdur. Artıq X əsrdə Orta Asiya bütünlüklə Türklər tərəfindən məskunlaşdırılmışdı. XI əsrdə Səlcuqlu bayrağı altında türk tayfaları əvvəllərdə yaşadıqları Qafqazda, İranda, Yaxın və Orta Şərqin bir çox yerlərində, Anadoluda qəti olaraq möhkəmləndilər. Bu məskunlaşmaq qalıcı oldu və günümüzədək də davam edir. Əvvəlki torpaqlarda türk tayfaları isə sonda ya Qırğızıstan, Türkmənistan, Özbəkistan və Qazaxıstan kimi müstəqil dövlətlər qurdular, ya da Çuvaşıya kimi başqa etnosların anklavında qaldılar. Türk xalqlarından Uyğurlar Çində və Sibirdəki Saxalar isə Rusiyada kompakt halda yaşamaqdadırlar və etnik kimliklərini hələ də saxlayırlar. == Əcdadlar == === "Böyük Tarixçinin qeydləri" === Türklərdən bəhs edən ən qədim yazılı qaynaq Çin yazılı qaynaqları olaraq qəbul edilir. O dövrdə Türklər onlara qarşı tikilən Böyük Çin Səddinin şimalında da köçəri tayfalar şəklində yaşayırdılar.
Türklərin İslama keçişi
Türklərin islamı qəbul etməsi — türklərin tenqriçilik inanclarından dönüb islama kütləvi şəkildə inanmağa başlaması. Təqribən X əsrədək tenqriçilik türk xalqları arasında ən geniş yayılan inanc olmuşdur. Türklərin islam ilə ilk əlaqəsi şiə və ələvilərin dördüncü imam kimi qəbul etdikləri Zeynülabidinin türklər tərəfindən Xorasana aparılması olmuşdu. İslamaqədərki dövrdə türklər ilə müsəlman ərəblərin ilk qarşılaşması VII əsrdəki Xilafət—İmamət toqquşmalarıyla baş vermişdir.Peyğəmbərin vəfatından sonra meydana gəlmiş Siffeyn döyüşünü mütəaqibən Əməvilərin dövründə islam, əsasən, ərəb milliyyətçiliyi ətrafında formalaşan bir din idi. İslam dövləti yeni fəthlərlə genişlənmiş, torpaqları ələvilər və şiələrin dəstəyi ilə Mavəraünnəhrədək çata bilmişdir. == VIII əsr == VIII əsrin əvvəllərində cihad elan edərək türklərin məskunlaşdığı şəhərlərə daxil olan ərəb-islam dövləti Əməvilər xilafətinin komandirlərindən olan Qüteybə ibn Müslüm hücum elədiyi yerlərdə müsəlman olmayan türklərə qarşı sərt mücadilələr göstərdi. Çox sayda insanı öldürüb şəhərləri taladıədan sonra əldə etdiyi qənimətlərlə irəliləyən Qüteybə ibn Müslüm, baxmayaraq, ölümünədək fəaliyyətlərini davam etdirmiş və İslamı tanıtmışdı, onun elədikləri türklərin İslamı qəbulu ilə sonuclanmamışdır.Ömər ibn Əbdüləzizin hər yerdə karvansaralar, xəstəxanalar tikmək və ədalətli bir idarə qurma ideyası tətbiq olunsa idi türklər islamı daha öncədən qəbul edəcəkdi. Talama və qənimət vərdişindən öyürü cihad anlayışının ikinci plana atılması və zülmə üstünlük verilməsi ərəb zülmünün Əməvilər vasitəsilə davam etdiyinin dəlili olmuş, ancaq buna bənzər hadisələrə baxmayaraq türklər dolayı yolla islamı qəbul etməyə başlamışlar. == Xəzər türkləri == İslamı qəbul edən ilk türk dövləti kimi Xəzər xaqanlığının da adımı çəkmək olar. 723-cü ildə Xəzər türkləri müsəlman ərəblərə qarşı qələbə qazananda böyük bir qoşun ilə Xəzərlərin üzərinə yürüşə çıxan Əməvilər xəlifə Hişam ibn Əbdülməlikin dövründə (724—743) Xəzərləri Qafqazdan çıxarmağa nail oldular.
