təyyarə sözü azərbaycan dilində

təyyarə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təyyarə • 88.9269%
  • Təyyarə • 11.0317%
  • TƏYYARƏ • 0.0414%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qırıcı təyyarə
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Reaktiv təyyarə
Reaktiv təyyarə Reaktiv mühərriklər tərəfindən hərəkətə gətirilən təyyarələrdirlər. Reaktiv təyyarələr ümumi olaraq pər gücü ilə işləyən təyyarələrdən daha sürətli və daha çox hündürlüyə dırmana bilirlər — dırmanma hündürlüyü 10,000 ilə 15,000 metrə qədərdir (təxminən 33,000 ilə 49,000 ft). Bu hündürlüklərdə reaktiv mühərriklər uzun məsafələrdə maksimum məhsuldarlıq verirlər. Pər gücü ilə işləyən mühərriklər isə maksimum məhsuldarlığı aşağı hündürlüklərdə verirlər. Reaktiv təyyarələr səsdən daha sürətli hərəkət edə bilirlər. Ruminyalı mühəndis Henri Coandă, 1910-cu ildə Coanda-1910 adında ilk reaktiv təyyarəni yaratmışdır. Daha sonralar, iki mühəndis, Böyük Britaniyada Frank Whittle və Almaniyada Hans von Ohain, 1930-cu illərin sonlarına doğru ayrı-ayrılıqda bu anlayışı inkişaf etdirmişdirlər, buna baxmayaraq ilk model turboreaktiv Frank Vayta aiddir. Wittering Aviasiya Məktəbində Frank Whittle tərəfindən 1928-ci ilin avqustuna qədər bu anlayış nəzərdən keçirilmişdir, fəqət eyni zamanda Hans von Ohain 1936-cı ilin fevralında ilk reaktiv təyyarənin dizaynı və imkanları haqqında Ernst Heinkelə bir məktub yazmışdır. Ancaq 1926-cı ilin iyun ayında kompressor və turbinlərin üstündə RAE-də işlədiyi zaman bir hesabat yazan A. A. Griffith, bu məktubu ələ almışdır və eyni zamanda daha etibar edilən olmuşdur.
Stels Təyyarə
Stels təyyarə Stels Texnologiyalarından istifadə edərək düşmənin sonar, infraqırmızı və digər növ radarlarına mümkün qədər az görünən və bəzən də görünməyən təyyarələrdir. Stels təyyarələrin hazırlanması ikinci dünya müharibəsi dövrünə təsadüf edir. 1944-cü ildə istehsal olunmuş Horten Ho 229 təyyarəsi ilk stels təyyarə kimi qeyd olunur. Müasir stels təyyarələrə misal kimi Lockheed F-117 Nighthawk, B-2 Spirit, F-22, F-35, T-50 PAK FA-nı göstərmək olar. Əslində heç bir təyyarə radarlara tamamilə gizli deyildir. Lakin stels təyyarənin normal radarlar tərəfindən tutulması çox çətindir. Tutulsa belə ona atılan izləyən raketlərin onları vurmaq ehtimalı azdır. Çünki təyyarədən əks olunan siqnallar çox zəif olduğuna görə raketin öz radarları buraxılandan sonra onu izləməkdə çətinlik çəkirlər. İndiyə kimi yalnız Amerika Birləşmiş Ştatları ordusunun arsenalında stels təyyarələr mövcuddur. Digər ölkələrdəki təyyarələr hələ də test mərhələlərindədirlər.
Qırıcı-bombardmançı təyyarə
Qırıcı-bombardmançı təyyarə, birinci olaraq bir yüngül bombardmançı və ya hücum təyyarəsi olaraq istifadə edilən qırıcıdır. Qırıcı-bombardmançı təyyarələr, bombardmançı və hücum təyyarələrindən başda kök olaraq fərqli olub digər vəzifələr üçün yaradılmış qırıcı təyyarələrdirlər, bombardmançı və hücum təyyarələri isə bombardman və hücum rolları üçün xüsusi olaraq hazırlanmış təyyarələrdirlər. Hələ də, istifadə edilsələr də, qırıcı-bombardmançı termini raketlərin və başlıqlı raketlərin hava döyüşlərinə girməsi ilə daha az önəm daşımağa başlamışdırlar. Oxşar vəzifələri olan təyyarələrə, ümumi olaraq çoxfunksiyalı təyyarələr və ya hücum təyyarəsi deyilir.
Regional reaktiv təyyarə
Regional reaktiv təyyarə və ya ingilis dilində olan adı ilə Regional Jet (qısaca RJ) sürətli, çox qənaətcil və qısa uçuş zolaqlarından asanlıqla havaya qalxan bilən bir təyyarədir. İlk dəfə 1978-ci ildə ortaya çıxdı. Aviasiyada bilet qiymətlərinin azalması, hava limanlarının sayının artması və coğrafi səbəblərə görə qısa uzunluğu olan uçuş-enmə zolağına malik meydanların açılması bu gün bu təyyarə sinfinə tələbi artırmışdır. Əvvəllər bu sinif yalnız Douglas DC-9 və digərləri tərəfindən inhisara alınmışdı və bu gün Airbus, BƏƏ, Bombardier, Canadair, Embraer, Sukhoi və Comac kimi şirkətlərin təyyarə istehsalına başlaması ilə gedərək daha böyük bazar halına gəlmişdir. Bu təyyarələrin ən vacib xüsusiyyəti, müəyyən bir gövdə quruluşuna sahib olmamalarıdır. Bu sinifdə CRJ 900 Bombardier kimi mühərriyi arxasında yerləşən, dar gövdəli regional reaktiv təyyarə olduğu kimi, eləcə də qısa və mühərriyi qanadlarının altında yerləşən A-318 tipli təyyarələrdə mövcuddur. Bu təyyarələrdə sərnişin təsnifatı yoxdur. Belə təyyarələrdə gəzintinin şəhərlərarası avtobusdan heç bir fərqi yoxdur. Bu tip təyyarələrin məqsədi ən az yanacaq sərfiyyatı, hava limanında parklanma haqqını azaltmaq və mümkün qədər çox sərnişin oturacağına sahib olmaqdır. Normal sərnişin təyyarələrində mövcud olan Turbofan reaktiv mühərriyindən istifadə etdikləri üçün çox yaxşı bir güc-çəki balansına sahibdirlər.
Sabit qanadlı təyyarə
Sabit qanadlı hava nəqliyyatı, qanadlarının quruluşu və irəliyə doğru hərəkətinin nəticəsində formalaşmış hava sürətinin yaratdığı daşıma ilə uçan hava nəqliyyatı vasitəsi. Bu baxımdan fırlanan qanadlı hava nəqliyyatından ayrılırlar.
Superqa təyyarə qəzası
Superqa təyyarə qəzası — 4 may 1949-cu ildə Lissabon-dan İtaliyaya uçan "FIAT G-121CP" təyyarəsi Superqa yaxınlıgında qəzaya ugradı, sərnişinlərin hamısı həlak oldu. Bu təyyarə Benfika klubuyla oyundan geri qayıdırdı! Bu qəzada Torino klublarının butun uzvləri həlak oldu. Roberto Thoeni, L'ultimo urlo per il grande Torino, Abaco Editori Dino Buzzati, in La nera di Dino Buzzati, Oscar Mondadori Vincenzo Baggioli (a cura), Il Torino.
Lokomotiv Yaroslavl təyyarə qəzası
2011-ci il sentyabrın 7-də Rusiyanın "Lokomotiv" (Yaroslavl) hokkey komandasını Belarus paytaxtı Minskə aparan YAK-42 sərnişin təyyarəsi Yaroslavlın "Tunoşna" aeroportundan qalxdıqdan az sonra yerə çırpılıb. Təyyarədəki 37 nəfərin 4-ü heyət üzvü idi.
Təyyarə
Təyyarə, uçaq və ya aeroplan — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi. Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir. Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər. Təyinatına görə Sərnişin Hərbi Qırıcı Qırıcı-bombardmançı Bombardmançı Raketdaşıyıcılar Hücumçular Kəşfiyyat Korrektəçilər Çoxməqsədli və xüsusi Nəqliyyat Desant Havada yanacaq dolduranlar Hava təyyarə daşıyıcısı Mülki təyyarələr Sərnişin nəql edənlər Nəqliyyat (yüklərin daşınması) Poçt Kənd təsərrüfatında kübrələrin işlənməsi Tədris-təlim İdman Sanitar Geoloji-kəşfiyyat Yanğısəndürmə Mühərriklərin tipinə görə Porşenli Turbinli Turbinreaktorlu Mühərriklərin sayına görə bir mühərrikli iki mühərrikli üç mühərrikli dörd mühərrikli altı mühərrikli səkkiz mühərrikli Sürətinə görə Səs sürətinə qədər Səs sürətindən yuxarı Hipersəs Eniş orqanlarına görə Quruda Gəmidə Hidrotəyyarələr Uçan gəmilər Uçuş və enişə görə Şaquli Qısa Adi Çəkmə mənbəyinə görə Vintli Reaktiv İdarəetmə növünə görə Pilotlu Avtomatlaşdırılmış, Pilotsuz Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar.
Parisdə təyyarə qəzası (25 iyul 2000)
Parisdə təyyarə qəzası (25 iyul 2000) — aviasiya tarixində səsdən sürətli mülki təyyarənin son qəzası. 25 iyul 2000, Paris, Ruassi Şarl de Qoll aeroportu, terminal 2E. Paris – Nyu-York reysini həyata keçirməyə hazırlaşan "Concorde" havaya qalxmazdan əvvəl prezident Jak Şirakı Tokiyodan gətirən "Boeing" aeroporta enir. Ondan ardınca ABŞ-yə məxsus "McDonnell Douglas DC-10" eyni uçuş zolağından havaya qalxır. Lakin... havaya qalxan təyyarənin motorundan qopan titan detal uçuş zolağına düşür və bir-neçə dəqiqə sonra baş verəcək faciənin "əsasını qoyur". "DC-10" özü isə sağ salamat mənzil başına çatır. 4 dəqiqə sonra saat 16.42-də "Concorde" uçuş zolağına dartılıb gətirilir. Start götürən təyyarə 280 km/saat sürətlə "DC-10"-dan düşən metal parçasının üzərindən keçir. Metal parçası təkərdən qalxaraq yanacaq çənini kəsir və 120 ton kerosin alışır. Cırılan təkərin özü də 330 km/saat sürətlə hərəkət edən təyyarənin qanadına çırpılaraq onu sıradan çıxarır.
Adi təyyarə
Konvansiyonal təyyarə, adi təyyarə və ya ənənəvi təyyarə, qanadları orta gövdə ətrafında olan quyruğu arxada olan ənənəvi təyyarə növlərinə verilən addır. Ənənəvi olmayan təyyarə növlərinə kanart, V quyruqlu təyyarə kimi fərqli konstruksiyalara malik olan təyyarələri göstərmək mümkündür.
Amfibiya təyyarə
Amfibiya təyyarə — həm qurudan, həm də sudan enmə və qalxma etməyi bacaran təyyarə növüdür.
Təyyarə korpusu
Təyyarə korpusu və ya fuzelyaj (/ f ju z əl ɑː ʒ /;dan fransızca fuselé “mil şəklində”) təyyarənin əsas hissəsidir. Ekipaj, sərnişinlər və yüklər də daxil olmaqla karqolar ümumiyyətlə burada saxlanılır. Tək mühərrikli təyyarələrdə ümumiyyətlə bir mühərrik olur, lakin bəzi amfibiya təyyarələrdə tək mühərrik üzən korpus kimi istifadə edilən təyyarə korpusuna bağlanmış bir dirəyə quraşdırılır. Fuzelyaj ayrıca idarəetmə və sabitləşdirmə səthlərini təyyarələrin sabitliyi və manevr qabiliyyəti üçün lazım olan qaldırıcı səthlərlə xüsusi münasibətlərdə yerləşdirməyə xidmət edir.
Təyyarə məktəbi
Təyarrə məktəbi türk. Tayyare Mektebi — 1912-ci ildə Osmanlı imperiyasında hərbi hava qüvvələri üçün pilot hazırlamaq məqsədilə Yaşılköydə qurulmuş təyyarə məktəbi. Təyyarə məktəbinin açılması qərarı Balkan müharibələrindən sonra verilmişdi. Osmanlı imperiyasının Balkan müharibələrində məğlubiyyəti orduda islahatların zəruri olmasını bir daha göstərdi. Xüsusilədə havada qüvvələri Osmanlı ordusunun ən zəif nöqtəsi sayıldı. Bu səbəbdən Ənvər Paşanın Hərbi Nazirliyi dövründə başlayan Hərbi Aviasiya sahəsini inkişaf etdirmək üçün Təyyarə məktəbi təşkil edildi. Məktəb 1912-ci ildə İstanbulun Yaşılköy səmtində açıldı (hazırda Atatürk Beynəlxalq Hava Limanı). Elə məktəbin adı da Yaşılgöy Təyyarə məktəbi adlandırıldı. Hərbi hava qüvvələrini yeniləmək və pilot yetişdirmək üçün Fransadan hava kapitanı Marki De Quuis De Mezeyrac müqavilə ilə Yeşilköy Təyyarə Məktəbinə gətirildi. Beləliklə, bu məktəbdə dərs deyən ilk müəllim fransız pilot Marki De Quuis De Mezeyrac olmuşdur.
Təyyarə məzarlığı
Təyyarə məzarlığı ABŞ-də Arizona səhrasının ortasında, 1050 hektarlıq ərazini əhatə edən bir məzarlıqdır. Bura ABŞ Hava Qüvvələrinin əvvəllər istifadə etdiyi təyyarələri saxladığı və "Sümük Anbarı" adlandırdığı təyyarə məzarlığıdır. Bu məzarlıqda istifadəyə yararlı olabiləcək on minlərlə ehtiyat hissəsinin olduğu düşünülür. Təxmini hesablamalara görə bu məzarlığın ümumi dəyəri 35 milyard dollardır.Əhatə etdiyi ərazi isə 1300 stadioni ərazisinin cəminə bərabərdir.Bu böyük ərazidə 4800 təyyarə və 350 mindən artıq ehtiyat hissə var. Rəsmi adı 309 AMARG olan fabrikdə 2005-ci ildə 19 mindən artıq hissə istifadəyə yararlı vəziyyətə gətirilmiş və beləliklə də 568 milyon dollar qənaət edilmişdir. Bu nəhəng anbarın müştərisi əlbəttə ki, təkcə ABŞ deyil.ABŞ bu anbardan bəzi ölkələrə ehtiyat hissələri,hətta təyyarələr satıb. Belə bir anbar üçün bu cür ərazinin seçilməsi də təsadüfi deyil. Çünki bu əraziyə yağış az yağır, rütubət isə demək olar ki yoxdur və bu da polad və metal hissələrin daha uzunömürlü olmasına şərait yaradır.
Təyyarə rejimi
Uçuş rejimi — aktivləşdirildikdə cihazın radiotezlik (RF) siqnal ötürmə texnologiyalarını (məsələn, Bluetooth, telefoniya və Wi-Fi) dayandıran və elektron cihaz proqram təminatı müəllifi tərəfindən düzgün tətbiq edildikdə bütün analoq səs və rəqəmsal məlumat xidmətlərini effektiv şəkildə söndürən, smartfonlarda və digər portativ cihazlarda mövcud olan parametr. Rejim əksər aviaşirkətlər uçuş zamanı RF siqnallarını ötürən avadanlıqların istifadəsini qadağan etdiyi üçün belə adlandırılıb. Tipik olaraq, uçuş rejimində telefon zəngləri etmək və ya mesaj göndərmək mümkün deyil, lakin bəzi smartfonlar təcili xidmətlərə zəng etməyə imkan verir. Əksər cihazlar mətn və ya e-poçt mesajları yazmaq üçün e-poçt proqramlarından və digər mobil proqramlardan davamlı istifadə etməyə imkan verir. Mesajlar daha sonra, yəni uçuş rejimi söndürüldükdən sonra göndərilmək üçün yaddaşda saxlanılır. Wi-Fi və Bluetooth, təyyarənin operatoru tərəfindən icazə verildiyi hallarda cihaz psevdo-təyyarə rejimində olarkən ayrıca aktivləşdirilə bilər. RF siqnallarının qəbulu (radio qəbulediciləri və peyk naviqasiya xidmətləri kimi) uçuş rejimi tərəfindən dayandırıla bilməz. Lakin, həm ötürücülər, həm də qəbuledicilər, hətta onlara cavab vermədikdə belə, zəngləri və mesajları qəbul etmək üçün lazımdır. Təyyarə rejimində olan zaman cihazın ötürücüləri bağlandığından, rejim enerji istehlakını azaldır və batareyanın ömrünü uzadır.
Strateji bombardmançı təyyarə
Strateji bombardmançı təyyarə — düşmənin strateji əhəmiyyətli obyektlərini bombalamaq və ya raket zərbələri endirmək məqsədilə aviasiya silahlarının (aviabombalar, qanadlı və ballistik raketlər), o cümlədən nüvə silahlarının daşınması üçün nəzərdə tutulmuş hərbi təyyarədir. Düşmənin mobil və stasionar texnikasının, həmçinin taktiki bazalarının məhv edilməsi üçün nəzərdə tutulmuş taktiki bombardmançılardan fərqli olaraq, strateji bombardmançı təyyarələr aşağıdakı xüsusiyyətlərə malik olur: qitələrarası üçün məsafəsi və daha böyük partlayıcı gücə malik hərbi yük; Ekipajın uzun məsafəli uçuşlar zamanı əmək qabiliyyətinin saxlanması məqsədilə daha komportlu şəraitin mövcud olması Taktiki bombardmaçılardan fərqli olaraq strateji bombardmançı təyyarələr daha universal və daha bahalıdır. Strateji bombardmançı təyyarələr müxtəlif qitələrdə düşmənə məxsus zavodları, elektrik stansiyalarını, maqistral yolları, körpüləri, su bəndlərini, vacib kənd təsərrüfatı və hərbi obyektləri və bütövlükdə şəhərləri məhv etməyə imkan verir. Hal-hazırda yalnız ABŞ, Rusiya və Çin bu cür döyüş təyyarələrinə malikdirlər. Bombardmançılar o zaman strateji adlandırılır ki, həmin təyyarələr qitələrarası ucuş məsafəsinə (5000 km-dan artıq) malik olmalı və nüvə silahı daşımağa imkan verməlidir. Məsələn, Tu -22M, Tu-16 və B-47 nüvə silahı daşımağa imkan versə də, qitələr arası uçuşu həyata keçirə bilmirlər. Buna görə də, həmin təyyarələri adətən uzunmənzilli bombardmançı adlandırırlar. Əslində uzunmənzilli bombardmançı terminin istifdadə edilməsi bu cür tətbiq edilməsi dəqiq yanaşma deyil. Belə ki, bu cür təyyarələr qitələr arası uçuş məsafəsinə malik olmasalar da, texniki cəhətdən strateji bombardmançı təyyarələrdirlər. Yəni "qitələrarası" və "uzunmənzilli" təyyarələr strateji bombardmançı təyyarələrin iki növüdür.
Təyyarə uçurtma sistemi
Təyyarə Şəhidləri abidəsi
Təyyarə Şəhidləri abidəsi (türk. Hava Şehitleri Anıtı — Türkiyənin İstanbul şəhərinin Fateh bölgəsində yerləşir, Osmanlı Hava Qüvvələrinin uçuş qəzalarında şəhid olan ilk əsgərlərinə həsr olunmuş xatirə abidəsidir. Türkiyədə, "şəhid" ifadəsi müharibə əsnasında şəhid olan insanlar üçün böyük şərəfdir. Abidə, Fələstində ardıcıl iki monoplanın düşməsindən, 1914-cü ilin əvvəlində İstanbuldan İskəndəriyyəyə ekspedisiya uçuşunda olan dörd hərbi aviatordan üçünün həlak olmasından dərhal sonra ucaldılmağa başlamışdır. Sütun şəklində olan abidənin açılışı 1916-cı ildə baş tutmuşdur. Hər il Şəhidlər Günündə abidənin önündə hərbi anım mərasimi keçirilir. Balkan müharibələrindən sonra Osmanlı imperiyası hökuməti, imperatorluğun sərhədlərində güclü ekspedisiya işinə başladı. İstanbuldan Misirin Qahirə və İsgəndəriyyə şəhərlərinə dörd hava qüvvəsi monoplanının uçuşu təxminən 2500 km (1600 mil) məsafəni qət edəcəkdi. Təyyarələr 8 fevralda San Stefanodakı (müasir Yeşilköy, hazırda Atatürk Beynəlxalq Hava Limanı ərazisi) Aviasiya Məktəbindən İstanbula uçuşa başladı. on February 8 manned by two aviators each.
Yüngül tipli təyyarə
Yüngül təyyarə, maksimum uçuş çəkisi 12.500 funt (5.670 kq) və ya daha az olan bir təyyarədir. Sabit və ya fırlanan qanadları olan yüngül təyyarələr dünyada həm mülki, həm də hərbi məqsədlər üçün geniş istifadə olunur. Hobbi uçuşlara əlavə olaraq, yüngül təyyarələr və vertolyotlar sərnişin daşınması, valyuta atma, elektrik kabellərinə nəzarət və pestisidlərin çilənməsi kimi bir çox fərqli işlərdə istifadə olunurlar.
İlya Muromets (təyyarə)
İlya Muromets — Birinci dünya müharibəsi illərinə aid dördmühərrikli döyüş təyyarəsidir. İlya Muromets təyyarəsində dörd nəfər döyüşçü olurdu. Bu təyyarə o zaman üçün dünyada ilk dördmühərrikli ağır bombardmançı təyyarə idi. 1913-cü ilin sonunda Riqanın "Rus-Baltik" zavodunda istehsal olunmuşdu. 1914-cü ildə təyyarə bir dəfə yerə enməklə min kilometr məsafəni 14 saat 38 dəqiqəyə qət etmişdi. Bu da o vaxt üçün dünya rekordu sayılırdı. "İlya Muromets" təyyarələrindən Birinci dünya müharibəsində və vətəndaş müharibəsində düşmənə arxadan zərbə vurmaq üçün istifadə olunmuşdur. Məhz bu təyyarədə avqustun 26-da məşhur pilot-kapitan Pyotr Nesterov tarana getmiş və qəhrəmanlıqla həlak olmuşdur. 1916-cı ilin sentyabrın 12-də isə azərbaycanlı Fərrux ağa Qayıbovun iştirak etdiyi təyyarə aviasiya tarixinə daha bir səhifə yazdı. Həmin gün Qərb cəbhəsi orduları baş komandanının qərargah rəisinin əmri ilə, Baş Qərargahın podpolkovniki Brantın komandası altında, "İlya Muromets" tipli iki hava gəmisi və on üç kiçik aparatdan ibarət hava eskadrilyası ilə düşmən arxasına basqın edilmişdir.
İran Təyyarə Sənayesi
İran Təyyarə Sənayesi (Iran Aircraft Industries – IACI) və ya SAHA (صها qısaltması صنایع هواپیمایی ایران) 1961-ci ildə əsasən döyüş, sərnişin və hava dəstək təyyarələrinin əsaslı təmiri üçün qurulmuşdur. Zamanla SAHA İranın aviasiya sənayesinin mühüm bir hissəsinə çevrildi. 1998-ci ildə İranlı alimlər və mütəxəssislər Toloue-4 kimi turbin mühərriklərinin dizaynına, kompleks mühərrik hissələrinin, təyyarə hissələrinin dizaynına və istehsalına başladılar. SAHA hazırda IrAn-140 təyyarələri üçün TV-3 adlanan turbopərvanə mühərrikləri üzərində işləyir. Nailiyyətlər: 2014-cü ildə JT8D-219 reaktiv mühərrikinə 100% oxşar olan İran istehsalı MD-80 sinifli turbofan reaktiv mühərrikinin istehsalı Toloue-4 mini jet mühərrikinin kütləvi istehsalı Boeing 747 kimi təyyarələrin təmiri qabiliyyəti Owj (Zenith) mühərriki, GE J85, J79 Dart mühərriklərinin təmiri Astazo (Turbomeca Astazou), F və Solar kimi ağır mühərrikləri təmir etmək üçün təmir xətlərinin qurulması.
Smolenskdə təyyarə qəzası
10 aprel 2010-cu il tarixində Smolenskdə qəzaya uğramış təyyarədə Polşa prezidenti Lex Kaçinski və xanımı, ölkənin sabiq prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, general Tadeuş Ploski, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor da olub. Lex Kaçinski Smolensk vilayətinin Katın kəndində anım tədbirlərində iştirak etməliydi. 1940-cı ilin yazında polşalı zabitlər həmin kənddə güllələnib. Polşa prezidenti ilə bərabər, güllələnmiş zabitlərin övlad və nəvələri də təbirə qatılmalıydılar. Lex Kaçinski Smolenskə təyyarə ilə, oradan Katına isə xüsusi qatarla getməliydi. Məlum olub ki, Polşa prezidentinin təyyarəsi qəzadan əvvəl 3-4 dəfə eniş cəhdi edib. Smolensk vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub: «Pis hava şəraiti üzündən təyyarə 3-4 dəfə cəhd etsə də, eniş alınmayıb. Dispetçer pilotlara 200 kilometr aralıda olan Minsk aeroportuna eniş etməyi məsləhət görsə də, təyyarənin heyəti öz qərarı ilə enişi məhz Smolenskdə etməyə çalışıb». Təyyarə qəzası baş verdikdən sonra internetdə Youtube saytında bir video peyda olub. Bu videoda Lex Kaçinskinin olduğu güman olunan təyyarənin qalıqları arasında gəzişən üç nəfər silahlı şəxsin sağ qalan və kömək istəyən insanları güllələdiyi göstərilir.
Tver təyyarə qəzası (2023)
Tverdə "Embraer Legacy 600" qəzası — 2023-cü ilin 23 avqust tarixində Rusiya Federasiyasının Tver vilayətində baş vermiş təyyarə qəzası. Moskvadan Sankt-Peterburqa uçduğu güman edilən Embraer Legacy 600 tipli şəxsi təyyarənin qəzaya uğraması nəticəsində üçü ekipaj üzvü olmaqla, on nəfər həlak olub. Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi telegram kanalının verdiyi məlumata görə həlak olan sərnişinlər arasında Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin və onun əsas köməkçisi Dmitri Utkin də olub. Qəzada Vaqner qrupunun Baş Qərargah rəisi və Təhlükəsizlik Xidmətinin rəhbəri Andrey Troşev də həlak olub. Flightradar24 xidmətinin hesabatına görə qəzaya uğrayan təyyarə düşməyə başlamazdan əvvəl bir necə dəfə hündürlük itirib və yenidən yüksəlib. Flightradar24 ən son məlumatları təyyarə təxminən 6 km hündürlükdə olarkən alıb. Bütün bu dəyişikliklər 32 saniyə ərzində baş verib.
İran Təyyarə İstehsalı Sənayesi Şirkəti
İran Təyyarə İstehsalı Sənayesi Şirkəti (ing. Iran Aircraft Manufacturing Industrial Company (IAMI); fars. شرکت صنایع هواپیماسازی ایران - هسا‎, Farsca qısaltması — HESA) İranın 1976-cı ildə qurulmuş təyyarə istehsalı müəssisəsidir. İran Aviasiya Sənayesi Təşkilatı tərəfindən idarə olunur və Şahinşəhr (İsfahan) şəhərində yerləşir. Şirkətin qurulduğu təxminən 2 milyon kvadratmetr və ya 500 hektarlıq ərazi yerli olaraq tanınan və hörmətli Boroumand ailəsi (qardaşlar: Abdolghaffar, Abdolrahman, Abdolrahim, Abdolkarim, Abdolrashid və Abdollah) tərəfindən hədiyyə edilmişdir. Şirkət minlərlə kvadratmetrlik istifadəyə hazır ərazisi mövcuddur və 250.000 kvadratmetrlik sahəsi mağaza və hanqarlara, həmçinin A/C hissələrinin istehsalı (klima istehsalı), birləşdirilməsi, laboratoriyalar, uçuş sınaq obyektləri və istehsal üçün hazırlıq sexlərinə ayrılmışdır. Şahinşəhr zavodunun inşasına Amerikanın Textron şirkəti başlamışdır. Yeni müəssisə, İranda bir neçə yüz helikopter istehsalı və texnologiyasının ötürülməsini əhatə edən bir müqaviləyə uyğun olaraq müxtəlif konfiqurasiyalı Bell 214 helikopterləri istehsal etməyi planlaşdırırdı. Müqavilənin o qədər böyük olduğu bildirildi ki, Textron, İran proyektini icra etmək üçün general-mayor Delk M. Audenin rəhbərlik etdiyi yeni bir ştat yaratdı. Amerika şirkəti, İran inqilabı və ondan sonrakı İrana qarşı sanksiyalar səbəbiylə layihədən çəkilmək məcburiyyətində qaldı.
Dəniz patrul təyyarəsi
Dəniz patrul təyyarəsi uzun müddət dəniz patrul rollarında işləmək üçün hazırlanmış sabit qanadlı təyyarədir. Dəniz patrul təyyarələri xüsusilə sualtı, donanma və axtarış-xilasetmə missiyalarında iştirak edir.
Hücum təyyarəsi
Hücum təyyarəsi, birinci olaraq bombardmançı təyyarələrdən daha böyük hava hücumu təşkil etmək qabiliyyətinə sahib olan hərbi təyyarə növüdür. Hücum təyyarələri ilk dəfə olaraq İkinci dünya müharibəsi zamanı istifadə edilmişdirlər. Dünyada hal-hazırda ən çox tanınan hücum təyyarələri keçmiş SSRİ, hal-hazırkı Rusiya istehsalı olan Suxoy Su-25 və onun əsas rəqibi olaraq qiymətləndirilən ABŞ istehsalı olan A-10 Thunderbolt II təyyarələridir.
Hərbi nəqliyyat təyyarəsi
Hərbi nəqliyyat təyyarəsi qoşunların, silah sistemlərinin və digər hərbi təchizatın bir yerdən başqa yerə daşınması üçün istifadə olunan təyyarələrdir. Bu cür təyyarələr lazım olan hərbi ləvazimatın uzaq məsafədə yerləşən döyüş bölgəsinə çatdırılmasında ən effektiv vasitə hesab olunur. Əslində bombardmançı təyyarələrdən əmələ gəlmiş hərbi nəqliyyat təyyarələri İkinci dünya müharibəsində hava-desant bölmələrinin lazım olan yerə çatdırılmasında istifadə olunurdu. Bəzi hərbi nəqliyyat təyyarələri havada yanacaqdoldurma və ya hazırlanmamış pistlərə taktiki, əməliyyat və strateji havadan daşıma kimi çoxfunksiyalı vəzifələrə təyin olunur. 2014-cü ilə olan məlumata əsasən Antonov şirkətinin istehsalı olan Antonov An-124 Ruslan yük götürmə potensialına görə dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi hesab olunur.
Hərbi təyyarələr
Hərbi təyyarələr və helikopterlər, müharibələrdə quru və sudakı hədəfləri bombalamaq, digər təyyarələri izləmək və zərərsizləşdirmək, kəşfiyyat aparmaq, şəxsi heyətin və ya sursatların daşınması üçün nəzərdə tutulmuş müxtəlif ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunan təyyarə növüdür. Xüsusilə qırıcı və bombardmançı məqsədlər üçün istifadə olunanlar hücum təyyarələri və hücum helikopterləri adlandırılırlar. Hərbi təyyarələr qırıcı, bombardmançı, qırıcı-bombardmançı, kəşfiyyatçı kimi növlərə ayrılırlar. Bu təyyarələr daşıdıqları vəzifələrinə görə havadan yerə raket, havadan havaya raket və top daşıya bilərlər. Ayrıca olaraq hədəflərin yerlərinin müəyyənləşdirilməsi və müşahidəsi üçün radar və pod daşımağa qadirdirlər. Qırıcı təyyarələr öz aralarında siniflərə ayrılırlar: Havada üstünlüyü təmin etmək məqsədi daşıyan təyyarələr təkoturacaqlı, sürətli, yüksəkdən uçan təyyarələrdirlər (MiG-25, Su-27, F-14A, F-15C); hücum təyyarələri 15–20 ton ağırlığında olan, təkmotorlu, atəş gücü olduqca yüksək olan təyyarələrdirlər (F-16C, Mirage 2000, MiG-29, F-18C, MiG-23, F-15C); hücumlara dəstək təyyarələri ağır silahlar ilə təchiz olunurlar və onlardan daha çox düşmənin quru qoşunlarını təzyiq altında saxlamaq üçün istifadə olunur (MiG-27,Su-25, Jaguar, AV-8B Harrier, A-10). Bunlardan əlavə olaraq xəyal təyyarələri kimi tanınan radarlarda görünməyən təyyarələrdə mövcuddur (Northrop Grummman B-2 Spirit bombardmançı təyyarəsi və F-117 Nighthawk qırıcı təyyarəsi) Hərbi təyyarə istənilən növ hüquqi və ya silahlı xidmət tərəfindən istismar edilən hər hansı bir sabit qanadlı və ya fırlanan qanadlı təyyarədir. Hərbi təyyarə döyüş və ya qeyri-döyüş təyinatlı ola bilər. Müdafiə təyinatlı hərbi təyyarələr öz təyyarələrindən istifadə edərək düşmən avadanlıqlarını məhv etmək üçün nəzərdə tutulmuşdurlar. Müdafiə təyinatlı təyyarələr normal olaraq hərbi təyinatlı müəssisələr tərəfindən hazırlanırlar, inkişaf etdirilirlər və tədarük edilirlər.
Kəşfiyyat təyyarəsi
Kəşfiyyat təyyarəsi – havadan hərbi kəşfiyyat aparmaq məqsədilə yaradılmış və ya modernizasiya edilmiş olan bir hərbi təyyarə növüdür. Bu cür təyyarələr, adətən, çox yüksəkdən uçaraq düşmənin radar sistemlərinə yaxalanmamaq şərti ilə düşmən torpaqlarından vizual görüntü və ya elektron kəşfiyyat məlumatları toplayırlar. Müasir müharibələrin hamısında bu cür kəşfiyyat təyyarələrinin xidmətlərindən istifadə edilmişdir. Bu cür təyyarələrdən Birinci dünya müharibəsi zamanında da istifadə edilmiş olsa da, bu təyyarələrdən daha effektiv şəkildə İkinci dünya müharibəsi zamanı və ondan sonrakı bir çox müharibələrdə istifadə edilmişdir. Kəşfiyyat təyyarələri müasir dövlətlərin silahlı qüvvələrinin və hərbi kəşfiyyat xidmətlərinin əvəzedilməz qüvvələrindən biri hesab olunur.
MiQ-29 təyyarəsinin qəzası (2008)
MiQ-29 təyyarəsinin qəzası — 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" döyüş təyyarəsinin təlim uçuşu zamanı qəzası. 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Ə. Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun nəşini tapmaq mümkün olmayıb. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan "MiQ-29" markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşüb. Həmin gün Azərbaycan şahinləri – kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla daha dəhşətli faciənin qarşısını ala bildilər. Təyyarənin qalıqları və pilotlardan Ə. Aslanovun cəsədini dənizin dibindən 1 ay sonra çıxarmaq mümkün olub, digər pilotun nəşi isə tapılmayıb. MiQ-29 təyyarələri Rusiyada istehsal olunur. Lakin qəzaya uğrayan təyyarə Ukraynadan alınıb.
MiQ-29 təyyarəsinin qəzası (2019)
MiQ-29 təyyarəsinin qəzası — Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Uzun sürən axtarışlardan sonra pilotun nəşi tapılmışdır. 24 iyul 2019-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı Xəzər dənizində qəzaya uğrayıb. Təyyarə suyun üzərinə düşərkən parçalanıb. Təyyarənin qəzaya uğradığı yer Bakıdan 65 km şimalda yerləşən Zarat kəndindən 9 km şərqdə olub. Xəzər dənizində itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevdir. Hərbi hissə komandirinin müavini olan Atakişiyev tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.
Mərkəzi Hərbi Hava Qüvvələri Muzeyindəki təyyarələrin siyahısı
Aşağıda, Moskvadakı, Rusiya Federasiyası Hərbi Hava Qüvvələri Muzeyində olan təyyarələrin siyahısı göstərilmişdir .
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası — 5 dekabr 1995-ci ildə "AZAL"a məxsus Naxçıvan–Bakı reysi ilə hərəkət edən "Tu-134" təyyarəsinin qəzası. Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb. Pilot təyyarəni şumlanmış sahəyə endirməyə qərar verib. Yüksək gərginlikli elektrik xəttinə toxunan təyyarə alışıb, 82 nəfərdən 52-si həlak olub.
Paramariboda təyyarə qəzası (7 iyun 1989)
Paramariboda təyyarə qəzası (7 iyun 1989) — Surinamın futbolu tarixindəki ən dəhşətli faciə 7 iyun 1989-cu ildə Surinam yığması və Hollandiyada çıxış edən surinamlılar arasında qarşılaşma planlaşdırılmışdı. Amsterdamdan Paramariboya Hollandiya yığmasında çıxış etməmiş yetərincə tanınmış futbolçulardan təşkil olunmuş komanda yollanıb. Təyyarə pilotlarının səhvi aviaqəzaya səbəb olur. Göyərtədə olan 186 nəfərdən yalnız 11-i sağ çıxır. 18 futbolçudan 15-i həlak olur, 3-ü isə həyatının qalan hissəsini əlil kimi keçirməyə məcbur olur. Ən maraqlı fakt isə bu qəzada iştirak etməyən birisi haqdadı. Məşhur holland futbolçu Dennis Berqkampın aerofobiya – təyyarələrdə uçmaq qorxusu bütün dünyada məşhurdu. Bilin ki, tanınmış "uçmayan hollandiyalı" ləqəbli bu oyunçunun belə xəstəliyinə bir nömrəli səbəb məhz bu qəza olub. Həlak olan futbolçuların bir çoxunu yaxından tanıyan Berqkampın böyük üzüntü keçirdiyi və bundan sonra bir daha təyyarəyə minmədiyi deyilir.
Qütb Təyyarəçiləri yarımadası
Qütb Təyyarəçiləri yarımadası — Barens dənizində, Aleksandra Torpağının şərqində yerləşir. Yarımada qərbdən Dejnyov körfəzi, şərqdən isə Arxangelsk boğazı ilə yuyulur. Yarımadada hündürlüyü 300 metr olan buzlaq vardır. Ucqar cənub qutaracağı Tomas burnu, şərq qutaracağı isə Zamaçivıy burnu adlanır. Yarımada eni 3 km olan bərzəxlə adanın əsas hissəsinə birləşir. Bərzəx ərazisində Ledyanoe gölü yerləşir.
Qırıcı təyyarələr üçün NATO kod adları siyahısı
SSRİ və Çin istehsalı olan qırıcı təyyarələr üçün NATO kod adları
Rostov-na-Donuda təyyarə qəzası (19 mart 2016)
Rostov-na-Donuda təyyarə qəzası — 19 mart 2016-cı ildə Dubay beynəlxalq hava limanından uçan Boeing 737 tipli təyyarənin Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya uğraması. Rostov-na-Donu şəhərində qəzaya uğrayan "Flydubai" aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub. Təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib. İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəzaya uğramış təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə əcnəbilər olub. Dövlətlərarası Aviasiya Komitəsi (DAK) təyyarənin qara qutusunu tədqiq etdikdən sonra yaydığı məlumata görə, "təyyarənin “qara qutu”sunu tam tədqiq olunduqdan və analiz edildikdən sonra belə nəticəyə gəlinib ki, laynerin heç bir sistemində kiçik də olsa nasazlıq yaranmayıb. Təyyarə həm uçuşa başlarkən, həm də eniş edərkən saz vəziyyətdə imiş". Flydubai şirkətinin məlumatlarına görə sərnişinlərdən 33 nəfəri qadın, 18 nəfəri kişi, 4 nəfəri uşaqdır.
Smolenskdə təyyarə qəzası (10 aprel 2010)
10 aprel 2010-cu il tarixində Smolenskdə qəzaya uğramış təyyarədə Polşa prezidenti Lex Kaçinski və xanımı, ölkənin sabiq prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, general Tadeuş Ploski, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor da olub. Lex Kaçinski Smolensk vilayətinin Katın kəndində anım tədbirlərində iştirak etməliydi. 1940-cı ilin yazında polşalı zabitlər həmin kənddə güllələnib. Polşa prezidenti ilə bərabər, güllələnmiş zabitlərin övlad və nəvələri də təbirə qatılmalıydılar. Lex Kaçinski Smolenskə təyyarə ilə, oradan Katına isə xüsusi qatarla getməliydi. Məlum olub ki, Polşa prezidentinin təyyarəsi qəzadan əvvəl 3-4 dəfə eniş cəhdi edib. Smolensk vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub: «Pis hava şəraiti üzündən təyyarə 3-4 dəfə cəhd etsə də, eniş alınmayıb. Dispetçer pilotlara 200 kilometr aralıda olan Minsk aeroportuna eniş etməyi məsləhət görsə də, təyyarənin heyəti öz qərarı ilə enişi məhz Smolenskdə etməyə çalışıb». Təyyarə qəzası baş verdikdən sonra internetdə Youtube saytında bir video peyda olub. Bu videoda Lex Kaçinskinin olduğu güman olunan təyyarənin qalıqları arasında gəzişən üç nəfər silahlı şəxsin sağ qalan və kömək istəyən insanları güllələdiyi göstərilir.
Su-25 təyyarəsinin vurulması (1992)
Su-25 təyyarəsinin vurulması — 13 iyun 1992-ci il tarixdə Qarabağ müharibəsi zamanı Azərbaycana məxsus döyüş təyyarəsinin Əsgəran yaxınlığında ermənilər tərəfindən vurulması hadisəsi. Baş leytenant Vaqif Qurbanov Qarabağ müharibəsinin alovlandığı bir vaxtda keçmiş sovet aviabazasından "Su-25" təyyarəsini qaçıran ilk azərbaycanlı pilot olub. Şuşanın işğalı günündən sonra bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb. Vaqif Qurbanov 8 may 1992–ci il tarixindən hərbi əməliyyatlar gedən Azərbaycan ərazilərində hərbi uçuşlara başlayır. Mayın 8-i və 9-u Qurbanovun reydləri nəticəsində erməni silahlı qruplarının 30 nəfər döyüşçüsü öldürüldü, 120 nəfər yaralandı. Ermənilərin iddialarına görə isə ölənlərin hamısı mülki şəxslər olublar. 9 may 1992-ci ildə Vaqif Qurbanov Xankəndidən İrəvana uçan "Yak-40" erməni təyyarəsinə hücum edərək onu vurub. Təyyarə Sisianda təcili eniş etmişdir. Bütün sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edilmiş, təyyarə isə tamamilə yanmışdır. Qurbanov həmçinin Martunidə, Əsgəran rayonunun Şoş və Xramort kəndlərində, eləcə də Çaykənd və Ay-Parisdə döyüşlərdə iştirak edib.
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması — 24 noyabr 2015-ci il tarixində Türkiyə ilə Suriya sərhədinin yaxınlığlnda Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcı təyyarəsi tərəfindən Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması. Türkiyə Silahlı Qüvvələrinin açıqladığı radar analizinə görə, Rusiyaya məxsus təyyarə Türkiyə hava sərhədini pozaraq Türkiyə üçün təhlükə yaradıb. Türkiyə silahlı qüvvələri Su-24 təyyarəsi tərəfindən hava sərhədinin pozulduğu vaxt 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə Su-24 təyyarəsinin Suriya hava sərhədi daxilində uçduğunu bildirib. Pilotlar paraşütlə tullanaraq təyyarədən evakuasiya olunsalar da, onlardan biri – Su-24 təyyarəsinin pilotu polkovnik-leytenant Oleq Peşkov yerli türkmanların yerdən açdıqları atəşlə havada öldürülüb. Kapitan Konstantin Muraxtin isə sağ tapılaraq Suriyadakı Rusiya hərbi bazasına aparılıb. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib. Ertəsi gün Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı diplomatik missiyasının qarşısına toplaşan yüzlərlə aksiya iştirakçısı səfirlik binasına yumurta, daş, butulka və boya qutuları atıblar. Səfirliyin bir neçə pəncərəsi sındırılıb. Polis aksiyaya müdaxilə etməyib və iştirakçılar arasında saxlanılan olmayıb.

