təyyarəsi sözü azərbaycan dilində

təyyarəsi

Yazılış

  • təyyarəsi • 99.8503%
  • Təyyarəsi • 0.1198%
  • TƏYYARƏSİ • 0.0299%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hücum təyyarəsi
Hücum təyyarəsi, birinci olaraq bombardmançı təyyarələrdən daha böyük hava hücumu təşkil etmək qabiliyyətinə sahib olan hərbi təyyarə növüdür. Hücum təyyarələri ilk dəfə olaraq İkinci dünya müharibəsi zamanı istifadə edilmişdirlər. Dünyada hal-hazırda ən çox tanınan hücum təyyarələri keçmiş SSRİ, hal-hazırkı Rusiya istehsalı olan Suxoy Su-25 və onun əsas rəqibi olaraq qiymətləndirilən ABŞ istehsalı olan A-10 Thunderbolt II təyyarələridir.
Kəşfiyyat təyyarəsi
Kəşfiyyat təyyarəsi – havadan hərbi kəşfiyyat aparmaq məqsədilə yaradılmış və ya modernizasiya edilmiş olan bir hərbi təyyarə növüdür. Bu cür təyyarələr, adətən, çox yüksəkdən uçaraq düşmənin radar sistemlərinə yaxalanmamaq şərti ilə düşmən torpaqlarından vizual görüntü və ya elektron kəşfiyyat məlumatları toplayırlar. Müasir müharibələrin hamısında bu cür kəşfiyyat təyyarələrinin xidmətlərindən istifadə edilmişdir. Bu cür təyyarələrdən Birinci dünya müharibəsi zamanında da istifadə edilmiş olsa da, bu təyyarələrdən daha effektiv şəkildə İkinci dünya müharibəsi zamanı və ondan sonrakı bir çox müharibələrdə istifadə edilmişdir. Kəşfiyyat təyyarələri müasir dövlətlərin silahlı qüvvələrinin və hərbi kəşfiyyat xidmətlərinin əvəzedilməz qüvvələrindən biri hesab olunur.
Sərnişin təyyarəsi
Sərnişin təyyarələri, ümumiyyətlə, yalnız sərnişin daşımaq üçün nəzərdə tutulub. Bunlar həm sərnişin kimi, həm də sərnişinlərin baqajlarını və qismən digər materialların daşınmasında istifadə olunur. Sərnişin təyyarəsi termini, əsasən hava yolları tərəfindən istifadə edilən yüksək tutumlu və yüksək performanslı təyyarələr üçün nəzərdə tutulur. Bununla birlikdə, yüngül təyyarələr də az sayda sərnişini qısa məsafələrə daşımaq üçün çox vaxt istifadə olunur. Sərnişin təyyarələri, vaxta qənaət etdiyinə görə, xüsusilə beynəlxalq səyahətlərdə tez-tez üstünlük verilən nəqliyyat vasitələrindən biridir.
Təlim təyyarəsi
Təlim təyyarəsi əsas etibarilə pilotların və ya ekipaj üzvlərinin uçuş vərdişlərini artırmaq məqsədilə istifadə olunan təyyarələrdir. Bir sıra ölkələrin hərbi hava qüvvələrində təlim təyyarələri öz əsas məqsədləri ilə birlikdə, həmçinin döyüş əməliyyatlarında da istifadə olunur. Lakin, bu cür təyyarələr qırıcılara nisbətən qarşı tərəfdən gələcək hər hansı bir hücuma qarşı qorumalı olmadığı üçün müasir döyüş əməliyyatlarında istifadə olunması nəticəsində uğur qazanmaq da çətin olur. Tarixən bəzi təlim təyyarələrinin hücum məqsədilə istismar olunan variantları da yaradılmışdır. Məsələn, XX əsrin ikinci yarısında Cənubi Afrikada baş vermiş sərhəd toqquşmalarında İtaliya istehsalı olan Aermacchi MB-326 təlim təyyarələri CAR Hərbi Hava Qüvvələrinin əsas zərbə gücü hesab olunurdu. Çin istehsalı olan Hongdu JL-8 təyyarəsi də aşağı intensivliyə malik döyüş əməliyyatlarında düşmən bölmələrinə hücum etmək məqsədilə hazırlanmışdır. Buna baxmayaraq, qırıcılara nisbətən zəif təchiz olunmuş təlim təyyarələrinin gözlənilməz hücum əməliyyatında iştirak etməsi və ya xüsusilə də hücum edən tərəfin hava üstünlüyünü öz əlində saxlayacağına əmin olması bu təyyarələrin də uğur qazanmasına səbəb ola bilər.
