təəssür sözü azərbaycan dilində

təəssür

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təəssür • 94.1176%
  • TƏƏSSÜR • 5.8824%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təəssürat, günəşin doğuşu
Təəssürat, günəşin doğuşu (fr. Impression, soleil levant) — Klod Mone tərəfindən çəkilmiş və ilk dəfə 1874-cü ilin aprelində Parisdə "İmpressionistlərin sərgisi"ndə nümayiş olunmuş rəsm əsəri. Belə ki, sərginin adından başa düşüldüyü kimi bu əsər impressionizm cərəyanının təsirinə məruz qalmışdır. Mone "Təəssürat, günəşin doğuşu" əsərində özünün doğulduğu şəhər olan Havr şəhərinin limanını təsvir etmişdir. Hal-hazırda bu əsər Marmottan-Mone muzeyində (Paris) sərgilənməkdədir. == Tarix == Mone 1872-ci ildə Fransanın şimal-qərbində yerləşən, doğulduğu şəhər olan Havr şəhərinə gəlir və burada yaradıcılığına Havr şəhərinin limanını təsvir etdiyi şəkillərlə davam edir. Onun çəkdiyi müxtəlif rəsmlərdən limanın "günün sübh, gündüz, alatoranlıq, qaranlıq periodlarında və fərqli görüş nöqtələrindən - suyun özündən və ya otel otağından" təsvir edildiyi aydın olur. "Təəssürat, günəşin doğuşu" əsəri 1874-cü ildə Parisdə keçirilən "Rəssamlar, Heykəltaraşlar, Həkkaklar və s." sərgisində nümayiş etdirildikdən sonra yuxarıda qeyd olunan əsərlər içərisində ən məşhuru olmağı bacardı. Otuz iştirakçı olmasına baxmayaraq sərgiyə, əsasən, Mone, Edqar Deqa, Kamil Pissarro, Pyer-Ogüst Renuar, Alfred Sisley rəhbərlik edirdi və burada təqribən 200-ə yaxın əsər 4000-dən çox insana nümayiş olundu. Hətta sərgidəki həmin əsərlərin bir qisminin sərt təndiqlərə məruz qalması da aşkardır.
Təəssürat konserti (albom)
Təəssürat konserti – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun sayca dördüncü albomu. Alboma 19 musiqi nömrəsi daxildir. == Albom haqqında == 2016-cı ilin 23-24 may tarixlərində Beynəlxalq Muğam Mərkəzində Ənvər Sadıqovun “Təəssürat” adlı konserti baş tutmuşdur. “Qaytağı” instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsertdə Azərbaycan ilə yanaşı, dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib. 2020-ci ildə konsertdə səslənən ifaların audio versiyası albom şəklində buraxılmışdır.
Yay təəssüratları üzərində qış xatirələri
Yay təəssüratları üzərində qış xatirələri (rus. Зимние заметки о летних впечатлениях) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1862-ci ildə Avropa səyahəti əsnasındakı təəssüratlarını qələmə aldığı xüsusi qeydlərdən ibarət kitabıdır. İlk dəfə "Vremya" adlı jurnalda məqalə şəklində nəşr olunan bu qeydlər, daha sonra 1863-cü ildə kitablaşdırılmışdır.

təəssür sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bir şeyin təsiri altında olma, təsirini hiss etmə, duyma, mütəəssir olma. 2. Hiss, təəssürat, ruhi iztirab (hiddət, qeyz, qorxu, sevinc və s.); emosiya. Evinə çatmadan altı aydan bəri [Qurbanlıda] doğan hisslər və təəssürlər tamamilə silinib getdi. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / təəssür

təəssür sözünün rus dilinə tərcüməsi

təəssür sözünün inglis dilinə tərcüməsi

təəssür sözünün fransız dilinə tərcüməsi

təəssür sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. эсердик (таъсирдик) хьунухь, эсер (таъсир) гьисс авун, кьатӀун; 2. эмоция; гьисс, руьгьдин азаб (кичӀ, кичӀевал, хвешивал, теспачавал ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti / təəssür

təəssür sözünün türk dilinə tərcüməsi

təəssür sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

TƏƏSSÜR1 ə. 1) bir şeyin təsiri altında olma, təsirini duyma; 2) qəm, kədər duyma, kədərlənmə, mütəəssir olma. TƏƏSSÜR2 ə. çətinə düşmə, çətinləşmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"təəssür" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təəssür nədir? #təəssür sözünün mənası #təəssür nə deməkdir? #təəssür sözünün izahı #təəssür sözünün yazılışı #təəssür necə yazılır? #təəssür sözünün düzgün yazılışı #təəssür leksik mənası #təəssür sözünün sinonimi #təəssür sözünün yaxın mənalı sözlər #təəssür sözünün əks mənası #təəssür sözünün etimologiyası #təəssür sözünün orfoqrafiyası #təəssür rusca #təəssür inglisça #təəssür fransızca #təəssür sözünün istifadəsi #sözlük