təyyarə sözünün leksik mənası və izahı

təyyarə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 TƏYYARƏ Biz təyyarə ilə göyə qalxdıq (M.Hüseyn); AEROBUS Sentyabrın 2-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “Azərbaycan Hava Yolları” Dövlət Konserni ilk dəfə olaraq yeni A-139 tipli sərnişin aerobusunu təhvil almışdır (Qəzetlərdən); AEROPLAN (köhn.) [Gülsüm:] Aeroplanı deyirəm də, hər gün gələcək? (X.Hasilova); HAVA GƏMİSİ Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hava gəmisi Azərbaycan Respublikasına mənsubdur (Qəzetlərdən); UÇAQ (köhn.) Dördmotorlu uçaq! Aeromeydan (R.Rza).

    Azərbaycan dilinin sinonimlər lüğəti / təyyarə

təyyarə sözünün rus dilinə tərcüməsi

  • 1 аэроплан, самолет

    Azərbaycanca-rusca lüğət / təyyarə
  • 2 I сущ. самолёт. Reaktiv təyyarə реактивный самолет, pilotsuz təyyarə беспилотный самолёт, sərnişin təyyarəsi пассажирский самолёт; bombardmançı təyyarə самолёт-бомбардировщик, qırıcı təyyarə самолёт-истребитель II прил. самолётный: 1. относящийся к самолёту. Təyyarə parkı самолётный парк, təyyarə şassisi самолетное шасси 2. осуществляемый с помощью самолётов. Təyyarə kəşfiyyatı самолетная разведка; təyyarə bombası авиабомба, təyyarə konstruktoru авиаконструктор, təyyarə limanı аэропорт, təyyarə meydanı аэродром, təyyarə vağzalı аэровокзал, təyyarə xətti (hava yolu) авиалиния

    Azərbaycanca-rusca lüğət / təyyarə

təyyarə sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. aeroplane; plane; aircraft; amer. airplane; bombardmançı ~ bombing aircraft; amer. bomber, bombardment plane; kəşfiyyatçı ~ reconnaissance aircraft, scout plane; sanitar ~ aerial ambulance, ambulance plane; nəqliyyat ~si transport plane / aircraft II. s. aviation, aircraft; ~ sənayesi aircraft industry; ~ zavodu aircraft factory / works; ~ motoru aircraft engine

    Azərbaycanca-ingiliscə lüğət / təyyarə

təyyarə sözünün fransız dilinə tərcüməsi

  • 1 is. avion m ; bombardmançı ~ avion m de bombardement ; kəşfiyyatçı ~ avion m de reconnaissance ; sanitar ~ avion m sanitaire ; nəqliyyat ~si avion m de transport

    Azərbaycanca-fransızca lüğət / təyyarə

təyyarə sözünün ləzgi dilinə tərcüməsi

təyyarə sözünün türk dilinə tərcüməsi

"təyyarə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təyyarə nədir? #təyyarə sözünün mənası #təyyarə nə deməkdir? #təyyarə sözünün izahı #təyyarə sözünün yazılışı #təyyarə necə yazılır? #təyyarə sözünün düzgün yazılışı #təyyarə leksik mənası #təyyarə sözünün sinonimi #təyyarə sözünün yaxın mənalı sözlər #təyyarə sözünün əks mənası #təyyarə sözünün etimologiyası #təyyarə sözünün orfoqrafiyası #təyyarə rusca #təyyarə inglisça #təyyarə fransızca #təyyarə sözünün istifadəsi #sözlük