* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [alm. polizai] 1. Polisiyada xidmət edən adam. Araz cavab verməyib polislər ilə birlikdə qapıdan çıxdı. A.Şaiq. 2. Polisiya, polis idarəsi. Qorodovoy Kərbəlayı Zal iyirmi beş ildən artıq polis idarəsində xidmət edirdi. Ə.Haqverdiyev. Polis idarələri bir-birinə dəymiş, Cabbar bəyə əl qaldıran adam o günün axşamı həbs olunmuşdu. M.Hüseyn. 3. Polis və jandarmeriyaya əsaslanan, güc və zorakılıq əsasında həyata keçirilən. Polis terroru. Polis idarə üsulu.
Azərbaycan dilinin izahlı lüğəti / polis2 Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanı
Terminlər lüğəti / polis1 Latın sözüdür, politika ilə eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) E.ə. təxminən 450-ci ildə Yunanıstan çoxsaylı şəhər-dövlətlərdən ibarət idi. Bu hər birinin mərkəzi hansısa şəhər olan çox kiçik dövlətlər idi. Həmin şəhərlərdə əhalinin dolanışığı üçün əkib-becərməyə yararlı kifayət qədər torpaq var idi. Belə inkişafa isə Yunanıstan ərazisinin bir-birindən təbii yolla ayrılan dar dərələrdən ibarət dağlıq yer olması zəmin yaratmışdı. Belə bir vəziyyət şəhər-dövlətlərin çox yüksək səviyyədə inkişaf etməsinə gətirib çıxartmışdı. İnsanın həyatda fəaliyyət göstərdiyi, demək olar, bütün sahələr şəhərdə cəmləşmişdi. Vətəndaşların sayı isə həmin şəhər-dövlətlərin çoxsaylı və müxtəlif hakimiyyət orqanlarının sayından bir qədər çox idi. Şəhər-dövlət yunan dilində polis adlanırdı. Dövlət dedikdə şəhər deyil, daha iri quruluşları nəzərdə tutduğumuza baxmayaraq, idarəetmə təcrübəsi, həmçinin hökumətin qarşısına qoyduğu məqsədlərə çatmaq üçün apardığı fəaliyyət bizim üçün siyasət olaraq qalır. Hər bir dövlətdə vətəndaşları cəmiyyət tərəfindən qəbul olunmuş bəzi qanun və əxlaq qaydaları çərçivəsində yaşamağa məcbur etmək üçün onlara nəzarət hüququ və bacarığı polis hakimiyyətinə aiddir. Bu nəzarətin həyata keçirilməsi etibar edilən qrup polis, bu qrupun üzvü olan insan isə polis işçisi adlanır. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / polis1 1. POLİS (polis, milis işçisi) ..şəhərin bir çox yerinden, polislər tərəfindən işçilərin gülləyə tutulmaq xəbəri gəlib çatdı (S.S.Axundov); AJAN (köhn.) Bir az yaşlıları isə dustaq aparan ajanlar.. “Noşəhr”in qapılarına qədər dustağı müşayiət edərdilər (M.İbrahimov); KVARTAL (köhn.) Dolanır bazan darğa, kvartal; Döyülür sifətlər, yolunur saqqal (Q.Zakir); MİLİS Heydərqulunun əmri ilə milislər Qaraoğlanın meyitini öz atına sandılar (S.S.Axundov); MİLİSİONER [Biqəm Balaxanıma:] Səni alan gərək evində milisioner saxlasın (Anar). 2. polis bax polisiya
Azərbaycan dilinin sinonimlər lüğəti / polis2 1 I прил. полицейский. İki polis (nəfəri) двое полицейских II сущ. полиция. Polis çağırmaq вызвать полицию, polis rəisi начальник полиции, polisə xəbər vermək сообщить в полицию 2 сущ. полис (документ, выдаваемый страховым учреждением застраховавшемуся лицу)
Azərbaycanca-rusca lüğət / polis1 I. i. police; axtarış ~i criminal investigation department II. s. ~ nəfəri policeman*, police officer; ~ məntəqəsi police station
Azərbaycanca-ingiliscə lüğət / polis1 is. 1) police f ; 2) polici||er, -ère (adj) ; ~ əməliyyatı inspection f de police ; ~ idarəsi préfecture f de police ; ~ nəzarəti surveillance f policière ; ~ nəfəri policier m ; ~ rejimi régime m policier ; ~ terroru terreur f policière ; ~in özbaşnalığı arbitraire m policier
Azərbaycanca-fransızca lüğət / polis1 [alm. polizai] 1. полицейский (полицияда къуллугъзавай кас); 2. полиция (полициядин идара); 3. полиция ва жандармериядал бинеламишнавай, гужуналди тир; полициядин.
Azərbaycanca-ləzgicə lüğəti / polis