Yük təyyarəsi
Yük təyyarəsi və ya nəqliyyat təyyarəsi — sərnişindən çox yük daşımaq məqsədilə hazırlanmış tərpənməz qanadlı bir hava gəmisidir. Sərnişin təyyarələrində olan rahatlıqın olmadığı yük təyyarələri, yükün boşaldılması və yüklənməsi işləri üçün bir və ya birdən çox böyük qapılara malikdir. Yük təyyarələri hava kargo daşıyıcısı olan şirkətlər, sivil vətəndaşlar və ya müxtəlif ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunur.
Önləmə təyyarəsi
Önləmə təyyarəsi (İngiliscə: Interceptor aircraft), düşmən təyyarələrinin vəzifələrini yerinə yetirməsinə maneə olmaq üçün yaradılmış olan təyyarə növüdür. Xüsusilə də, kəşfiyyat təyyarəsi və bombardmançı kimi müdafiəsiz təyyarələrə qarşı istifadə edilirlər. Çox yüksək performans üçün yaradılmış olan yüngül önləmə təyyarələri və hər bir hava şəraitində, gecə və uzun mənzildə xidmət edə bilən daha ağır önləmə təyyarələri olmaqla iki fərqli dizayn fəlsəfəsi ilə yaradıla bilər.
An-2 təyyarəsi
An-2, Kukruznik — sovet istehsalı olan çoxməqsədli təyyarə. Naqillə möhkəmləndirilmiş qanadlara sahib piston birmühərrikli biplandır. A. D. Şvetsov tərəfindən inkişaf etdirilmiş AŞ-62İR mühərriki ilə təchiz olunmuşdur. An-2 kənd təsərrüfatı, idman, nəqliyyat, təlim, sərnişin təyyarəsi kimi istifadə edilir və bir çox ölkələrin hava qüvvələrinin silahlanmasında yer alır. Bir çox An-2 təyyarəsi 40 ildən çoxdur uçur və onlardan bəzilərinin uçuş müddəti 20 min saata çatır. An-2 universal yüngül təyyarədir. Qrunt uçuş zolaqlarına qalxma və enmə, kiçik yüklərin daşınması, kənd təsərrüfatında görülən işlər, Şimal ərazilərin kəşfi və tədqiqatı, Sibir və Uzaq Şərq ərazilərinə sərnişin və yüklərin çatdırılması kimi işlər An-2 sayəsində mümkün olmuşdur. An-2 SSRİ-də, Polşada istehsal edilirdi və Çində hələ də istehsalı davam edir. Ümumilikdə, 18 mindən artıq An-2 istehsal edilib və dünyanın 26 ölkəsinə ixrac edilib. An-3 təyyarəsinin peyda olmasına kimi dünyanın ən böyük birmühərrikli biplan təyyarəsi idi.
Dəniz patrul təyyarəsi
Dəniz patrul təyyarəsi uzun müddət dəniz patrul rollarında işləmək üçün hazırlanmış sabit qanadlı təyyarədir. Dəniz patrul təyyarələri xüsusilə sualtı, donanma və axtarış-xilasetmə missiyalarında iştirak edir.
