təsvirlər sözü azərbaycan dilində

təsvirlər

Yazılış

  • təsvirlər • 94.3396%
  • Təsvirlər • 5.6604%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cacıqlı qayaüstü təsvirləri
== Çaçıqlı qayaüstü təsvirləri == Bu təsvirlər Ordubad rayonun Tivi kəndi ərazisində qeydə alınmışdır. Оnlar Gəmiqaya petroqliflərində оduğu kimi insan, hеyvan təsvirlərinə, astral rəsmlərə bölünürlər. Təsvirlər döymə və cızma üsulu ilə çəkilmişdir. hеyvan təsvirləri kеçi, maral, canavar və digər rəsmlərdən ibarətdir. Onların əksəriyyəti kеçi təsvirlərindən ibarətdir. Qayaüstü təsvirlərin bir çохu nisbətən sadə çəkilmişdir. Bəziləri isə müхtəlif işarələrlə, damğalarla birlikdə vеrilmişdir. Aşkar оlunmuş bеlə qayaüstü rəsmlərdən birində döymə üsulu ilə dağ kеçisi və tısbağa təsvir olunaraq insanların dini-idеоlоji görüşləri, mifik düşüncə tərzi ilə bağlı müəyyən kompozisiya əks eolunmuşdur.insan təsvirlərindən bir qismi təklikdə çəkilmişdir, bəziləri isə hеyvan və astral rəsmləri ilə birlikdə vеrilmişdir. Təsvirlərdən birində cızma üsulu ilə qabaqda kеçi, оnun arхasında əlində dəyənək tutmuş insan hərəkət vəziyyətində verilmişdir. Təsvirlərdə qədim türk mədəniyyətinə aid elementlərin geniş yayılması Naxçıvanın tarixən prototür kmədəniyyətinin əsas mərkəzlərindən biri olmasını, bu ərazidə türk etnoslarının yaşadığını sübut edir.
Erotik təsvirlərin tarixi
Erotik təsvirlərin tarixinə təkcə rəsmlər deyil, həm də heykəltəraşlıq, fotoqrafiya, dramatik incəsənət, erotik musiqi və yazılar da daxildir, həmçinin erotik təsvirlər bəşər tarixinin demək olar ki, hər bir dövründə müxtəlif sivilizasiyalar tərəfindən təsvir edilmişdir. Qədim yunanlar və romalılar erotik sayıla biləcək bir çox sənət əsərləri yaratmışdırlar. Son zamanlar kommunikasiya texnologiyaları inkişaf etməyə başlamış və bunun nəticəsində fotoşəkil formasında pornoqrafiya, video formasında pornoqrafiya, çap pornoqrafiyası kimi texnikalar yayılmağa başlanmışdır. Ən erkən məlum olan erotik təsvirlər Paleolit və Mezolit dövrlərinə aiddir, bu dövrdə insanlar tez-tez mağaralarda heyvan şəkilləri çəksələr də, insan cinsi orqanlarının rəsmləri də bəzən divarlara həkk edilirdi. Qədim sivilizasiyalar tez-tez cinsi aktı fövqəltəbii güclərlə əlaqələndirirdilər, buna görə də onların dinləri bu cür təsvirlərlə iç-içədir. Hindistan, Nepal, Şri-Lanka, Yaponiya və Çin kimi Asiya ölkələrindəki yerli dinlərdə seksin və erotik təsvirlərin müəyyən mənəvi mənaları mövcuddur. Eyni formada, qədim yunanlar və romalılar da öz dini inancları və mədəni təcrübələri ilə birləşdirilən bir çox erotik sənət və bəzək əsərləri yaratmışdırlar . Müasir pornoqrafiyanın ən erkən nümunələri ədəbsiz təsvirlərin Avropa incəsənətindəki ənənəvi cinsi təsvirlərdən fərqləndiyi XVI əsrə təsadüf edir. Sonralar pornoqrafiya fotoqrafiya, kino, video, kompüter və internet də daxil olmaqla hər bir yeni vasitəyə uyğunlaşdırılmışdır. Bəzi spesifik cinsi aktlar qanunla tənzimlənsə və ya qadağan edilsə də, 1857-ci ilə qədər heç bir ölkədə təkcə onları təsvir edən əşyalara və ya şəkillərə baxmaq qanunsuz deyildi.
