Veysəlli sözü azərbaycan dilində

Veysəlli

Yazılış

  • Veysəlli • 99.8564%
  • VEYSƏLLİ • 0.0718%
  • veysəlli • 0.0718%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Veysəlli
Veysəlli (Göyçay)
Aşağı Veysəlli
Aşağı Veysəlli — Azərbaycan Respublikasının Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Etimologiyası == Kəndin adı Qarabağda orta əsrlərdə yaşamış Otuziki tayfasının Veysəlli oymağının adındandır. == Tarixi == SSRİ dövründə kənd ərazisində "Şəfəq" kolxozu təşkil edilmişdir. Şuşa xanlığının Vərəndə ərazisinin Veysəlli obası "Kor bulaq"-ın üstündə yerləşmişdir, erməni müsalman davası başladıqda, Təxminən 1830-1840-cı illərdə Qızıl qaya ətəyinə köçən Veysəlli tayfasının bir hissəsi əvvəlki yurdlarına yox, bir az aşağı, "Qara Kəhriz"-in üstündə olan Köyək dağının ətəyinə qayıdraq məskən salmağa başlamışlar.Həmin vaxt Veysəlli camahatı köyək dağının sol hissəsində olan "Kor bulaqdErməni biçinçilərinin başlamış ixtişaşı nəticəsində, yenidən köçərək Qızıl qayanın yaxınlığına dədə-baba qış yatağına qayıtmışlar, ara sakitləşdikdən sonra təxminən 1855-ci ildə Veysəlli obasının bir qismi yenidən qayıdaraq Sultanalı bulağından aşağıda dəyirmanın aşağısı olan “Toola düzü”-ndə məskunlaşmışlar.Təxminən 1870-ci ildə yenidən Erməni Rus işğalı olmuşdur, Veysəlli obası yenə qış yatağı olan qızıl qaya ətəyinə köçmüşdür.1883-cü ilin əvvəllərində yenidən Qızıl qaya ilə köyək dağının arasında yerləşən Qara qayanın ətəyinə qayıtmışlar və burada ata yurdları olan Tikanlıq “Güney çartaz” ərazinin bir adını güney oba öz obalarına qoymuşlar, həmin dövrlərdə Veysəlli obasında su olmadığından övladı olmayan Türk əsilli bir kişi Veysəlli obaya qobu qırağı yerdə bulağ çəkdirmişdir adına isə el arasında “Qara bulaq”qoymuşlar. Veysəlli tayfasının ata baba yurdunun yaxınlığıda soltanalı bulağı və obanın qəbirstanlığı isə soltanalı bulağının üst tərəfində nəzarətsiz qalmışdır ermənilər həmin ərazini zəbt etmişlər.Veysəli obasının bir hissəsidə ağbaşlı dağının ətəyində qaya bulağın aşağısına qayıdaraq məskən salmışlar. Veysəlli obasının əsil yurdunda isə Köyək dağı ilə ağbaşlı dağı arası olan hissədə irandan gətirilmiş erməni biçinçiləri öz obalarını salaraq tikanlıq ərazini (Çartaz) adlandıraraq erməni biçinçilər məskan salmışdır obalarının birinində adını İsvahançıq (balaca isvahan) qoymuşlar. Qarabulaq dairəsinin adını dəyişərək Rus nümayəndəsi olan Karyagin qoymuşlar, beləliklə Qarabağın gözü olan qarabulaq dairəsi yaddan çıxarılmağa başlamışdır. Beləliklə 1887-ci illərdə türk obası olan Veysəlliyə erməni-rus hücumu olmuşdur və yüzlərə oba camaatı canını fəda verərək qətlə yetirilmişdir ancaq obaları Veysəllini tərk etməmişlər. Veysəlli obasında Tahirlilər tayfası,Bəyimlər tayfası, Nurular tayfası, Bağırlılar tayfası,Hüsənlilər tayfası Sadıxlılar tayfası Hümbətalılar tayfası Ələskərlilər tayfasııdan ibarət olmuşdur.
Daş Veysəlli
Daş Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Daş Veysəlli oyk., mür. Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Oykonim daş (qayalıq, daşlıq) və Veysəlli (etnotoponim) komponentlərindən ibarət olub "daşlıq, qayalıq ərazidə olan Veysəlli kəndi" deməkdir. Oykonimin birinci komponenti kəndin relyefini təyin etməklə bərabər yaşayış məntəqəsini r-nun ərazisindəki Göyərçin Veysəlli kəndindən fərqləndirməyə də xidmət edir. == Mədəniyyəti == Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kəndinin inzibati ərazi vahidinə daxil olan kənd Gəyan çölündə yerləşir.
Fəxrəddin Veysəlli
Fəxrəddin Yadigar oğlu Veysəlli — filologiya elmləri doktoru, professor. === Həyat yolu === Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Yadigar oğlu Veysəlli 1943-cü il mayın 11-də Kürdəmir rayonunun Yenikənd kəndində ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq illəri ağır və çətin şəraitdə keçən Fəxrəddin (beşinci sinifdən onuncu sinfədək oxuduğu kənd məktəbinin bütün təmizlik işlərini, odun-ocağını, bostan və bağını, gözətçiliyini sol qıçını müharibədə itirmiş atası Yadigar kişinin əvəzinə öz üzərinə götürməli olmuşdu) həmin kənddə orta məktəbi bitirib, 1960-cı ildə M.F.Axundov adına APDİ-nin Avropa dilləri fakültəsinin alman dili şöbəsinə qəbul olunur. İnstitutu 1965-ci ildə əla qiymətlərlə bitirdiyindən doğma ali məktəbdə müəllim saxlanılır, ancaq hələ tələbə ikən təhsil aldığı institutda laborant vəzifəsində çalışmağa başlayır. Onun elmə və təhsilə olan marağını yüksək qiymətləndirən müəllimləri dosent T.R.Əhmədova və professor F.Ə.Seyidov yeni dərs ilindən onu müəllim ştatına işə götürürlər. Cəmi dörd ay işlədikdən sonra Fəxrəddin müəllim hərbi xidmətə çağırılır. Batumidə hərbi xidmətini başa vurduqdan sonra o, doğma instituta qayıdaraq müəllimlik fəaliyyətini davam etdirir. === Elmə gəlişi === Hələ tələbə ikən o, elmi-tədqiqat işlərinə olan dərin marağı ilə institut müəllimlərinin diqqətini özünə cəlb etmişdi. İnstitutun beşinci kursunda oxuyarkən o zaman ittifaqın müxtəlif bölgələrindən gənc tədqiqatçıların iştirak etdiyi Tbilisi konfransında onun "F.Şiller və Azərbaycan səhnəsi" mövzusunda alman dilində etdiyi məruzəsi konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdi. Elə həmin il institut rəhbərliyi təhsilini davam etdirmək üçün onu o zamankı ADR-ə göndərməyi qərara aldı.
Göyərçin Veysəlli
Göyərçin Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Göyərçin Veysəlli oyk., mür. Cəbrayıl rayonunun Şahvəlli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Əsli Göyərcik Veysəllidir. Oykonim Göyərcik (kənd adı) və Veysəlli (etnotoponim) komponentlərindən düzəlib, "Göyərcik kəndi yaxınlığındakı Veysəlli kəndi" deməkdir. Birinci komponent eyni zamanda kəndin adını Daş Veysəlli kəndinin adından fərqləndirməyə xidmət edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Nemət Veysəlli
Nemət Bayramalı oğlu Veysəlli (21 mart 1941, Yuxarı Veysəlli, Qaryagin rayonu – 25 mart 2023) — Azərbaycan Yazıçılar Birliyinin (1985) və Azərbaycan Jurnalistlər Birliyinin (1978) üzvü. == Həyatı == Nemət Veysəlli 1941-ci il martın 21-də Qaryagin rayonunun (indiki Füzuli) Yuxarı Veysəlli kəndində anadan olmuşdur. Yeddillik kənd məktəbini bitirdikdən sonra sabiq Martuni (indiki Xocavənd) rayonunun beynəlmiləl (1957–1959) orta məktəbində təhsil almışdır. Horadiz pambıqtəmizləmə zavodunda (1960) fəhlə işləmişdir. 1961–1964-cü illərdə Sovet ordusu sıralarında qulluq etmişdir. Bir müddət Bakı Şin zavodunda fəhlə (1964–1975), sonralar isə böyük tərbiyəçi vəzifəsində çalışmışdır.Azərbaycan Dövlət Universitetinin jurnalistika (1965–1971) fakültəsini bitirmişdir. Nemət Veysəlli çox mənalı və zəngin həyat yolu keçmişdir. Onun dünyaya gəldiyi dövr çox ağır və məşəqqətli illərlə bağlı idi. Müharibə dövrü və onun sonraya miras qoyduğu üzüntülər bütün ailələrin probleminə çevrilmişdi. == Fəaliyyəti == N. Veysəllinin ədəbi fəaliyyət göstərdiyi illərdə Azərbaycan mətbuatında və publisistikasında yeni bir dönüş yaranmışdır.
