tısbağası sözü azərbaycan dilində

tısbağası

Yazılış

  • tısbağası • 96.2963%
  • Tısbağası • 3.7037%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aralıqdənizi tısbağası
Aralıqdənizi tısbağası (lat. Testudo graeca) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinin aralıq dənizi tısbağaları cinsinə aid heyvan növü. == Qısa təsviri == Aralıqdənizi qurutısbağasının karapaksının uzunluğu orta hesabla 25 sm-ə çatır. Karapaks plastronla hərəkətsiz birləşmişdir. Ön pəncəsində 5 caynaq var. Çanağı hündür olub, arxa hissəsi dişlidir. Açıq zeytuni və ya sarımtıl — qonur rəngdə olan karapaksın üzərində qara xallar yerləşir. Ön və arxa ətrafların üzəri bir neçə sırada yerləşən kirəmitşəkilli buynuz qalxancıqlarla örtülmüşdür. Budun arxa tərəfində bir qərni qabarıq var. Müxtəlif yarımnövlərdə karapaksın uzunluğu: T. g.
Bataqlıq tısbağası
Avropa bataqlıq tısbağası (lat. Emys orbicularis) — Bataqlıq tısbağaları cinsinə aid tısbağa növüdür. == Xariçi görünüşü == Orta ölçülərə malik olub, yarımnövlərindən asılı olaraq karapaksın uzunluğu 12-35 sm arasında dəyişir. Çəkiləri isə 1,5 kq olur. Gözləri sarı, narıncı və ya qırmızımtıl olur. Çanaq üstdən qara, qonur-qəhvəyi, tünd-zeytunu rəngdə olur. Başda, boyunda və ətraflarda çoxsaylı sarı rəngli xallar yerləşir. == Yayılması == Avropa, Qafqaz, Ön Asiyada, həmçinin İspaniya, İtaliya, Mərakeş, Əlcəzair, Fransa, Türkiyə, Azərbaycan, Gürcüstan, Latviya, Litva, Rusiya, Moldova, Qazaxıstan, Türkmənistan və İranda yayılıblar. Əsasən düzənlik və ön dağlıq ərazilərdə rast gəlinirlər. Mərakeşdə isə hətta 1700 m yüksəkliklərdə rast gəlinir.
Hindistan tısbağası
== Hind Tısbağası == Quruda yaşayan tısbağa növü.Qeyri-kafi öyrənilmişdir,onun sayları azalıb. == Xarici görünşü == Tortoise orta ölçülüdür, qabığının uzunluğu 28 sm-ə qədərdir, oval, qısa, hamar bir kənar. Çiftleşme mövsümündə hind kaplumbağaları rəng dəyişdirir, xüsusən də erkəklər: burun və göz yuvalarının ərazisində dəri rənginin dəyişməsi - torpaq qatqıları üçün çox nadir haldır. == Dağılım və yaşayış sahəsi == Hindistanın cənub-qərbindəki Travancor və Koçin bölgələrini məskunlaşmışdır.Bu sıra Kerala cənubunda və Karnitanın ekstremal cənubunda dağların qərb yamacları boyunca uzanır.Dağlarda dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yaşayır.Sevimli yaşayış sahəsi - orta rütubətli yağışlı dağ meşələridir.
Qalapaqos tısbağası
Qalapaqos tısbağası (lat. Chelonoidis niger) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinin chelonoidis cinsinə aid heyvan növü. Yaşayan ən böyük tısbağa növü olub, ən ağır 10-cu sürünəndir, ağırlığı 400 kq-a, uzunluğu 1.8 metr-ə qədər çata bilir. 100 ilə yaxın ömür sürməklə, ən uzun ömürlü onurğalılardan biridir. Nəzarətə alınmış bir növü ən azı 170 il yaşamışdır. Tısbağa Ekvator ərazisinin qərbindən təxminən 1000 km-də yerləşən bir vulkanik arxipelaq olan yeddi Qalapaqos adalarına məxsusdur. İspan tədqiqatçılar 16-cı əsrdə adanı kəşf etmiş və İspanca mənası tısbağa olan galápago adını vermişlər. Qoruyucu qabığının ölçüsü və forması populyasiyalar arası dəyişir. Adanın rütubətli yüksəkliklərində, tısbağalar böyük olub, günbəz şəkilli qoruyucu qabığa və qısa boyuna malik olurlar – adanın quru alçaqlıqlarında isə, tısbağalar kiçik olub, yəhər şəkilli arxalı qoruyucu qabığa və uzun boğaza malik olurlar. Çarlz Darvin 1835-ci ildə bu fərqlilikləri müşahidə etmiş və bu onun təkamül nəzəriyəsinin inkişafına töhfə vermişdir.
Rodriges tısbağası
Rodriges tısbağası (lat. Cylindraspis peltastes) — nəhəng quru tısbağalarına daxil olan, nəsli kəsilmiş növ. Öz cinsinin ən kiçik nümayəndəsidir (Çanağı 42 sm olmuşdur.). Hind okeanında yerləşən Rodriges adasıın (Maskaren adaları) endemik canlısı olmuşdur. 1691–1761-ci illərdə sayları olduqca çox olmuşdur. Sonrakı dövrlərdə insanlar tərəfindən digər adalara daşınması ilə sayları azalmışdır.
