təsəlli sözü azərbaycan dilində

təsəlli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təsəlli • 93.2584%
  • Təsəlli • 6.6479%
  • TƏSƏLLİ • 0.0936%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

təsəlli sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Bir acını az da olsa unutduracaq, dərdi, qəmi yüngülləşdirəcək, təskin edəcək söz, nəsihət və ya yaxşılıq; ovundurma, təskinlik. Bir təsəllidir sənə ol söz ki derlər var sübh. Füzuli. Bu təsəlli mənə bəsdir, olar asudə halım. A.Səhhət. □ Təsəlli vermək – dərdinə, qəminə şərik olub onu sakitləşdirmək, ürək-dirək vermək, təskinlik vermək. Zərnigar dərdini deyib, başladı ağlamağa. Qarı qıza təsəlli verib, durub gəldi padşahın yanına. (Nağıl). Elə bil [Məşədibəy] əlini Səlimin çiyninə qoyub təsəlli verirdi. M.Hüseyn. Təsəlli tapmaq – sakitləşmək, dərdini unutmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / təsəlli
  • 2 ə. ovundurma, təskinlik. Təsəlliyi-madər ana təsəllisi.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / təsəlli

təsəlli sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 TƏSƏLLİ Həmid Çopur Abdullanın tutulmasından müəyyən təsəlli tapsa da, onu burada görməməyinə təəssüf eləyirdi (H. Abbaszadə); TƏSKİNLİK Əgər bir nəfər bir çaydamı, dənizdəmi olsun, boğulub gözdən itsə, bu itiyi tapmaq ayrıca bir iztirabdır, hətta itiyin axtarış dərdindən xilas olmaq, istəristəməz qəmli-kədərli də olsa yenə də bir təskinlikdir (S.Rəhimov); OVUNDURMA, TƏSKİN.

    Azərbaycan dilinin sinonimlər lüğəti / təsəlli

təsəlli sözünün rus dilinə tərcüməsi

  • 1 утешение, утеха

    Azərbaycanca-rusca lüğət / təsəlli
  • 2 сущ. утешение: 1. то, что доставляет успокоение, облегчение в горе. Bu sözlər ancaq təsəllidir эти слова – только утешение 2. облегчение горя, успокоение кого-л. Təsəlli sözləri слова утешения; bizim yeganə təsəllimiz odur ki, sən özündən sonra zəngin bir irs qoyub gedirsən наше единственное утешение в том, что ты оставляешь после себя богатейшее наследие; təsəlli vermək утешать, утешить; təsəlli axtarmaq искать утешения; təsəlli tapmaq найти утешение, утешаться, утешиться: 1) перестать горевать; успокоиться 2) кем, чем найти для себя успокоение, испытать облегчение или забвение своих горестей, страданий и т.п. Ana öz oğullarında təsəlli tapdı мать утешилась своими сыновьями; səhnəni tərk edərkən, o, təsəllini onda tapdı ki, onun əməyi hamı tərəfindən yüksək qiymətləndirilmişdir покидая сцену, он утешился тем, что его труд высоко оценён всеми

    Azərbaycanca-rusca lüğət / təsəlli

təsəlli sözünün inglis dilinə tərcüməsi

  • 1 i. comfort, consolation; ~ axtarmaq to seek* consolation; ~ tapmaq to find* comfort / consolation (in); zəif ~ poor consolation; Sizin iştirakınız mənim üçün təsəllidir Your presence is a consolation to me; ~ vermək to console (d.), to comfort (d.); özünə ~ vermək to console oneself; ~ tapmaq to console oneself; to take* comfort, to be* consoled / comforted

    Azərbaycanca-ingiliscə lüğət / təsəlli

təsəlli sözünün fransız dilinə tərcüməsi

təsəlli sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. теселли (дерт кьезилардай, гъам рикӀелай алуддай, рикӀ секинардай гаф, несигьат ва я хъсанвал); ччан рикӀ авун (гун), рикӀ-дуркӀун авун (гун); təsəlli vermək теселли гун, ччан рикӀ авун (гун), рикӀ-дуркӀун авун (гун), рикӀ секинрун, дерт кьезилрун; təsəlli tapmaq теселли хьун, рикӀ секин хьун, дерт рикӀелай алатун.

    Azərbaycanca-ləzgicə lüğəti / təsəlli

təsəlli sözünün türk dilinə tərcüməsi

"təsəlli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təsəlli nədir? #təsəlli sözünün mənası #təsəlli nə deməkdir? #təsəlli sözünün izahı #təsəlli sözünün yazılışı #təsəlli necə yazılır? #təsəlli sözünün düzgün yazılışı #təsəlli leksik mənası #təsəlli sözünün sinonimi #təsəlli sözünün yaxın mənalı sözlər #təsəlli sözünün əks mənası #təsəlli sözünün etimologiyası #təsəlli sözünün orfoqrafiyası #təsəlli rusca #təsəlli inglisça #təsəlli fransızca #təsəlli sözünün istifadəsi #sözlük