Vyetnam sözü azərbaycan dilində

Vyetnam

Yazılış

  • Vyetnam • 99.5342%
  • vyetnam • 0.3726%
  • VYETNAM • 0.0932%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Montanyarlar (Vyetnam)
Thıonqlar (vyet. người Thượng, tı-nom: 𠊚上; mənası – dağlılar), montanyarlar (fr. Montagnard) və ya moilər (vyet. Mọi; mənası – vəhşilər, cahillər) — Birinci Hindçin müharibəsinə qədər yuxarı təbəqələrin və müstəmləkəçilərin Cənubi Vyetnamda dağlı xalq qruplarına verdikləri ümumi ad. Moi termini monkhmer və İndoneziya dillərinə danışan, müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan 30-dan çox xalq və etnik qrupları əhatə edirdi. Sidney Jones, Malcolm Smart, Joe Saunders, HRW. (2002). Repression of Montagnards: Conflicts Over Land and Religion in Vietnam's Central Highlands. Human Rights Watch. ISBN 1-56432-272-6. United States Congress.
Vyetnam Dövləti
Vyetnam Dövləti (vyet. Quốc gia Việt Nam) — 1949–1955-ci illərdə Cənub-Şərqi Asiyada mövcud olmuş monarxist Fransayameylli dövlət. Bu, 1949–1954-cü illərdə Fransa İttifaqının üzvü, 1955-ci ildə isə müstəqil ölkə kimi mövcud olmuşdur. və 1949-1954-cü illərdə Vyetnamın bütün ərazisi üzərində hakimiyyətə iddia etmişdi. Dövlət 1949-cu ildə Fransa İttifaqının tərkibində Fransa tərəfindən yaradılmış və 1950-ci ildə beynəlxalq səviyyədə tanınmışdır. Keçmiş imperator Baoday dövlət başçısı olmuşdu. 1954-cü ildə Nqo Din Zyem baş nazir təyin edilmiş və 1955-ci ildə referendum ilə Baoday hakimiyyətdən kənarlaşdırılmış, Vyetnam Respublikasını elan edilmişdir. Angstrom, Jan; Widen, J.J., Contemporary Military Theory: The Dynamics of War (revised), Routledge, 2014, ISBN 9781136169205 de Moor, Jaap A.; Wesseling, H. L., redaktorlar Imperialism and War: Essays on Colonial Wars in Asia and Africa. Comparative Studies in Overseas History. 8 (illustrated).
Vyetnam Televiziyası
"Vyetnam Televiziyası" (qısaldılması «VTV», vyet. Đài Truyền hình Việt Nam) — Vyetnam mərkəzi dövlət televiziyası. Vyetnamdakı bütün media kimi, televiziya da dövlətə məxsusdur. Dövlət büdcəsindən maliyyələşir və Mədəniyyət, İdman və Turizm Nazirliyinə tabedir.
Vyetnam polisi
Vyetnam Xalq İctimai Təhlükəsizliyi (vyet. Công an Nhân dân Việt Nam) — İctimai Təhlükəsizlik Nazirliyinin nəzarəti altında olan Vyetnamın əsas polis və təhlükəsizlik qüvvələri. Vyetnam Xalq Silahlı Qüvvələrinin bir hissəsidir və Vyetnam Kommunist Partiyasının faktiki nəzarəti altındadır. Xalq İctimai Təhlükəsizliyinin səlahiyyətləri 27 noyabr 2014-cü ildə qəbul edilmiş 73/2014/QH13 saylı qanuna əsasən tənzimlənir.
Filippin–Vyetnam münasibətləri
Vyetnam–Filippin münasibətləri — Vyetnam və Filippin arasındakı mövcud ikitərəfli münasibətlər. Vyetnam Sosialist Respublikası ilə Filippin arasında ilk diplomatik əlaqələr 12 iyul 1978-ci ildə qurulmuşdur. İki ölkə arasında bir başa quru sərhəddi yoxdur. == Tarixi == === Vyetnam müharibəsi 1957–1975 === 1955-ci ilin iyulunda Filippin Prezidenti Roman Maqsaysay Cənubi Vyetnamı müstəqil dövlət olaraq tanıyır. Filippin tibbi persponalını Vyetnam müharibəsində Şimali Vyetnama qarşı vuruşan Cənubi Vyetnam qüvvələrinə yardım məqsədilə göndərir. Bununla yanaşı Roman Maqsaysay açıq şəkildə ABŞ-nin apardığı müharibədə ona istənilən dəstəyi verməsini bəyan edir. Ancaq Filippin müharibəyə ancaq mülki kontingent göndərmişdir. 1964-cü ilin oktyabrında Cənubi Vyetnama iki qrumpdan ibarət tibb işçiləri göndərilir (bura 68 nəfər daxil idi). 1966-cı ildfə isə sayı min nəfər olan mülki şəxs göndərilmişdir. Bunlara hərbi xitmətdə olan ancaq fəal hərbi əməliyyatlarda iştirak etməyən hərbi kəkimlər, mühəndis-inşaatçılar, kənd təsərrüfatı sahəsi mütəxəsisləri və s daxil idi.