Uzaqşərq tısbağası
Uzaqşərq tısbağası və ya Çin trioniksi (lat. Pelodiscus sinensis) — şirinsu tısbağası olaraq Trionychidae fəsiləsinə daxil olan tısbağa növü. Asiya ərazisində geniş arealda yayılmışdır. Trionychoidea ən məşhur nümayəndələrindən biridir. Bir sıra Asiya ölkələrində qida kimi istifadə edilir və bu səbəbdən xüsusi şəraitdə yetişdirilir. == Etimalogiya, digər dillərdə adı == Pelodiscus — "dəniz diski", sinensis — "çin". ing. Chinese soft-shelled turtle, Suppon. alm. Chinesische Weichschildkröte‎.
Xəzər tısbağası
Xəzər tısbağası (lat. Mauremys caspica) Asiya şirinsu tısbağaları (lat. Geoemydidae) fəsiləsinə aid növdür. Qafqazda ilk dəfə 1774-cü ildə Şamaxı ətrafında qeydə alınmışdır. == Qısa təsviri == Karapaks plastronla enli sümük vasitəsilə hərəkətsiz birləşib. Başda, boyunda və ətraflarda sarı rəngdə uzununa zolaqlar yerləşir. Çanaq üstdən zeytuni – qonur rəngdə olub, sarımtıl zolaqlara, alt tərəfi isə sarı rəngdə olub, qara xallara malikdir. == Yayılması == mal-Qərbi Afrikada, Cənubi Avropada və Ön Asiyada, həmçinin Aralıq dənizinin şimalındakı adalarda rast gəlinir. Azərbaycan ərazisində nominativ yarımnövü olan (lat. Mauremys caspica caspica) yayılmışdır.
Aralıq dənizi tısbağası
Aralıqdənizi tısbağası (lat. Testudo graeca) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinin aralıq dənizi tısbağaları cinsinə aid heyvan növü. == Qısa təsviri == Aralıqdənizi qurutısbağasının karapaksının uzunluğu orta hesabla 25 sm-ə çatır. Karapaks plastronla hərəkətsiz birləşmişdir. Ön pəncəsində 5 caynaq var. Çanağı hündür olub, arxa hissəsi dişlidir. Açıq zeytuni və ya sarımtıl — qonur rəngdə olan karapaksın üzərində qara xallar yerləşir. Ön və arxa ətrafların üzəri bir neçə sırada yerləşən kirəmitşəkilli buynuz qalxancıqlarla örtülmüşdür. Budun arxa tərəfində bir qərni qabarıq var. Müxtəlif yarımnövlərdə karapaksın uzunluğu: T. g.
Reyunyon nəhəng tısbağası
Reyunyon nəhəng tısbağası (lat. Cylindraspis indica) — nəhəng quru tısbağalarına daxil olan, nəsli kəsilmiş növ. Hind okeanında yerləşən Reyunyon adasının (Maskaren adaları) endemik canlısı olmuşdur. Balalarının və yumurtalarının ev donuzu və ev pişikləri tərəfindən yeyilməsi ilə nəsli tükənmişdir. Avropalılara 1611-ci ildə məlum olmuşdur. Artıq yüz ildən sonra isə nadir növə çevrilir. 1728-ci ildə onlara ancaq adanın qərb sahillərində rast gəlinirdi. Artıq 1773-cü ildən onları aşkarlayan olmur. Bundan sonra adaya digər növlərdən olan tısbağalar gətirilir.
Sınaq Tısbağası (personaj)
Sınaq Tısbağası - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. Qrifonun həmkarıdır.
Vosmayer nəhəng tısbağası
Vosmayer nəhəng tısbağası (lat. Cylindraspis vosmaeri) — nəhəng quru tısbağalarına daxil olan, nəsli kəsilmiş növ. Hind okeanında yerləşən Rodriges adasının (Maskaren adaları) endemik canlısı olmuşdur. 1786-cı ildə insanlar və tənha ev pişikləri tərəfindən ovlanması ilə nəsli tükənmişdir. Arnoud Vosmayerin (1720–1799) şərəfinə adlandırılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2007 ••••••• 0.21
2009 ••••• 0.16
2010 ••• 0.09
2011 •••••••• 0.26
2012 ••••••••••• 0.34
2013 ••••••••• 0.29
2017 ••••• 0.16
2018 ••••• 0.15
2019 ••••••••• 0.28
2020 •••••••• 0.27

"tısbağası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tısbağası nədir? #tısbağası sözünün mənası #tısbağası nə deməkdir? #tısbağası sözünün izahı #tısbağası sözünün yazılışı #tısbağası necə yazılır? #tısbağası sözünün düzgün yazılışı #tısbağası leksik mənası #tısbağası sözünün sinonimi #tısbağası sözünün yaxın mənalı sözlər #tısbağası sözünün əks mənası #tısbağası sözünün etimologiyası #tısbağası sözünün orfoqrafiyası #tısbağası rusca #tısbağası inglisça #tısbağası fransızca #tısbağası sözünün istifadəsi #sözlük