Koriolan Uvertürası
Koriolan Uvertürası (Almanca: Coriolan-Ouvertüre or Ouvertüre zu Coriolan) 1807-ci ildə Lüdviq van Bethoven tərəfindən İosif Henrix Kollinin 1804 Korilon faciəsi üçün yazdığı əsərdir.
Uvertüranın mövzusu və strukturu olduqca ümumidir. Uvertüra ilk dəfə 1807-ci ilin mart ayında tanınmış Lobkoviç ailəsinə məxsus evdə ifa olunmuşdur. Həmçinin Si-bemol majorda dördüncü simfoniya və Piano ilə dördüncü simfoniyada ilk dəfə məhz bu ünvanda təşkil edilmiş konsertdə ifa olunmuşdur.
== Əsərin yazılması ==
İki ən çox bəyənilərək qəbul edilən səs yazılarından birincisi 1943-cü ildə Berlin Filarmoniya Orkestrında Vilhelm Furtvenqlerin dirijorluğu ilə ifa edilmiş, digəri isə 1959-cu ildə Fritz Raynerin dirijorluğu ilə Çikaqo Simfoniya Orkestrında ifa olunmuşdur. Uvertüranın tarixi ad qazanmış digər məşhur versiyasını Rocer Norrinqton London Klassik Çalğıçıları ilə birlikdə ifa etmişdir.
Digər məşhur nümunələrə gəlincə buraya Herbert fon Karayanın müşayəti ilə Berlin Filarmoniyasında, Karl Bömin müşayəti ilə Vyana Filarmoniyasında, Karlos Klayberin müşayəti ilə Berlin Dövlət Orkestrı ilə və Bruno Uolterin müşayəti ilə Kolumbiya Simfoniya Orkestrı ilə ifa olunmuşdur.
== Qeydlər ==
== İstinadlar ==
== Mənbələr ==
Joseph Kerman/Alan Tyson, "Ludwig van Beethoven", Grove Music Online, ed.