Seyid Vəliağa türbəsi
Seyid Vəliağa türbəsi — Azərbaycanın Lerik rayonunun Rvarud kəndində türbə.
Seyyid Vəliağa Mirqəni oğlu (1893–1973) XX əsrdə yaşamışdır. Böyuk kəramət sahibi olmuşdur. Rvarudda və ətraf kəndlərdə kəramətli Seyyid kimi tanınıb, hörmət qazanmışdır. Qəbri zaman keçdikcə ziyarətgaha çevrilib. Oğlu Seyyid Əbülağa tərəfindən abidə inşa edilmişdir. 2013-cü ildə yenidənqurma işləri aparılmış, abidəyə yeni görkəm verilmişdir. Qeyd olunan ziyarətgahlarda təkcə yaxın ərazilərdən deyil, paytaxtdan, ətraf rayonlardan və xaricdən gələn ziyarətçilərlə rastlaşmaq olar. Seyyid Vəliağa (1901–1973) ibn Mir Qəni ibn Fətulla ibn Əsədulla ibn Məmmədəli ibn Seyidi ibn …… Seyid Cahangir ibn Mir Şükürülla ibn Seyid İsmayıl ibn Seyid Suleyman (Meşkin-Fəxrəbad kəndi)Səfəvi seyidləri-Musayı Kazım nəsli.
Rvarud kəndində olan Təğiyon tayfası ilə ən yaxın qohumdurlar, yəni eyni kökdən ulu baba Məmmədəlidən törəyiblər.