poliq sözü azərbaycan dilində

poliq

Yazılış

  • poliq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Qaraheybət" aviasiya poliqo­nunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır. Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. == Zəmin == "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur.
Azərbaycan poliqrafiyası respublikanın 50 illiyinə (film, 1975)
Biz poliqrafçılarıq (film, 1969)
Biz poliqrafçılarıq qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1969-cu ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Filmdə Bakıdakı 3 saylı peşə-texniki məktəbdən, burada Azərbaycanın mətbəələri üçün poliqrafçıların hazırlanmasından söhbət açılır. == Məzmun == Filmdə Bakıdakı 3 saylı peşə-texniki məktəbdən, burada Azərbaycanın mətbəələri üçün poliqrafçıların hazırlanmasından söhbət açılır. Filmin çəkilişləri məktəbdə, linotipçilərin emalatxanalarında, məktəbin məzunlarının işlədikləri "Qırmızı Oktyabr", "Azərnəşr" poliqrafiya birliklərində, "Kommunist" nəşriyyatında aparılmışdır. == Mükafat == 1971-ci ildə Bakıda "Xalq Təsərrüfatında Qənaət Uğrunda" istehsalat-texniki mövzuda Respublika həvəskar filmlərinə baxış tədbirində film Azərbaycan Kinematoqrafçılarının, AHİŞ və Azərbaycan Respublikası LKGİ MK-nın III dərəcəli diplomunu və mükafatını almışdır.
Monotip (poliqrafiya)
Monotip (q.yun. μόνος – tək; τύπος – çap izi) — ayrı-ayrı literlərdən və boşluq materialından ibarət, tələb olunan uzunluqda şrift sətirlərinə uyğun çap yığısı hazırlayan avtomatik hərftökən maşın. Klaviaturalı və hərftökən aparatlardan ibarətdir. Klaviaturalı aparat çap yığısını deşiklərdən ibarət kombinasiyalar (perforasiyalar) ardıcıllığı şəklində kağız lentə (perfolentə) qeyd edir və sözlər arasındakı boşluqların ölçülərini müəyyələşdirir. Hərftökən aparatda isə kağız lent üzərində qeyd olunmuş mətnə və boşluq ölçülərin əsasən uyğun ardıcıllıqda literlər, boşluqlar tökülür, səirlər yığılıq və qrankalar alınır. İdarəetmə proqramının avtomatda hazırlanma sürəti adi yazı makinasında çapetmə sürətinə yaxındır. Monotip dəqiqədə 180-ə qədər liter tökə bilir. Бушунов В. Т. Монотип (Наборная и отливная машины). — М.; Л., 1948. Шульмейстер М. В. Монотип.
Mütərcim Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi
"Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi — Azərbaycanda nəşriyyat 1993-cü ildən fəaliyyətə başlayan "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi Azərbaycanda yaranan ilk özəl nəşriyyatlardandır. Əsasən, tərcümə ədəbiyyatlarının, lüğətlərin, ensiklopediyaların, ali və orta ixtisas məktəbləri üçün dərslik, dərs vəsaitlərinin nəşri sahəsində ixtisaslaşmışdır. İldə 100-120 adda kitab nəşr edir. 1993-cü ildən fəaliyyət göstərən "Mütərcim" - Tərcümə Mərkəzinin təsisçiliyi ilə fəaliyyətə başlamışdır. Nəşriyyat 1999 və 2001-ci illərdə "İlin nəşriyyatı" adına layiq görülmüşdür. Bir sıra respublika və beynəlxalq kitab sərgilərinin nominantı olmuşdur. Müxtəlif kitab sərgi və yarmarkalarda nəşriyyatın çap etdiyi kitablardan A.Hacyevin «Ренессансный мир «Хамсе» Низами Гянджеви» - "ən məzmunlu kitab", R.Əkbərovun «İlk tibbi yardım» kitabı – «tibbi biliklərin təbliği», V.Yusiflinin «Tənqid də yaradıcılıqdır» kitabı – "ən yaxşı tənqidi kitab", T.Cəfərovun «Тйрко-славйанскийе связи в литературе древней Руси» kitabı – "ən yaxşı ədəbiyyat tarixi kitabı", R.Əkbərovun «Povest və hekayələr» kitabı – "ilin satira kitabı", F.Dostoyevskinin «Karamazov qardaşları» romanı (tərcümə edəni Telman Vəlixanlı) – "ilin bədii tərcümə kitabı", «Dilçilik ensiklopediyası» – "ilin filoloji layihəsi", həmçinin «Mütərcim» jurnalı – "ilin tərcümə jurnalı" və s. nominasiyaların qalibi olmuşdur. Nəşriyyat respublikanın yaradıcı birlikləri (Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, «Содружество», «Луч», «Южный треугольник» və s.), respublikanın və xarici ölkələrin nüfuzlu ali təhsil ocaqları (Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, əl-Fərabi adına Qazaxıstan Dövlət Universiteti, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu, Voronej Dövlət Pedaqoji İnstitutu (Rusiya) və s., elmi-tədqiqat müəssisələri (AMEA-nın Ədəbiyyat, Dilçilik İnstitutları və s., Təhsil Problemləri İnstitutu), həmçinin xarici ölkələrin bir sıra nəşriyyat və jurnalları («Златоуст», «Спутник+», «РАЕ», «Росиздат», «Литера», «Наука и жизнь Казахстана» və s.) ilə sıx əməkdaşlıq edir.
