əsirləri sözü azərbaycan dilində

əsirləri

Yazılış

  • əsirləri • 96.6480%
  • Əsirləri • 3.3520%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alman əsirləri qəbiristanlığı
Alman əsirləri qəbiristanlığı (Bakı)
Azərbaycanda alman əsirləri
Azərbaycanda alman əsirləri (alm. Deutsche Kriegsgefangene in Aserbaidschan‎) — İkinci Dünya Müharibəsi dövründə Sovet qoşunları tərəfindən tutulan və Azərbaycan SSR ərazisində olan Üçüncü Reyxin keçmiş hərbi qulluqçuları. == Tarixi == === Əsirlərin gəlişi və yerləşmə === === Tikinti işləri === İkinci Dünya Müharibəsində SSRİ-yə əsir düşən almanların bir hissəsi Azərbaycana gətirilərək tikinti sahəsində işlədilib. Dövlət İncəsənət Muzeyi, Hökumət Evi, Səhiyyə Nazirliyinin binası məhz almanlar tərəfindən tikilib. 1940-cı ildə Mingəçevir SES-in əsası qoyulub. 1941-ci ildə stansiyanın tikintisinə 10 minə yaxın alman hərbi əsir cəlb edilib. === Yeraltı fəaliyyətlər === === Müharibə əsirləri ilə siyasi işlər === === Müharibə əsirlərinin qaytarılması === == Alman əsirlərin qəbiristanlıqları == Bu gün alman müharibə əsirlərinin qəbirləri Azərbaycanın müxtəlif yerlərində yerləşir. Əsasən bu qəbiristanlıqlar, hərbi əsirlərin tikinti işlərinə cəlb olunduğu yerlərdə olurdu. 1995-ci il dekabrın 22-də Azərbaycan Xarici İşlər Naziri Həsən Həsənov və Almaniya Xarici İşlər Naziri Klaus Kinkel alman əsirlərinin məzarlarının qorunması haqqında müqavilə imzalamışlar.Saatlının Cəfərxan kəndindəki "Laboratoriya" adlanan yerdə 200-ə yaxın alman əsiri saxlanılıb. Əsir olduqları müddətdə müxtəlif kənd işlərinə cəlb olunmuşdular.
Alman əsirləri qəbiristanlığı (Bakı)
Alman əsirləri qəbiristanlığı (bəzən "Alman əsgər məzarlığı kimi qeyd olunur) — Bakı şəhərinin Yasamal rayonunda yerləşən Azərbaycanda alman əsirlərinin qəbiristanlığı. Qəbirstanlıqda 90 məzar var. Qəbiristanlıq ərazisində qara xaç şəklində bir xatirə abidəsi də yerləşir.
Alman əsirləri qəbiristanlığı (Sumqayıt)
Alman əsirləri qəbiristanlığı (bəzən "Alman əsgərlərinin məzarlığı kimi qeyd olunur) — Sumqayıt şəhərinin Yeni Kotej qəsəbəsində yerləşən Azərbaycanda alman əsirlərinin qəbiristanlığı. Qəbirstanlıqda 311 məzar var. Qəbiristanlıq ərazisində qara xaç şəklində bir xatirə abidəsi də yerləşir. Xatirə abidəsinin hündürlüyü 5,5 m təşkil edir. Məzarlığın sahəsi 2.700 m²-dir. == Tarix == Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçıları olan əsirlərin dəfn olunduğu 11 məzarlıq və 2986 məzar var. Onlardan biridə Sumqayıt şəhərində yerləşir. Məzarlıqda dəfn olunan 311 girovdan 269-u alman əsilli olub, qalanları avstriyalı və macardır. Əsirlər Azərbaycan SSR-də gənclər şəhəri olan Sumayıtın salınmasında iştirak etmiş və müxtəlif səbəblərdən dünyasını dəyişərək burada dəfn olunmuşdur. Sonuncu əsir burada 1949-cu ildə dəfn olunmuşdur.
