Sovet İttifaqının keçmiş müharibə əsirlərinə qarşı repressiyası
Sovet İttifaqının keçmiş müharibə əsirlərinə qarşı repressiyası — İkinci Dünya müharibəsinin bitməsindən sonra sovet hökumətinin müharibədə əsir düşmüş döyüşçülərinə qarşı yürütdüyü repressiya siyasəti nəzərdə tutulur.
Müharibədən əvvəlki dövrdə Stalin təmizləmələri nəticəsində Qırmızı Ordu komandanlığının səmərəliliyi və mənəvi-psixoloji səviyyəsi aşağı idi. 1941-ci ilin avqustuna qədər Axis qüvvələri Sovet ərazisinin dərinliklərinə doğru irəliləməkdə böyük uğurlar əldə etdilər. Onların uğurlu blitskrieg strategiyası Sovet müdafiə sistemini qeyri-mütəşəkkil etdi, çoxsaylı sovet bölmələrinin, o cümlədən bütün səhra ordularının mühasirəyə alınmasına səbəb oldu. Müharibənin başlanmasından etibarən, sovetlər hökuməti bilərəkdən və ya bilməyərəkdən əsir düşmənin qarşısını almaq üçün xüsusi siyasət yürütməyə başladı. Stalin Xalq Müdafiə Komissarı kimi bu əmri verdi. Sərəncam ilk növbədə zabitlərin operativliyini və mənəvi-psixoloji hazırlığını sürətlə yüksəltmək məqsədi daşıyırdı. Elan edilən qərara görə, əgər bir döyüşçü əsir düşərdisə bu, dövlətə qarşı xəyanət hesab ediləcək, edənlər edama məhkum olmaqla birlikdə, əmlakları müsadirə edilməli, ailəsinə qarşı repressiya həyata keçiriləcəkdi. 1941-ci ilin avqustunda verilən 270 saylı Sərəncam təslim olan bütün komandirləri və siyasi zabitləri təqsirli fərarilər kimi təsnif etdi, sərəncama əsasən onlar dərhal edam edilməli, ailələri həbs olunmalı idi. Preambulada əmrdə qoşunların mühasirədə döyüşməsi, eləcə də hərbi komandanlıq tərəfindən təslim olma halları nümunələri göstərilirdi.