uzaqlaşmaq sözü azərbaycan dilində

uzaqlaşmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • uzaqlaşmaq • 97.6127%
  • Uzaqlaşmaq • 1.8568%
  • UZAQLAŞMAQ • 0.5305%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

uzaqlaşmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Daha uzağa, uzaq məsafəyə getmək, çox aralanmaq, getdikcə uzaq olmaq. Qəsəbədən uzaqlaşmaq. Çaydan uzaqlaşmaq. – Şəhərdən bir qədər uzaqlaşmışdıq, gördük ki, yolun kənarında bir neçə adam oturub. C.Məmmədquluzadə. [Valeh] ağacını çobansayağı boynunun ardına qoyub, fıştırıq çala-çala uzaqlaşdı. Ə.Abasov. // Aralanıb getmək. Ceyran məndən uzaqlaşıb getdi. S.Hüseyn. Qaratel ilə Məmməd xudahafizləşib … uzaqlaşmışdılar. Ə.Əbülhəsən. // Başlanmış bir şeyi buraxıb başqasına keçmək, əsil məqsəddən kənara çıxmaq. Mətləbdən uzaqlaşmaq. Əsil məqsəddən uzaqlaşmaq. Əsas mövzudan uzaqlaşmaq. // Yan qaçmaq, kənar qaçmaq, yaxınlaşmamaq, uzaq gəzmək, daha görüşməmək, əlaqə saxlamamaq, getdikcə yadlaşmaq. Yoldaşlarından uzaqlaşmaq. Nə üçün hamıdan belə uzaqlaşmısan? O, yavaş-yavaş ev-eşiyindən uzaqlaşdı. – Mənim ondan ani bir surətdə və hətta bir səbəb olmadan uzaqlaşmağım bizim gələcək səadətimizi də qorxu altına ala bilər. M.S.Ordubadi. Burda durulmaz, çəkilib qaçmalı; Qaçmalı, vəhşətdən uzaqlaşmalı. H.Cavid. // Durduğu və ya durmalı olduğu yeri tərk etmək, ondan aralanmaq, aralı düşmək. Belə qorxulu vaxtda postdan uzaqlaşmaq olarmı? H.Nəzərli. 2. Getdikcə uzaqdan eşidilmək və ya görünmək. Gurultu səsi getdikcə uzaqlaşır. Gəminin işıqları get-gedə bizdən uzaqlaşırdı. – Seyrək-seyrək atılan güllələr uzaqlaşaraq qeyb oldu. Ə.Vəliyev. Səslər uzaqlaşanda, o, qanadı sınmış kimi, başı aşağı, yuvasına qayıdardı. Mir Cəlal. 3. Zaman etibarilə uzağa getmək, üstündən çox vaxt (aylar, illər, əsrlər) keçmək. Daşlarda, qayalarda izi qaldı; Uzaqlaşan (f.is.) hər əsrin. O.Sarıvəlli. 4. məc. Məşğul olduğu bir işi getdikcə tərk etməyə başlamaq, atmaq, onunla daha məşğul olmamaq. Bu kimi söhbət və mülahizələrə baxmayaraq, Qəhrəman kitabdan, yazı-pozudan uzaqlaşır, özünü çöl işinə verirdi. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / uzaqlaşmaq

uzaqlaşmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 aralanmaq — çəkilmək — getmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / uzaqlaşmaq
  • 2 UZAQLAŞMAQ Atlılar., kənddən uzaqlaşıb meşəyə doğru getdilər (Ə.Qasımov); ARALANMAQ [Davud və Abdulla] klubdan yüz metrə kimi aralanmışdılar (H.Abbaszadə); ARALAŞMAQ, AYRI DÜŞMƏK Ayrı düşmüş vətənindən, elindən; Həmdərdindən aralanmış könlümü.. (M.V.Vidadi); ARALI DÜŞMƏK İstəkli dostumdan aralı düşdüm (Aşıq Ələsgər); AYRILMAQ Ayna ilə Ayaz küçədə bir-birindən ayrıldılar (Ə.Məmmədxanlı); UZAŞMAQ Qırıldı, qaçdı, qoymayın; Gözdən uzaşdı, qoymayın! (M.Ə.Sabir); İRAQLAŞMAQ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / uzaqlaşmaq

