* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Arada vasitə olma; vasitəçi işi; miyançılıq. [Bəxtiyar] axundun özünə müraciət etməyə, onun vasitəçiliyi ilə inəyini geri almağa qərar verdi. S.Hüseyn. □ Vasitəçilik etmək – arada vasitə olmaq. Mirzə Həbib ağa bir qafqazlıya vasitəçilik etmək fikri ilə rus konsuluna bir məktub yazdırmaq istəmiş. A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / vasitəçilik2 VASİTƏÇİLİK (arada vasitə olma) [Azər:] Mənə heç kəsin vasitəçiliyi lazım deyil (M.İbrahimov); MİYANÇILIQ Şirin: Qocalandan sonra başladı əvvəl miyançılığı (N.Vəzirov); VƏSATƏT ..ancaq onun vəsatətilə bir ayrı tacirdən böyük sələmlə pullanırıq (Çəmənzəminli); ARAÇILIQ.
Azərbaycan dilinin sinonimlər lüğəti / vasitəçilik2 сущ. посредничество; vasitəçilik etmək посредничать, быть посредником, выполнять функции посредника
Azərbaycanca-rusca lüğət / vasitəçilik