Təyyar sözü azərbaycan dilində

Təyyar

Yazılış

  • Təyyar • 98.8935%
  • təyyar • 1.1065%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təyyar Abbasov
Təyyar Abbasov (tam adı: Təyyar Fərzulla oğlu Abbasov; d.10 fevral 1941; Masallı, Yelağac.– ö.7 oktyabr 2006, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1991), professor (1994). == Həyatı == Təyyar Abbasov 1941-ci ilin fevral ayının 10-da Azərbaycanın Masallı rayonunun Yelağac kəndində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 2006-cı ilin oktyabr ayının 9-da Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == T.Abbasov 1964–75-ci illərdə Azərbaycan SSR EA-nın Fizika İnstitunda yarımkeçiricilər və dielektriklər fizikası laboratoriyasında, 1975–78-ci illərdə Azərbaycan SSR EA-nın radiasiya tədqiqatları bölməsində işləmiş, 1978–2006-cı illərdə Azərbaycan Texniki Universitetinin fizika kafedrasının müdiri, həmçinin polimer materialları laboratoriyasının rəhbəri olmuşdur. 130-dan artıq elmi əsərin müəllifidir.
Təyyar Altıkulac
Təyyar Altıkulac (türk. Tayyar Altıkulaç) — Türkiyənin İstanbul 29 Mayıs Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, doktor. == Mükafatları == 10 yanvar 2019-cu ildə Təyyar Altıkulaca Azərbaycan ilahiyyat elminin inkişafında və Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərinə görə Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru diplomu təqdim edilmişdir. Təyyar Altıkulac həm də Azərbaycan İlahiyyat İnstitutu ilk fəxri doktorudur.
Təyyar Bayramov
Təyyar Bayramov (tam adı: Təyyar Allahverdi oğlu Bayramov; 14 sentyabr 1976, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2009). == Həyatı == Təyyar Bayramov 1976-cı ildin 14 sentyabrında Ağdam rayonunda anadan olub. Muğama uşaq vaxtlarından maraq göstərib. 1982-ci ildə orta məktəbə getmiş 8-ci sinfə kimi təhsilini Ağdamda almış, Qarabağ müharibəsinə görə qalan 2 ilini Ağcəbədi rayonunda davam etdirmişdir. 1993-cü ildən ailəsi ilə birgə Bakı şəhərində məskunlaşmışdır. 1994–1998-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində dərs almışdır. 1999–2000-ci illərdə hərbi xidmətdə olmuşdur. == Karyera == 2003-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olmuş, 2005-ci ildə bitirmişdir. Musiqi kollecində təhsil alarkən peşəkar ifaçılıqla məşğul olmağa başlayıb. 2004-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət almış və ilk olaraq "Leyli və Məcnun" operasında İbn-Salam rolunu ifa etmişdir.
Təyyar Cəfərov
Təyyar Cümşüd oğlu Cəfərov (18 iyul 1939, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2014). == Həyatı == Təyyar Cəfərov 1939-cu ildə iyul ayını 18 Aəzrbaycan Respublikası Bakı şəhərində anadan olub. 1980-1993 illərində Azərbaycan Neft və Kimya Akademiyasında Ümumi Fizika və Yarımkeçiricilər Elektronikası dərslərini deyib. 1996-2004 illərində Qaradəniz Texnik Universitetində (Trabzon) və Yıldız Texnik Universitetində (Istanbul,Türkiyə), Yarımkeçiricilər fizikası, Optoelektronika, Yüksək-temperaturlu ifrat keçiricilər fizikası, Diffuziya prosesləri vs. kurslarından mühazirələr oxuyub. 2000 ildə Yüksək-temperaturlu ifrat-keçiricilər mövzusunda mühazirələr İtaliya universitetində oxunub və Per la Ricerca Di Base Universitetin (Molize, İtaliya) Fəxri Professoru seçilib. Azərbaycanda elmin inkişafında xidmətlərinə görə 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. Elmi məqalələrin sayı-330 Beynəlxalq konfranslarda iştirakının sayı-124 Xaricdə çıxmış elmi əsərlərinin sayı-302 İxtiraların sayı-15 Kadr hazırlığı- 32 fəlsəfə doktoru, 5 elmlər doktoru == Əsas elmi nailiyyətləri == T.C. Cəfərovun elmi maraqıarı (a) Yarımkeçiricilərdə və yarımkeçirici cihazlarında diffuziya hadisələri, və ( b) Nano-quruluşlu silisiyum əsaslı fotovoltaik günəş və hidrogen yanacaq elementləri ilə əlaqədərdir. Onun rəhbərliyi ilə yarımkeçirici strukturlarda aşkarların diffuziya və elektrodiffuziya hədisələrinə radiasiya və ışığın təsiri araşdırılmışdır, miqrasiya və deqradasiya hadisələrin mexanizmları müəyyən edilmişdir və bir sıra stabil parametrli yarımkeçirici cihazların (geterolazerlər, ışıq diodları, tunnel diodları, infraqırmızı detektorlar, günəş elementləri və s.) texnologiyası işlənmişdir və tətbiq olunmuşdur. Nanoquruluşlu silisiyum əsasında yüksək effektivliyə sahib silisiyum günəş elemenlərinin və hidrogen enerjisini birbaşa elektrik enerjisinə çevirən və ətraf mühitə zərər verməyən, yeni tip hidrogen elementlərin əldə etmə texnologiyası işlənmişdir.
Təyyar Lətifov
Lətifov Təyyar Şövkət oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Lətifov Təyyar Şövkət oğlu 05.07.1974-cü ildə Şəki rayonunun Baş Laysqi kəndində anadan olmuşdur. 10.09.1992-cil ildə Şəki rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb...
Təyyar Salamoğlu
Təyyar Salamoğlu (tam adı: Təyyar Salam oğlu Cavadov) — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, pedaqoq, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Təyyar Salam oğlu Cavadov 1960-cı ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olmuş, 1977-ci ildə Sabirabad rayonu Ulacalı kənd orta məktəbini bitirmiş, həmin ildə V.İ.Lenin adına APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsinə daxil olmuşdur.1981-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Sabirabad rayonuna Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim göndərilmişdir. 1981-ci ildən Sabirabad rayonu Qalaqayın kənd orta məktəbində müəllim, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini, 1983-cü ildən isə həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmış,1984-cü ildə V.İ.Lenin adına APİ-nin Azərbaycan ədəbiyyatı ixtisası üzrə aspiranturasına (qiyabi) daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə "XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan uşaq poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən 1991-ci ilədək Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş,1991-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində baş laborant, kiçik elmi işçi vəzifələrində çalışmış, 1996-cı ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir. 1998-ci ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı, 2003-cü ildən isə Azərbaycan və dünya ədəbiyyatı kafedrasında dosent vəzifəsində çalışmış, 2007-ci ildə "80-ci illər Azərbaycan romanı: janr təkamülü" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2013-cü ildə Azərbaycan ədəbiyyatı tarixi kafedrası üzrə professor elmi adı almışdır. 2010-cu illərdə Bakı Qızlar Universitetində əlavə iş yeri kimi professor, Ədəbiyyat və jurnalistika kafedrasının müdiri, elmi işlər üzrə prorektor vəzıfələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013–2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Filologiya üzrə Ekspert Şurasının üzvü, sədr müavini və sədri kimi çalışmışdır. Bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır.
Təyyar Mehmed Paşa
Təyyar Mehmed Paşa (ö. 24 dekabr 1638) — IV Murad dövründə 4 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Təyyar Mehmed Paşa Sivas əyalətinə bağlı Amasiya sancağında dünyaya gəlmişdir. Atası vəzir Mustafa Paşa Nasuh Paşanın kəndxudası olmuş və sonralar Bağdad bəylərbəyi ikən 1624-cü ildə öldürülmüşdür. Əndərun təhsili almışdır. Təhsilini bitirdikdən sonra müxtəlif bölgələrdə sancaqbəyi olaraq fəaliyyət göstərdi. II Osmanın Lehistan səfərində iştirak etmişdir. 1621-ci ildə vəzirlik rütbəsilə Hələb bəylərbəyi, ardından sırayla Sivas bəylərbəyi, 1630-cu ildə Diyarbəkir bəylərbəyi, 1631-ci ildə Anadolu bəylərbəyi, 1632-ci ildə yenidən Dİyarbəkir bəylərbəyi təyin olundu. IV Muradın Bağdad səfəri əsnasında vəfat edən sədrəzəm Bayram Paşanın yerinə padşahın yaxın adamı olan İbrahim Əfəndinin tövsiyəsilə sədarətə gətirildi (27 avqust 1638). 15 noyabrda Bağdad qalası mühasirəyə alındı ancaq dekabr ayına qədər heç bir uğur əldə edilməmişdi.