Poliqam aktinidiya
Poliqam aktinidiya (lat. Actinidia polygama) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir. Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır.
Poliqamiya
Poliqamiya (yun. “polys” – çoxsaylı, geniş + “gamos” – nikah) – bir fərdin ikidən çox əks cinsin nümayəndəsi eyni vaxtda nikahda olmasıdır. Onun iki forması vardır – poliginiya və poliandriya. Poliginiya bir kişinin eyni zamanda bir neçə arvadla nikahda olması, poliandriya isə bir arvadın bir neçə kişi ilə nikahda olmasıdır. Poliandriya bəzi cəmiyyətlərdə olsa da çox da yayılmamışdır. Ən çox yayılmış poliginiya olmuşdur. Bunun da səbəbi cəmiyyətlərin tarix boyu patriarxal olduğundan irəli gəlir. 2. Bitkilərə münasibətdə poliqamiya eyni bir bitki üzərində, yaxud eyni növdən olan müxtəlif bitkilər üzərində ikicinsli, yaxud ayrıcinsli çiçəklərin əmələ gəlməsidir.
Poliqamiyanın qanuniliyi
Poliqamiyanın qanuniliyi bəzi dünya ölkələrində tanınır. Poliqamiya təxminən 200 müstəqil dövlətdən 58-də qanunidir. Onların əksəriyyəti Afrika və Asiyada yerləşən müsəlman dövlətləridir. Həmin dövlətlərin əksəriyyətində poliginiyaya qanunvericiliklə icazə verilir. Poliandriya isə faktiki olaraq bütün dünya ölkələrində qanunsuz hesab olunur. Digər müstəqil dövlətlər poliqamiyanı tanımırlar. Əlcəzair Kamerun Çad Mərkəzi Afrika Respublikası Konqo Respublikası Cibuti Misir Qabon: Qabon qanunvericiliyinə görə, həm kişilər, həm də qadınlar əks cinslə poliqam nikaha daxil ola bilərlər. Praktikada bu hüquq yalnız kişilərə münasibətdə tanınır. Qambiya Qvineya Liviya Keniya: Poliginiya 2014-cü ildə qəbul edilən qanunla qanuni olmuşdur. Mali Mavritaniya Mərakeş Nigeriya (yalnız bəzi əyalətlərdə) San-Tome və Prinsipi Seneqal Somali Cənubi Sudan Sudan Esvatini Toqo Tanzaniya Uqanda Zambiya Əfqanıstan Bəhreyn Banqladeş Butan Bruney İndoneziya (Maluku, Şimali Maluku, Papua və Qərbi Papua vilayətlərindən başqa) İran İraq (İraq Kürdüstanı istisna olmaqla) İordaniya Küveyt Livan Maldiv adaları Oman Qətər Pakistan Səudiyyə Ərəbistanı Şri-lanka Suriya (Suriya Kürdüstanı istisna olmaqla) Birləşmiş Ərəb Əmirlikləri Yəmən Solomon adaları Qeyd edilən dövlətlərdə yalnız müsəlmanlara münasibətdə poliqam nikahları tənzimləyən xüsusi qanunvericilik aktları var.
Poliqlot
Poliqlot (yun. πολύγλωττος) — Çox dil bilən adam. Təxminən 40 dil bilən Poliqlot Yevgeni Çernyavskiy, yazırdı: "Sadəcə danışaraq hər yeni dil əvvəlkindən çox daha asandır". Əgər şərti vahid üçün birinci dilin öyrənilməsi vaxtı səylərin məbləğini qəbul etməsə, onda ikincidə artıq səylərin yarısı lazım olacaq, üçüncüyə – 1/4, dördüncüyə – 1/8 və sair" O. Kotova. Ancaq amerikalı jurnalist və filoloq Maykl Erard iddia edir ki, bir qayda olaraq, poliqlotlar, bacarıqlılar müxtəlif dillərdə danışmağa qaçmışdır, həmişə onlar yaxşı bilmirlər amma, çox dillərdə Kitab, qəzet, oxuyan poliqlotlar çox yaxşı danışırlar. Onun sözlərinə görə, hətta ən bağışlanmışlar çox olmayan altı-yeddinin arasında P. Deyniçenko dilləriylə keçmək asan bacarıqlıdır.