Veysəlli (Göyçay)
Veysəlli — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin, eləcə də bəylərin, din xadimlərinin siyahıya alınması sənədinə əsasən Çar Rusiyası dövründə Veysəlli adlı daha bir kənd 1832, 1849, 1864 illərdə Bakı quberniyasının, Şamaxı qəzasının, Bərgüşad mahalının kəndi kimi yazılmışdır. Bu kənd 1873, 1886 illərdə aparılmış əhalinin siyahıya alınması sənədlərində Bakı quberniyasının, Göyçay qəzasının, Bərgüşad mahalının kəndi kimi göstərilmişdir. Bu kəndin əhalisi Qarabağın Veysəlli kəndindən köçmədir. 1832 ildə aparılmış əhalinin siyahıya alınmasına istinadən, 82 ailədən ibarət Veysəllinin 198 nəfər kişi sakini olmuşdur. Siyahıya alınmada qadınların sayı göstərilməmişdir.1849 ildə aparılmış siyahıya alınmaya görə, 33 tüstüdən ibarət Veysəllidə 99 kişi yaşamış, qadınların sayı göstərilməmişdir. 1864 ildə aparılmış siyahıya alınmaya istinadən, əhalinin ümumi sayı 180 nəfər olmaqla 35 tüstüdən ibarət Veysəllidə 94 kişi, 86 qadın yaşamışdır. 1873 ildə aparılmış siyahıya alınmaya görə, əhalinin ümumi sayı 160 nəfər olmaqla 36 tüstüdən ibarət Veysəllidə 86 kişi, 64 qadın yaşamışdır. 1886 ilin siyahıya alınmasına istinadən, əhalinin ümumi sayı 192 nəfər olmaqla 48 tüstüdən ibarət Veysəllinin 100 kişi, 92 qadın sakini olmuşdur. Veysəllidə müxtəlif illərdə bəylərin və din xadimlərinin onların ailə üzvlərinin siyahıya alınması aparılmış, illərə görə yaşları göstərilmişdir. == Toponimikası == Veysəlli. Göyçay r-nunun Mırtı i.ə.v.-də kənd.
Yuxarı Veysəlli
Yuxarı Veysəlli — Azərbaycan Respublikasının Füzuli rayonunun Veysəlli inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 22 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. https://m.youtube.com/watch?v=w9vbOSU41jASSRİ dövründə kənd ərazisində "Sosializm" kolxozu təşkil edilmişdir. 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Toponimikası == Yuxarı Veysəlli oyk. Füzuli rayonunun Veysəlli i.ə.v.-də dağətəyi kənd.Xocəvənd qəsəbəsindən 3 km.məsafədə,Füzuli şəhərindən 21 km.məsafədə yerləşir.Keçmiş adı Veysəlli olmuşdur.Sonralar ondan yaranmış yeni kənd Aşağı Veysəlli,bu yaşayış məntəqəsi isə Yuxarı Veysəlli adlandırılmışdır.Veysəlli kəndin əsasını qoymuş nəslin adıdır.Əhalisi:22 fevral 1992-ci ildə kənd işğal olunanadək kənddə 120 ev,əhalinin sayı isə 1000 nəfərə yaxın olmuşdur.Bütün evlər təbii qaz,elektrik,su və telefonla təchiz edilmişdir.Kənddə yeni orta məktəb,uşaq bağçası,kitabxana,tibb məntəqəsi,kinoklub,poçt,mağaza olmuşdur. == İqtisadiyyatı == Yuxarı Veysəlli kəndində təşkil olunan “Sosializm”kolxozu üzümçülük,taxılçılıq və heyvandarlıq sahəsində rayonun ən qabaqçıl təsərrüfatlarından biri olub.1980-ci ilin əvvəllərində kolxoz ildə 2800-3000 ton üzüm istehsal edib.1961-ci ildən 1995-ci