Türk (türklərin əfsanəvi əcdadı)
Türk — türklərin əfsanəvi əcdadı, bəzi mənbələrə görə Bibliyadakı Yafətin oğlu, Nuhun nəvəsi. Türkün Yafətin nəslindən gəlməsi erkən dövr müsəlman etnogenealogiyalarında qeyd edilir. Əbulqazi Bahadır xanın "Şəcərəyi türk" əsərinə görə Türk Yafətin səkkiz oğlundan biridir və Yafət Türkü öz yerinə seçərək digər oğullarına onu hökmdar kimi tanımağı və ona tabe olmağı əmr edir. Əfsanəyə görə oğuz türklərinin əcdadı Oğuz xan Türkün nəslindəndir. == Tarixi mənbələrdə qeyd edilməsi == === Orta əsrlərdə === Hələ VIII əsrə aid ərəb dilində yazılmış əsərlərdə görülən ilk müsəlman etnogenealogiyalarında türklər slavyanlar və Yəcuc və Məcuc xalqları ilə birlikdə Yafət nəslinə aid edilir. Təbəri (IX-X əsrlər) Yafətin nəslindən gələnlər arasında ət-Türkün adını çəkir, digər bir yerdə isə ibn İshaqa (VIII əsr) istinad edərək təkrar onun adını çəkir. X əsr yaşamış Məsudi "oğlaq altında", yəni şimalda yaşayan Yafət nəslinin nümayəndələri haqqında yazırdı; onların arasında ət-Türk də var idi. X əsrə aid anonim müəllif tərəfindən yazılmış "Müxtəsər əl-əcaib" əsəri Yafətin nəslindən gələnlərə ət-Türkü də aid edirdi. Anonim müəllif tərəfindən farsca yazılmış "Mücmal-ət-təvarix" əsəri (XII əsr) türklərin Yafətin nəslindən olduğu qeyd edilir, soy başlarının arasında Türkün də adını çəkir. Tarix, ilahiyyat və tibb mövzusunda ərəbcə əsərlər yazmış İsgəndəriyyə patriarxı II Evtixiy və ya daha çox tanındığı adı ilə Səid ibn Batrik(en) (X əsr) də Ət-Türkü Yafətin nəslindən gələnlər arasında çəkir.Rusiya tarixçisi Tatyana Kalininaya(ru) görə türklərin əminliklə Yafətin nəslinə aid edilməsi, çox güman ki, ərəb müəlliflərin özlərinin çıxartdığı nəticədir.Х əsrdə İtaliyada yazılmış "İosipponun kitabı"nda Yafətin nəvəsi Foqarmanın(en) 10 oğlunun adı çəkilir; onlardan birinin adı da Türkdür.
Türklərin islamı qəbul etməsi
Türklərin islamı qəbul etməsi — türklərin tenqriçilik inanclarından dönüb islama kütləvi şəkildə inanmağa başlaması. Təqribən X əsrədək tenqriçilik türk xalqları arasında ən geniş yayılan inanc olmuşdur. Türklərin islam ilə ilk əlaqəsi şiə və ələvilərin dördüncü imam kimi qəbul etdikləri Zeynülabidinin türklər tərəfindən Xorasana aparılması olmuşdu. İslamaqədərki dövrdə türklər ilə müsəlman ərəblərin ilk qarşılaşması VII əsrdəki Xilafət—İmamət toqquşmalarıyla baş vermişdir.Peyğəmbərin vəfatından sonra meydana gəlmiş Siffeyn döyüşünü mütəaqibən Əməvilərin dövründə islam, əsasən, ərəb milliyyətçiliyi ətrafında formalaşan bir din idi. İslam dövləti yeni fəthlərlə genişlənmiş, torpaqları ələvilər və şiələrin dəstəyi ilə Mavəraünnəhrədək çata bilmişdir. == VIII əsr == VIII əsrin əvvəllərində cihad elan edərək türklərin məskunlaşdığı şəhərlərə daxil olan ərəb-islam dövləti Əməvilər xilafətinin komandirlərindən olan Qüteybə ibn Müslüm hücum elədiyi yerlərdə müsəlman olmayan türklərə qarşı sərt mücadilələr göstərdi. Çox sayda insanı öldürüb şəhərləri taladıədan sonra əldə etdiyi qənimətlərlə irəliləyən Qüteybə ibn Müslüm, baxmayaraq, ölümünədək fəaliyyətlərini davam etdirmiş və İslamı tanıtmışdı, onun elədikləri türklərin İslamı qəbulu ilə sonuclanmamışdır.Ömər ibn Əbdüləzizin hər yerdə karvansaralar, xəstəxanalar tikmək və ədalətli bir idarə qurma ideyası tətbiq olunsa idi türklər islamı daha öncədən qəbul edəcəkdi. Talama və qənimət vərdişindən öyürü cihad anlayışının ikinci plana atılması və zülmə üstünlük verilməsi ərəb zülmünün Əməvilər vasitəsilə davam etdiyinin dəlili olmuş, ancaq buna bənzər hadisələrə baxmayaraq türklər dolayı yolla islamı qəbul etməyə başlamışlar. == Xəzər türkləri == İslamı qəbul edən ilk türk dövləti kimi Xəzər xaqanlığının da adımı çəkmək olar. 723-cü ildə Xəzər türkləri müsəlman ərəblərə qarşı qələbə qazananda böyük bir qoşun ilə Xəzərlərin üzərinə yürüşə çıxan Əməvilər xəlifə Hişam ibn Əbdülməlikin dövründə (724—743) Xəzərləri Qafqazdan çıxarmağa nail oldular.