"İranAir"ə aid mülki təyyarənin vurulması
"İranAir"ə aid mülki təyyarənin vurulması — 3 iyul 1988-ci ildə İran Havayollarına (İranAir) aid 655 uşuş nömrəli Airbus A300B2-203 tipli təyyarənin Tehran-Dubay marşrutu üzrə hərəkəti zamanı Fars körfəzində Amerika Birləşmiş Ştatlarına aid Vinsennes raket gəmisi (USS Vincennes (CG-49)) tərəfindən vurulması hadisəsi. Hadisə nəticəsində təyyarədəki 290 nəfər nəfər həlak olmuşdur. Onlardan 16-sı təyyarə ekipaj üzvləri, 274-ü isə sərnişin olmuşdur. Sərnişinlərdən 66-sı uşaq olmuşdur. Hadisə ilə bağlı ABŞ İrandan üzr istəməmişdir.
2015 Rusiya Su-24 təyyarəsinin vurulması
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması — 24 noyabr 2015-ci il tarixində Türkiyə ilə Suriya sərhədinin yaxınlığlnda Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcı təyyarəsi tərəfindən Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması. == Hadisənin məzmunu == Türkiyə Silahlı Qüvvələrinin açıqladığı radar analizinə görə, Rusiyaya məxsus təyyarə Türkiyə hava sərhədini pozaraq Türkiyə üçün təhlükə yaradıb. Türkiyə silahlı qüvvələri Su-24 təyyarəsi tərəfindən hava sərhədinin pozulduğu vaxt 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə Su-24 təyyarəsinin Suriya hava sərhədi daxilində uçduğunu bildirib. Pilotlar paraşütlə tullanaraq təyyarədən evakuasiya olunsalar da, onlardan biri – Su-24 təyyarəsinin pilotu polkovnik-leytenant Oleq Peşkov yerli türkmanların yerdən açdıqları atəşlə havada öldürülüb. Kapitan Konstantin Muraxtin isə sağ tapılaraq Suriyadakı Rusiya hərbi bazasına aparılıb. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib. Ertəsi gün Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı diplomatik missiyasının qarşısına toplaşan yüzlərlə aksiya iştirakçısı səfirlik binasına yumurta, daş, butulka və boya qutuları atıblar. Səfirliyin bir neçə pəncərəsi sındırılıb. Polis aksiyaya müdaxilə etməyib və iştirakçılar arasında saxlanılan olmayıb.
A-330 təyyarəsinin Atlantikada qəzası
A-330 təyyarəsinin Atlantikada qəzası — 1 iyun 2009-cu ildə Air France şirkətinə məxsus A-330 təyyarəsinin Atlantika üzərində qəzası. Qəza nəticəsində 228 nəfər həlak olmuşdur.
Adi təyyarə
Konvansiyonal təyyarə, adi təyyarə və ya ənənəvi təyyarə, qanadları orta gövdə ətrafında olan quyruğu arxada olan ənənəvi təyyarə növlərinə verilən addır. Ənənəvi olmayan təyyarə növlərinə kanart, V quyruqlu təyyarə kimi fərqli konstruksiyalara malik olan təyyarələri göstərmək mümkündür.
Amfibiya təyyarə
Amfibiya təyyarə — həm qurudan, həm də sudan enmə və qalxma etməyi bacaran təyyarə növüdür.
Amsterdamda təyyarə qəzası (25 fevral 2009)
Hollandiya rəsmiləri Türk Hava Yollarının sərnişin təyyarəsinin Amsterdamın Sxipol hava limanına enərkən qəzaya uğraması nəticəsində 9 adamın həlak olduğunu bildiriblər. Ən azı 50 sərnişin xəsarət alıb. Yerli bələdiyyənin rəisi, Mişel Bezucen onlardan 25-nin vəziyyətinin ciddi olduğunu bildirib. Onların arasında həm sərnişinlər, həm də təyyarə heyətinin üzvləri var. Bakı vaxtı ilə saat 10.22-də İstanbuldan havaya qalxan "Türk Hava Yolları"na məxsus sərnişin təyyarəsi Amsterdam hava limanına enən zaman naməlum səbəbdən yerə çırpılıb və üç hissəyə bölünüb. Təyyarədə təxminən 135 sərnişin və ekipaj üzvlərinin olduğu bildirilir. Qəzanın səbəbləri hələlik məlum deyil. Uçaq enmə zolağına çatmayaraq, A9 magistral yolu yaxınlığında yerə enib. Təyyarə İstanbuldan 1951 nömrəli reyslə Amsterdama uçurdu. Qəzadan sonra ilk saatlarda, itkilər barədə ziddiyyətli məlumatlar alınırdı.
An-2 təyyarəsi
An-2, Kukruznik — sovet istehsalı olan çoxməqsədli təyyarə. Naqillə möhkəmləndirilmiş qanadlara sahib piston birmühərrikli biplandır. A. D. Şvetsov tərəfindən inkişaf etdirilmiş AŞ-62İR mühərriki ilə təchiz olunmuşdur. An-2 kənd təsərrüfatı, idman, nəqliyyat, təlim, sərnişin təyyarəsi kimi istifadə edilir və bir çox ölkələrin hava qüvvələrinin silahlanmasında yer alır. Bir çox An-2 təyyarəsi 40 ildən çoxdur uçur və onlardan bəzilərinin uçuş müddəti 20 min saata çatır. An-2 universal yüngül təyyarədir. Qrunt uçuş zolaqlarına qalxma və enmə, kiçik yüklərin daşınması, kənd təsərrüfatında görülən işlər, Şimal ərazilərin kəşfi və tədqiqatı, Sibir və Uzaq Şərq ərazilərinə sərnişin və yüklərin çatdırılması kimi işlər An-2 sayəsində mümkün olmuşdur. An-2 SSRİ-də, Polşada istehsal edilirdi və Çində hələ də istehsalı davam edir. Ümumilikdə, 18 mindən artıq An-2 istehsal edilib və dünyanın 26 ölkəsinə ixrac edilib. An-3 təyyarəsinin peyda olmasına kimi dünyanın ən böyük birmühərrikli biplan təyyarəsi idi.
An-2 təyyarəsinin vurulması (1991)
An-2 təyyarəsinin vurulması — 1991-ci il oktyabrın 29-da erməni silahlıları tərəfindən An-2 təyyarəsinin vurulması hadisəsi. == Haqqında == 29 oktyabr 1991-ci il An-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxmış, Xocalı aeroportunda enmişdir. Əməkdaşlar ilə geriyə uçarkən təyyarə Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən Alazan raketi ilə vurulmuşdur. Hadisə zamanı heyət üzvlərinin hamısı həlak olmuşdur. Həlak olanlardan 2-si təyyarəçi, 5 nəfər isə Xocalı aeroportunda çalışan heyət olub. Təyyarəçilərə ölümündən sonra, 25 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. == Həlak olanların siyahısı == Əsədov Əsəd Soltan oğlu — təyyarənin komandiri, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Muradov Hikmət Oqtay oğlu — II pilot, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Əhmədağa Baxşıyev — rabitə xidməti üzrə mühəndis Yunis Misirov — işıq sistemləri üzrə mühəndis Hamlet Rəcəbov — Xocalı aeroportunun komendantı Ceyhun — daşınma xidmətinin əməkdaşı Sadıqov Azad Əli oğlu — hava hərəkətinin idarəedilməsi üzrə dispetçer == İstinadlar == == Ədəbiyyat == Ramiz Xasıoğlu, "Şəhidlər", Bakı, "Səda", 1993. "Gözlərimiz göydə qalıb", "Azərbaycan gəncləri" qəzeti, 1991, noyabr. Fəridə Ləman, "Təyyarələr də şəhid olur", 1991, dekabr.
And dağlarında təyyarə qəzası (13 oktyabr 1972)
Uruqvay Hava Qüvvələri Uçuş 571 və ya And dağlarında təyyarə qəzası, aviasiya tarixində xüsusi yeri olan bir təyyarə qəzası. 13 oktyabr 1972-ci il tarixində 45 adamı daşıyan bir təyyarə And dağları ilə toqquşmuş, həyatda qalan 16 adam ancaq 23 Dekabr 1972 günü qəzanın üzərindən iki aydan uzun bir müddət keçdikdən sonra qurtarıla bilmişdir. == Qəza və xilasetmə işləri == 13 oktyabr 1972 Cümə günü , bir Uruqvay Hava qüvvələrinə məxsus Fairchild FH- 227D təyyarəsi , Uruqvayın Montevideo şəhərindəki Stella Maris Kollecinin "Old Christians " adlı reqbi komandasını And Dağları üzərindən keçən bir uçuşla Çilinin Santiaqo şəhərində keçiriləcək qarşılaşmaya aparırdı. Səfər bir gün əvvəl 12 Oktyabrda Carrasco Beynəlxalq Aerodromundan başlamışdı ancaq fırtınalı dağ havası üzündən , təyyarə gecəni keçirmək üzrə Argentinanın Mendoza şəhərinə enmişdi. 13 oktyabr günortadan sonra səfərə davam etmək üzrə havalanan təyyarə qısa müddət sonra dağlardakı bir keçid üzərindən uçmağa başlamışdı. Təyyarənin pilotu Santiaqodakı hava nəzarət vəzifəlilərinə Çilinin Curicó şəhəri üzərində olduğunu bildirmiş və eniş üçün lazım olan icazəsi almışdı. Daha sonra bunun ölümcül bir səhv olduğu ortaya çıxacaq. Hələ dağların üzərindən seyr etməsinə baxmayaraq bulud örtüyünün içindən keçərək alçalmağa başlayan təyyarə qısa müddət sonra adsız bir zirvə ilə toqquşdu. Sonralar Cerro Seler adı verilən , Glaciar de las Lagrimas (Gözyaşları buzlağı) olaraq da bilinən zirvə , Çili ilə Argentina arasındakı uzaq dağlıq sərhəddə Cerro Sosneado və Tinguiririca vulkanı arasında yerləşir. 4.200 metrlik hündürlüyə sahib olan zirvəyə dəyən təyyarənin sağ qanadı qoparaq geriyə doğru atıldığında quyruq üzərindəki şaquli sabitləyici qopararaq gövdə üzərində arxada böyük bir dəlik açılmasına səbəb olmuşdur.
Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi
Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi — Azərbaycanda fəaliyyət göstərmiş ali hərbi təhsil müəssisəsi.
Baqramda təyyarə qəzası (6 iyul 2011)
== Məlumat == Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə hazırlanıb və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib. Bakı-Baqram marşrutu ilə hərəkət edən və 5 iyul 2011-ci il tarixində, saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev adına beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb. Azərbaycan Mülki Aviasiya Administrasiyasından bildiriblər ki, İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsində 9 nəfər heyət üzvü olub. Təyyarənin kapitanı 1969-cu il təvəllüdlü Kuzmin Sergey Viktoroviç 4576 saat uçuş həyata keçirmiş təcrübəli pilotdur. Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi ilə əlaqə kəsilib və təyyarə radarlardan itib. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib. Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı məlumat daxil olmayıb. "Taliban" hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-inə bildirib ki, "Azərbaycan Hava Yolları"nın təyyarəsini "Taliban" vurub.
C-130 İran təyyarəsinin vurulması (1994)
C130 İran təyyarəsinin vurulması — 17 mart 1994-cü ildə İran HHQ-sinə məxsus içərisində İran diplomatları və onların ailə üzvləri olan C-130 hərbi-nəqliyyat təyyarəsinin erməni ordusu tərəfindən Dağlıq Qarabağ üzərində, Xankəndi şəhərinin yaxınlığında vurulması. == Qəza == İçərisində İranın Moskvadakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri olan təyyarə Novruz bayramı münasibətilə Tehrana tərəf yönəlmişdi. Ermənistanın Xarici İşlər nazirinin birinci müavini Jirayr Libaridyan mətbuat konfransında bildirdi ki, təyyarə Rusiya, Gürcüstan və Ermənistan vasitəsilə İrana getməli idi. Ancaq o təxminən 100 km şərqə yönələrək, Gürcüstanın hava sərhədini tərk edib, Azərbaycanın hava sərhədinə aid olan Dağlıq Qarabağa daxil olmuşdur və burada da Ermənistan ordusu tərəfindən məhv edilmişdir. Moskvadakı İran səfirliyindən bildirildi ki, aviaqəza nəticəsində təyyarədə olan bütün şəxslər - daha dəqiq 9-u uşaq daxil olmaqla 19 sərnişin və 13 ekipaj üzvü həlak olmuşdur. Qəza zamanı həlak olmuş iran vətəndaşlarının qalıqlarları Ermənistana gətirilmiş və İrəvanın Zvartnos Beynəlxalq aeroportundan Tehrana göndərilmişdir. Mərasimdə Ermənistanın vitse-prezidenti Qaqik Artünyan və Ermənistanın baş nazirin müavini Viqen Çiteçyan iştirak etmişdir. Faciə şəraitinin müəyyənləşdirilməsi üçün İran HHQ-si xüsusi komissiyasını yaratmışdır. Komissiyasının rəhbəri Abdat Aminian faciə ilə bağlı Ermənistanın vitse-prezidenti Qaqik Artünyanın irəli sürdüyü "təyyarə havada idarəetmənı itirərək yerə çırpılıb" versiyasını rədd etmişdir. İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirdi ki, "təyyarə naməlum səbəblərdən istiqamətini dəyişdikdən sonra havada partladılmışdır".
