Qütb Təyyarəçiləri yarımadası
Qütb Təyyarəçiləri yarımadası — Barens dənizində, Aleksandra Torpağının şərqində yerləşir.
Yarımada qərbdən Dejnyov körfəzi, şərqdən isə Arxangelsk boğazı ilə yuyulur. Yarımadada hündürlüyü 300 metr olan buzlaq vardır. Ucqar cənub qutaracağı Tomas burnu, şərq qutaracağı isə Zamaçivıy burnu adlanır. Yarımada eni 3 km olan bərzəxlə adanın əsas hissəsinə birləşir. Bərzəx ərazisində Ledyanoe gölü yerləşir.