* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Yəhərin altından atın belinə qoyulan, üstü dəri, qalın astarlı yumşaq keçə parçası.
Azərbaycan dilinin izahlı lüğəti / təkaltı1 Ulaqla bağlı, qaltaq, tərlik, üzlük, tapqır, üzəngi, quşqun, sinəbənd, təhlim, boğazaltı, burunluq, çul, alıq, palan, yüyən, kəm, kəlləlik, qancığa və s. sözlər işlədilir. Qaltaq yəhərin ağac hissəsidir, tərlik keçədən olur və qaltağın altına qoyulur, sinəbənd yəhərin geri sürüşməsinin, quşqun isə qabağa getməsinin qarşısını alır, tapqır yəhəri ata bağlamaq üçündür, təhlim sinəbəndlə qantarğanı birləşdirən 2 nazik qayışdır (atın baş aparmasının qarşısını alır). Yəhərdə təkaltı 7 qat keçədən, tumacdan düzəldilir və qaltağın atın belinə toxunmasının qarşısını alır. Təkaltı, yerin təki sözlərindəki tək kəlməsi “aşağı” mənasını verir, deməli, təkaltı sinonimlər birləşməsidir: uzundraz, hoqqabaz, yığcam tipli sözlərin qəlibi üzrə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / təkaltı(Ağdam, Xocavənd, İmişli, Quba, Şəki) atın belinə yəhərin altından qoyulan keçə. – Atın təkaltısın ma:yəti, atı yəhərriyəjəm (Ağdam); – Urdan təkaltıni gütür at atun üsdünə (Quba); – Atın təkaltısı yırtıldı (Şəki)
Azərbaycan dilinin dialektoloji lüğəti.