təşkilatlarını sözü azərbaycan dilində

təşkilatlarını

Yazılış

  • təşkilatlarını • 98.5793%
  • Təşkilatlarını • 1.4207%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beynəlxalq turizm təşkilatlarının siyahısı
Belnəlxalq turizm təşkilatları- Turizmin düzgün və davamlı inkişafını təmin etməkdən ötrü yaradılmışdır. == ISTA == İSTA- Ekskursiya və Turizm Təşkilatçılarının Beynəlxalq Assosiasiyasıdır. === Ümumi məlumat === Bu təşkilat 1952-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Portuqaliyanın paytaxtı Lissabondadır. === Təşkilatın məqsədi === Bu təşkilat qarşılıqlı informasiya mübadiləsi vasitəsi ilə üzvləri arasında əlaqə və əməkdaşlığın inkişafına yardım etmək, digər təşkilatlarla dostluq münasibətləri və əməkdaşlığı inkişaf etdirmək, üzv ölkələrdə ekskursiya xidmətini təkmilləşdirmək, ekskursiya xidmətinin yaxşılaşdınlması, həmçinin qanunvericilik xarakteri daşıyan müvafiq qanun, norma və qərarların qəbulu məsələsində turizmlə bağlı hökumət orqanlan ilə əməkdaşlıq etmək kimi funksiyaları özündə birləşdirir. == FICT == FİCT- Beynəlxalq Turizm Mərkəzləri Federasiyasıdır === Ümumi məlumat === Bu təşkilat 1948-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Lixtenşteynin paytaxtı Vadus şəhərindədir. === Təşkilatın məqsədi === Turizm və informasiya xidməti rəhbərləri arasında daimi əlaqələrin yaradılması, texniki sənədlərin yığılması, nəşri və yayılması, həmçinin əməkdaşlıq hərəkatının təşkilini özündə birləşdirir. == IFTO == İFTO - Beynəlxalq Turoperatorlar Federasiyasıdır. === Ümumi məlumat === 1970-ci ildə təsis edilmişdir.
Latın Amerikası Turizm Təşkilatlarının Konfransı
Latın Amerikası Turizm Təşkilatlarının Konfransı və ya qısaca KOTAL — beynəlxalq regional turizm təşkilatıdır. 1957-ci ildə yaradılmışdır. Bu qurum Latın Amerikasının 900-dən çox turizm, nəqliyyat, mehmanxana müəssisələri, həmçinin Asiya, Afrika və Avropanın 350-dən yuxarı turizm müəssisələrini özündə birləşdirir. Əsas vəzifəsi Latın Amerikası turizm sənayesinin inkişafı məqsədilə bütün turizm müəssisələrinin və milli assosasiyalarının fəaliyyətini birləşdirməkdir. KOTAL-ın Katibliyi Argentinanın paytaxtı Buenos-Ayres şəhərində yerləşir. Konfransın rəsmi dilləri isə ispan və ingilis dilləridir. Rəhbər orqanları isə adətən ildə bir dəfə keçirilən Baş Assembleya və Direktorlar Şurası sayılır.
Əxzi-Əsgər təşkilatlarının yaradılması haqqında qanun
Əxzi-Əsgər təşkilatlarının yaradılması haqqında qanun — Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi mükəlləfiyyətin təşkilinə məsuliyyət daşıyan orqanların fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi haqqında qanun. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən 1919-cu il mayın 26-da qəbul edilmişdi. Qanunda təsbit olunurdu ki, ölkə ərazisində hərbi mükəlləfiyyətin həyata keçirilməsinə rəhbərlik edən orqan Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsidir. Bu idarə vətəndaşların hərbi xidmətə çağırılması və onların natural hərbi mükəlləfiyyətlərini (əsasən at və qoşqu vasitələri ilə) yerinə yetirməsinə nəzarət etməli idi. Mərkəzi Əxzi-əsgər İdarəsi, eyni zamanda, çağırış yaşlı şəxslərin tibbi müayinədən keçirilməsinə nəzarət etməli, qəza, şəhər və dairə əxzi-əsgər şöbələrinin işi ilə bağlı şikayətlərə baxmalı, həmin şöbələrin fəaliyyəti haqqında hesabatları təhlil etməli, hərbi mükəlləfiyyətin yerinə yetirilməsi üçün zəruri olan büdcə layihəsini hazırlamalı, ayrılmış büdcə vəsaitini şöbələr arasında bölüşdürməli və digər məsələləri həll etməli idi. Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsinin rəisi daxili işlər nazirinin müavini, üzvləri isə idarənin işlər idarəsinin müdiri, həmçinin hərbi nazirliklə ədliyyə nazirliyinin nümayəndələri olmalı idilər. Yerlərdə vətəndaşların hərbi mükəlləfiyyətlərini yerinə yetirmələri ilə qəza, dairə və şəhər əxzi-əsgər şöbələri məşğul olmalı idi. Bu orqanlara aşağıdakı vəzifələr həvalə olunurdu: çağırışçıların siyahısının tərtib edilməsi; çağırışçı siyahılarının yoxlanılması; çağırışçıların qeydiyyatı və xidmətə çağırılanların sayı barədə Mərkəzi Əxzi-əsgər İdarəsinə məlumat verilməsi; çağırışçıların hərbi xidmətə çağırılması; çağırışçıların tibbi müayinəsinin aparılması; çağırışçıların hərbi xidmətə qəbul edilməsi; məsuliyyətə cəlb edilməli olan çağırışçılar haqqında polis orqanlarına məlumat verilməsi; yerlərdə atların və qoşqu vasitələrinin qeydiyyatının aparılması və onların xidmətə cəlb edilməsi; səfərbərlik planlarının hazırlanması; hərbi xidmət zamanı xəsarət almış əsgərlərin tibbi müayinədən keçirilməsi. Qəza, dairə və şəhər əxzi-əsgər şöbəsinin rəisi yerli qəza rəisi və ya daxili işlər naziri tərəfindən təyin edilmiş şəxs ola bilərdi. Hərbi nazirlik tərəfindən ezam edilmiş zabit və kəndlərdən seçilmiş nümayəndələr qəza əxzi-əsgər şöbələrinin üzvü olmalı idilər.

"təşkilatlarını" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təşkilatlarını nədir? #təşkilatlarını sözünün mənası #təşkilatlarını nə deməkdir? #təşkilatlarını sözünün izahı #təşkilatlarını sözünün yazılışı #təşkilatlarını necə yazılır? #təşkilatlarını sözünün düzgün yazılışı #təşkilatlarını leksik mənası #təşkilatlarını sözünün sinonimi #təşkilatlarını sözünün yaxın mənalı sözlər #təşkilatlarını sözünün əks mənası #təşkilatlarını sözünün etimologiyası #təşkilatlarını sözünün orfoqrafiyası #təşkilatlarını rusca #təşkilatlarını inglisça #təşkilatlarını fransızca #təşkilatlarını sözünün istifadəsi #sözlük