təsirləri sözü azərbaycan dilində

təsirləri

Yazılış

  • təsirləri • 99.7960%
  • Təsirləri • 0.2040%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atom bombalarının dağıdıcı təsirləri
Radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə subatom zərrəciklərdən ibarətdir. Bu zərrəciklər insan bədəninə asanlıqla təsir edir və bədəndəki hüceyrələrə zərər verir. Bu zərər ölümcül xəstəliyin – xərçəngin ortaya çıxmasına səbəb ola bilər və ya çoxalma hüceyrələrinə təsir edə bilər. Bu da gələcəkdə genetik dəyişikliyə gətirib çıxarır. Bütün dünya İkinci Dünya Müharibəsində Xerosima və Naqasakiyə atılan atom bombalarının nə qədər böyük qüvvəyə malik olduğunun şahidi olub. Atılan hər iki bomba yüz minlərlə insanın həyatına son qoyub, bir çox insanda isə bir ömür boyu bərpa olunmayan fiziki qüsurlara gətirib çıxarıb. Bir neçə saniyə ərzində yüz minlərlə insanın ölməsinə səbəb olan atomun daxilindəki bu böyük gücün necə ortaya çıxdığını araşdıraq. Nüvə partlayışı enerjisinin təqribən 50% – zərbə dalğasının, 35% –işıq şüalanmasının, 10% – ərazinin radioaktiv çirklənməsinin, 4% – nüfuzedici radiasiyanın və 1% – elektromaqnit impulsunun yaranmasına sərf olunur. == Partlayış anı == Bir atom bombasının Xerosima və Naqasakidə olduğu kimi 2.000 metr yüksəklikdə partladığını fərz edək. İlk nüvəni parçalayan neytron kütlə daxilində zəncirvari reaksiyalar meydana gəlir.
İqlim dəyişikliyi təsirlərinin azaldılması
İqlim dəyişikliyi təsirlərinin azaldılması və ya iqlim dəyişikliyi mitiqasiyası (ing. climate change mitigation) — iqlim dəyişikliyi və onun yaratdığı təsirləri azaltmaq üçün görülən tədbirlər. Bura, əsasən, insanların emissiya etdiyi istixana qazlarının azaldılması daxildir. Təbii yanacaqlar hal-hazırda mövcud istixana qazlarının 80%-ni əmələ gətirir. Əsas çətinlik kömür, neft və qaz istifadəsini aradan qaldırmaq və onu təmiz enerji ilə əvəzləməkdir. Qiymətlərin kütləvi şəkildə düşməsi səbəbindən, külək enerjisi və günəş fotovoltaikləri neft, qazn kömürlə rəqabət apara bilsələr də, bunlar enerji ehtiyatları və inkişaf etmiş elektrik şəbəkəsi tələb edir. Daha az emissiyalı enerji əlçatan olduqda transport və isitmə bu elektrik mənbələrinə doğru yönələ bilər. İqlim dəyişikliyi mitiqasiyası, həmçinin yenidən meşələndirmə və meşələrin mühafizəsi, o cümlədən karbon uducuların artırılması ilə əldə edilə bilər. Metan emissiyası mal-qarada azalma və ya daha ümumi şəkildə desək, ət istehlakının azalması ilə reallaşdırıla bilər. Siyasi və iqtisadi reaksiyalara karbon vergisi, emissiya qiymətləndirmə modelləri, təbii yanacaq subsidiyalarının ləğvi, az karbonlu enerji inteqrasiyası üçün sadələşdirilmiş requlyasiyalar və təbii yanacaq maliyyəsindən investisiyanın çəkilməsi daxilldir.

"təsirləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təsirləri nədir? #təsirləri sözünün mənası #təsirləri nə deməkdir? #təsirləri sözünün izahı #təsirləri sözünün yazılışı #təsirləri necə yazılır? #təsirləri sözünün düzgün yazılışı #təsirləri leksik mənası #təsirləri sözünün sinonimi #təsirləri sözünün yaxın mənalı sözlər #təsirləri sözünün əks mənası #təsirləri sözünün etimologiyası #təsirləri sözünün orfoqrafiyası #təsirləri rusca #təsirləri inglisça #təsirləri fransızca #təsirləri sözünün istifadəsi #sözlük