uzaqlaşmaq sözünün rus dilinə tərcüməsi

  • 1 отдаляться, удаляться, устраняться, отчуждаться

    Azərbaycanca-rusca lüğət / uzaqlaşmaq
  • 2 глаг. 1. удаляться, удалиться: 1) двигаясь, перемещаясь, отдалиться на какое-л. расстояние. Kənddən uzaqlaşmaq удалиться от деревни, meşədən uzaqlaşmaq удалиться от леса 2) уйти, отстраниться от каких-л. дел, занятий, от участия в ч ем-л. İşdən uzaqlaşmaq удалиться от дела 3) перейти к другому, прервав начатое. Mövzudan uzaqlaşmaq удалиться от темы, məsələdən uzaqlaşmaq удалиться от вопроса 4) стать далёким, чуждым кому-л., чему-л., перестать бывать где-л., сторонясь, избегая кого-л., чего-л. Dostlardan uzaqlaşmaq удаляться от друзей, cəmiyyətdən uzaqlaşmaq удаляться от общества, qohumlarından uzaqlaşmaq удаляться от своих родственников 2. отдаляться, отдалиться: 1) переместиться на некоторое расстояние от кого-л., чего-л. Məktəbdən azacıq uzaqlaşmışdım ki, … чуть-чуть отдалился от школы, как … 2) стать менее слышимым или видимым из-за увеличения расстояния. Səslər getdikcə uzaqlaşırdı голоса постепенно отдалялись 3) отклониться от предмета мысли, темы разговора. Söhbətin mövzusundan uzaqlaşmaq отдаляться от темы разговора 4) стать менее близким, утратить прежние близкие, дружеские отношения с кем-л. Niyə bizdən belə uzaqlaşmısan? что ты так отдалился от нас? tədricən mən köhnə dostlarımdan uzaqlaşdım и так я постепенно отдалился от старых друзей 3. отходить, отойти: 1) пройти какое-л. расстояние от чего-л. Sahildən beş mil uzaqlaşmaq отойти от берега на пять миль 2) отклониться от чего-л. Məxəzdən uzaqlaşmaq отойти от источника 3) стать далеким, чуждым кому-л., чему-л. Dəstədən uzaqlaşmaq отойти от группы, kollektivdən uzaqlaşmaq отойти от коллектива 4) перестать заниматься чем-л., оставить какое-л. дело. Təsərrüfatdan uzaqlaşmaq отойти от хозяйства 4. уходить, уйти: 1) намеренно уклониться от чего-л., не уделять должного внимания. Məsələdən uzaqlaşmaq уходить от вопроса, cavabdan uzaqlaşmaq уходить от ответа 2) пройти, остаться в прошлом (о времени, эпохе и т.п.). Müharibə illəri getdikcə bizdən uzaqlaşır годы войны постепенно уходят от нас 5. отчуждаться (становиться далеким кому-л., отдаляться). Adamlardan uzaqlaşmaq отчуждаться от людей

    Azərbaycanca-rusca lüğət / uzaqlaşmaq

uzaqlaşmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to move off / away (from); to keep* (from); məc. to shun (d.); sahildən ~ to move off / away from the shore; mövzudan ~ to wander from the subject; cəmiyyətdən ~ to withdraw* / to retire from society; 2. to take* oneself off, to retire, (getmək) to withdraw*; (ayrılmaq) to be* estranged

    Azərbaycanca-ingiliscə lüğət / uzaqlaşmaq

uzaqlaşmaq sözünün fransız dilinə tərcüməsi

uzaqlaşmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. яргъа(з) хьун; яргъаз фин, яргъаз къакъатун; яргъаз къакъучӀун; яргъаз акъатун; kənddən uzaqlaşmaq хуьруьвай яргъа хьун; 2. сад-садавай къакъатун, сад-садав агат тавун, алакъа техуьн; 3. къвердавай яргъаз акъатун, яргъай ван къвез хьун ва я акун; 4. яргъал хьун (вахтун гьисабдалди), арадай гзаф вахтар (варцар, йисар, асирар) фин; 5. пер. гьамиша ийизвай са кардив машгъул хъхьун тавун, эхгечӀ тавун, гъил къачун, гадарун, мад хъувун тавун.

    Azərbaycanca-ləzgicə lüğəti / uzaqlaşmaq

uzaqlaşmaq sözünün türk dilinə tərcüməsi

"uzaqlaşmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#uzaqlaşmaq nədir? #uzaqlaşmaq sözünün mənası #uzaqlaşmaq nə deməkdir? #uzaqlaşmaq sözünün izahı #uzaqlaşmaq sözünün yazılışı #uzaqlaşmaq necə yazılır? #uzaqlaşmaq sözünün düzgün yazılışı #uzaqlaşmaq leksik mənası #uzaqlaşmaq sözünün sinonimi #uzaqlaşmaq sözünün yaxın mənalı sözlər #uzaqlaşmaq sözünün əks mənası #uzaqlaşmaq sözünün etimologiyası #uzaqlaşmaq sözünün orfoqrafiyası #uzaqlaşmaq rusca #uzaqlaşmaq inglisça #uzaqlaşmaq fransızca #uzaqlaşmaq sözünün istifadəsi #sözlük