Təyyarənin uçuşa nəzarət səthləri
Aviasiya uçuşu nəzarət səthləri − pilota təyyarəni tənzimləməyə və nəzarət etməyə imkan verən aerodinamik qurğulardır. Uçuşa nəzarət səthinin inkişafı təyyarənin inkişafında kritik bir addım idi. Sabit qanadlı təyyarə dizaynında erkən səylər təyyarəni yerdən çıxarmaq üçün kifayət qədər qaldırıcı qüvvə yaratmağa müvəffəq oldu, ancaq təyyarələr uçduqdan sonra onları idarə etmək mümkün olmurdu. Effektiv uçuş nəzarətinin inkişafı sabit uçuşa imkan verən şeydir.
Bu məqalə konvensional dizaynın sabit qanadlı təyyarəsində istifadə olunan nəzarət səthlərini təsvir edir. Digər sabit təyyarə konfiqurasiyaları müxtəlif nəzarət səthlərindən istifadə edə bilər, amma əsas prinsiplər qalır. Döner qanad təyyarələri (vertolyotlar) üçün idarəetmə (stick və rudder) üç fırlanma oxu ilə eyni hərəkətləri yerinə yetirir, lakin dönən uçuş nəzarətini (əsas rotor disk və quyruq rotor diskini) tamamilə fərqli şəkildə idarə edir.
Rayt qardaşlar, ilk pratik nəzarət səthlərininin inkişafında böyük rolları olmuşdur. Modern idarəetmə səthlərindən fərqli olaraq qanad bükümü istifadə etdilər . Rayt patentini qəbuletmə cəhdində, Glenn Curtiss, Birleşmiş Krallıq'da təxminən 40 il əvvəl patentli olan idarəetmə səthlərini ilə eyni tipdə idilər.