SSRİ-də yapon müharibə əsirləri
SSRİ-də yapon müharibə əsirləri – İkinci dünya müharibəsi zamanı SSRİ-nin Mancuriyanı işğal etməsindən sonra SSRİ-nin müxtəlif regionlarındakı düşərgələrə göndərdiyi yapon müharibə əsirləri. Bu hadisə Yaponiyada Sibir məhkumluğu (シベリア抑留, Shiberia yokuryuu) adı ilə tanınır. İkinci dünya müharibəsindən sonra 560.000-760.000 yapon personal SSRİ-də və Monqolustanda əmək düşərgələrində müharibə əsiri kimi işləməyə məcbur edilmişdir. Onlardan təxminən 60.000-347.000-i əsirlikdə olarkən ölmüşdür.Yaponiyadan xaricdə olan 3,5 milyon yapon əsgərinin böyük qismi ABŞ və Homindan Çini tərəfindən silahsızlaşdırılmış və 1946-cı ildə ölkələrinə geri qaytarılmışdırlar. Qərb müttəfiqləri 1941-ci ilin dekabrından 15 avqust 1945-ci ilə kimi (Yaponiyanın təslim olmasına qədər) 35.000 yaponu əsir götürmüşdürlər. SSRİ yapon müharibə əsirlərini nisbətən daha uzun müddət buraxmamış və əmək gücü kimi istifadə etmişdirlər. Yapon müharibə əsirlərinin tarixi haqqında araşdırmalar ancaq 1980-ci illərindən ikinci yarısında qlasnost və SSRİ-nin dağılması sayəsində mümkün olmuşdur. Bu vaxta qədər SSRİ-dəki müharibə əsirləri haqqında ictimai məlumat ancaq onların sayı ilə bağlı idi. Gizli SSRİ arxivlərinin açılmasından sonra məsələ ictimaiyyətdə müzakirə olunmağa başlamışdır. Hazırda keçmiş yapon müharibə əsirləri və onların ailə üzvlərindən ibarət təxminən 60 assosiasiya mövcuddur.
Sovet İttifaqında alman hərbi əsirləri
Sovet İttifaqında alman hərbi əsirləri (rus. Немецкие военнопленные в Советском Союзе) - İkinci Dünya müharibəsi dövründə SSRİ ordusu tərəfindən müharibənin gedişi zamanı əsir götürülmüş hərbi əsirlər. Təxmini hesablamlara görə 1941-1945-ci illər aralığında 3 milyona yaxın Üçüncü Reyx tərəfindən müharibəyə qatılmış əsgər sovet birləşmələri tərəfindən əsir götürülümşdür. Əsirlərin ələ keçirilməsi, müharibənin son və həlledici ili hesab olunan 1945-ci ildə daha kütləvi hal almışdır. Ələ keçirilmiş hərbi əsirlərdən əsasən SSRİ-də dağıldılmış və ya yenidən tikilməkdə olan infrastrukturun yaradılmasında istifadə olunmuşdur. 1950-ci ildən etibarən sağ qalmış hərbi əsirlərin mənsub olduqları ölkələrə göndərilməsinə başlanılmışdır. Sonuncu əsir 1956-cı ildə Almaniyaya qayıtmışdır. SSRİ rəsmi arxiv sənədlərinə görə Üçüncü Reyx ordusunda xidmət etmiş və müharibə zamanı ələ keçirilmiş 381.067 nəfər hərbi əsir SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən imperiyanın müxtəlif bölgələrində yaradılmış əsir düşərgələrində ölmüşdür. Ölən şəxslərdən 356.700 nəfəri etnik alman, 24.367 nəfəri isə digər millətlərə mənsub şəxslərdir.Alman tarixçisi Rüdiger Overmans sözügedən əsir düşərgələrində azı bir milyona yaxın alman əsirinin öldüyünü, ancaq bu rəqəmin sübutunun mümkünsüz olduğunu ifadə etmişdir. Müharibə zamanı itkin düşmüş və sonradan tapılmamış bir çox alman əsirinində həmin həbs düşərgələrində öldürüldüyü ehtimal edilməkdədir.