Vyetnam
Vyetnam (vietnamca. Việt Nam) rəsmi olaraq Vyetnam Sosialist Respublikası (VSR) Cənub-Şərqi Asiyanın şərq hissəsində yerləşən sahəsi 331,212 kvadrat kilometr olan bir ölkədir və 99 milyon əhalisi onu dünyanın ən sıx 5-ci ölkəsi edir. Vyetnam şimaldan Çinlə, qərbdə Laos və Kamboca ilə quru sərhədlərini bölüşür. Siam körfəzi vasitəsilə Tailandla, Cənubi Çin dənizi vasitəsilə Filippin, İndoneziya və Malayziya ilə dəniz sərhəddini bölüşür. Paytaxtı Hanoi (vyet. Hà Nội) və ən böyük şəhəri Ho Chi Minhdir (vyet. Hố Chí Minh) (ümumiyyətlə keçmiş adı Sayqon ilə xatırladır). 2018-ci ildə Vyetnamın əhali sayısı təxminən 95,5 milyon idi. 2023-cü ildə əhalinin sayı 100 milyonu keçib Vyetnamda müxtəlif dini inanclar mövcuddur. Burada əsasən buddizm, konfusiyalıq və daosizm geniş yayılıb.
Cənubi Vyetnam
Vyetnam Respublikası (vyet. Việt Nam Cộng Hòa) və ya digər adıyla Cənubi Vyetnam (vyet. Nam Việt Nam) — Soyuq müharibə dövründə Qərb blokunun üzvü, 1955-1975-ci illərdə Vyetnamın cənub hissəsində mövcud olmuş dövlət.
Vyetnam Respublikası
Vyetnam Respublikası (vyet. Việt Nam Cộng Hòa) və ya digər adıyla Cənubi Vyetnam (vyet. Nam Việt Nam) — Soyuq müharibə dövründə Qərb blokunun üzvü, 1955-1975-ci illərdə Vyetnamın cənub hissəsində mövcud olmuş dövlət.
Vyetnam bayrağı
Vyetnam bayrağı — Vyetnamın Dövlət bayrağı Vyetnamın dövlət bayrağı rəsmi qaydada 1955-ci ilin noyabr ayının 30-da qəbul edilmişdir. Bayrağın mərkəzindəki sarı beşguşəli ulduz Vyetnam Kommunist Partiyasının liderliyini tərənnüm edir. Qırmızı rəng sosialist inqilabının uğurunu təmsil edir. Ulduzun beş guşəsi isə fəhlələri, kəndliləri, əsgərləri, ziyalıları və gəncləri təcəssüm edir. Ölçüsü 2:3 nisbətindədir.
Vyetnam coğrafiyası
Vyetnam - Cənub Şərqi Asiyada yerləşir. Ölkə Hind-Çin yarımadasının şərq sahili boyu 1600 km məsafədə şimaldan cənuba doğru uzanır. Qərbdə Laos və Kamboca, şimalda Çin ilə həmsərhəddir. Cənub və şərqdən Cənubi Çin dənizi ilə sərhəddir. Vyetnm ərazisinin 80 %-ni alçaq və orta hündürlüklü dağlar təşkil edir. Şimalda bir birinə paralel olan qırışıq-qayma dağ silsilələri uzanır. Silsilələr cənub-şərq istiqamətdə yerləşir. Hoanqlenşon (Vyetnamın ən yüksək zirvəsi Fanşipan - 3143 m), Şusunqtyaotyay, Şamşao silsilələri dar və dərin vadilərlə bir birindən ayrılır. Vyetnamın qərb sərhədləri boyu Annams (Çıonqşon) dağ silsiləsi uzanır. Ölkənin mərkəzində və cənub hissəsində bazalt mənşəli Pleyk, Daklak, Lamven, Zilin yaylaları yerləşir.
