təhlükəsizliyini sözü azərbaycan dilində

təhlükəsizliyini

Yazılış

  • təhlükəsizliyini • 99.8804%
  • Təhlükəsizliyini • 0.1196%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 14 iyul 2023-cü ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD saylı Qanunu ilə təsis edilmişdir. Yubiley medalı ilə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanda xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanın fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Medala layiq görülən şəxslər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən təltif edilirlər. "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir. Medalın ümumi təsviri "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində relyefli xətlərin əhatəsində qızılı rəngli dairə yerləşdirilmişdir. Dairənin mərkəzində ətrafı qızılı rənglə konturlanan və daxili Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində 3 üfüqi zolağa bölünən səkkizguşəli ulduz əks olunmuşdur.
Reyx Təhlükəsizliyinin Baş İdarəsi
Reyx Təhlükəsizliyinin Baş İdarəsi (almanca: Reichssicherheitshauptamt və ya RSHA) — SS təşkilatının da rəhbəri olmuş Henrix Himmler tərəfindən idarə olunan orqan. Təşkilatın əsas vəzifəsi ölkənin daxilində və xaricində yerləşən "Reyxin bütün düşmənləri" ilə mübarizə aparmaqdan ibarət olmuşdur. Tərkibində Gestapo (Gizli polis), Kripo (Cinayət polisi), Polis təşkilatı kimi böyük polis təşkilatlarını birləşdirir və onların işlərinə nəzarət edirdi. Yəhudilərə qarşı Holokost soyqırımının törədilməsində yaxından iştirak etmiş təşkilatdır. RSHA və ya Reichssicherheitshauptamt (Reyx Təhlükəsizlik Baş İdarəsi) Nasist Almaniyasının ölkə daxilində və xaricindəki polis və təhlükəsizlik işləri idarəsi idi. Buraya Gestapo, Kripo (Cinayət Polis), Təhlükəsizlik Xidməti və ya SD kimi böyük polis təşkilatları da daxildir və onların işlərinə nəzarət edirdi. Bu idarədə Nasist həbs düşərgələrinin planlaşdırma, layihə və idarəetmə işləri aparılırdı. İki əsas təşkilatdan ibarətdir. Bunlar Gestapo və Sicherheitspolizeidir ki, ona da Ordnungspolizei və Sicherheitsdienst (SD) daxildir. RSHA-nın ilk prezidenti SS-Obergruppenführeri Reinhard Heydrich idi.

"təhlükəsizliyini" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təhlükəsizliyini nədir? #təhlükəsizliyini sözünün mənası #təhlükəsizliyini nə deməkdir? #təhlükəsizliyini sözünün izahı #təhlükəsizliyini sözünün yazılışı #təhlükəsizliyini necə yazılır? #təhlükəsizliyini sözünün düzgün yazılışı #təhlükəsizliyini leksik mənası #təhlükəsizliyini sözünün sinonimi #təhlükəsizliyini sözünün yaxın mənalı sözlər #təhlükəsizliyini sözünün əks mənası #təhlükəsizliyini sözünün etimologiyası #təhlükəsizliyini sözünün orfoqrafiyası #təhlükəsizliyini rusca #təhlükəsizliyini inglisça #təhlükəsizliyini fransızca #təhlükəsizliyini sözünün istifadəsi #sözlük