Poliqlot (elektron lüğət)
"Poliqlot elektron lüğəti" — bu sistemə Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Azərbaycan-Rus, Rus-Azərbaycan lüğətləri və ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə və Azərbaycan dilindən fransız dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək üçün nəzərdə tutulan lüğətlər daxil edilmişdir. Poliqlotun yeni 1.1 versiyasında dəstəklənən lüğətlər siyahısına 20000-ə yaxın sözdən ibarət Azərbaycan və Rus lüğəti əlavə olunmuşdur.
Poliqnot
Poliqnot (q.yun. Πολύγνωτος) — eramızdan əvvəl V əsrin ortalarında yaşamış qədim yunan sənətkarı. O, rəsm və heykəltəraşlıqla məşğul olurdu. Poliqnot Tasos adasında doğulub böyüdü, burada rəssam olan atası Aqlaofondan rəsm sənətini öyrəndi. Afina dövlət xadimi Kimonun dəvəti ilə Poliqnot Afinaya gəldi və vətəndaş hüquqları əldə etdi. Poliqnot Kiçik Mikon ilə birlikdə mumdan qayrılmış boyalar ilə naxışlı stoa (portika) (q.yun. ἡ ποικίλη στοά) üçün rəsm çəkdi, eynisini həmçinin Dioskurlar və Tesey məbədləri üçün də etdi. Adı çəkilən binalardan birincisində Poliqnot afinalıların lakedemonlarla savaşı, Teseyin amazonkalarla döyüşü, Troyanın dağılması və Marafon döyüşünü təsvir etdi. Əlvan portikin divar naxışına dövlət hesabına nahar etmək hüququ əldə etdi. Poliqnotun ən çox məşhurluq qazandığı əsərlər Lesxiyada (Delfi) çəkilmişdir, hansındaki Troyanın alınması, yunanların bu şəhəri tərk etməsi və Odisseyin yeraltı dünyaya baş çəkməsi təsvir olunmuşdur (heç biri günümüzə çatmamışdır).
Poliqon
Poliqon və ya çoxbucaqlı (ing. Polygon) — sonlu sayda ardıcıl sınıq xəttlərdən ibarət qapalı fiqur. Poliqonlardan kompüter qrafikasında üçölçülü görünüşlü şəkillər yaratmaq üçün istifadə olunur. Adətən üçbucaqlı formasında olan poliqonlar obyektin səthinin modelləşdirilməsində, təpələrin seçilməsində və obyektlərin renderləndirilməsində istifadə edilir. Poliqon hesabı hər kadrda render edilən poliqonların sayına deyilir. Poliqonlardan istifadə beşinci nəsil videooyun konsolları ilə daha çox istifadə edilmişdir. Poliqonlar hər növbəti nəsildə daha mürəkkəb olur. Vu, Mason; Neyder, Ceki; Devis, Tom; Şreyner, Deyv. Uizli, Eddison (redaktor). OpenGL Programming Guide (ingilis) (Third edition).
Qaraheybət aviasiya poliqonunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır. Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur.
Qaraheybət aviasiya poliqo­nunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır. Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur.
Qazaxıstanda poliqamiya
Qazaxıstanda çoxarvadlılıq qanunla qadağandır. Qazaxıstanda siyasətçilərin çoxarvadlılığından danışanda Qazaxıstanda bir ifadə işlədirlər: "Almatı bir arvadı olanlar üçündür, Astana çox arvadı olanlar üçün". Uzun illər Almatıda qərarlaşan hökumət 1990-cı illərin axırlarında yeni paytaxt Astanaya köçdü. İndi Almatı köhnə dövrün simvoludur, Astana yeni dövrün. Qanunla Qazaxıstanda poliqamiya, çoxarvadlılıq olmaz. Hətta məhz 90 il bundan qabaq iyunun 21-də Sovet hakimiyyəti çoxarvadlılığı qadağan etdi. Bütün Orta Asiya dövlətlərində çoxarvadlılıq cinayətdir, buna görə iki il həbs cəzası almaq olar. Ancaq Qazaxıstanda vəziyyət fərqlidir. Burda 1998-ci ildə çoxarvadlılıq cinayət məcəlləsindən çıxarıldı və artıq cinayət deyil. Bundan keçən 13 ildə çoxrvadlılıq Qazaxıstanda görünməmiş irəliləyiş edib.

"poliq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#poliq nədir? #poliq sözünün mənası #poliq nə deməkdir? #poliq sözünün izahı #poliq sözünün yazılışı #poliq necə yazılır? #poliq sözünün düzgün yazılışı #poliq leksik mənası #poliq sözünün sinonimi #poliq sözünün yaxın mənalı sözlər #poliq sözünün əks mənası #poliq sözünün etimologiyası #poliq sözünün orfoqrafiyası #poliq rusca #poliq inglisça #poliq fransızca #poliq sözünün istifadəsi #sözlük