əsirlərin sözü azərbaycan dilində

əsirlərin

Yazılış

  • əsirlərin • 89.0796%
  • Əsirlərin • 10.9204%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alman əsirlərin qəbiristanlığı (Bakı)
Alman əsirləri qəbiristanlığı (bəzən Alman əsgər məzarlığı kimi qeyd olunur) — Bakı şəhərinin Yasamal rayonunda yerləşən Azərbaycanda saxlanılan və burada dünyasını dəyişən alman əsirlərinin qəbiristanlığı. Qəbirstanlıqda 90 məzar var. Qəbiristanlıq ərazisində qara xaç şəklində bir xatirə abidəsi də yerləşir. == Tarixi == Azərbaycana gətirilmiş alman hərbi əsirlərinin taleyini araşdıran tarix üzrə fəlsəfə doktoru Tahir Behbudova görə, İkinci Dünya Müharibəsi bitdikdən sonra Bakıya 42 min alman hərbi əsiri gətirilib və onların əməyindən Azərbaycanın müxtəlif şəhərlərində istifadə olunub. Onları əsasən mülki tikintidə, böyük sənaye obyektlərində və xüsusi, qapalı obyektlərdə işlədiblər.
Alman əsirlərin qəbiristanlığı (Mingəçevir)
Alman əsirləri qəbiristanlığı - Mingəçevir şəhərində yerləşən alman əsirlərin qəbiristanlığı. Burada 828 hərbi əsirin məzarı vardır. Burada dəfn olunanlar 7444 saylı düşərgədəndir. Əsirlərin işi 1948-ci ildə salnan Mingəçevir şəhərinin tikintisinə kömək etmək idi. == Qəbiristanlıq == Qəbiristanlıq alman əsirləri tərəfindən mərhumları üçün salınıb, Qəbirstanlıq qorunub saxlanılıb və 1999-cu ildə təmir edilib. Qəbirstanlıq divarla əhatə olunub və 8125 kvadratmetr ərazini əhatə edir. Qəbirlər metal lövhələrlə işarələnmişdir. Burada İkinci Dünya müharibəsində əsir düşmüş və Mingəçevir şəhərinin salınmasında iştirak etmiş hərbi əsirlər basdırılıb. 5,5 metr hündürlüyündə metal xaç qəbiristanlıqda basdırılmış hərbi əsirlərin xatirəsinə ucaldılıb.
Sovet İttifaqının keçmiş müharibə əsirlərinə qarşı repressiyası
Sovet İttifaqının keçmiş müharibə əsirlərinə qarşı repressiyası — İkinci Dünya müharibəsinin bitməsindən sonra sovet hökumətinin müharibədə əsir düşmüş döyüşçülərinə qarşı yürütdüyü repressiya siyasəti nəzərdə tutulur. Müharibədən əvvəlki dövrdə Stalin təmizləmələri nəticəsində Qırmızı Ordu komandanlığının səmərəliliyi və mənəvi-psixoloji səviyyəsi aşağı idi. 1941-ci ilin avqustuna qədər Axis qüvvələri Sovet ərazisinin dərinliklərinə doğru irəliləməkdə böyük uğurlar əldə etdilər. Onların uğurlu blitskrieg strategiyası Sovet müdafiə sistemini qeyri-mütəşəkkil etdi, çoxsaylı sovet bölmələrinin, o cümlədən bütün səhra ordularının mühasirəyə alınmasına səbəb oldu. Müharibənin başlanmasından etibarən, sovetlər hökuməti bilərəkdən və ya bilməyərəkdən əsir düşmənin qarşısını almaq üçün xüsusi siyasət yürütməyə başladı. Stalin Xalq Müdafiə Komissarı kimi bu əmri verdi. Sərəncam ilk növbədə zabitlərin operativliyini və mənəvi-psixoloji hazırlığını sürətlə yüksəltmək məqsədi daşıyırdı. Elan edilən qərara görə, əgər bir döyüşçü əsir düşərdisə bu, dövlətə qarşı xəyanət hesab ediləcək, edənlər edama məhkum olmaqla birlikdə, əmlakları müsadirə edilməli, ailəsinə qarşı repressiya həyata keçiriləcəkdi. 1941-ci ilin avqustunda verilən 270 saylı Sərəncam təslim olan bütün komandirləri və siyasi zabitləri təqsirli fərarilər kimi təsnif etdi, sərəncama əsasən onlar dərhal edam edilməli, ailələri həbs olunmalı idi. Preambulada əmrdə qoşunların mühasirədə döyüşməsi, eləcə də hərbi komandanlıq tərəfindən təslim olma halları nümunələri göstərilirdi.

"əsirlərin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əsirlərin nədir? #əsirlərin sözünün mənası #əsirlərin nə deməkdir? #əsirlərin sözünün izahı #əsirlərin sözünün yazılışı #əsirlərin necə yazılır? #əsirlərin sözünün düzgün yazılışı #əsirlərin leksik mənası #əsirlərin sözünün sinonimi #əsirlərin sözünün yaxın mənalı sözlər #əsirlərin sözünün əks mənası #əsirlərin sözünün etimologiyası #əsirlərin sözünün orfoqrafiyası #əsirlərin rusca #əsirlərin inglisça #əsirlərin fransızca #əsirlərin sözünün istifadəsi #sözlük