Uvertüra
Uvertüra (fr. ouverture; ouvertur — açmaq, açılmış, başlanğıc) — opera, oratoriya, balet, dram, kinofilm, və s əsərlərə orkestr müqəddiməsi, eləcə də sonata formasında müstəqil orkestr əsəri.
Musiqili səhnə əsərinin giriş hissəsi; əsərin ideya-məzmununu əks etdirən mövzulara əsaslanır; tamaşaçıının diqqətini əsərin xarakterinə yönəldir; əsərin emosional mühitini hazırlayır.
Simfonik musiqinin bir janrı;
Birhissəli, adətən sonata formasında qurulan simfonik əsər.