Donetskdə təyyarə qəzası (17 iyul 2014)
Donetskdə təyyarə qəzası — 17 iyul 2014-cü ildə Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi qəzası. Təyyarə Ukraynanın şərqindəki antiterror əməliyyatı zonasında vurulub. Təyyarənin göyərtəsində 295 nəfər olub. Onların 80-i uşaq olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Təyyarənin Amsterdam–Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir. “Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. “Boeing-777”də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib. Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib.
Dəniz patrul təyyarəsi
Dəniz patrul təyyarəsi uzun müddət dəniz patrul rollarında işləmək üçün hazırlanmış sabit qanadlı təyyarədir. Dəniz patrul təyyarələri xüsusilə sualtı, donanma və axtarış-xilasetmə missiyalarında iştirak edir.
Hücum təyyarəsi
Hücum təyyarəsi, birinci olaraq bombardmançı təyyarələrdən daha böyük hava hücumu təşkil etmək qabiliyyətinə sahib olan hərbi təyyarə növüdür.Hücum təyyarələri ilk dəfə olaraq İkinci dünya müharibəsi zamanı istifadə edilmişdirlər. Dünyada hal-hazırda ən çox tanınan hücum təyyarələri keçmiş SSRİ, hal-hazırkı Rusiya istehsalı olan Suxoy Su-25 və onun əsas rəqibi olaraq qiymətləndirilən ABŞ istehsalı olan A-10 Thunderbolt II təyyarələridir.
Hərbi nəqliyyat təyyarəsi
Hərbi nəqliyyat təyyarəsi qoşunların, silah sistemlərinin və digər hərbi təchizatın bir yerdən başqa yerə daşınması üçün istifadə olunan təyyarələrdir. Bu cür təyyarələr lazım olan hərbi ləvazimatın uzaq məsafədə yerləşən döyüş bölgəsinə çatdırılmasında ən effektiv vasitə hesab olunur. Əslində bombardmançı təyyarələrdən əmələ gəlmiş hərbi nəqliyyat təyyarələri İkinci dünya müharibəsində hava-desant bölmələrinin lazım olan yerə çatdırılmasında istifadə olunurdu. Bəzi hərbi nəqliyyat təyyarələri havada yanacaqdoldurma və ya hazırlanmamış pistlərə taktiki, əməliyyat və strateji havadan daşıma kimi çoxfunksiyalı vəzifələrə təyin olunur.2014-cü ilə olan məlumata əsasən Antonov şirkətinin istehsalı olan Antonov An-124 Ruslan yük götürmə potensialına görə dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi hesab olunur.
Hərbi təyyarələr
Hərbi təyyarələr və helikopterlər, müharibələrdə quru və sudakı hədəfləri bombalamaq, digər təyyarələri izləmək və zərərsizləşdirmək, kəşfiyyat aparmaq, şəxsi heyətin və ya sursatların daşınması üçün nəzərdə tutulmuş müxtəlif ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunan aviasiya növüdür. Xüsusilə qırıcı və bombardmançı məqsədlər üçün istifadə olunanlar hücum təyyarələri və hücum helikopterləri adlandırılırlar. Hərbi təyyarələr qırıcı, bombardmançı, qırıcı-bombardmançı, kəşfiyyatçı kimi növlərə ayrılırlar. Bu təyyarələr daşıdıqları vəzifələrinə görə havadan yerə raket, havadan havaya raket və top daşıya bilərlər. Ayrıca olaraq hədəflərin yerlərinin müəyyənləşdirilməsi və müşahidəsi üçün radar və pod daşımağa qadirdirlər. Qırıcı təyyarələr öz aralarında siniflərə ayrılırlar: Havada üstünlüyü təmin etmək məqsədi daşıyan təyyarələr təkoturacaqlı, sürətli, yüksəkdən uçan təyyarələrdirlər (MiG-25, Su-27, F-14A, F-15C); hücum təyyarələri 15-20 ton ağırlığında olan, təkmotorlu, atəş gücü olduqca yüksək olan təyyarələrdirlər (F-16C, Mirage 2000, MiG-29, F-18C, MiG-23, F-15C); hücumlara dəstək təyyarələri ağır silahlar ilə təchiz olunurlar və onlardan daha çox düşmənin quru qoşunlarını təzyiq altında saxlamaq üçün istifadə olunur (MiG-27,Su-25, Jaguar, AV-8B Harrier, A-10). Bunlardan əlavə olaraq xəyal təyyarələri kimi tanınan radarlarda görünməyən təyyarələrdə mövcuddur (Northrop Grummman B-2 Spirit bombardmançı təyyarəsi və F-117 Nighthawk qırıcı təyyarəsi) Hərbi təyyarə istənilən növ hüquqi və ya silahlı xidmət tərəfindən istismar edilən hər hansı bir sabit qanadlı və ya fırlanan qanadlı təyyarədir. Hərbi təyyarə döyüş və ya qeyri-döyüş təyinatlı ola bilər. Müdafiə təyinatlı hərbi təyyarələr öz təyyarələrindən istifadə edərək düşmən avadanlıqlarını məhv etmək üçün nəzərdə tutulmuşdurlar. Müdafiə təyinatlı təyyarələr normal olaraq hərbi təyinatlı müəssisələr tərəfindən hazırlanırlar, inkişaf etdirilirlər və tədarük edilirlər.
