təəssürat sözü azərbaycan dilində

təəssürat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təəssürat • 99.7509%
  • Təəssürat • 0.2325%
  • TƏƏSSÜRAT • 0.0166%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təəssürat, günəşin doğuşu
Təəssürat, günəşin doğuşu (fr. Impression, soleil levant) — Klod Mone tərəfindən çəkilmiş və ilk dəfə 1874-cü ilin aprelində Parisdə "İmpressionistlərin sərgisi"ndə nümayiş olunmuş rəsm əsəri. Belə ki, sərginin adından başa düşüldüyü kimi bu əsər impressionizm cərəyanının təsirinə məruz qalmışdır. Mone "Təəssürat, günəşin doğuşu" əsərində özünün doğulduğu şəhər olan Havr şəhərinin limanını təsvir etmişdir. Hal-hazırda bu əsər Marmottan-Mone muzeyində (Paris) sərgilənməkdədir. == Tarix == Mone 1872-ci ildə Fransanın şimal-qərbində yerləşən, doğulduğu şəhər olan Havr şəhərinə gəlir və burada yaradıcılığına Havr şəhərinin limanını təsvir etdiyi şəkillərlə davam edir. Onun çəkdiyi müxtəlif rəsmlərdən limanın "günün sübh, gündüz, alatoranlıq, qaranlıq periodlarında və fərqli görüş nöqtələrindən - suyun özündən və ya otel otağından" təsvir edildiyi aydın olur. "Təəssürat, günəşin doğuşu" əsəri 1874-cü ildə Parisdə keçirilən "Rəssamlar, Heykəltaraşlar, Həkkaklar və s." sərgisində nümayiş etdirildikdən sonra yuxarıda qeyd olunan əsərlər içərisində ən məşhuru olmağı bacardı. Otuz iştirakçı olmasına baxmayaraq sərgiyə, əsasən, Mone, Edqar Deqa, Kamil Pissarro, Pyer-Ogüst Renuar, Alfred Sisley rəhbərlik edirdi və burada təqribən 200-ə yaxın əsər 4000-dən çox insana nümayiş olundu. Hətta sərgidəki həmin əsərlərin bir qisminin sərt təndiqlərə məruz qalması da aşkardır.
Təəssürat konserti (albom)
Təəssürat konserti – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun sayca dördüncü albomu. Alboma 19 musiqi nömrəsi daxildir. == Albom haqqında == 2016-cı ilin 23-24 may tarixlərində Beynəlxalq Muğam Mərkəzində Ənvər Sadıqovun “Təəssürat” adlı konserti baş tutmuşdur. “Qaytağı” instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsertdə Azərbaycan ilə yanaşı, dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib. 2020-ci ildə konsertdə səslənən ifaların audio versiyası albom şəklində buraxılmışdır.
Yay təəssüratları üzərində qış xatirələri
Yay təəssüratları üzərində qış xatirələri (rus. Зимние заметки о летних впечатлениях) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1862-ci ildə Avropa səyahəti əsnasındakı təəssüratlarını qələmə aldığı xüsusi qeydlərdən ibarət kitabıdır. İlk dəfə "Vremya" adlı jurnalda məqalə şəklində nəşr olunan bu qeydlər, daha sonra 1863-cü ildə kitablaşdırılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 20.11 dəfə / 1 mln.
2002 •••••••••••• 20.56
2003 •••••••••••••••• 27.16
2004 ••••••••••••• 22.23
2005 •••••••••••••••••••• 35.76
2006 •••••••••••••••••• 31.98
2007 ••••••••••••••••••• 33.19
2008 •••••••••••••• 23.87
2009 •••••••••••• 19.84
2010 ••••••••• 14.89
2011 •••••••••••• 19.73
2012 ••••••••••••••• 25.30
2013 •••••••• 12.84
2014 •••••••••••• 19.74
2015 ••••••••••••• 22.63
2016 ••••••••••••• 22.91
2017 ••••••••••• 18.05
2018 •••••••••• 16.48
2019 •••••••••• 17.39
2020 ••••• 7.29

təəssürat sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “təəssür” söz. cəmi] Xarici aləmdəki əşya və hadisələrin insan şüurunda buraxdığı iz, onların əksi, ona təsiri. [Nadir bəy:] İnsanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar. H.Cavid. Axırda da Aslan öz təəssüratını nəql etdi. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / təəssürat

təəssürat sözünün sinonimləri (yaxın mənalı sözlər)

təəssürat sözünün rus dilinə tərcüməsi

  • 1 переживание, впечатление

    Azərbaycanca-rusca lüğət / təəssürat
  • 2 сущ. впечатление (образ, след, отражение, оставляемые в сознании человека предметами и явлениями внешнего мира). Uşaqlıq təəssüratları впечатления детства, yol təəssüratları дорожные впечатления, dərin təəssürat глубокое впечатление, güclü təəssürat сильное впечатление, təəssürat oyatmaq kimdə произвести впечатление на кого, təəssüratı altında olmaq nəyin находиться под впечатлением чего, öz təəssüratlarını danışmaq рассказывать свои впечатления

    Azərbaycanca-rusca lüğət / təəssürat

təəssürat sözünün inglis dilinə tərcüməsi

təəssürat sözünün fransız dilinə tərcüməsi

təəssürat sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. “təəssür” söz. cəmi] сущ. къецепатан алемда авай затӀари ва вакъиайри инсандин мефтӀеда ахъайдай гел, рикӀиз эсер (таъсир) авун, кьиле (фикирда) гьатай шикил (са карди, чкади, затӀуни эсер авуникди).

    Azərbaycanca-ləzgicə lüğəti / təəssürat

təəssürat sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – vasitəsiz olaraq alınan şüur.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. «təəssür» c. 1) təsir edən şeylər. 2) t. insan şüurunda əmələ gələn iz; təsir.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"təəssürat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təəssürat nədir? #təəssürat sözünün mənası #təəssürat nə deməkdir? #təəssürat sözünün izahı #təəssürat sözünün yazılışı #təəssürat necə yazılır? #təəssürat sözünün düzgün yazılışı #təəssürat leksik mənası #təəssürat sözünün sinonimi #təəssürat sözünün yaxın mənalı sözlər #təəssürat sözünün əks mənası #təəssürat sözünün etimologiyası #təəssürat sözünün orfoqrafiyası #təəssürat rusca #təəssürat inglisça #təəssürat fransızca #təəssürat sözünün istifadəsi #sözlük