Vyetnam dili
Vyetnam dili (3 milyon xaricdə olanlar daxil olmaqla)(tiếng Việt; 㗂越) Vyetnamın milli və rəsmi dilidir.Vyetnam dili Vyetnam xalqının və üç milyon xaricdə yaşayan Vyetnamlıların ana dilidir.Avstroasiya dil ailəsinin bir hissəsidir.
Vyetnam himni
Vyetnam himni — Vyetnamın milli marşı.
Vyetnam müharibəsi
Vyetnam müharibəsi, Azərbaycandilli sovet mənbələrində Vyetnamda Amerika təcavüzü - Vyet Konq kimi tanınan Şimali Vyetnamın kommunist hərəkatı və müttəfiqlərinin Cənubi Vyetnam və onun əsas müttəfiqi olan ABŞ-yə qarşı durduğu uzunmüddətli və baha başa gələn bir münaqişə olmuşdur. Müharibə 1954-cü ildə, Şimali Vyetnamda Xo Şi Min və onun kommunist Vyet Minh partiyasının hakimiyyətə gəlməsi ilə başlamış və iki fövqəldövlət, ABŞ və SSRİ arasında Soyuq Müharibə nəticəsində daha da şiddətlənmişdir. Vyetnam müharibəsində yarıdan çoxu Vyetnamın dinc əhalisi olmaqla, 3 milyon insan (58 000 amerikalı) həlak olmuşdur. 1969-cu ildən etibarən, ABŞ-nin müharibəyə ən yaxından cəlb olunduğu dövrdə Vyetnam münaqişəsində 500 000 nəfərdən çox hərbi qulluqçu iştirak etmişdir. 1973-cü ildə prezident Riçard Niksonun ABŞ qüvvələrinin geri çəkilməsi haqqında əmrindən həm əvvəl, həm də sonra ABŞ-də müharibə əleyhdarı qüvvələrin artması amerikalılar arasında daha ciddi fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. 1975-ci ildə kommunist qüvvələrin Sayqonu ələ keçirməsi ilə Vyetnam müharibəsi bitmiş və növbəti il ölkə Vyetnam Sosialist Respublikası adı altında birləşdirilmişdir. İkinci Dünya müharibəsi dövründə Yaponiya Cənub-Şərqi Asiyada, Hind-Çin yarımadasının şərq ucqarında yerləşən və 19-cu əsrə qədər Fransanın hakimiyyəti altında olmuş Vyetnama qoşun yeritdi və onu işğal etdi. Çin və Sovet kommunizmindən ilhamlanan Ho Çi Minh Yaponiya və Fransa müstəmləkə idarəçiliyi ilə mübarizə aparmaq üçün Vyet Minhi, Müstəqil Vyetnam Liqasını yaratdı. 1945-ci ildə Yaponiya müstəqil Vyetnamın idarəsini Fransız təhsilli İmperator Bao Daiyə buraxaraq öz qoşunlarını geri çəkdi. Ho Çi Minhin Vyet Minh qüvvələri dərhal ayağa qalxaraq Hanoyun şimal şəhərini ələ keçirdi və Honun prezidentliyi altında Demokratik Vyetnam Respublikasını (VDR) elan etdi.
Vyetnam mədəniyyəti
Vyetnam mədəniyyəti — Hind-Çin yarımadasında Cənub-Şərqi Asiyada yerləşən Vyetnam Sosialist Respublikasının mədəniyyəti. Vyetnamlılar çox zəngin və unikal mədəniyyətə malik sülhsevər bir xalqdır. Vyetnamın əksər əhalisini vyetlər və 50-dən çox azsaylı xalqlar təşkil edir. Bunlar txay, txo, nunq, mionq, tiyam, kxmer, xaray, edə və başqa xalqlardır. Aparılmış arxeoloji qazıntılar göstərir ki, vyetnamlıların çox qədim tarixi vardır. XX əsrdə artıq bütün dünyada tanınmış Xoabin mədəniyyəti mezolit dövrünə, Bakşon mədəniyyəti neolit dövrünə aid edilmişdir. Vyetnam ərazisində Alt paleolit dövrünə aid də arxeoloji mədəniyyət aşkar olunmuşdur. Vyetnam haqqında əksər təsəvvürlər isə e.ə. 2000-ci ilə təsadüf edir. Qədim bir əfsanəyə görə ölkənin hökmdarı əjdaha – imperator Lak Lonq dağlara gəzintiyə çıxaraq orada pəri quşu Aukoya rast gəlmiş, sevib ailə qurmuşlar.