Kəşfiyyat təyyarəsi
Kəşfiyyat təyyarəsi – havadan hərbi kəşfiyyat aparmaq məqsədilə yaradılmış və ya modernizasiya edilmiş olan bir hərbi təyyarə növüdür. Bu cür təyyarələr, adətən, çox yüksəkdən uçaraq düşmənin radar sistemlərinə yaxalanmamaq şərti ilə düşmən torpaqlarından vizual görüntü və ya elektron kəşfiyyat məlumatları toplayırlar. Müasir müharibələrin hamısında bu cür kəşfiyyat təyyarələrinin xidmətlərindən istifadə edilmişdir. Bu cür təyyarələrdən Birinci dünya müharibəsi zamanında da istifadə edilmiş olsa da, bu təyyarələrdən daha effektiv şəkildə İkinci dünya müharibəsi zamanı və ondan sonrakı bir çox müharibələrdə istifadə edilmişdir. Kəşfiyyat təyyarələri müasir dövlətlərin silahlı qüvvələrinin və hərbi kəşfiyyat xidmətlərinin əvəzedilməz qüvvələrindən biri hesab olunur.
Lokomotiv Yaroslavl təyyarə qəzası
2011-ci il sentyabrın 7-də Rusiyanın "Lokomotiv" (Yaroslavl) xokkey komandasını Belarus paytaxtı Minskə aparan YAK-42 sərnişin təyyarəsi Yaroslavlın "Tunoşna" aeroportundan qalxdıqdan az sonra yerə çırpılıb. Təyyarədəki 37 nəfərin 4-ü heyət üzvü idi.
MiQ-29 təyyarəsinin qəzası (2008)
MiQ-29 təyyarəsinin qəzası — 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" döyüş təyyarəsinin təlim uçuşu zamanı qəzası. == Hadisə == 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Ə. Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun meyitini tapmaq mümkün olmayıb.Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan "MiQ-29" markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşüb. Həmin gün Azərbaycan şahinləri – kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla daha dəhşətli faciənin qarşısını ala bildilər. Təyyarənin qalıqları və pilotlardan Ə. Aslanovun cəsədini dənizin dibindən 1 ay sonra çıxarmaq mümkün olub, digər pilotun meyiti isə tapılmayıb. MiQ-29 təyyarələri Rusiyada istehsal olunur. Lakin qəzaya uğrayan təyyarə Ukraynadan alınıb.
MiQ-29 təyyarəsinin qəzası (2019)
MiQ-29 təyyarəsinin qəzası — Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Uzun sürən axtarışlardan sonra pilotun nəşi tapılmışdır. == Hadisə == 24 iyul 2019-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı Xəzər dənizində qəzaya uğrayıb. Təyyarə suyun üzərinə düşərkən parçalanıb. Təyyarənin qəzaya uğradığı yer Bakıdan 65 km şimalda yerləşən Zarat kəndindən 9 km şərqdə olub. Xəzər dənizində itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevdir. Hərbi hissə komandirinin müavini olan Atakişiyev tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.
Mərkəzi Hərbi Hava Qüvvələri Muzeyindəki təyyarələrin siyahısı
Aşağıda, Moskvadakı, Rusiya Federasiyası Hərbi Hava Qüvvələri Muzeyində olan təyyarələrin siyahısı göstərilmişdir .
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası — 5 dekabr 1995-ci ildə "AZAL"a məxsus Naxçıvan–Bakı reysi ilə hərəkət edən "Tu-134" təyyarəsinin qəzası. == Hadisə == Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb. Pilot təyyarəni şumlanmış sahəyə endirməyə qərar verib. Yüksək gərginlikli elektrik xəttinə toxunan təyyarə alışıb, 82 nəfərdən 52-si həlak olub.