Hərbi nəqliyyat təyyarəsi
Hərbi nəqliyyat təyyarəsi qoşunların, silah sistemlərinin və digər hərbi təchizatın bir yerdən başqa yerə daşınması üçün istifadə olunan təyyarələrdir. Bu cür təyyarələr lazım olan hərbi ləvazimatın uzaq məsafədə yerləşən döyüş bölgəsinə çatdırılmasında ən effektiv vasitə hesab olunur. Əslində bombardmançı təyyarələrdən əmələ gəlmiş hərbi nəqliyyat təyyarələri İkinci dünya müharibəsində hava-desant bölmələrinin lazım olan yerə çatdırılmasında istifadə olunurdu. Bəzi hərbi nəqliyyat təyyarələri havada yanacaqdoldurma və ya hazırlanmamış pistlərə taktiki, əməliyyat və strateji havadan daşıma kimi çoxfunksiyalı vəzifələrə təyin olunur. 2014-cü ilə olan məlumata əsasən Antonov şirkətinin istehsalı olan Antonov An-124 Ruslan yük götürmə potensialına görə dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi hesab olunur.
2015 Rusiya Su-24 təyyarəsinin vurulması
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması — 24 noyabr 2015-ci il tarixində Türkiyə ilə Suriya sərhədinin yaxınlığlnda Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcı təyyarəsi tərəfindən Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması. == Hadisənin məzmunu == Türkiyə Silahlı Qüvvələrinin açıqladığı radar analizinə görə, Rusiyaya məxsus təyyarə Türkiyə hava sərhədini pozaraq Türkiyə üçün təhlükə yaradıb. Türkiyə silahlı qüvvələri Su-24 təyyarəsi tərəfindən hava sərhədinin pozulduğu vaxt 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə Su-24 təyyarəsinin Suriya hava sərhədi daxilində uçduğunu bildirib. Pilotlar paraşütlə tullanaraq təyyarədən evakuasiya olunsalar da, onlardan biri – Su-24 təyyarəsinin pilotu polkovnik-leytenant Oleq Peşkov yerli türkmanların yerdən açdıqları atəşlə havada öldürülüb. Kapitan Konstantin Muraxtin isə sağ tapılaraq Suriyadakı Rusiya hərbi bazasına aparılıb. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib. Ertəsi gün Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı diplomatik missiyasının qarşısına toplaşan yüzlərlə aksiya iştirakçısı səfirlik binasına yumurta, daş, butulka və boya qutuları atıblar. Səfirliyin bir neçə pəncərəsi sındırılıb. Polis aksiyaya müdaxilə etməyib və iştirakçılar arasında saxlanılan olmayıb.
A-330 təyyarəsinin Atlantikada qəzası
A-330 təyyarəsinin Atlantikada qəzası — 1 iyun 2009-cu ildə Air France şirkətinə məxsus A-330 təyyarəsinin Atlantika üzərində qəzası. Qəza nəticəsində 228 nəfər həlak olmuşdur.
An-2 təyyarəsinin vurulması (1991)
An-2 təyyarəsinin vurulması — 1991-ci il oktyabrın 29-da erməni silahlıları tərəfindən An-2 təyyarəsinin vurulması hadisəsi. == Haqqında == 29 oktyabr 1991-ci il An-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxmış, Xocalı aeroportunda enmişdir. Əməkdaşlar ilə geriyə uçarkən təyyarə Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən Alazan raketi ilə vurulmuşdur. Hadisə zamanı heyət üzvlərinin hamısı həlak olmuşdur. Həlak olanlardan 2-si təyyarəçi, 5 nəfər isə Xocalı aeroportunda çalışan heyət olub. Təyyarəçilərə ölümündən sonra, 25 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. == Həlak olanların siyahısı == Əsədov Əsəd Soltan oğlu — təyyarənin komandiri, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Muradov Hikmət Oqtay oğlu — II pilot, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Əhmədağa Baxşıyev — rabitə xidməti üzrə mühəndis Yunis Misirov — işıq sistemləri üzrə mühəndis Hamlet Rəcəbov — Xocalı aeroportunun komendantı Ceyhun — daşınma xidmətinin əməkdaşı Sadıqov Azad Əli oğlu — hava hərəkətinin idarəedilməsi üzrə dispetçer == İstinadlar == == Ədəbiyyat == Ramiz Xasıoğlu, "Şəhidlər", Bakı, "Səda", 1993. "Gözlərimiz göydə qalıb", "Azərbaycan gəncləri" qəzeti, 1991, noyabr. Fəridə Ləman, "Təyyarələr də şəhid olur", 1991, dekabr.