ilədək,(kolxozlar ləğv edilənədək)34 il“Sozializm”kolxozunun İdarə Heyətinin sədri, təcrübəli rəhbər Hətəm Allahverdi oğlu Hətəmov olmuşdur.”Sosializm”kolxozu,qonşuluqdakı erməni əhalidən ibarət olan,Xocəvənd rayonunun(keçmiş DQMV)Çartaz kəndinin “Kommunizm”kolxozu ilə uzun illər rəqabət yarışında olmuşdur və 1980-ci illərdə bir çox iqtisadi göstəricilərinə görə “Kommunizm”kolxozundan üstün olmuşdur. == Həmçinin bax == Yuxarı Veysəllinin işğalı:video. https://www.youtube.com/watch?v=5_kKWWSjdCs Füzuli rayonu Aşağı Veysəlli == Xarici keçidlər == Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti == Mənbə == Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab.
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki — Nadir şah Qırxlı-Avşarın münşisi, Pənahəli xan Sarıcalı-Cavanşir in xarici işlər vaziri, şair Mirzə Məmmədqulu Təbibin ulu babası. == Həyatı == Mirzə Məhəmmədəli ağa Məhəmmədxan ağa oğlu 1700-cü ildə Otuziki elinin Veysəlli oymağinda doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, öncə Osmanlı ordusunda qulluq etmiş, sonra ordudan qaçıb Nadirqulu xan Qırxlı-Avşarın dəstəsinə qoşulmuşdu. Nadirqulu xan özünü şah elan edəndən sonra onun divanında münşi vəzifəsində xidmət etmişdi. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə yazır: "Qəfranpənah Mirzə Məhəmmədəli isə cənnətməkan, nadiri-zəman Nadir şahın hüzurunda xass dəbir və münşilərdən imiş ki, bəvasiteyi-təğyiri-zəman və inqilabi dövran İran torpağından qəti-əlaqə edib Qarabağa təşrif gətirib Veysəlli nam qəryəsində təəhhül etmiş..." Müəllif Mirzə Məhəmmədəli ağanı gəlmə kimi göstərir. Halbuki, onun atası Məhəmmədxan ağa, anası Ümmülbanu xanım əslən və nəslən Veysəlli oymağından idilər. Nadir şahın qətlindən sonra Qarabağa dönən Mirzə Məhəmmədəli ağa Pənahəli xanın divanxanasında münşi (xarici işlər yazışmalarına nəzarət edirdi) kimi çalışmışdı. Mirzə Məhəmmədəli ağanın Qayıb bəy adlı oğlu vardı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.14 dəfə / 1 mln.
2003 0.79
2004 0.34
2005 0.67
2006 0.45
2007 •• 3.81
2008 ••••• 9.99
2009 •• 4.00
2010 2.09
2011 •• 2.66
2012 ••• 6.20
2013 •••• 7.44
2014 •••••• 13.39
2015 ••••• 11.06
2016 •• 3.64
2017 •••••••••••••••••••• 47.96
2018 •••••••••••••••••• 42.25
2019 •••• 9.46
2020 •••• 9.28

Oxşar sözlər

#veysəlli nədir? #veysəlli sözünün mənası #veysəlli nə deməkdir? #veysəlli sözünün izahı #veysəlli sözünün yazılışı #veysəlli necə yazılır? #veysəlli sözünün düzgün yazılışı #veysəlli leksik mənası #veysəlli sözünün sinonimi #veysəlli sözünün yaxın mənalı sözlər #veysəlli sözünün əks mənası #veysəlli sözünün etimologiyası #veysəlli sözünün orfoqrafiyası #veysəlli rusca #veysəlli inglisça #veysəlli fransızca #veysəlli sözünün istifadəsi #sözlük