təfriqə sözü azərbaycan dilində

təfriqə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təfriqə • 96.4789%
  • Təfriqə • 3.5211%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xristianlıqda təfriqə
Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir. Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur. == Xalkedon parçalanması (monofizit-diafizit) == 451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.45 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 1.35
2005 ••••••••••• 0.67
2006 ••••••• 0.45
2008 •••• 0.24
2009 •••••••• 0.48
2010 ••••••••••• 0.73
2011 •••• 0.26
2012 •••• 0.26
2013 ••••• 0.29
2014 ••••••••••••• 0.86
2015 •••••••••••••••••• 1.19
2016 ••• 0.17
2017 ••••••••••••• 0.81
2018 ••••••• 0.45
2019 ••••• 0.28
2020 •• 0.13

təfriqə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Narazılıq nəticəsində araya ikitirəlik düşmə; ayrılma, ayrılıq, ittifaqsızlıq, ikitirəlik. [Mirzə Heydər:] Belə təfriqədən burjua hökumətləri isə istifadə edirlər. Ə.Haqverdiyev. O hələ uşaq ikən; Düşünmüş için-için; “Bu yollar, təfriqələr; Təriqətlər nə üçün?” B.Vahabzadə. □ Təfriqə düşmək – ikitirəlik düşmək, ədavət düşmək, düşmənçilik düşmək. Təfriqə salmaq – ikitirəlik salmaq, düşmənçilik salmaq. Saldı arayə təfriqə gülçini-ruzgar; Ol gül yanında qalmadı bir etibarımız. S.Ə.Şirvani. 2. köhn. Qəzet səhifəsinin ayrılmış bir yerində hissə-hissə dərc olunan hekayə, məqalə və s. 3. köhn. bax vodevil. “Məstəli şah”dan sonra “Könülsüz” ünvanında bir pərdədə tərtib olunmuş təfriqə (vodevil) oynandı. F.Köçərli.

    Azərbaycan dilinin izahlı lüğəti / təfriqə

təfriqə sözünün etimologiyası

təfriqə sözünün sinonimləri (yaxın mənalı sözlər)

təfriqə sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. 1. раскол (нарушение единства кого-л., чего-л., внесение разногласия в среду кого-л., чего-л.). Partiyada təfriqə раскол в партии; təfriqə salmaq вносить, внести раскол; расколоть 2. устар. отрывок (небольшая часть литературного произведения, печатаемого в газетах). Təfriqə şəklində çap olunmaq печататься в отрывках 3. устар. лит. водевиль (короткая комическая пьеса, обычно с пением куплетов, романсов и танцами)

    Azərbaycanca-rusca lüğət / təfriqə

təfriqə sözünün inglis dilinə tərcüməsi

təfriqə sözünün fransız dilinə tərcüməsi

təfriqə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. ччара хьунухь, ччаравал, наразивилин нетижада сад-садаз акси кьве патахъ ччара хьун, къакъатун; // təfriqə düşmək мидявал гьатун, ччара хьун, душманвал гьатун; təfriqə salmaq мидявал ттун, ччара авун, душманвал ттун; 2. куьгьн. газетдин чинин са чкадал пай-пай чап авунвай гьикая, макъала ва мс.; 3. куьгьн. кил. vodevil.

    Azərbaycanca-ləzgicə lüğəti / təfriqə

təfriqə sözünün türk dilinə tərcüməsi

təfriqə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) fikir ayrılığı; 2) qəzetdə və s. hissə-hissə çap olunan əsər; 3) dağınıqlıq, pərakəndəlik; 4) pərişanlıq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"təfriqə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təfriqə nədir? #təfriqə sözünün mənası #təfriqə nə deməkdir? #təfriqə sözünün izahı #təfriqə sözünün yazılışı #təfriqə necə yazılır? #təfriqə sözünün düzgün yazılışı #təfriqə leksik mənası #təfriqə sözünün sinonimi #təfriqə sözünün yaxın mənalı sözlər #təfriqə sözünün əks mənası #təfriqə sözünün etimologiyası #təfriqə sözünün orfoqrafiyası #təfriqə rusca #təfriqə inglisça #təfriqə fransızca #təfriqə sözünün istifadəsi #sözlük