təəccüb sözü azərbaycan dilində

təəccüb

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təəccüb • 94.5928%
  • Təəccüb • 5.2737%
  • TƏƏCCÜB • 0.1335%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pəri qızın təəccübü
Pəri qızın təəccübü (fr. La Nymphe Surprise) - Eduard Mane tərəfindən 1859 - 1861-ci illərdə çəkilmiş tablo.
Pəri qızın təəccübü (tablo)
Pəri qızın təəccübü (fr. La Nymphe Surprise) - Eduard Mane tərəfindən 1859 - 1861-ci illərdə çəkilmiş tablo.

təəccüb sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz şeydən doğan güclü təəssürat nəticəsində insanda əmələ gələn hal; heyrət. Asəf onları heyrət və təəccüb içərisində Altun qəsrdən çıxardı. M.S.Ordubadi. [Nuriyyə:] …Muradın baxışlarındakı təəccübü hiss edərək daha ciddi bir görkəm aldım. İ.Əfəndiyev. □ Təəccüb etmək (eləmək) – təəccüblənmək, heyrətlənmək. Mənə can vermədə minlərcə polad zərbəçilər; Gördüyüm işlərə düşmən də təəccüb eylər. M.Müşfiq. Belə ağır bir mərasimdə, belə ağır fəlakət müqabilində ananın dözümünə çoxları təəccüb edirdi. Mir Cəlal. 2. Əcaib, qəribə, təəccüblü, heyrət doğuran. Təəccüb şeydir… – [Harun:] Cürətin, Zeyda, təəccübdür sənin. Ü.Hacıbəyov. 3. Təəccüblə şəklində zərf – təəccüblü nəzərlə, heyrətlə. Bu çəkməli kimdir belə? – deyə bəy təəccüblə soruşur. S.Rəhimov. Arvad təəccüblə Teymura baxıb tələsik cavab verdi. H.Seyidbəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / təəccüb

təəccüb sözünün etimologiyası

  • 1 Ərəb sözüdür. Görünür, əcaib, əcəb, əcəba sözləri ilə kökdaşdır. Bizdə təəccüb sözünün qarşılığı dan sözü olub (adama dan gəlir deyirik). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / təəccüb

təəccüb sözünün sinonimləri (yaxın mənalı sözlər)

təəccüb sözünün rus dilinə tərcüməsi

  • 1 удивление, изумление

    Azərbaycanca-rusca lüğət / təəccüb
  • 2 I сущ. удивление (состояние, вызванное сильным впечатлением от чего-л. необычайного, неожиданного, странного, непонятного); изумление. Təəccübünü gizlədə bilməmək не суметь скрыть своего удивления, təəccüb ifadə edən gözlər глаза, выражающие удивление, təəccüb içində в изумлении II прил. разг. удивительный (вызывающий удивление), поразительный, изумительный. Təəccüb şey удивительная вещь; təəccüb etmək удивляться, удивиться, изумляться, изумиться (поражаться, поразиться необычностью, странностью кого-, чего-л.). Siz buna təəccüb edirsiniz? вы этому удивляетесь?; səbrinizə təəccüb edirəm удивляюсь вашему терпению; təəccüb qalmaq см. təəccüb etmək. Hərəkətlərinə təəccüb qalmaq kimin удивляться действиям кого; təəccübə gəlmək см. təəccüb etmək; təəccüb doğurmaq вызывать, вызвать удивление; təəccübə salmaq kimi удивлять, удивить, изумлять, изумить, поражать, поразить кого

    Azərbaycanca-rusca lüğət / təəccüb

təəccüb sözünün inglis dilinə tərcüməsi

təəccüb sözünün fransız dilinə tərcüməsi

təəccüb sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. тажуб (1. тажубвал, адетдинди тушир, тажуб тир, гъариба гьал; мягьтелвал; təəccüb etmək (eləmək) тажуб авун, тажублу хьун, мягьтел хьун; 2. ажайиб, гъариба, тажуб жедай, мягьтел жедай, тажублу; 3. təəccüblə нареч. тажублудаказ, тажублу яз, мягьтелвилелди).

    Azərbaycanca-ləzgicə lüğəti / təəccüb

təəccüb sözünün türk dilinə tərcüməsi

"təəccüb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təəccüb nədir? #təəccüb sözünün mənası #təəccüb nə deməkdir? #təəccüb sözünün izahı #təəccüb sözünün yazılışı #təəccüb necə yazılır? #təəccüb sözünün düzgün yazılışı #təəccüb leksik mənası #təəccüb sözünün sinonimi #təəccüb sözünün yaxın mənalı sözlər #təəccüb sözünün əks mənası #təəccüb sözünün etimologiyası #təəccüb sözünün orfoqrafiyası #təəccüb rusca #təəccüb inglisça #təəccüb fransızca #təəccüb sözünün istifadəsi #sözlük