Sovet İttifaqının keçmiş müharibə əsirlərinə qarşı repressiyası
Sovet İttifaqının keçmiş müharibə əsirlərinə qarşı repressiyası — İkinci Dünya müharibəsinin bitməsindən sonra sovet hökumətinin müharibədə əsir düşmüş döyüşçülərinə qarşı yürütdüyü repressiya siyasəti nəzərdə tutulur. == 270 nömrəli əmr == Müharibədən əvvəlki dövrdə Stalin təmizləmələri nəticəsində Qırmızı Ordu komandanlığının səmərəliliyi və mənəvi-psixoloji səviyyəsi aşağı idi. 1941-ci ilin avqustuna qədər Axis qüvvələri Sovet ərazisinin dərinliklərinə doğru irəliləməkdə böyük uğurlar əldə etdilər. Onların uğurlu blitskrieg strategiyası Sovet müdafiə sistemini qeyri-mütəşəkkil etdi, çoxsaylı sovet bölmələrinin, o cümlədən bütün səhra ordularının mühasirəyə alınmasına səbəb oldu. Müharibənin başlanmasından etibarən, sovetlər hökuməti bilərəkdən və ya bilməyərəkdən əsir düşmənin qarşısını almaq üçün xüsusi siyasət yürütməyə başladı. Stalin Xalq Müdafiə Komissarı kimi bu əmri verdi. Sərəncam ilk növbədə zabitlərin operativliyini və mənəvi-psixoloji hazırlığını sürətlə yüksəltmək məqsədi daşıyırdı. Elan edilən qərara görə, əgər bir döyüşçü əsir düşərdisə bu, dövlətə qarşı xəyanət hesab ediləcək, edənlər edama məhkum olmaqla birlikdə, əmlakları müsadirə edilməli, ailəsinə qarşı repressiya həyata keçiriləcəkdi. 1941-ci ilin avqustunda verilən 270 saylı Sərəncam təslim olan bütün komandirləri və siyasi zabitləri təqsirli fərarilər kimi təsnif etdi, sərəncama əsasən onlar dərhal edam edilməli, ailələri həbs olunmalı idi. Preambulada əmrdə qoşunların mühasirədə döyüşməsi, eləcə də hərbi komandanlıq tərəfindən təslim olma halları nümunələri göstərilirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.66 dəfə / 1 mln.
2003 •••••••••• 0.79
2004 ••••••••••••• 1.01
2005 •••••••••••••••••• 1.35
2006 •••••••••••••••••••• 1.58
2007 •••••••••••••• 1.06
2008 ••••••• 0.49
2010 •••••••••••••••••• 1.36
2011 ••••••••• 0.69
2012 •••••• 0.43
2013 ••••••••••••••• 1.17
2014 ••••••••••• 0.86
2015 ••••• 0.34
2016 ••••• 0.35
2017 ••• 0.16
2018 •••• 0.30
2019 •• 0.14
2020 ••••••••• 0.66

"əsirləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əsirləri nədir? #əsirləri sözünün mənası #əsirləri nə deməkdir? #əsirləri sözünün izahı #əsirləri sözünün yazılışı #əsirləri necə yazılır? #əsirləri sözünün düzgün yazılışı #əsirləri leksik mənası #əsirləri sözünün sinonimi #əsirləri sözünün yaxın mənalı sözlər #əsirləri sözünün əks mənası #əsirləri sözünün etimologiyası #əsirləri sözünün orfoqrafiyası #əsirləri rusca #əsirləri inglisça #əsirləri fransızca #əsirləri sözünün istifadəsi #sözlük