Axısqa türklərinin deportasiyası
Axısqa türklərinin deportasiyası (türk. Ahıska Türklerinin sürgün edilmesi) və ya Mesxeti türklərinin deportasiyası (rus. Депортация турок-месхетинцев) — Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan bütün Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) məcburi şəkildə köçürülməsi. Deportasiya zamanı 212 kənddə yaşayan 92.307–94.955 arası Axısqa türkü öz evlərindən məcburi şəkildə çıxarılmışdır. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilmiş və əsasən Özbəkistan SSR-ə göndərilmişdir. Bu əməliyyat çərçivəsində digər etnik qrupların üzvləri də deportasiya edilmişdir. Kürdlər və həmşinlər (müsəlman ermənilər) də daxil olmaqla, əməliyyat zamanı 115.000 nəfərə yaxın şəxs deportasiya edilmişdir. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri 12.000–50.000 insanın ölümünə səbəb olmuşdur. Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur.
Azərbaycan türklərinin antropologiyası
Azərbaycan türklərinin antropologiyası — Azərbaycan türkləri avropoid irqinin kaspi yarımtipinə aiddir. Bu yarım tipi bəzən Oğuz irqi belə adlandırırlar. Təkcə linqvistik baxımdan yox, həm də antropoloji və genetik xüsusiyyətlərinə görə digər türk xalqı olan türkmənlərə çox yaxındır. Bəzi tətqiqatçılar Azərbaycan türklərinin avropoid irqinin kaspi yarımtipinə aid olmalarına baxmayaraq onlarda monqoloidlərin ən qədim sütunlarından biri sayılan poleosibir tipinin elementlərinin belə olmasını iddia edirlər == Kaspi tipi == Azərbaycan türklərinin daxil olduğu Kaspi tipinə həmçinin türkmənlər, qumuqlar, saxurlar, tatlar və bəzi kürdlər aid edilir. Kaspi irqi tipinin böyük Avropoid irqi sistemindəki yeri qeyri-müəyyəndir. Tədqiqatçıların fikirləri isə, bəziləri istisna olmaqla, əksər hallarda bir-birindən fərqlənir. V.V.Bunak 1947-ci ildə Kaspi tipini dolixokranlığa (uzunbaşlıq) görə Qara dəniz (Pont) tipinə bənzədərək onu Aralıq dənizi irqinə daxil etmişdi. Bunak son tədqiqatlarında isə, kaspi tipini orta Asiya ikiçayarası tipi Pamir-Fərqanə tipinə bənzətmişdir. Bununla belə Kaspi tipini Aralıq dənizi və ya Hind-İran irqlərinin başqa bir növü olaraq da hesab edilir. L.V.Oşanin isə kaspi tipini Ön Asiya irqinin uzunbaşlı modifikasiyası olduğunu iddia edir.