C-130 İran təyyarəsinin vurulması (1994)
C130 İran təyyarəsinin vurulması — 17 mart 1994-cü ildə İran HHQ-sinə məxsus içərisində İran diplomatları və onların ailə üzvləri olan C-130 hərbi-nəqliyyat təyyarəsinin erməni ordusu tərəfindən Dağlıq Qarabağ üzərində, Xankəndi şəhərinin yaxınlığında vurulması. == Qəza == İçərisində İranın Moskvadakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri olan təyyarə Novruz bayramı münasibətilə Tehrana tərəf yönəlmişdi. Ermənistanın Xarici İşlər nazirinin birinci müavini Jirayr Libaridyan mətbuat konfransında bildirdi ki, təyyarə Rusiya, Gürcüstan və Ermənistan vasitəsilə İrana getməli idi. Ancaq o təxminən 100 km şərqə yönələrək, Gürcüstanın hava sərhədini tərk edib, Azərbaycanın hava sərhədinə aid olan Dağlıq Qarabağa daxil olmuşdur və burada da Ermənistan ordusu tərəfindən məhv edilmişdir. Moskvadakı İran səfirliyindən bildirildi ki, aviaqəza nəticəsində təyyarədə olan bütün şəxslər — daha dəqiq 9-u uşaq daxil olmaqla 19 sərnişin və 13 ekipaj üzvü həlak olmuşdur. Qəza zamanı həlak olmuş iran vətəndaşlarının qalıqlarları Ermənistana gətirilmiş və İrəvanın Zvartnos Beynəlxalq aeroportundan Tehrana göndərilmişdir. Mərasimdə Ermənistanın vitse-prezidenti Qaqik Artünyan və Ermənistanın baş nazirin müavini Viqen Çiteçyan iştirak etmişdir. Faciə şəraitinin müəyyənləşdirilməsi üçün İran HHQ-si xüsusi komissiyasını yaratmışdır. Komissiyasının rəhbəri Abdat Aminian faciə ilə bağlı Ermənistanın vitse-prezidenti Qaqik Artünyanın irəli sürdüyü "təyyarə havada idarəetmənı itirərək yerə çırpılıb" versiyasını rədd etmişdir. İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirdi ki, "təyyarə naməlum səbəblərdən istiqamətini dəyişdikdən sonra havada partladılmışdır".
MiQ-29 təyyarəsinin qəzası (2008)
MiQ-29 təyyarəsinin qəzası — 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" döyüş təyyarəsinin təlim uçuşu zamanı qəzası. 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Ə. Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun nəşini tapmaq mümkün olmayıb. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan "MiQ-29" markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşüb. Həmin gün Azərbaycan şahinləri – kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla daha dəhşətli faciənin qarşısını ala bildilər. Təyyarənin qalıqları və pilotlardan Ə. Aslanovun cəsədini dənizin dibindən 1 ay sonra çıxarmaq mümkün olub, digər pilotun nəşi isə tapılmayıb. MiQ-29 təyyarələri Rusiyada istehsal olunur. Lakin qəzaya uğrayan təyyarə Ukraynadan alınıb.
