Türkmənistanda koronavirus pandemiyası (2020)
Türkmənistanda COVID-19 koronavirusun təsdiq olunmuş xəstəlik halı mövcud deyil. Hökumət virus haqqında məlumatı idarə etməyin uğurunda işləyib, fəqət mütəxəssislərin fikrinə görə, onun yayımı ölkədə baş verdiyinin ehtimalı var. ÜST / Avropa missiyasının rəhbəri, doktor Ketrin Smolvud, Türkmənistana 10 günlük səfərindən sonra keçirilən brifinqdə, ölkədə COVID-19 infeksiyasının aşkarlanması barədə məlumat vermədi.
== Tədbirlər ==
Yanvarın 31-də Türkmənistan Hava Yolları Banqkoka və Pekinə reyslərini ləğv edib. Fevralın 29-da isə, Türkmənistan virusun təsiri altında olan ölkələrin vətəndaşlarına girişi qadağan edib. Martın 5-də Qazaxıstanın Almatı şəhrindən uçan üç xarici səyyahətçiyə, o cümlədən bir ərəb ölkənin iki diplomatına ölkəyə girməyə icazə verilməyib. Onların təyyarəsi əvvəl Türkmənabada çevirilib, sonra isə hamı İstanbula gedən reysə otuzdurulub.
Martdan başlayaraq, Türkmənistana uçan bütün reyslər Türkmənəbad Beynəlxalq Hava Limana yönəldirilir. Az sonra, beynəlxalq reysləri ümumiyyətlə ləğv olunub. Ölkəyə giriş icazəsi ancaq diplomatiya, rəsmi və humanitar məqsədi ilə gələn şəxslərə verilir.