təpitmə sözü azərbaycan dilində

təpitmə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təpitmə • 88.8889%
  • Təpitmə • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16

təpitmə sözünün leksik mənası və izahı

  • 1 is. 1. Xalq təbabətində: bədənin sınıq, çıxıq, əzik yerinə qoyulan yağlı isti xəmir parçası. Sınıq yerə təpitmə qoymaq. – [Mustafa bəy:] Get, gədələrə deginən, bədəninə təpitmədən-zaddan salsınlar. Ə.Haqverdiyev. 2. Xingal bişirmək üçün yayılıb doğranmış və azacıq qurudulmuş xəmir tikələri. Yuxası nazik yayılmış, təpitməsi yaxşı hazırlanmış xingal sinidə buğlana-buğlana ortaya gəldi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / təpitmə
  • 2 “Təpitmək”dən f.is.

    Azərbaycan dilinin izahlı lüğəti / təpitmə

təpitmə sözünün etimologiyası

təpitmə sözünün rus dilinə tərcüməsi

  • 1 припарка из горячего теста

    Azərbaycanca-rusca lüğət / təpitmə
  • 2 1 сущ. 1. припарка (в народной медицине: жирное тесто, прикладываемое в горячем виде к больному месту для согревания). Təpitmə qoymaq (salmaq) приложить припарку 2. заготовки из высушенного теста для приготовления хингала 2 сущ. от глаг. təpitmək

    Azərbaycanca-rusca lüğət / təpitmə

təpitmə sözünün inglis dilinə tərcüməsi

təpitmə sözünün fransız dilinə tərcüməsi

təpitmə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 f.is. кил. təpitmək.

    Azərbaycanca-ləzgicə lüğəti / təpitmə
  • 2 сущ. 1. гъери галай чими тинидин кӀус (бедендин хайи, акъатай ва мс. тӀал авай чкадал эцигдай); 2. хинкӀар (хинкӀал чурун патал акьалай лавашдикай куьткуьнна тӀимил кьурурнавай тинидин кӀусар).

    Azərbaycanca-ləzgicə lüğəti / təpitmə

təpitmə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağdam, Bərdə, Göyçay, İmişli, Mingəçevir, Şuşa) xingal bişirmək üçün hazırlanan yarıçiy yuxa. – O təpitmələri doğra, su asmışam xəngəl pişirəx’ (Ağdam); – Beşaltı təpitmə var, gəti oları xıngal bişirim (İmişli) ◊ Təpitmə salmax (Ağdam, Bərdə, Kürdəmir) – xingal bişirmək üçün yarıçiy yuxa hazırlamaq. – Birəz təpitmə salmışam xəngəl pişirəjəm (Bərdə); – Axşama üç-dört təpitmə sal, xəngəl bişir (Kürdəmir) II (Ağcabədi, Cəbrayıl, Şuşa, Ucar) yağlı xəmirdən hazırlanmış məlhəm. – Üş gündü topuğuma təpitmə qoydurram, indi bir əz babatdı (Ağcabədi); – Uşağın qılçasına təpitmə qoydux, şişi çəkildi (Ucar); – Təpitmə qoyannan bəri əlimin şişi yatıb (Cəbrayıl)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"təpitmə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təpitmə nədir? #təpitmə sözünün mənası #təpitmə nə deməkdir? #təpitmə sözünün izahı #təpitmə sözünün yazılışı #təpitmə necə yazılır? #təpitmə sözünün düzgün yazılışı #təpitmə leksik mənası #təpitmə sözünün sinonimi #təpitmə sözünün yaxın mənalı sözlər #təpitmə sözünün əks mənası #təpitmə sözünün etimologiyası #təpitmə sözünün orfoqrafiyası #təpitmə rusca #təpitmə inglisça #təpitmə fransızca #təpitmə sözünün istifadəsi #sözlük