təyyarələr sözü azərbaycan dilində

təyyarələr

Yazılış

  • təyyarələr • 92.0481%
  • Təyyarələr • 7.9519%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hərbi təyyarələr
Hərbi təyyarələr və helikopterlər, müharibələrdə quru və sudakı hədəfləri bombalamaq, digər təyyarələri izləmək və zərərsizləşdirmək, kəşfiyyat aparmaq, şəxsi heyətin və ya sursatların daşınması üçün nəzərdə tutulmuş müxtəlif ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunan təyyarə növüdür. Xüsusilə qırıcı və bombardmançı məqsədlər üçün istifadə olunanlar hücum təyyarələri və hücum helikopterləri adlandırılırlar. Hərbi təyyarələr qırıcı, bombardmançı, qırıcı-bombardmançı, kəşfiyyatçı kimi növlərə ayrılırlar. Bu təyyarələr daşıdıqları vəzifələrinə görə havadan yerə raket, havadan havaya raket və top daşıya bilərlər. Ayrıca olaraq hədəflərin yerlərinin müəyyənləşdirilməsi və müşahidəsi üçün radar və pod daşımağa qadirdirlər. Qırıcı təyyarələr öz aralarında siniflərə ayrılırlar: Havada üstünlüyü təmin etmək məqsədi daşıyan təyyarələr təkoturacaqlı, sürətli, yüksəkdən uçan təyyarələrdirlər (MiG-25, Su-27, F-14A, F-15C); hücum təyyarələri 15–20 ton ağırlığında olan, təkmotorlu, atəş gücü olduqca yüksək olan təyyarələrdirlər (F-16C, Mirage 2000, MiG-29, F-18C, MiG-23, F-15C); hücumlara dəstək təyyarələri ağır silahlar ilə təchiz olunurlar və onlardan daha çox düşmənin quru qoşunlarını təzyiq altında saxlamaq üçün istifadə olunur (MiG-27,Su-25, Jaguar, AV-8B Harrier, A-10). Bunlardan əlavə olaraq xəyal təyyarələri kimi tanınan radarlarda görünməyən təyyarələrdə mövcuddur (Northrop Grummman B-2 Spirit bombardmançı təyyarəsi və F-117 Nighthawk qırıcı təyyarəsi) Hərbi təyyarə istənilən növ hüquqi və ya silahlı xidmət tərəfindən istismar edilən hər hansı bir sabit qanadlı və ya fırlanan qanadlı təyyarədir. Hərbi təyyarə döyüş və ya qeyri-döyüş təyinatlı ola bilər. Müdafiə təyinatlı hərbi təyyarələr öz təyyarələrindən istifadə edərək düşmən avadanlıqlarını məhv etmək üçün nəzərdə tutulmuşdurlar. Müdafiə təyinatlı təyyarələr normal olaraq hərbi təyinatlı müəssisələr tərəfindən hazırlanırlar, inkişaf etdirilirlər və tədarük edilirlər.
Qırıcı təyyarələr üçün NATO kod adları siyahısı
SSRİ və Çin istehsalı olan qırıcı təyyarələr üçün NATO kod adları
Mərkəzi Hərbi Hava Qüvvələri Muzeyindəki təyyarələrin siyahısı
Aşağıda, Moskvadakı, Rusiya Federasiyası Hərbi Hava Qüvvələri Muzeyində olan təyyarələrin siyahısı göstərilmişdir .
Yoxa çıxmış təyyarələrin siyahısı
1959-cu il dekabr ayının 13-də Aeroflota məxsus “İl-14P” sərnişin təyyarəsi Kabuldan havaya qalxaraq Daşkəndə doğru istiqamət götürdü. Onun göyərtəsində 25 sərnişin və 5 nəfər də gəmi heyəti vardı. Təyyarə Özbəkistanın Termez şəhərindəki hava limanına qısa eniş etdi və sonra yenidən havaya qalxdı. Amma Hissar dağ silsiləsi üzərindən uçarkən “İl-14P” ilə əlaqə kəsildi. Dərhal təyyarənin yoxa çıxması ilə bağlı axtarışlara başlanıldı. “İl-14P” -nin qəzaya uğraması ehtimal edilən bütün ərazilər qarış-qarış axtarıldı. Lakin təyyarənin izinə rast gəlmək mümkün olmadı. Üstündən 5,5 ay ötəndən sonra, 1960-cı il iyun ayının 2-də “İl-14P”-nin qalıqları təsadüfən hadisə yerinin yaxınlığından uçan vertolyot tərəfindən aşkar edildi. Dərhal bu barədə müvafiq qurumlara məlumat verdilər. Hadisə yerinə gələn axtarış qrupu tərəfindən müəyyən edildi ki, “İl-14P” məlum olmayan səbəblərdən dağa çırpılıb.
Ən çox istehsal olunan təyyarələrin siyahısı
Siyahıda 5000 ədəddən çox istehsal olunan təyyarələr yer alıblar.

"təyyarələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təyyarələr nədir? #təyyarələr sözünün mənası #təyyarələr nə deməkdir? #təyyarələr sözünün izahı #təyyarələr sözünün yazılışı #təyyarələr necə yazılır? #təyyarələr sözünün düzgün yazılışı #təyyarələr leksik mənası #təyyarələr sözünün sinonimi #təyyarələr sözünün yaxın mənalı sözlər #təyyarələr sözünün əks mənası #təyyarələr sözünün etimologiyası #təyyarələr sözünün orfoqrafiyası #təyyarələr rusca #təyyarələr inglisça #təyyarələr fransızca #təyyarələr sözünün istifadəsi #sözlük