tələsi sözü azərbaycan dilində

tələsi

Yazılış

  • tələsi • 97.4359%
  • Tələsi • 2.5641%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Turist tələsi
Turist tələsi (ing. Tourist trap) — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Likvidlik tələsi
Likvidlik tələsi — monetar orqanların ya faiz dərəcələrini aşağı salmaqla, ya da pul kütləsini artırmaqla iqtisadiyyatı stimullaşdırmaq üçün alətlərə malik olmadığı Keyns nəzəriyyəsində makroiqtisadi vəziyyət. Keynsçilər iddia edirlər ki, likvidlik tələsi adətən mənfi hadisələrin (deflyasiya, zəif məcmu tələb, vətəndaş və ya dünya müharibəsi) gözləntiləri insanların likvidliyə üstünlük vermələrinə səbəb olduqda baş verir. == Tərifi == Bu makroiqtisadi vəziyyətdə, qiymətlərin düşməsi gözləntilərinə görə, monetar orqanların hər hansı hərəkəti ilə real faiz dərəcələrini daha da aşağı salmaq mümkün deyil. Ümumi qiymət səviyyəsinin aşağı düşməsi gözlənilirsə, hər kəs nağd pul saxlamağa üstünlük verir, çünki bu, deflyasiya dərəcəsinə bərabər real gəlirlərin artması ilə nəticələnir. Pul kütləsinin artımından asılı olmayaraq real faiz dərəcəsi nominal faiz dərəcəsinin sıfır olduğu səviyyədən aşağı salına bilməz. Beləliklə, monetar orqanlar real faiz dərəcələrini aşağı salmaqla investisiyaları stimullaşdıra bilmirlər.
Siçan tələsi (İnformatika)
Siçan tələsi (ing.mousetrap, ru. мышеловка) - JavaScript, yaxud başqa skriptli dildə proqramlaşdırılmış, ancaq brauzerin “geri” (“back”) düyməsinin nəzərdə tutulduğu kimi işləmədiyi veb-səhifə. Yəni belə veb-səhifəyə daxil olduqdan sonra oradan geri qayıtmaq olmur. 2001-ci ildə ABŞ-nin Federal Ticarət Komissiyası (Federal Trade Commission) izləyiciləri reklamlara baxmağa məcbur etmək üçün minlərlə veb-saytda “siçan tələsi”indən istifadə edən reklamverənlərə qarşı cəza tədbirləri nəzərdə tutub. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Məhəbbət tələsi (film, 2005)
Məhəbbət tələsi (Rom: Garam Masala) — 2005-ci ildə Priyadarşan tərəfindən süjet xətti yazılan və rejissorluğu edilən və rollarda Akşay Kumar, Con Abraham, Pareş Raval, Rimi Sen, Neha Dupia və Racpal Yadavın iştirak etdiyi hindi dilli komediya filmidir. Filmin hekayəsi daim qadınlarla flört etməyi sevən iki fotoqrafçı dost olan Makarand "Mac" Deendayal Çatpatiya (Kumar) və Şyam "Sam" Salqaonkar (Abraham) ətrafında cərəyan edir. Xaricə səfər edib geri qayıtdıqdan sonra Şyam, Makarandın eyni zamanda üç xanımla əyləndiyini görəndən sonra onun həyatını pozmağa qərar verir. Film Priyadarşanın özü tərəfindən 1985-ci ildə çəkilmiş Malayalam komediya filmi olan Boeing Boeing filminin remeykidir. Bu film isə öz növbəsində 1965-ci ildə çəkilmiş olan eyni adlı Amerika filminin remeyki olmuşdur. Məhəbbət tələsi 2005-ci ildə Divali bayramı zamanı buraxılmış və tənqidçilərdən qarışıq rəylər almış və həmçinin də kommersiya müvəffəqiyyəti əldə etmişdir. Həmçinin də, Kumar filmdəki performansına görə yüksək qiymətləndirilmiş və bu film Filmfare Mükafatlarında ona Komik Rolda Ən Yaxşı Aktyor mükafatını qazandırmışdır.

"tələsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tələsi nədir? #tələsi sözünün mənası #tələsi nə deməkdir? #tələsi sözünün izahı #tələsi sözünün yazılışı #tələsi necə yazılır? #tələsi sözünün düzgün yazılışı #tələsi leksik mənası #tələsi sözünün sinonimi #tələsi sözünün yaxın mənalı sözlər #tələsi sözünün əks mənası #tələsi sözünün etimologiyası #tələsi sözünün orfoqrafiyası #tələsi rusca #tələsi inglisça #tələsi fransızca #tələsi sözünün istifadəsi #sözlük