Gəmiqaya qayaüstü təsvirləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. == Tarixi == Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.Naxçıvan Muxtar Respublikası Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 2001 il 26 aprel tarixli sərəncam qəbul etmişdir.
Kondoa qaya təsvirləri
Kondoa İranqi qayaüstü təsvirləri — Tanzaniyanın mərkəzindəki mağara divarlarında yer alan bir sıra qədim rəsmlərdir. Kondoa bölgəsi təsirli qaya təsvirləri kolleksiyasına görə 2006-cı ildə UNESCO-nun Ümumdünya irsi elan edilmişdir.Bu əraziyə daha əvvəl, 1937-ci ildə Tanzaniya Antikalar İdarəsi tərəfindən milli abidə adı verilmişdi. Tanzaniya Antikalar İdarəsi tərəfindən bəzi rəsmlərin 50.000 ildən çox yaşı olduğuna inanılır. Lakin, bu təsvirlərin ümumilikdə 2000 yaşı var. Rəsmlərdə uzanan insanlar, heyvanlar və ov səhnələri təsvir edilmişdir. Köhnə rəsmlər ümumiyyətlə qırmızıdır və ovçu-toplayıcılar ilə əlaqələndirilir. Lakin tez-tez bu fiqurlar sonradan çəkilmiş, aqro-pastoralistlərə aid ağ rəngli rəsmlər ilə üst-üstə düşür. Bu təsvirlər Orta Daş dövründən Son Daş dövrünün əvvəlinə qədər uzanır və bu da rəsmləri bu keçid dövründəki mədəniyyət dəyişikliklərini öyrənmək üçün yaxşı bir kolleksiya halına gətirir.Bu ərazinin landşaftı Masai çölünün qərb çevrəsini təşkil edən iri qranit daşları ilə xarakterizə olunur. Təsvirlərin aşkarlandığı qaya sığınacaqları, havanın təsvirindən nisbətən qorunur. Bu gün bəzədilmiş qaya sığınacaqları yerli İranqi xalqı tərəfindən şəfa mərasimləri zamanı heyvanların müntəzəm qurban kəsilməsi də daxil olmaqla mənəvi məqsədlər üçün istifadə olunur.
Nal dərəsi qayaüstü təsvirləri
Nal dərəsi qayaüstü təsvirləri — Bu təsvirlər 2016-ci ildə Culfa rayonun Gülüstan kəndi ərazisində, Nal dərəsində tərəfimizdən qeydə alınaraq tədqiqata cəlb edilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Gəmiqaya təsvirləri kimi onlar da çızma və döymə üsulu ilə, sxematik xarakterdə, müyyən süjetdə çəkilmişlər. Ən çox dairəvi və yarımdairəvi rəsmlərdən istifadə edilmişdir. Bundan başqa nöqtə, sxemaktik xarakterli işarələr də çəkilmişdir. Gəmiqaya təsvirlərində olduğu kimi orada da müəyyən süjetlər əks olunmuşdur. Qayaüstü təsvirlərdə insanların dini ideoloji görüşləri ilə yanaşı qədim türk mədəniyyətinə aid elementlərin müşahidə edilməsi, onların bənzərlərinin türk damğaları içərisində olması Naxçıvan Muxtar Respublikasının qədim və zəngin tarixə malik olduğunu, bu bölgənin tarixən prototürk mədəniyyətinin mərkəzlərindən biri olduğunu sübut edən yeni elmi faktlardandır.Abidə e.ə II-I minilliklərə aiddir.
Petrikovka təsvirləri
Petrikov təsvirləri (ukr. Петриківський розпис) və ya Petrovikovka (петрикі́вка) — Dnepropetrovsk vilayətində yerləşən Petrikovka kəndinin adından götürülən Ukraynanın dekorativ-naxışlı xalq rəsmidir. 2012-ci ildə Ukrayna Mədəniyyət Nazirliyi Ukraynanın qeyri-maddi mədəni irsinin bir hissəsi kimi Petrikovka rəsmini tanıyıb və 2013-cü ildə YUNESKO Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilib. == Ənənənin mənşəyi == Bütün təsvirlər ev rəsmləri ilə başladı. Kasıb kazaklar, parlaq divar kağızı ilə ağ paltarları, soba və divarları içərisində bəzəmək üçün icad etdi. Vaxt keçdikdən sonra yağışlar çiçəkləri yuyub, ev ağardı və yeni çiçəklər daha da gözəl olan təravət ağacları üzərində "böyüyüb". Petrikovka böyük bir ticarət mərkəzi idi. Burada üç dəfə böyük sərgilər keçirilib, burada sakinlər məhsullarını sata bilərlər. Bu, xalq sənətinin inkişafına da öz töhfəsini vermişdir. == Sahələr == Petrikovka bir növ mədəni və sosial mərkəz idi.
Qarakilsə qayaüstü təsvirləri
Qarakilsə qayaüstü təsvirləri — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində qayaüstü təsvirlərdir. Bu təsvirlər iki qrupa ayrılır: e.ə. 5-4-cü minilliklərə aid e.ə. 3-2-ci minilliklərə aid.Həmin təsvirlərdə bölgənin o vaxtki heyvanat aləmi, ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır. Bütün Zəngəzur mahali kimi Qarakilsə ərazisi də qədimdən türk-oğuz tayfalarının ana yurdu olmuş, bura ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlamışdır. == Həmçinin bax == Zəngəzur Göyçə Basarkeçər == Mənbə == Сисиан (справочник-путеводитель), Ереван, 1987, Ə.Ələkbərli.
Soyuqbulaq qayaüstü təsvirləri
Soyuqbulaq petroqlifləri — Loru mahalının Vorontsovka (03.03.1935-dən Kalinino) rayonunun Soyuqbulaq (19.04.1991-ci ildən Paqaxbyur) kəndi yaxınlığında, Armudlu və Qaçaqqırılan dərələrində e.ə. minilliklərə aid qayaüstü təsvirlərdir. == Tarixi == Dağlıq Altayın Xaçın çayı sahillərində aşkar edilmiş təsvirlərlə heyrətamiz dərəcədə yaxınlıq, hətta bəzən eyniyyət təşkil edən Soyuqbulaq qayaüstü təsvirləri Qərbi Azərbaycan ərazisinin ən qədim zamanlardan məskunlaşdığını və həmin vaxtlardan bəri Türk-Oğuz qəbilələrinin ana yurdu olduğunu sübut edir. Soyuqbulaq kəndində və ətraf kəndlərdə 1988-ci ilə qədər ancaq azərbaycan türkləri yaşamışdır. Bu kəndlərə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçürülmüşdür. == Haqqında == Arxeoloji və yazılı qaynaqların araşdırılması göstərir ki, İrəvan quberniyasının əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Bunu e. ə. V–II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi–Qarqadaşı yazıları ilə Orhon–Yenisey kitabələrinin dil və əlifba eyniliyi açıq şəkildə sübut edir. == İstinadlar == == Mənbə == Əhməd Oğuz.
Çonqoni qaya təsvirləri
Çonqoni qaya təsvirləri — Malavidə, Malavi yaylasının meşəli təpələrində yerləşən 127 ərazidən ibarət qaya təsvirləri və Son daş, Dəmir dövrü fermer cəmiyyətinin şəkilləri. Mədəniyyət tarixinin bu qədim qeydləri hələ də dəyişməzdir.Bu mədəni əhəmiyyətinə görə ərazi, mövcud cəmiyyətlə davamlı əlaqəsi və qaya sənətinin zəngin mədəni ənənələrinə görə 2006-cı ildə vı meyraı altında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ayin və mərasimləri simvolizə edən qaya təsvirləri, əsasən Şeva qəbiləsindən olan qadınların yaradıcılığıdır. Qəbilələrin təbii yaşayış yerlərindən istifadə və idarəetmə tərzlərini təmsil edən üslub, Çanqoni yaşayış məskənində Bantu qəbilələri tərəfindən də davam etdirilmişdir. == Coğrafiya == Qaya təsvirlərin yayıldığı ərazi ibtidai icma dövründə məskunlaşılmış və Malavinin ən yüksək şəhəri olan Dedza ( 1,600 metr (5,200 ft)) dağlıq bölgəsinə yaxındır. Buranın Mərkəzi Afrikadakı "qaya təsvirlərinin ən sıx toplusu" olduğu bildirilir. Malavi yaylasında müəyyən edilmiş 127 yer, 125.4 kvadrat kilometr əraziyə yayılmışdır. Meşəli ərazinin təpəlik yamaclarında yerləşən bəzi qayalar layihə çərçivəsində qorunur. 127 ərazidən beşi Çonqoni Meşə Qoruğunun ayrılmış hüdudlarından kənardadır. == Hüquqi vəziyyət == Çonqoni qaya təsvirləri və arxeoloji yerləri qaya təsvirlərinin qorunmasını təmin edən 1990-cı il tarixli Memarlıqlar və Reliktlər Qanununa əsasən qorunur.
Çılpaqlıq təsvirləri
Çılpaqlıq təsvirləri və ya Çılpaqlığın təsvirləri incəsənət və elmlər də daxil olmaqla, tarix boyu çılpaqlığın vizual təsvirlərini əhatə edir. Çılpaqlıq əksər cəmiyyətlərdə məhdudlaşdırılmışdır, lakin bəzi çılpaqlıq təsvirləri erotik incəsənətə və struktur funksionallığa xidmət edə bilər. Geyim həm də şəxsiyyətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi fəaliyyət göstərir və cəmiyyətdə geyim çatışmazlığının sosial kontekstdə olması gözlənilir. Qərb cəmiyyətlərində fərdlərin əksəriyyəti tərəfindən asanlıqla tanınan üç fərd incəsənət, pornoqrafiya, bilik və ya elmdir. Bu kateqoriyalardan hər hansısa birinə asanlıqla müvafiq gəlməyən istənilən bir şəkil yanlış şərh oluna bilər və bu da öz növbəsində, fikir ayrılıqlarına səbəb ola bilər.
Çılpaqlığın təsvirləri
Çılpaqlıq təsvirləri və ya Çılpaqlığın təsvirləri incəsənət və elmlər də daxil olmaqla, tarix boyu çılpaqlığın vizual təsvirlərini əhatə edir. Çılpaqlıq əksər cəmiyyətlərdə məhdudlaşdırılmışdır, lakin bəzi çılpaqlıq təsvirləri erotik incəsənətə və struktur funksionallığa xidmət edə bilər. Geyim həm də şəxsiyyətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi fəaliyyət göstərir və cəmiyyətdə geyim çatışmazlığının sosial kontekstdə olması gözlənilir. Qərb cəmiyyətlərində fərdlərin əksəriyyəti tərəfindən asanlıqla tanınan üç fərd incəsənət, pornoqrafiya, bilik və ya elmdir. Bu kateqoriyalardan hər hansısa birinə asanlıqla müvafiq gəlməyən istənilən bir şəkil yanlış şərh oluna bilər və bu da öz növbəsində, fikir ayrılıqlarına səbəb ola bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.20 dəfə / 1 mln.
2003 •••••••• 1.57
2004 •••••••••••• 2.36
2005 •••••••••••••••••••• 4.05
2006 ••••••• 1.35
2007 •••••••••••••• 2.75
2008 •••••••••••••• 2.68
2009 ••••••••••••••• 2.88
2010 •••••• 1.09
2011 •••••••• 1.54
2012 ••••••••••••••• 3.01
2013 ••••••••• 1.75
2014 ••••• 0.86
2015 •••••••••••••••• 3.06
2016 ••••••••• 1.74
2017 ••••••••••••••••• 3.25
2018 •••••••••••• 2.40
2019 •••••••••••••••• 3.20
2020 •••••••••• 1.99

"təsvirlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təsvirlər nədir? #təsvirlər sözünün mənası #təsvirlər nə deməkdir? #təsvirlər sözünün izahı #təsvirlər sözünün yazılışı #təsvirlər necə yazılır? #təsvirlər sözünün düzgün yazılışı #təsvirlər leksik mənası #təsvirlər sözünün sinonimi #təsvirlər sözünün yaxın mənalı sözlər #təsvirlər sözünün əks mənası #təsvirlər sözünün etimologiyası #təsvirlər sözünün orfoqrafiyası #təsvirlər rusca #təsvirlər inglisça #təsvirlər fransızca #təsvirlər sözünün istifadəsi #sözlük