MiQ-29 təyyarəsinin qəzası (2019)
MiQ-29 təyyarəsinin qəzası — Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Uzun sürən axtarışlardan sonra pilotun nəşi tapılmışdır. 24 iyul 2019-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı Xəzər dənizində qəzaya uğrayıb. Təyyarə suyun üzərinə düşərkən parçalanıb. Təyyarənin qəzaya uğradığı yer Bakıdan 65 km şimalda yerləşən Zarat kəndindən 9 km şərqdə olub. Xəzər dənizində itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevdir. Hərbi hissə komandirinin müavini olan Atakişiyev tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası — 5 dekabr 1995-ci ildə "AZAL"a məxsus Naxçıvan–Bakı reysi ilə hərəkət edən "Tu-134" təyyarəsinin qəzası. Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb. Pilot təyyarəni şumlanmış sahəyə endirməyə qərar verib. Yüksək gərginlikli elektrik xəttinə toxunan təyyarə alışıb, 82 nəfərdən 52-si həlak olub.
Su-25 təyyarəsinin vurulması (1992)
Su-25 təyyarəsinin vurulması — 13 iyun 1992-ci il tarixdə Qarabağ müharibəsi zamanı Azərbaycana məxsus döyüş təyyarəsinin Əsgəran yaxınlığında ermənilər tərəfindən vurulması hadisəsi. Baş leytenant Vaqif Qurbanov Qarabağ müharibəsinin alovlandığı bir vaxtda keçmiş sovet aviabazasından "Su-25" təyyarəsini qaçıran ilk azərbaycanlı pilot olub. Şuşanın işğalı günündən sonra bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb. Vaqif Qurbanov 8 may 1992–ci il tarixindən hərbi əməliyyatlar gedən Azərbaycan ərazilərində hərbi uçuşlara başlayır. Mayın 8-i və 9-u Qurbanovun reydləri nəticəsində erməni silahlı qruplarının 30 nəfər döyüşçüsü öldürüldü, 120 nəfər yaralandı. Ermənilərin iddialarına görə isə ölənlərin hamısı mülki şəxslər olublar. 9 may 1992-ci ildə Vaqif Qurbanov Xankəndidən İrəvana uçan "Yak-40" erməni təyyarəsinə hücum edərək onu vurub. Təyyarə Sisianda təcili eniş etmişdir. Bütün sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edilmiş, təyyarə isə tamamilə yanmışdır. Qurbanov həmçinin Martunidə, Əsgəran rayonunun Şoş və Xramort kəndlərində, eləcə də Çaykənd və Ay-Parisdə döyüşlərdə iştirak edib.
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması — 24 noyabr 2015-ci il tarixində Türkiyə ilə Suriya sərhədinin yaxınlığlnda Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcı təyyarəsi tərəfindən Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması. Türkiyə Silahlı Qüvvələrinin açıqladığı radar analizinə görə, Rusiyaya məxsus təyyarə Türkiyə hava sərhədini pozaraq Türkiyə üçün təhlükə yaradıb. Türkiyə silahlı qüvvələri Su-24 təyyarəsi tərəfindən hava sərhədinin pozulduğu vaxt 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə Su-24 təyyarəsinin Suriya hava sərhədi daxilində uçduğunu bildirib. Pilotlar paraşütlə tullanaraq təyyarədən evakuasiya olunsalar da, onlardan biri – Su-24 təyyarəsinin pilotu polkovnik-leytenant Oleq Peşkov yerli türkmanların yerdən açdıqları atəşlə havada öldürülüb. Kapitan Konstantin Muraxtin isə sağ tapılaraq Suriyadakı Rusiya hərbi bazasına aparılıb. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib. Ertəsi gün Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı diplomatik missiyasının qarşısına toplaşan yüzlərlə aksiya iştirakçısı səfirlik binasına yumurta, daş, butulka və boya qutuları atıblar. Səfirliyin bir neçə pəncərəsi sındırılıb. Polis aksiyaya müdaxilə etməyib və iştirakçılar arasında saxlanılan olmayıb.