Vyetnam mətbəxi
Vyetnam mətbəxi — Hind-Çin yarımadasında Cənub-Şərqi Asiyada yerləşən Vyetnam Sosialist Respublikasının mətbəxi. Vyetnam mətbəxi qeyri-adiliyi və zərif dadıyla digərlərindən fərqlənir. Qonşu mətbəxlərdən nə Çin, nə Koreya, nə də yapon mətbəxinə oxşamır. Eyni zamanda bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Nanə, keşniş, balıq sousu, istiot, sarımsaq Vyetnam yeməklərinə özünəməxsus ətir verir. Acı olmayan zərif ədviyyatlar, yağdan minimal dərəcədə istifadə, düyü yeməklərinin, tərəvəzlərin, dəniz məhsullarının rəngarəngliyi Vyetnam mətbəxini həm dadlı, həm də orqanizm üçün faydalı edir. Uzun illər Fransanın müstəmləkəsi olmuş ölkədə fransız mətbəxinin ənənələri də geniş yayılıb. Vyetnam mətbəxində fransız təsiri özünü ilk növbədə paştet və pendirdə göstərir. Ölkə həmçinin fransızların qəhvəyə olan məhəbbətini də mənimsəyib. Vyetnam mətbəxi öz müxtəlifliyinə görə də digərlərindən çox fərqlənir.
Vyetnam qətliamı
Sonqmi qətliamı (vyet. Thảm sát Sơn Mỹ) və ya Mi Lai qətliamı (vyet. Thảm sát Mỹ Lai) — 1968-ci ilin 16 mart tarixində ABŞ Silahlı Qüvvələri tərəfindən Cənubi Vyetnamın Sonq Tin bölgəsindəki silahsız əhaliyə qarşı törədilən kütləvi qətl. 347 ilə 504 arasında silahsız insan ABŞ ordusunun C Bölüyü, 1-ci Batalyonu, 20-ci Piyada Alayı və B Bölüyü, 4-cü Batalyonu, 3-cü Piyada Alayı, 11-ci Briqadası və 23-cü Piyada Diviziyası tərəfindən qətlə yetirilmişdir. Qurbanlar arasında kişilər, qadınlar, uşaqlar və körpələr var idi. Aralarında 12 yaşında uşaqların da olduğu qadınların bəziləri kütləvi zorlanmış və bədənləri kəsilmişdi. 26 əsgərlə bağlı məhkəmə prosesi keçirilsə də, onlardan yalnız C Bölüyü taqım lideri, leytenant Uilyam Kelli təqsirləndirildi. 22 kəndlinin ölümündə təqsirli bilinən Kelliyə ömür boyu həbs cəzası verilsə də, o sadəcə üç il yarım ev dustağı oldu. Quanq Nqay bölgəsindəki Sonqmi kəndinin iki obasında baş verən bu müharibə cinayəti sonralar "Vyetnam müharibəsinin ən şok edici epizodu olaraq" adlandırıldı. Bu obalar ABŞ Ordusunun topoqrafik xəritələrində Mi Lai və Mi Xe olaraq işarələnmişdi.
Vyetnam rabitəsi
Şimali Vyetnam
Vyetnam Demokratik Respublikası (vyet. Việt Nam Dân Chủ Cộng Hòa) və ya digər adıyla Şimali Vyetnam (vyet. Bắc Việt Nam) — 1945–1976-cı illərdə Cənub-Şərqi Asiyada mövcud olmuş dövlət. II Dünya Müharibəsindən sonra baş verən Avqust İnqilabı zamanı Vyetnam kommunist inqilabçısı Xo Şi Min 2 sentyabr 1945-ci ildə Fransız Hind-Çinindən müstəqillik elan edərək Vyetnam Demokratik Respublikasının yaradıldığını elan etdi. Vyetminh - "Vyetnamın müstəqilliyi uğrunda Liqa" 1951-ci ilin fevralında əvvəlcədən qadağan edilmiş, Vyetnam Kommunist Partiyasının yenidən qurulmasından sonra getdikcə təşkilatlanmayan qeyri-kommunist qruplara kommunistlərin rəhbərlik etdiyi çoxsaylı Vyetnam millətçi qruplarının koalisiyası idi. Fransa 1946-cı ilin dekabrında Birinci Hindçin müharibəsinə - Fransa ilə Vyetminh arasında qanlı partizan müharibəsinə səbəb olan Vyetnam üzərində müstəmləkə hökmranlığını təsdiqləmək üçün hərəkətə keçdi. Vyetminh 1954-cü ildə Fransanın məğlubiyyətinə səbəb olan Vyetnamın əksər kəndlərini ələ keçirdi və nəzarət etdi. Həmin il Cenevrə konfransındakı danışıqlar müharibəyə son qoydu və Vyetnamın müstəqilliyini tanıdı. Cenevrə sazişi ilə müvəqqəti olaraq ölkə 17-ci paralel boyunca şimal və cənub bölgəsinə bölündü. Bu, 1956-cı ilin iyul ayında ümumi seçkilərin "Vyetnamın birləşməsinə səbəb olmasını" tələb etdi.
Vyetnam fəlsəfəsi
Vyetnam fəlsəfi fikrinin tarixi qədim dövrlərə gedib çıxır. Aydındır ki, artıq e.ə. III–I əsrlərdə Şimali Vyetnam ərazisində fəlsəfi bilik elementləri ilə dini və mifoloji ideyaların müstəqil politeist sistemi inkişaf etmişdir. Eramızın ilk əsrlərində Hindistan və Çindən dini və fəlsəfi cərəyanlar nüfuz edir: Buddist fəlsəfə, Konfutsiçilik, Taoizm. Qeyd etmək lazımdır ki, eramızın ilk əsrlərində Vyetnamın cənub ərazisi İran, Roma və xüsusilə Hindistanla mədəni əlaqələri olan Çin adı ilə Funan adı ilə tanınan dövlətin tərkibində idi. VI əsrdə Şimali Vyetnam ərazisində müstəqil Vansuan dövləti yarandı. 7-ci əsrin əvvəllərində bu dövlət Çin Sui sülaləsi tərəfindən fəth edildi. Bu dövrdə, VI əsrdən X əsrlərə qədər Vyetnam fəlsəfəsində Buddizm üstünlük təşkil edən cərəyan idi. Onun yayılmasının ləyaqəti Cənubi Hindistandan olan vaiz Vinitaruçiyə aid edilir. Buddizm sayəsində və Hindistan əyalətinin cənub-şərqində yerləşən Hindistanın Çampa əyaləti vasitəsilə vyetnamlılar hind mədəniyyəti ilə tanış oldular.
Vyetnam musiqisi
Vyetnam musiqisi— ölkənin etnik zənginliyinə görə, müxtəlif və sinkretikdir. Tarixinin çox hissəsində Vyetnam musiqisi Çin musiqi ənənəsindən, eləcə də Koreya, Monqolustan və Yaponiyadan çox şey götürmüşdür. Qədim Hind-Çin krallığı Çampa da Vyetnam musiqisinə təsir etdi, çünki Vyetnam hökmdarları Çam bəstələrini dinləməyi xoşlayırdılar. Bununla belə, xarici təsirlərə baxmayaraq, Vyetnam musiqi mədəniyyəti, əsasən, köklərini xalq musiqisindən alması ilə fərqlənir. Vyetnam musiqisi dörd dövrə bölünür: X-XIV əsrlər, XV-XVIII əsrlər, XIX-XX əsrin birinci yarısı və 1945-ci ildən bizim dövrümüzə. Musiqi haqqında ən erkən etibarlı məlumat X əsrdə hakimiyyətdə olmuş Dinx sülaləsinə aiddir. O vaxta qədər ölkənin musiqisi haqqında çox az şey məlum idi. 10-cu əsrdən sonra Vyetnam musiqisinin inkişafına Çin və Hindistanın təsiri olmuşdur. Çampa işğalından sonra vyetnamlılar sənəti yüksək qiymətləndirilən Çam müğənnilərini əsir götürdülər. 990-cı ildə Çin səfiri İmperator Le Hoanın Vyetnamca mahnı ilə səfiri masaya necə dəvət etdiyini yazmışdı.
Vyetnam Konstitusiyası
Vyetnam Sosialist Respublikasının Konstitusiyası (vyet. Hiến pháp nước Cộng hòa Xã hội chủ nghĩa Việt Nam) — Vyetnam Sosialist Respublikasının əsas qanunu. 2013-cü ildə Milli Məclisin növbəti iclasında deputatların 97,59 faizi konstitusiyaya dəyişikliklərin lehinə səs vermişdir (dəyişikliklər artıq 2002-ci ildə edilmişdi). Buna baxmayaraq, dəyişikliklərin maddələrin 90 faizini əhatə edirdi və bu qanunun strukturunu dəyişdirilmişdi. Odur ki, 2013-cü ildə yeni konstitusiyanın rəhbər tutulduğu hesab edilmişdir. Eyni zamanda, 1992-ci il Konstitusiyasının sosialist istiqaməti qorunub saxlanılır və hakim Vyetnam Kommunist Partiyasının siyasi kursunun dəyişməzliyi təsdiqlənir. Parlamentdə deputatların 97,59 faizi buna səs vermişdir. VKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Nquyen Şin Hunq parlamentin son günündə dediyi kimi, "parlamentin 1992-ci il Konstitusiyasına düzəlişləri qəbul etməsi ölkənin quruculuğunda və müdafiəsində, beynəlxalq inteqrasiyada yeni dövr açan tarixi əhəmiyyət kəsb edir. Bu sənəd bütün ölkə üzrə parlament üzvlərinin və seçicilərin, bütün səviyyələrdə təşkilat və idarələrin əməyinin nəticəsidir". Konstitusiya 120 maddə və 11 fəsildən ibarətdir: I fəsil.
Vyetnam dilləri
Vyetnam dilləri — Vyetnam Sosialist Respublikasında danışılan dillər. Bura həm rəsmi olaraq tanınan, həm də tanınmayan dillər daxildir. Vyetnam çoxmillətli ölkədir. Bura monkhmer (o cümlədən vyet), Tibet-Birma, Çin, Tay-Kaday, Tyam xalqları və Myao-Yo daxildir. Ölkənin rəsmi dili Vyetnam dilidir.
Vyetnam gerbi
Vyetnam gerbi (vyet. Quốc huy Việt Nam, hərf. Vyetnamın dövlət gerbi), formal olaraq Vyetnam Sosialist Respublikasının dövlət gerbi (vyet. "Quốc huy nước Cộng hòa Xã hội chủ nghĩa Việt Nam", hərf. Vyetnam Sosialist Respublikası millətinin dövlət gerbi) — Vyetnam Sosialist Respublikasının dövlət gerbi. Bu, ilk olaraq 30 noyabr 1955-ci ildə Vyetnam Demokratik Respublikasının (Şimali Vyetnam) gerbi kimi qəbul edilmişdir. Qırmızı kətan üzərində sarı (qızıl) ulduz da daxil olmaqla Kommunist Partiyasının bütün simvolları ilə Çin Xalq Respublikasının gerbinin əsas dizaynının bütün əsas prinsipləri nəzərə alınmaqla və sosialist mövzusu ilə bütün qanunlara uyğun olaraq modelləşdirilmişdir. Dişli çarx və taxıl bitkiləri ümumi kommunist modelində kənd təsərrüfatı və sənaye əməyinin birliyini təmsil edir. 2 iyul 1976-cı ildə Cənubi Vyetnamla birləşmədən sonra ümummilli gerbə çevrilmişdir.
Vyetnam paytaxtı
Hoşimin və ya Xoşimin (vyet. Thành phố Hồ Chí Minh) — Vyetnamın Dong Nam Bo əyalətində şəhər. Hanoydan 1730 km cənubda yerləşir. Bu Vienam ən böyük şəhəri. 1975-ci ilə qədər Sayqon (Sài Gòn) adlandırılmışdır. Əhalisi 7240 min nəfər (2002), sahəsi 2093 km²-dir. Dong Nam Bo əyalətinin inzibati mərkəzi. Şəhərdə hava limanı var. Vyetnamın neft sənayesi mərkəzidir.
Vyetnam əhalisi
Vyetnam əhalisi — Vyetnam Sosialist Respublikasının əhalisi haqqında statistik demoqrafik məlumatlar, o cümlədən əhalinin sıxlığı, etnik tərkibi, təhsil və sağlamlıq səviyyələri, iqtisadi vəziyyət, dini inanclar və oxşar məlumatlar. Vyetnamın şimalında yaranan vyet xalqı Hind-Çin yarımadasının bütün şərq dəniz sahillərini işğal etmək üçün iki minillikdən çox cənuba doğru ekspansiya etmişdir. Etnik vyetnamlılar və ya digər adı ilə vyetlər (rəsmi olaraq kinh kimi tanınır) dağlıq regionlarda yaşayan bir çox etnik qruplarından fərqli olaraq, ovalıqlarda yaşayır və Vyetnam dilində danışırlar. Kinh qrupu Vyetnamın mədəni və siyasi mənzərəsinin çox hissəsini təmsil edir. Vyetnamın əhalisinin 2023-cü ilin sonuna kimi 100 milyona yaxınlaşacağı gözlənilirdi ki, bu da onu dünyada əhalinin sayına görə 15-ci ən böyük ölkəsi edir. 2035-ci ilə qədər Vyetnamın qoca cəmiyyətə çevriləcəyi proqnozlaşdırılır. Vyetkvey Huy, Huynh Truong. "Economic perspectives of internal migration in Vietnam: A focus on the Mekong River Delta region" (Universiteit Antwerpen (Belgium), 2012. online Huynh Truong, Huy, and Nonneman Walter. "Push and pull forces and migration in Vietnam." (2012).
Kamboca vyetnamlıları
Kamboca vyetnamlıları — Kambocada yaşayan vyetnamlılar, tam və ya qismən khmer mənşəli vyetnamlara aid edilən termin. Kamboca mənbələrinə görə, 2013-cü ildə Kambocada təxminən 15 min vyetnamlı yaşayırdı. Vyetnam mənbələri Kambocada 156,000 vyetnamlının yaşadığını qeyd edir, lakin müstəqil alimlərə görə, bu say 400,000 ilə bir milyon arasında ola bilər. Onlar əsasən Kambocanın Vyetnam ilə həmsərhəd olan cənub-şərq hissələrində, ya da Tonlesap gölündə və Mekonq çayındakı qayıqxanalarda yaşayırlar. İlk vyetnamlılar müasir Kambocaya XIX əsrin əvvəllərindən Nquyen çarlarının dövründə gəlmişdir. Odur ki, Kambocada yaşayan vyetnamlıların əksəriyyəti buraya Fransa müstəmləkə rejimi və Kampuçeya Xalq Respublikası administrasiyası dövründə gəlmişdir. 1970-ci illərdə Kxmer Respublikası və qırmızı khmer hökumətləri dövründə vyetnamlılar kütləvi soyqırımların hədəfi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Corfield, Justin. The History of Cambodia. ABC-CLIO. 2009.
Sənaye və Ticarət Nazirliyi (Vyetnam)
Sənaye və Ticarət Nazirliyi (vyet. Bộ Công Thương) — Vyetnamda sənaye və ticarətin inkişafı, təşviqi, idarə edilməsi, tənzimlənməsi, idarə edilməsi və böyüməsinə cavabdeh dövlət nazirliyi. Keçmiş Ticarət Nazirliyi 1945-ci ildə müasir Milli Birləşmə Kabinetinin formalaşması ilə yaranmış və 1955-ci ildə öz başına bir nazirliyə çevrilmişdir. Ticarət Nazirliyi 2007-ci ildə Sənaye Nazirliyi ilə birləşərək Sənaye və Ticarət Nazirliyi yaranmışdır. Hazırkı Sənaye və Ticarət Naziri Nquyen Honq Dyendir . Nazirliyin baş ofisləri Hanoyda yerləşir.
Dəmir üçbucaq (Vyetnam)
"Dəmir üçbucaq" (ing. Iron Triangle, vyet. Tam Giác Sắt) — Vyetnam müharibəsi zamanı təyin edilən Cənubi Vyetnamda şərti ərazi. == Məkan == Vyetnam partizanlarının fəaliyyət sahəsi olan "Dəmir üçbucaq" Sayqondan təxminən 40 km şimal-qərbdə yerləşirdi. Üçbucağın şərti təpələri Bensuk, Benko və Benkat kəndləri idi. Bu kəndlər demək olar ki, düzbucaqlı üçbucaq forması əmələ gətirirdilər, onun hipotenuzası təxminən Sayqon çayı boyunca uzanırdı. Bu partizan ərazisinin əsas elementi Vyetnam partizanları tərəfindən yaradılmış yeraltı tikililər kompleksi idi. O, Amerikanın Kuti bazasının yanında, ondan bir kilometr aralıda, rezin plantasiyası və Sayqon çayı boyunca yerləşirdi. == Struktur == Tunel sistemi fransızlarla müharibə zamanı başlamış və 1960-cı illərdə xeyli genişlənmişdir. Əsasnaməyə görə, tikintidə iştirak edən hər bir kəndli gündə ən azı 3 fut gəzməli, sadə kürəklərlə qazmalı və adətən yağışlı mövsümdə qazılan zənbillərdə aparılmalı idi.
