Kompüter vasitəçiliyi ilə kommunikasiya
Kompüter vasitəçiliyi ilə kommunikasiya (ing. computer-mediated communication, СМС) — iki və ya daha çox elektron cihazın istifadəsi ilə baş verən hər hansı insan kommunikasiyası. Termin ənənəvi olaraq kompüter vasitəçiliyi formatları (məsələn, ani mesajlaşma, e-poçt, söhbət otaqları, onlayn forumlar, sosial şəbəkə xidmətləri) vasitəsilə baş verən rabitələrə aid edilir. Lakin mətnlə mesajlaşma kimi mətnə əsaslanan qarşılıqlı əlaqənin digər formalarına da tətbiq edilmişdir. CMC ilə bağlı tədqiqatlar əsasən kompüter tərəfindən dəstəklənən müxtəlif kommunikasiya texnologiyalarının sosial təsirlərinə diqqət yetirir. Bir çox son tədqiqatlar sosial proqram təminatı ilə dəstəklənən və internetə əsaslanan sosial şəbəkələri əhatə edir.
== Formaları ==
Kompüter vasitəçiliyi ilə kommunikasiya iki formaya bölünür: sinxron və asinxron. Sinxron kompüter vasitəçiliyi real vaxt rejimində baş verən ünsiyyətə aid edilir. Bütün tərəflər eyni vaxtda ünsiyyətdə olurlar; lakin onların hamısının eyni yerdə olması mütləq deyil. Sinxron rabitə nümunələri video söhbətlər və "FaceTime" audio zəngləridir.