* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••• | 3.43 |
2003 | ••••••••••••••• | 4.33 |
2004 | ••••••• | 2.02 |
2005 | •••••••••• | 2.70 |
2006 | •••••••• | 2.25 |
2007 | •••••••••••••••••• | 5.07 |
2008 | •••••••••• | 2.68 |
2009 | •••••••••••• | 3.36 |
2010 | •••••••••••••••••••• | 5.81 |
2011 | •••••••••••• | 3.43 |
2012 | •••••••••••• | 3.44 |
2013 | ••••••••••••••• | 4.23 |
2014 | •••••••••••••• | 3.95 |
2015 | •••••• | 1.70 |
2016 | •••••• | 1.74 |
2017 | ••••••••• | 2.60 |
2018 | ••••••• | 1.80 |
2019 | •••••• | 1.67 |
2020 | •••••• | 1.59 |
1 [ər.] 1. is. Gülümsəmə. [Qocanın] sallaq iri dodaqlarında, yanları cizgilərlə bürüşmüş kiçik gözlərində, sümükləri qalxaq, ətli, qırmızı üzündə bir təbəssüm vardı. A.Şaiq. Xanların istehzalı təbəssümü birdən yoxa çəkildi. M.Hüseyn. □ Təbəssüm etmək (eyləmək) – gülümsəmək. Könlün xoş isə təbəssüm eylə! Mehrin var isə tərəhhüm eylə! Füzuli. Çün baxıb əhvalıma, etdi təbəssüm nazilən; Qönçeyi-baği-behişti gör nə xəndan eylədi. Heyran xanım. 2. Təbəssümlə şəklində zərf – gülümsəyəgülümsəyə, gülümsəyərək. Qətibə başını qaldırıb, Səba xanımın üzünə baxıb təbəssümlə dedi. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / təbəssüm1 TƏBƏSSÜM [Mahirənin] qaşqabağı sallanmışdı, dodaqlarını və gözlərini bəzəyən təbəssüm yox olmuşdu (Y.Şirvan); GÜLÜMSƏMƏ Burnaşov gülümsədi. Bu gülümsəmə onun həmin şərtə razı olmadığını aşkar büruzə verdi (Çəmənzəminli); QIMIŞIQ Lakin onun gözündə sevinc dolu bir işıq; Rəngsiz dodaqlarında mehriban bir qımışıq (R.Rza); GÜLÜMSÜNMƏ.
Azərbaycan dilinin sinonimlər lüğəti / təbəssüm2 сущ. 1. улыбка (движение мышц лица, губ, глаз, показывающее расположение к смеху или выражающее привет, удовольствие и другие чувства). İstehzalı təbəssüm ироническая улыбка, uşaq təbəssümü детская улыбка, qoy heç zaman dodaqlarınızdan təbəssüm əskik olmasın пусть никогда не сходит улыбка с ваших губ (пожелание)
Azərbaycanca-rusca lüğət / təbəssüm1 i. smile; saxta ~ forced smile; güclə sezilən ~ a scarcely perceptible smile
Azərbaycanca-ingiliscə lüğət / təbəssüm1 is. sourire m ; saxta ~ sourire m forcé ; güclə sezilən ~ sourire à peine perceptible
Azərbaycanca-fransızca lüğət / təbəssüm1 [ər.] 1. сущ. хъвер; təbəssüm etmək (eyləmək) хъвер авун, милидаказ хъуьруьн; 2. təbəssümlə нареч. хъвер кваз, чина хъвер аваз, хъуьрез-хъуьрез.
Azərbaycanca-ləzgicə lüğəti / təbəssümə. gülümsəmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti