* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2006 | •••••••••••• | 1.35 |
2007 | •• | 0.21 |
2008 | ••••••• | 0.73 |
2009 | •••••••••••••••••••• | 2.40 |
2010 | ••••• | 0.54 |
2011 | •••••• | 0.60 |
2012 | •••••••• | 0.86 |
2013 | •••••••••••••••••• | 2.04 |
2014 | •••••••• | 0.86 |
2015 | ••• | 0.34 |
2016 | •• | 0.17 |
2017 | ••• | 0.33 |
2018 | ••• | 0.30 |
2019 | ••• | 0.28 |
2020 | ••••• | 0.53 |
1 is. zool. Bədəni sümük qınla örtülü, qısa ayaqları ilə çox yavaş hərəkət edən, ayaqlarını və başını qının içində gizlədən sürünən heyvan. Quru tısbağası. Dəniz tısbağası. Bataqlıq tısbağası. – Bir ilan, bir dəvə, bir də tısbağa; Yoldaş olmuşdular bunlar sabiqa. Q.Zakir. Birdən maralın sağ tərəfindən, bulanıq sular arasından bir tısbağa başını çıxarıb onu salamladı. M.Hüseyn. ◊ Tısbağa kimi – çox yavaş, çox ağır. Parovoz tısbağa kimi ağır-ağır gedirdi. M.S.Ordubadi. Tısbağa kimi başını qınına çəkmək – 1) ictimai işlərdən kənara çəkilib öz xüsusi işləri ilə məşğul olmaq; 2) öz evində oturub heç bir yerə getməmək, evdən bayıra çıxmamaq. Camaatı talamağa adət etmiş xainlər tısbağa kimi başını qınına çəkib dışarı çıxmağa cürət etmirdi(lər). M.S.Ordubadi. Tısbağa qınından çıxıb, (öz) qınını bəyənmir – böyüyüb, boya-başa çatdığı ailəni, mühiti, kollektivi, yeri bəyənməyən adam haqqında. [İmran kişi:] Bəlkə tısbağa qınından çıxıb, qınını bəyənmir, hə? M.Hüseyn. Tısbağa sürəti (yerişi, gedişi) – çox yavaş, çox kiçik sürət, çox ağır yeriş. Tısbağa sürəti ilə getmək. – [Rüstəm kişi:] Tısbağa yerişi ilə gedən bir kolxozu iki-üç ilə o hündürlüyə qalxızmaq qeyri-mümkündür. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / tısbağa1 Kəllə sözünün sinonimi qafatasıdır. Deməli, tas sümükdür, çanaqdır. Tısbağa “tası (çanağı) olan bağa” deməkdir. Farslar buna sənqpoşt (beli, üstü daş) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tısbağa1 TISBAĞA Bir tısbağa, bir kəsəyən, bir qarğa; Yoldaş olmuş idi bundan sabiqa (Q.Zakir); BAĞA Bağalar başlarını qırağa çəkib hərəkətsiz durmuşdular (A.Şaiq); ÇANAQLI BAĞA Girmişdi əqrəb bağa; Gəlib çanaqlıbağa; Əqrəblə sirdaş oldu; Dost oldu, qardaş oldu (M.Seyidzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / tısbağa2 I сущ. зоол. черепаха (пресмыкающееся, покрытое костным панцирем, очень медленно передвигающееся на коротких конечностях, которые как и голова, могут втягиваться в панцирь). Quru tısbağası сухопутная черепаха, bataqlıq tısbağası болотная черепаха, dəniz tısbağası морская черепаха II прил. черепаший: 1) относящийся к черепахе, принадлежащий ей; черепаховый. Tısbağa başı черепашья голова, tısbağa çanağı черепаший панцирь 2) перен. очень медленный, медлительный. Tısbağa yerişi yerimək (tısbağa yerişi ilə getmək) идти черепашьим ходом, tısbağa sürətilə черепашьими темпами. Tikinti tısbağa sürətilə gedir строительство идет черепашьими темпами 2. черепаховый (сделанный, изготовленный из пластинок панциря черепахи). Tısbağa çanağından hazırlanmış daraq черепаховый гребень, tısbağa çanağından hazırlanmış sağanaq черепаховая оправа ◊ tısbağa kimi (yerimək, getmək) как черепаха, черепахой, очень медленно (идти, ехать); tısbağa kimi qınına çəkilmək замыкаться (уходить) в свою скорлупу (обособляться от всего окружающего, замыкаться в своем узком личном мирке); tısbağa çanağından çıxıb – çanağını bəyənmir черепаха вышла из панциря, а панцирь теперь ему не нравится (обычно о том, кто, добившись высокого положения в обществе, перестает уважать, любить своих родителей)
Azərbaycanca-rusca lüğət / tısbağa1 сущ. зоол. хъалхъас (къиб), кӀвал алай къиб; // хъалхъасдин, хъалхъас хъипрен (мес. шараг); ** tısbağa kimi хъалхъас (къиб) хьиз, гзаф явашдиз, заландиз; tısbağa kimi başını qınına çəkmək а) вири крарилай къерехдихъ хьана, вичин хсуси краралди машгъул хьун; б) вичин кӀвале ацукьна санихъни тефин, кӀвалей къецел экъечӀ тавун; tısbağa qınından çıxıb, (öz) qınını bəyənmir шкьуьнтдиз вич акъатай къаб бегенмиш яз амукьдач (л.х.м. вич чӀехи хьайи чка, хзан, коллектив бегенмиш техжер касдин гьакъинда); tısbağa sürəti (yerişi, gedişi) хъалхъасдин йигинвал (финиф), гзаф яваш (залан) финиф.
Azərbaycanca-ləzgicə lüğəti / tısbağa