Həsənli sözü azərbaycan dilində

Həsənli

Yazılış

  • Həsənli • 99.6958%
  • HƏSƏNLİ • 0.2513%
  • həsənli • 0.0529%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həsənli
Bələdiyyələr Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Salyan rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Masallı rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Tovuz rayonunda bələdiyyə. Kəndlər Həsənli — Azərbaycanın Masallı rayonunda kənd. Həsənli — Azərbaycanın Sabirabad rayonunda kənd. Həsənli — Azərbaycanın Tovuz rayonunda kənd. Həsənlitəpə yaşayış yeri — İranda arxeoloji abidə-qədim şəhər yeri Həsənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Mirzə Həsənli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Həsənli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd.
Həsənli (Bərdə)
Həsənli — Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd.
Həsənli (Cəbrayıl)
Hasanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Maşanlı kənd inzibati ərazi dairəsində kənddir. Araz düzündə, Cəbrayıl şəhərindən 20 km cənubda yerləşir. == Tarixi == Rusiya İmperiyası dövründə Həsənli kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi. Sovet işğalından sonra Həsənli Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı Şəxsin altı oğlundan biri Həsən salmışdır Kənd öz qurucusunun adını daşıyır. Yerli əhali kəndi Həsənli adlandırırdı. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Kovşutlu kənd dairəsinin Həsənli kəndində 24 ev var idi və burada 98 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş), dini baxımdan şiə olan kəndlilər yaşayırdı.
Həsənli (Cəlilabad)
Həsənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Zopun kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Həsənli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Həsənli oyk., sadə. Bərdə r-nunun Qaradəmirçi inzibati ərazi vahidində kənd. Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir; Cəbrayıl r-nunun Soltanlı inzibati ərazi vahidində kənd. Arazboyu düzənlikdədir. Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı şəxsin altı oğlundan biri Həsən salmışdır; Həsənli çayının sahilində, Burovar silsiləsinin ətəyindədir; Masallı r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır; Sabirabad r-nunun Cavad inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Şirvan düzündədir; Salyan r-nunun Yenikənd inzibati ərazi vahidində kənd.
Həsənli (Masallı)
Həsənli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2731 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi Həsənli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Coğrafiyası və infrastrukturu == Həsənli kəndi Lənkəran ovalığında, Masallı rayon mərkəzindən 15 km şimalda, Masallı dəmiryol stansiyasından 4 km şimali-şərqdə yerləşir. Kənddə 1 ümumtəhsil məktəbi, uşaq bağçası, klub, kitabxana, mərkəzi ATS fəaliyyət göstərir. Həmçinin kənddə Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılıb. Kəndin mərkəzində "Tut bağı" var.
Həsənli (Meşkinşəhr)
Həsənli (fars. حسنلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 119 nəfər yaşayır (27 ailə).
Həsənli (Sabirabad)
Həsənli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Həsənli (Salyan)
Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir.
Həsənli (Sayınqala)
Həsənli (fars. حسنلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 506 nəfər yaşayır (98 ailə).
Həsənli (Sulduz)
Həsənli (fars. حسنلو‎, azərb. Həsənli-حسنلی‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd çox qədim tarixə malikdir, belə ki kəndin yaxınlığında Mannalar çağına aid olan bir təpə yerləşir. Yerlilər bu təpəni Həsənli təpəsi adlandırırlar. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,264 nəfər yaşayır (289 ailə). Kəndin əhalisi şiə müsəlman Qarapapaq türklərinin Canəhmədli tayfasından ibarətdir. Kənd əhalisinə görə Çiyənədən sonra Sulduz bölgəsinın ikinci böyük kəndidir.
Həsənli (Tovuz)
Həsənli — Azərbaycan Respublikasının Tovuz rayonunun Həsənli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd həsənli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın sol sahilində, Göyəbaxan silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Həsənli kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Həsənli (Urmiya)
Həsənli (fars. حسنلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 574 nəfər yaşayır (106 ailə).
Həsənli (Xudabəndə)
Həsənli (fars. حسن لو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (27 ailə).
Həsənli (Xudafərin)
Həsənli (fars. حسنلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 52 nəfər yaşayır (12 ailə).
Həsənli (soyad)
Həsənli — Azərbaycanda çox işlədilən soyad, təxəllüs. Bu soyadı olan tanınmış insanlar Cəmil Həsənli (d. 1952) — azərbaycanlı tarixçi; alim; ictimai-siyasi xadim. Elxan Həsənli (d. 1974) — Azərbaycan əsilli İsveçrə tarixçisi. İntiqam Həsənli (d. 1965) — Azərbaycan teatr və kino aktyoru. Kamran Həsənli (d. 1963) — azərbaycanlı aktyor, şoumen, aparıcı. Oruc Həsənli (1950–2018) — Azərbaycan alimi.
Həsənli bələdiyyəsi
Həsənli bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi (Salyan) — Salyan rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi (Tovuz) — Tovuz rayonunda bələdiyyə.
Həzi Həsənli
Kamran Həsənli
Kamran Həsənli (11 sentyabr 1963, Bakı) — azərbaycanlı aktyor, şoumen, aparıcı. Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin milli məsələlər üzrə müşaviri olub. == Həyatı == Kamran Həsənli 11 sentyabr, 1963-cü ildə Azərbaycanın Bakı Şəhərində anadan olub. İlk təhsilini Bülbül adına musiqi məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. İlk peşə fəaliyyətinə Naxçıvan Musiqi Kollecində müəllim kimi başlayıb. 6 mart 2023-cü il tarixində Azərbaycan Yüksəliş Partiyası Başqanının Qafqaz ölkələri və xalqları ilə iş üzrə müavini təyin olunub. Partiya buraxılanadək bu postu tutub. == Jurnalist fəaliyyəti == 2000-ci ildən etibarən televiziya aparıcısı kimi Musiqili meydan, Sizin saat kimi bir çox layihələrdə iştirak edib. Həmçinin, ANS televiziyasında da bir çox maraqlı layihələrin aparıcısı olub.
Mirzə Həsənli
Mirzəhəsənli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 23 oktyabırında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Molla Həsənli
Kəndlər Mollahəsənli (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Mollahəsənli (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Molla Həsənli (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd.
Oruc Həsənli
Oruc Qafar oğlu Həsənli (15 avqust 1950, Əlikli, Noraşen rayonu – 19 iyun 2018, Bakı) — pedaqoji elmlər doktoru (2006), professor, Əməkdar elm xadimi (2014), AMEA-nın müxbir üzvü (2017), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü. == Həyatı == Oruc Həsənli 15 avqust 1950-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ələkli kəndində anadan olub. O, 1957-ci ildə Ələkli kənd 8 illik məktəbə daxil olub, 1966-1967-ci illərdə isə həmin rayonun İbadulla kənd orta məktəbində orta təhsilini basa vurub. Ali təhsilini 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində alıb. == Əmək fəaliyyəti == Oruc Həsənli əmək fəaliyyətinə 1972-1979-cu illərdə Şərur rayonunun Xanlıqlar kənd məktəbində müəllim kimi başlayıb. 1973-1974-cü illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən Xanlıqlar kənd orta məktəbində müəllim kimi isləyib. 1975-2006-cı illərdə Naxçıvan Dövlət Universitetində assistent, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin professoru olub. Oruc Həsənli 1993-2008-ci illərdə "Naxçıvan" Universitetinin tədris və elmi işləri üzrə prorektoru vəzifəsində çalışıb.
Rövnəq Həsənli
Rövnəq Həsənzadə (3 yanvar 1975, Naxçıvan) — Redaktor, baş rejissor. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019). == Həyatı == Rövnəq Həsənzadə 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. 1991-ci ildə Naxçıvan şəhərindəki 5 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir. Həmçinin 1995-ci ildə Bakı Ali Mеnеcеr Kоllеcinin İnşaatçı menecment ixtisasını bitirmişdir. Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30.09.1994-?). Kinoya, mədəniyyətə, musiqiyə və teatra olan güclü marağı onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmasına səbəb olmuş və bu universiteti də bitirmişdir. Müəyyən müddət İctimai Televiziyada çalışmışdır.
Rəşad Həsənli
Sabir Həsənli
Həsənli Sabir Hüseyn oğlu (12 oktyabr 1945, Mahmudkənd, Noraşen rayonu) — Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən) == Həyatı == Hacı Sabir Həsənli 1945-ci il oktyabrın 12-də Naxçıvanın indiki Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. 1968-ci ildə ADU-nun şərqşünaslıq fakutəsini, 1982-ci ildə Daşkənd İslam Universitetini bitirmişdir. 1966-1967-ci illərdə Yəmən Ərəb Respublikasında tərcüməçi işləmişdir. Azərbaycanda ilk dəfə olaraq ilahiyyat elmləri üzrə alimlik dərəcəsi almışdır. 2015 ci ilin yanvar ayından Heydər Məscidinin sədridir. Din tarixi və İslam fəlsəfəsinə dair "İman və elm", "Adəmdən Xatəmə", "Haqqa doğru", "İslam mədəniyyətində elm" kitablarının və elmi məqalələrin müəllifidir. Bakı İslam Univeristetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavinidir. "Simurğ" Beynəlxalq Mədəniyyət assosiyasının vitse-presidentidir. Evlidir, 2 övladı var. == İstinadlar == == Xarici keçidlər == Sabir Həsənli Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Tərcümeyi-hal / Hacı Sabir Həsənli.
Seymur Həsənli
Hacı Şahin Həsənli
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, din xadimi, ictimai xadim, xeyriyyəçi; Məşədi Dadaş məscidinin axundu, imam-camaatı, imam-cüməsi; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazılar Şurasının üzvü. == Erkən həyatı == Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. == İctimai fəaliyyəti == 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Həsənli bələdiyyəsi (Tovuz)
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Həsənlitəpə
İranda, Qərbi Azərbaycan ostanında, Urmiya gölünün cənub sahilində, Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığındakı Həsənli kəndi ərazisində yerləşir. Vadiyə giriş çətindir. Sanki hər tərəfdən əhatələnmişdir; o Qərbdən Zaqroş dağları, Cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Oraya giriş ancaq Qərbdən, Kəlyaşin və Rəvanduz aşırımı, Şərqdən isə Kadar çayı boyunca mümkündür. Ziviyə tapıntıları skif heyvan üslubunun Azərbaycanda yarandığını söyləməyə imkan vermişdir. 1956-cı ildən etibarən burada R.Daysonun rəhbərliyi altında Amerika arxeoloji cəmiyyəti İran arxeoloji idarəsi ilə birlikdə qazıntılar aparmışdır. Həsənli rayonu e.ə. IX əsrin ortalarından III Salmanasarın (e.ə. 859–824) kitabələrində adı çəkilən Manna dövləti yerləşən əraziyə daxil idi. Həsənlidə aşkar edilmiş qədim yaşayış məskəni mixi yazılı mənbələrdə adı çəkilən heç bir şəhərlə dəqiq şəkildə eyniləşdirilməmişdir.
Həsənlitəpə yaşayış yeri
İranda, Qərbi Azərbaycan ostanında, Urmiya gölünün cənub sahilində, Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığındakı Həsənli kəndi ərazisində yerləşir. Vadiyə giriş çətindir. Sanki hər tərəfdən əhatələnmişdir; o Qərbdən Zaqroş dağları, Cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Oraya giriş ancaq Qərbdən, Kəlyaşin və Rəvanduz aşırımı, Şərqdən isə Kadar çayı boyunca mümkündür. Ziviyə tapıntıları skif heyvan üslubunun Azərbaycanda yarandığını söyləməyə imkan vermişdir. 1956-cı ildən etibarən burada R.Daysonun rəhbərliyi altında Amerika arxeoloji cəmiyyəti İran arxeoloji idarəsi ilə birlikdə qazıntılar aparmışdır. Həsənli rayonu e.ə. IX əsrin ortalarından III Salmanasarın (e.ə. 859–824) kitabələrində adı çəkilən Manna dövləti yerləşən əraziyə daxil idi. Həsənlidə aşkar edilmiş qədim yaşayış məskəni mixi yazılı mənbələrdə adı çəkilən heç bir şəhərlə dəqiq şəkildə eyniləşdirilməmişdir.
Molla Həsənli (Cəbrayıl)
Molla Həsənli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sirik kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Molla Həsənli kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs saldığına görə onun adı ilə aldandırılmışdır. Həmçinin bu adda Masallı və Daşkəsən rayonlarında kənd mövcuddur. == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.

Oxşar sözlər

#həsənli nədir? #həsənli sözünün mənası #həsənli nə deməkdir? #həsənli sözünün izahı #həsənli sözünün yazılışı #həsənli necə yazılır? #həsənli sözünün düzgün yazılışı #həsənli leksik mənası #həsənli sözünün sinonimi #həsənli sözünün yaxın mənalı sözlər #həsənli sözünün əks mənası #həsənli sözünün etimologiyası #həsənli sözünün orfoqrafiyası #həsənli rusca #həsənli inglisça #həsənli fransızca #həsənli sözünün istifadəsi #sözlük