Paramariboda təyyarə qəzası (7 iyun 1989)
Paramariboda təyyarə qəzası (7 iyun 1989) — Surinamın futbolu tarixindəki ən dəhşətli faciə 7 iyun 1989-cu ildə Surinam yığması və Hollandiyada çıxış edən surinamlılar arasında qarşılaşma planlaşdırılmışdı. Amsterdamdan Paramariboya Hollandiya yığmasında çıxış etməmiş yetərincə tanınmış futbolçulardan təşkil olunmuş komanda yollanıb. Təyyarə pilotlarının səhvi aviaqəzaya səbəb olur. Göyərtədə olan 186 nəfərdən yalnız 11-i sağ çıxır. 18 futbolçudan 15-i həlak olur, 3-ü isə həyatının qalan hissəsini əlil kimi keçirməyə məcbur olur. Ən maraqlı fakt isə bu qəzada iştirak etməyən birisi haqdadı. Məşhur holland futbolçu Dennis Berqkampın aerofobiya – təyyarələrdə uçmaq qorxusu bütün dünyada məşhurdu. Bilin ki, tanınmış "uçmayan hollandiyalı" ləqəbli bu oyunçunun belə xəstəliyinə bir nömrəli səbəb məhz bu qəza olub. Həlak olan futbolçuların bir çoxunu yaxından tanıyan Berqkampın böyük üzüntü keçirdiyi və bundan sonra bir daha təyyarəyə minmədiyi deyilir.
Parisdə təyyarə qəzası (25 iyul 2000)
Parisdə təyyarə qəzası (25 iyul 2000) — aviasiya tarixində səsdən sürətli mülki təyyarənin son qəzası. 25 iyul 2000, Paris, Ruassi Şarl de Qoll aeroportu, terminal 2E. Paris – Nyu-York reysini həyata keçirməyə hazırlaşan "Concorde" havaya qalxmazdan əvvəl prezident Jak Şirakı Tokiyodan gətirən "Boeing" aeroporta enir. Ondan ardınca ABŞ-yə məxsus "McDonnell Douglas DC-10" eyni uçuş zolağından havaya qalxır. Lakin... havaya qalxan təyyarənin motorundan qopan titan detal uçuş zolağına düşür və bir-neçə dəqiqə sonra baş verəcək faciənin "əsasını qoyur". "DC-10" özü isə sağ salamat mənzil başına çatır. 4 dəqiqə sonra saat 16.42-də "Concorde" uçuş zolağına dartılıb gətirilir. Start götürən təyyarə 280 km/saat sürətlə "DC-10"-dan düşən metal parçasının üzərindən keçir. Metal parçası təkərdən qalxaraq yanacaq çənini kəsir və 120 ton kerosin alışır. Cırılan təkərin özü də 330 km/saat sürətlə hərəkət edən təyyarənin qanadına çırpılaraq onu sıradan çıxarır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.64 dəfə / 1 mln.
2002 •••••••••••••••• 3.43
2003 ••••••••• 1.97
2004 ••• 0.67
2005 ••••••••••••••• 3.37
2006 •••••••• 1.80
2007 ••••••••••••• 2.75
2008 ••••••••••••• 2.92
2009 ••••••••••••••• 3.36
2010 •••••••••••••• 3.09
2011 •••••••••••••••••••• 4.55
2012 •••••••••••• 2.67
2013 ••••••••••••• 2.92
2014 •••• 0.86
2015 •••••• 1.19
2016 •••••••• 1.74
2017 •••••••••••••• 3.09
2018 ••••••••••• 2.40
2019 •••••••••••••••• 3.48
2020 ••••••• 1.46

təyyar sözünün rus dilinə tərcüməsi

təyyar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) uçan, uçucu; 2) havaya qalxan.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

uçan, üçücü.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"təyyar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təyyar nədir? #təyyar sözünün mənası #təyyar nə deməkdir? #təyyar sözünün izahı #təyyar sözünün yazılışı #təyyar necə yazılır? #təyyar sözünün düzgün yazılışı #təyyar leksik mənası #təyyar sözünün sinonimi #təyyar sözünün yaxın mənalı sözlər #təyyar sözünün əks mənası #təyyar sözünün etimologiyası #təyyar sözünün orfoqrafiyası #təyyar rusca #təyyar inglisça #təyyar fransızca #təyyar sözünün istifadəsi #sözlük