Vasko sözü azərbaycan dilində

Vasko

Yazılış

  • Vasko • 97.8495%
  • VASKO • 2.1505%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nataliya Vasko
Nataliya Lyubomirivna Vasko (ukr. Наталія Любомирівна Васько; 19 oktyabr 1972, Çervonoqrad[d], Lvov vilayəti) – Ukrayna aktrisası və televiziya aparıcısı. 1999–2019-cu illərdə Kiyev Milli Akademik Molodiy Teatrının aparıcı aktrisası olmuşdur. O, "Qur-qur yuvası" (2017) filmindəki roluna görə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyası üzrə "Qızıl Dziqa" mükafatını qazanmışdır. O, həmçinin Ukrayna Kino Akademiyasının üzvüdür. Vasko 19 oktyabr 1972-ci ildə Lvov vilayətinin Çervonoqrad şəhərində anadan olmuşdur. Gəncliyində "Nağıl" uşaq yaradıcılığı teatrında fəaliyyət göstərmişdir, burada şahzadələrdən tutmuş canavarlara qədər müxtəlif rollarda çıxış etmişdir. Məktəbi bitirdikdən sonra Kiyev Milli İ. K. Karpenko-Kari Teatr, Kino və Televiziya Universitetinə daxil olmuş və 1994-cü ildə universitetdən məzun olmuşdur. 4-cü kursda Kiyev Akademik Dram və Komediya Teatrında oynamağa başlamışdır. 1999–2019-cu illərdə Kiyev Milli Akademik Molodiy Teatrının aparıcı aktrisası olmuşdur.
Vasko da Qama
Vasko da Qama (1469 və ya təq. 1460, Sineş[d], Portuqaliya krallığı – 24 dekabr 1524, Koçin[d], Koçin knyazlığı[d]) — portuqaliyalı dəniz səyyahı. Avropadan Hindistana dəniz vasitəsilə səyahət etmiş ilk avropalı səyyah. Böyük coğrafi kəşflər'in əsas nümayəndələrindən biri. Manuel Vasko da Qama 1469-cu ildə anadan olub. 1497-ci ildə Portuqaliya kralı I Manuel Hindistana dəniz yolunu kəşf etmək üçün Vasko da Qamanın başçılığı ilə o ölkəyə dəniz ekspedisiyası göndərdi. O, Afrika qitəsini keçərək Hind okeanına çıxmış və qitənin şərq sahilindəki Malindi limanında ərəb dənizçisi Əhməd ibn Məcidi özünə losman götürərək, onun köməyi ilə Hindistanın Kalikut (indiki Kojikode) şəhərinə gəlir və bununla da Hindistana dəniz yolunu kəşf edir. Hindistanla ticarəti öz əllərində saxlayan ərəb tacirləri portuqalların bura gəlişindən narahat olaraq, Kalikut hakiminin sahilə çıxan portuqalları həbs etdirməsinə nail olurlar. Buna cavab olaraq Vasko da Qama gəmiyə baxmağa gələn hind əyanlarını buraxmır. Racənin əyanlar üçün göndərdiyi qayığı isə atəşə tuturlar.
Vasko Nunez de Balboa
Vasko Nunyes de Balboa (isp. Vasco Núñez de Balboa; təq. 1475 – 15 yanvar 1519) — İspaniya səyyahı və konkistadoru. Amerikada ilk daimi avropalı şəhərinin əsasına qoymuş və Sakit okean sahillərinə çıxmış birinci avropalı olmuşdur. Mirvari adalarını kəşf etmişdir. Balboa təxminən 1475-ci ildə Xeres-de-los-Kabalyerosda əsil-nəcabətli bir ailədə dünyaya gəlmişdir. Onun əcdadları İspaniyanın şimal-qərbində yerləşən Balboa qəsrinin sahibləri idi. Onun anası de Badaxos nəslinə aid idi, atası isə Nunyo Arias de Balboa adlı idalqo idi. Vaskonun erkən həyatı haqqında ailədə dörd oğlandan üçüncüsü olmasından başqa az şey bilinir. Yeniyətmə illərində isə o, Don Pedro de Portokarrero adlı əsilzadəyə paj və silahdaşıyan kimi xidmət etmişdir.
Vasko Nunyes de Balboa
Vasko Nunyes de Balboa (isp. Vasco Núñez de Balboa; təq. 1475 – 15 yanvar 1519) — İspaniya səyyahı və konkistadoru. Amerikada ilk daimi avropalı şəhərinin əsasına qoymuş və Sakit okean sahillərinə çıxmış birinci avropalı olmuşdur. Mirvari adalarını kəşf etmişdir. Balboa təxminən 1475-ci ildə Xeres-de-los-Kabalyerosda əsil-nəcabətli bir ailədə dünyaya gəlmişdir. Onun əcdadları İspaniyanın şimal-qərbində yerləşən Balboa qəsrinin sahibləri idi. Onun anası de Badaxos nəslinə aid idi, atası isə Nunyo Arias de Balboa adlı idalqo idi. Vaskonun erkən həyatı haqqında ailədə dörd oğlandan üçüncüsü olmasından başqa az şey bilinir. Yeniyətmə illərində isə o, Don Pedro de Portokarrero adlı əsilzadəyə paj və silahdaşıyan kimi xidmət etmişdir.