An-24 təyyarəsinin Türkiyəyə qaçırılması (1970)
An-24 təyyarəsinin Türkiyəyə qaçırılması — 1970-ci il oktyabrın 15-də SSRİ-də ilk uğurlu təyyarə qaçırma hadisəsi. Litvalı Pranas Brazinskas və onun 13 yaşlı oğlu Algirdas Antonov An-24 təyyarəsi ilə idarə olunan Aeroflot 244 reysi zamanı təyyarəni qaçırıblar. Təyyarə Batumi Hava Limanından Suxumi Hava Limanına gedirdi. Təyyarədə açılan atəş nəticəsində 19 yaşlı stüardessa Nadejda Kurçenko həlak olub və bir neçə ekipaj üzvü yaralanıb. Pranas Brazinskas təyyarədəki iki silahlı mühafizəçinin müqaviməti nəticəsində getdiyini bildirib. Sovet mətbuatının yazdığına görə, münaqişə Brazinskas tərəfindən başlayıb və o, pilotları xəbərdar etmək üçün kabinəyə gedib, lakin kabinədə mühafizəçilər olmayıb. Təyyarəni qaçıranlar Türkiyənin Trabzon Hava Limanına endirərək Türkiyə hökumətinə təslim olublar. Brazinskas mühakimə olundu və həbs edildi, lakin Türkiyə təyyarə qaçıranları Sovet hakimiyyətinə təhvil verməkdən imtina etdi. Sərnişinlər və təyyarə SSRİ-yə geri göndərildi. 4 il həbsdən sonra 1974-cü ildə əfv olunan Brazinskas əvvəlcə Venesuelaya, sonra isə ABŞ-yə getdi.
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması (kor. 대한항공 YS-11기 납북 사건) — 1969-cu ilin 11 dekabr tarixində Koreya Hava Yollarına məxsus YS-11 tipli sərnişin təyyarəsinin qaçırılması hadisəsi. Cənubi Koreyanın şimal-şərqində yerləşən Qanvon əyalətindəki Qanqunenq aerodromundan havalanan təyyarənin ölkə paytaxtı Seul şəhərinə uçması planlaşdırılmışdı. Hava gəmisi səmaya qalxandan 10 dəqiqə sonra təyyarəyə gizli şəkildə daxil olmuş Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşı Cho Ch'ang-hŭi (조창희). tərəfindən qaçırılmışdır. Kabinə daxil olaraq hava gəmisini ələ keçirən Ço Çanq pilotlardan təyyarəni Şimali Koreyaya doğru istiqamətləndirməyi əmr edir. Yerli vaxtla saat günorta 1:18-də təyyarə Şimali Koreyanın şərq sahilində yerləşən liman şəhəri və hərbi dəniz bazası olan Vonsan şəhərinin hərbi aerodromuna endirilmişdir. Təyyarəni qaçıran Ço Çanqdan başqa təyyarə pilotlarda daxil olmaqla 46 nəfərdən ibarət idi. Hadisədən 2 ay sonra 39 sərnişin Cənubi Koreyaya təhvil verilmişdir. YS-11 idarə edən 4 nəfərlik ekipaj və digər 7 sərnişinin talehləri bu günə qədər naməlum olaraq qalmaqdadır.

"təyyarəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təyyarəsi nədir? #təyyarəsi sözünün mənası #təyyarəsi nə deməkdir? #təyyarəsi sözünün izahı #təyyarəsi sözünün yazılışı #təyyarəsi necə yazılır? #təyyarəsi sözünün düzgün yazılışı #təyyarəsi leksik mənası #təyyarəsi sözünün sinonimi #təyyarəsi sözünün yaxın mənalı sözlər #təyyarəsi sözünün əks mənası #təyyarəsi sözünün etimologiyası #təyyarəsi sözünün orfoqrafiyası #təyyarəsi rusca #təyyarəsi inglisça #təyyarəsi fransızca #təyyarəsi sözünün istifadəsi #sözlük