Reyx Təhlükəsizliyinin Baş İdarəsi
Reyx Təhlükəsizliyinin Baş İdarəsi (almanca: Reichssicherheitshauptamt və ya RSHA) — SS təşkilatının da rəhbəri olmuş Henrix Himmler tərəfindən idarə olunan orqan. Təşkilatın əsas vəzifəsi ölkənin daxilində və xaricində yerləşən "Reyxin bütün düşmənləri" ilə mübarizə aparmaqdan ibarət olmuşdur. Tərkibində Gestapo (Gizli polis), Kripo (Cinayət polisi), Polis təşkilatı kimi böyük polis təşkilatlarını birləşdirir və onların işlərinə nəzarət edirdi. Yəhudilərə qarşı Holokost soyqırımının törədilməsində yaxından iştirak etmiş təşkilatdır.
RSHA və ya Reichssicherheitshauptamt (Reyx Təhlükəsizlik Baş İdarəsi) Nasist Almaniyasının ölkə daxilində və xaricindəki polis və təhlükəsizlik işləri idarəsi idi. Buraya Gestapo, Kripo (Cinayət Polis), Təhlükəsizlik Xidməti və ya SD kimi böyük polis təşkilatları da daxildir və onların işlərinə nəzarət edirdi. Bu idarədə Nasist həbs düşərgələrinin planlaşdırma, layihə və idarəetmə işləri aparılırdı.
İki əsas təşkilatdan ibarətdir. Bunlar Gestapo və Sicherheitspolizeidir ki, ona da Ordnungspolizei və Sicherheitsdienst (SD) daxildir. RSHA-nın ilk prezidenti SS-Obergruppenführeri Reinhard Heydrich idi.