Azərbaycan türklərinin etnogenezi
Azərbaycanlıların etnogenezi — müasir azərbaycanlı etnosunun, Cənub-Şərqi Qafqaz və Şimal-Qərbi İran ərazilərində, çoxsaylı və müxtəlif etnik və dil elementləri əsasında formalaşması prosesidir. Müasir azərbaycanlı etnosunun formalaşması çoxəsrli proses olub və "Şərq Tarixi"nə (2002) əsasən, XV əsrin sonlarında yekunlaşıb. == Azərbaycan millətinin yaranma şərtləri == XIX əsrdə Azərbaycan dövlətçiliyi tarixində qazanılan uğurlardan biri burjua münasibətlərinin, milli burjuaziya və Azərbaycan millətinin yaranması oldu. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda kapitalizmin inkişafı, iqtisadi və mədəni mərkəzlərin yüksəlişi, ümumi bazarın yaranması, cəmiyyətin strukturunun dəyişməsi, milli burjuaziyasının və fəhlə sinfinin formalaşması kimi proseslər Azərbaycan millətinin təşəkkülünün ilkin obyektiv şərtləri oldu. Digər millətlər kimi, insanların sabit, tarixi birliyi kimi formalaşmış Azərbaycan milləti də feodal pərakəndəliyinin ləğv edilməsi prosesində, iqtisadi birliklə dil, ərazi, mədəniyyət, şüur və psixoloji birliyin qovuşması əsasında meydana gəlir və inkişaf edirdi. İqtisadi əlaqələrin möhkəmlənməsinin vacib şərti Azərbaycan millətinin ərazi birliyi idi. Uzun əsrlər boyu Azərbaycan xalqı şimalda Böyük Qafqaz dağlarından, cənubda İrana qədər, şərqdə Xəzər dənizindən, qərbdə Ermənistan və Gürcüstana qədər olan ərazidə məskunlaşmışdır. Yadelli işğalçılara qarşı uzunmüddətli mübarizənin gedişində Azərbaycan xalqı öz dövlətçiliyini, öz ərazi birliyini yaratmışdı. Bununla belə, Azərbaycan ərazisi iki dövlət — Rusiya və İran arasında bölüşdürüldüyündən, Azərbaycan millətinin təşəkkülü prosesi özünəməxsus şəraitdə gedirdi. Şimali Azərbaycanın Rusiya tərəfindən istilası ilə ölkədəki feodal ara müharibələrinə son qoyulsa da, ərazi bütövlüyünə, yalnız azərbaycanlıların müxtəlif dövlət birliklərinin tərkibində olması deyil, həm də Şimali Azərbaycanın Rusiya imperiyasının daxilində müstəqil birləşdirici təsərrüfat — inzibati və siyasi vahid kimi mövcud olmaması mane olurdu.
Mesxeti türklərinin deportasiyası
Axısqa türklərinin deportasiyası (türk. Ahıska Türklerinin sürgün edilmesi) və ya Mesxeti türklərinin deportasiyası (rus. Депортация турок-месхетинцев) — Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan bütün Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) məcburi şəkildə köçürülməsi. Deportasiya zamanı 212 kənddə yaşayan 92.307–94.955 arası Axısqa türkü öz evlərindən məcburi şəkildə çıxarılmışdır. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilmiş və əsasən Özbəkistan SSR-ə göndərilmişdir. Bu əməliyyat çərçivəsində digər etnik qrupların üzvləri də deportasiya edilmişdir. Kürdlər və həmşinlər (müsəlman ermənilər) də daxil olmaqla, əməliyyat zamanı 115.000 nəfərə yaxın şəxs deportasiya edilmişdir. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri 12.000–50.000 insanın ölümünə səbəb olmuşdur. Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur.
Qarabağ müharibəsində şəhid olan Axısqa türklərinin siyahısı
Axısqa türkləri (gürcücə მაჰმადიანი მესხები Mahmadiani meskhebi və ya თურქი მესხები T’urk’i meskhebi, türkcə:Mesheti Türkleri, Ahıska Türkleri, ingiliscə: Meskhetian Turks) — Qazaxıstan da, Özbəkistanda, Azərbaycan Respublikasında, Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə bəzən kompakt halda, digər yerlərdə dağınıq şəkildə yaşayan türk xalqlarından biri. Çox zaman onları Mesxeti türkləri də adlandırırlar. Dilləri Azərbaycan dilinə, Türk dilindən (Türkiyə türkcəsindən) daha yaxındır. Tarix boyu etnik yaşayış yerləri Gürcüstanın Məhsəti bölgəsi olmuşdur. 1944-ci ildə Axısqa türkləri Stalin repressiyasının qurbanı olmuş, axısqalılar kütləvi şəkildə öz doğma yerlərindən deportasiya olunmuşdur. 31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (14 noyabr 1944-cü ildə icra edildi) 90 538 Axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstanın (20 min nəfərdən çox) çöllərinə köçürülmüşdür.1999 – cu idə aparılmış siyahıya almaya əsasən Azərbaycanda 43.454 nəfər , eyni ildə aparılmış siyahıya almaya əsasən isə Qırğızıstanda 33.327 nəfər , Qazaxıstanda 2.761 nəfər Axısqa türkü yaşayır. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya Federasiyasında 3.257 nəfər , Ukraynada 2001 -ci ildə aparılmış siyahıya almaya əsasən isə 336 nəfər Axısqa türkü yaşayır . Azərbaycanda yaşayan Axısqa türkləri Qarabağ müharibəsi zamanı döyüşlərdə də aktiv şəkildə iştirak etmişdir. == Siyahı == === Şəhid olanlar === === Girovluqda olanlar === Qarabağ müharibəsi zamanı 50 nəfər Axısxa türkü erməni əsirliyindən qayıtsa da, 12 nəfər hələ də əsirlikdədir.
