* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 47.97 |
2003 | •••••••• | 16.93 |
2004 | •••••••• | 18.19 |
2005 | •••••••• | 18.22 |
2006 | ••••••••••••• | 30.18 |
2007 | •••••••••••••• | 31.29 |
2008 | •••••••••• | 22.41 |
2009 | ••••••••••• | 25.92 |
2010 | •••••••••• | 21.97 |
2011 | •••••••••• | 21.71 |
2012 | ••••••••••••• | 29.00 |
2013 | •••••••• | 18.23 |
2014 | ••••••• | 14.93 |
2015 | •••••••• | 16.84 |
2016 | ••••••• | 15.45 |
2017 | •••••• | 14.15 |
2018 | •••••••• | 19.18 |
2019 | •••••• | 13.91 |
2020 | •••• | 9.55 |
1 [ər.] Heyran, məftun, vurğun; heyran olmuş, məftun olmuş, vurulmuş. Mən bu yerlərin gözəlliyinə valehəm. – Hamı bu halə valehü məftun; Nagəhan hadis oldu bir yanğun. M.Ə.Sabir. □ Valeh etmək – heyran etmək, məftun etmək. Qulaq asanları valeh etmək mənə … qismət deyilmiş. C.Məmmədquluzadə. …Bir tərəfdən də baharın xoş mehi insanı valeh edirdi. S.S.Axundov. Günəşin batması ilə tez-tez üfüqlərdə dəyişən rənglər… [Dilaranı] valeh etmişdi. M.İbrahimov; // məc. məst etmək mənasında. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal. Valeh olmaq, valeh qalmaq – heyran olmaq, məftun olmaq, vurulmaq. Göygölün gözəlliyinə insan valeh olur. – Surətin nəqşində insan valehü heyran olur. Nəsimi. [Bədircahan:] Ağa, o qədər səndən dedim ki, … az qaldılar valeh olsunlar. N.Vəzirov. [Bünyad] təpədən dırnağa qədər ipək içində olan bu gözəl qıza valeh olmuş kimi baxırdı. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / valeh1 Ərəbcə “heyran” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / valeh2 прил. очарованный; околдованный; восхищённый; пленённый; обворожённый; valeh etmək очаровывать, очаровать; околдовывать, околдовать; восхищать, восхитить; пленять, пленить; обвораживать, обворожить; прельщать, прельстить; изумлять, изумить. Xanəndə dinləyiciləri valeh etdi певец очаровал слушателей, onun gözəlliyi aşığı valeh etdi её красота пленила ашуга, baletin musiqisi hamını valeh etmişdi музыка балета покорила всех, valeh edilmiş обворожённый; valeh edən чарующий; valeh olmaq, valeh qalmaq очаровываться, очароваться; изумляться, изумиться; восторгаться, приходить, прийти в восторг. Təbiətə valeh olmaq восторгаться природой
Azərbaycanca-rusca lüğət / valeh1 s. charmed, amazed, delighted, fascinated, captivated ~ olmaq to be* charmed / amazed / delighted / fascinated / captivated; to go* into rapture; ~ etmək to charm (d.), to amaze (d.) to fascinate (d.), to delight (d.), to captivate (d.)
Azərbaycanca-ingiliscə lüğət / valeh1 sif. charmé, -e, épaté, -e, ravi, -e, fasciné, -e, captif, -ve ; ~ olmaq être charmé, -e (épaté, -e, ravi, -e, fasciné, -e, captif, -ve) ; ~ etmək charmer vt, épater vt, ravir vt, fasciner vt, captiver vt
Azərbaycanca-fransızca lüğət / valeh1 [ər.] валегь, гьейран, ашукь, кьару; гьейран (ашукь, кьару) тир; valeh etmək а) валегь авун, гьейран авун, кьару авун; б) пер. бейгьуш авун, мест авун; valeh olmaq (qalmaq) валегь хьун, гьейран хьун, кьару хьун, ашукь хьун.
Azərbaycanca-ləzgicə lüğəti / valehVALEH1 ə. 1) heyrətə düşmüş, çaşıb qalmış; 2) vurğun, ehtirasa uymuş. VALEH2 ə. 1) qəzavü-qədər; tale, qismət; 2) sərab, ilğım; 3) ipək parça növü.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiheyran olmuş, məftun, vurğun.
Azərbaycan kişi adlarının izahlı lüğəti