Fernanda Vaskonsellos
Fernanda de Vasconcellos Galvez (14 sentyabr 1984, Sao Paulo) — Braziliya aktrisası.
Joze Mauru di Vaskonselos
Joze Mauru di Vaskonselos (port: José Mauro de Vasconcelos; 24 fevral 1920 və ya 26 fevral 1920, Rio-de-Janeyro – 24 iyul 1984, San Paulo) — Braziliyalı yazıçı. == Həyatı == XX əsr Braziliya Ədəbiyyatının öncüllərindən sayılan Joze Mauru di Vaskonselos 26 fevral 1920-ci ildə Rio de Janeyroda, portuqal - yerli hindu qarığışı bir ailədə doğulmuşdur. Ailəsi kasıb olduğu üçün, hələ uşaq yaşlarında, Rio Qrande du Norte ştatının mərkəzi Natal şəhərində, əmisigildə yaşamalı olur. Onun uşaqlıq və gənclik illəri burada keçir. Paulu Setubal, Qrasiliano Ramos və Joze Linj du Requ kimi yazarlar başda olmaq üzrə Braziliya ədəbiyyatından müxtəlif müəlliflərin romanlarını zövqlə oxumuşdur. Natalda iki il tibb fakültəsində oxuduqdan sonra təhsilini yarımçıq saxlayıb, Rio de Janeyroya qayıdır. Burada müxtəlif işlərlə məşğul olur: boks məşqçisi, banan satışı, balıqçı, müəllim, ofisiant… Bütün bu həyat təcrübəsi, onun yaddaşı, qeyri-adi xəyal gücü və hekayələri möhtəşəm üslubda çatdırmaq qabiliyyəti ilə birləşərək, dünya səviyyəsində keyfiyyətli əsərlərin meydana çıxmasına səbəb oldu. Əsərləri tərcümə edilərək Avropaya, ABŞ-a, Yaponiyaya, digər Latın Amerikası ölkələrinə yayıldı. Hətta bəzi əsərləri əsasında kino və teatr əsərləri ortaya çıxdı. Ona ilk məşhurluq gətirən əsər, 1942-ci ildə nəşr edilən “Cır Banan” (Banana Brava) əsəri olmuşdur.
Vaskonlar
Vaskonlars (lat. Vascones, təkdə Vasco) — Roma istilası zamanı indiki İspaniyanın Navarra, Rioxa vilayətləri və Araqonun şimal-qərbində yaşamış qədim xalq. Vaskonlar öz adlarını miras almış müasir baskların əcdadlarıdır. Akitanlar və kantabrlardan fərqli olaraq, vaskonlar Roma imperiyasında özləri üçün müəyyən bir status müzakirə edə bilmişdilər. Kvint Sertoriyə qarşı müharibə zamanı Pompey qərargahını vaskonlar ərazisində qurmuşdur. IV–V əsrlərdə Vaskoniya ərazisində dəfələrlə üsyanlar baş verdi. Collins, Roger. «The Vaccaei, the Vaceti, and the rise of Vasconia.» Studia Historica VI. Salamanca, 1988. Reprinted in Roger Collins, Law, Culture and Regionalism in Early Medieval Spain. Variorum, 1992.
Vaskoniya hersoqluğu
Vaskoniya hersoqluğu (bask Baskoniako dukerria, fr. duché de Vasconie) — VII–IX əsrlərdə müasir Fransanın cənub-qərbində mövcud olmuş orta əsr hersoqluğu. Adını müasir baskların əcdadları olan vaskon qəbiləsindən almışdır. IX əsrin sonunda Vaskoniyanın yerində Qaskon hersoqluğu yaranmışdır. Ən böyük çiçəklənmə dövründə hersoqluğun strukturuna tarixi Fransanın Qaskon regionu, eləcə də sonradan Pamplona (Navarra) krallığının əsasına çevrilən Pamplona şəhəri ətrafında və Pireney dağlarının cənubundakı torpaqlar daxil idi. . Auñamendi Encyclopedia: Ducado de Vasconia. Sedycias, João. História da Língua Espanhola.

Oxşar sözlər

#vasko nədir? #vasko sözünün mənası #vasko nə deməkdir? #vasko sözünün izahı #vasko sözünün yazılışı #vasko necə yazılır? #vasko sözünün düzgün yazılışı #vasko leksik mənası #vasko sözünün sinonimi #vasko sözünün yaxın mənalı sözlər #vasko sözünün əks mənası #vasko sözünün etimologiyası #vasko sözünün orfoqrafiyası #vasko rusca #vasko inglisça #vasko fransızca #vasko sözünün istifadəsi #sözlük