Qarabağ müharibəsində şəhid olan Axısxa türklərinin siyahısı

Suriya Qarapapaq Türklərinin Milli İttifaqı
Tanqın Qərb Türklərinə etdiyi səfər
Çini idarə edən Tan sülaləsinin Qərbi Göytürk xaqanlığına yürüşləri b.e. VII əsrdə bir sıra hərbi kampaniyadan ibarət idi. == Şərait == Vətəndaş müharibəsinin nəticəsində Göytürklər Qərbi və Şərqi xaqanlıqlara bölüşüb. Bizans İmperiyası ilə mütəffiq olan Qərbi Türk xaqanlığı Sasanilər İmperiyasına qarşı müharibələr ilə məşğul idi. Qərbi Türk xaqnlığı genişlənirdi, Şərqi Türk xaqanlığı isə tənəzzülü yaşayırdı. Onlar Çində bəzi mənbələrə görə özü də türk əsilli olan general Li Yuana Suy sülaləsini devirməyə kömək edib. Beləliklə, Li Yuan 618-ci ildə özünə Qaotzu adı alıb, Tan adlı yeni İmperator sülaləsini başlayır. 630-cu ildə, həmin Tan ordusu uyğurların köməyi ilə Şərqi Türk xaqanlığın ordusuna qalib gəlib, onları özlərin vassalı edirlər (Şərqi Türklər Tan Çini üçün Tabğaclar sözünü iştədirdilər).630-cu ildə Qərbi Türklərin Tonq Yabqu xaqanı öz dayısı Bağatur tərəfindən öldürülüb. Bundan sonra xaqan olan Bağatur Tan sülaləsindən bir şahzadə ilə evlənmək istəsə də buna nail olmayıb, üsyan nəticəsində devrildi. Altay dağlarına qaçdısa da orda öldürüldü.
İran türklərinin etnik qruplarınnı siyahısı
İran türkləri ifadəsi çox zaman İran azərbaycanlıları ifadəsi ilə eyniləşdirilir. Bu İran azərbaycanlılarının İran türklərinin ən böyük qrupu olması ilə əlaqəlidir, lakin İranda ondan başqa da türk etnik qrupları yaşamaqdadır.
İran türklərinin etnik qruplarının siyahısı
İran türkləri ifadəsi çox zaman İran azərbaycanlıları ifadəsi ilə eyniləşdirilir. Bu İran azərbaycanlılarının İran türklərinin ən böyük qrupu olması ilə əlaqəlidir, lakin İranda ondan başqa da türk etnik qrupları yaşamaqdadır.
Ermənistanda Azərbaycan türklərinə qarşı qətliamlar

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.61 dəfə / 1 mln.
2003 ••••••••••••••• 8.66
2004 •••••••••• 5.73
2005 ••••••••• 5.40
2006 •••••••••••• 7.21
2007 •••••••••••••••••••• 12.26
2008 •••••••••••• 7.31
2009 ••••••••••••••••• 10.24
2010 ••••••••••••••••• 9.89
2011 ••••••••••••••••• 10.21
2012 ••••••••••••• 7.74
2013 •••••••••••••• 8.31
2014 •••••••••••• 6.86
2015 ••••••••••• 6.29
2016 ••••• 2.78
2017 •••• 2.11
2018 •• 0.90
2019 ••••• 2.50
2020 ••• 1.46

"türklərin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#türklərin nədir? #türklərin sözünün mənası #türklərin nə deməkdir? #türklərin sözünün izahı #türklərin sözünün yazılışı #türklərin necə yazılır? #türklərin sözünün düzgün yazılışı #türklərin leksik mənası #türklərin sözünün sinonimi #türklərin sözünün yaxın mənalı sözlər #türklərin sözünün əks mənası #türklərin sözünün etimologiyası #türklərin sözünün orfoqrafiyası #türklərin rusca #türklərin inglisça #türklərin fransızca #türklərin sözünün istifadəsi #sözlük