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı (ing. U. S. Military Assistance Command, Vietnam), VHYTK və ya MACV — Vyetnam müharibəsi zamanı mövcud olan və bütün ABŞ qoşunlarına rəhbərlik edən ABŞ Müdafiə Departamentinin nəzdində birgə qərargah strukturu. Əvvəlcə VHYTK yalnız Cənubi Vyetnama hərbi yardımın göstərilməsinə nəzarət edən Vyetnamda Hərbi Yardım Təminatı Məsləhət Qrupunun köməkçi təşkilatı hesab olunurdu. Komandanlıq 8 fevral 1962-ci ildə ABŞ-nin Cənubi Vyetnama göstərdiyi hərbi yardımın həcminin genişləndirilməsi ilə əlaqədar yaradılmışdır. 15 may 1964-cü ildə artıq çox böyük olan məsləhət qrupu VHYTK-yə daxil edilmişdir. 29 mart 1973-cü ildə VHYTK ləğv edilmişdir. Onun əvəzinə bir sıra VHYTK funksiyalarını (Paris sülh sazişinə əsasən qoyulmuş məhdudiyyətlər ilə) özündə saxlayan və Sayqonun süqutuna qədər fəaliyyət göstərən Sayqon müdafiə attaşe ofisi fəaliyyət göstərmişdir. "ADVISING THE REPUBLIC OF VIETNAM" (ingilis). richmond.edu. 2008-12-03 tarixində arxivləşdirilib.
Ürəklər və ağıllar (Vyetnam müharibəsi)
Ürəklər və ağıllar (ing. Hearts and Minds) və ya ürəklər və ağılları qazanmaq (ing. Winning hearts and minds) — Vyetnam müharibəsi zamanı Vyetnam xalqının dəstəyini qazanmaq və Vyetkonq üsyanını məğlub etməyə kömək etmək üçün Vyetnam Respublikası və ABŞ hökumətləri tərəfindən istifadə edilən strategiya və proqramlar üçün istifadə edilən adlandırma. "Sakitləşdirmə" ifadəsi "ürəklər və ağılları qazanmaq" üçün daha rəsmi termindir. Bununla belə, bu, həm də üsyana qarşı mübarizə prosesi kimi müəyyən edilmişdir. Hərbi, siyasi, iqtisadi və sosial vasitələrdən Cənubi Vyetnam hökumətinin kənd yerləri və Vyetkonqun təsiri altında olan insanlar üzərində nəzarətini qurmaq və ya bərpa etmək cəhdi üçün istifadə edilmişdir. 1967–1971-ci illərdə Mülki Əməliyyatlar və İnqilabi İnkişafa Dəstək adlı birgə hərbi-mülki təşkilat tərəfindən müəyyən irəliləyiş əldə edilmişdi, lakin müharibənin xarakteri partizan müharibəsindən Cənubi və Şimali Vyetnam orduları arasında adi müharibəyə çevrilmişdi. Şimali Vyetnam 1975-ci ildə qalib gəlmişdir. "Sakitləşdirmə"nin məqsədləri çox vaxt ABŞ-nin 1965-ci ildən 1968-ci ilə qədər tətbiq etdiyi atəş gücü, hərəkətlilik və köhnəlmə strategiyasına diametral zidd idi. ABŞ-nin o illərdə izlədiyi axtar və məhv et strategiyasından çox, "ürəklər və ağıllar" kənd əhalisini "tutmaq və qorumaq" və bununla da Cənubi Vyetnam hökumətinə dəstəyini qazanmaq prioriteti var idi.
Planlaşdırma və İnvestisiya Nazirliyi (Vyetnam)
Planlaşdırma və İnvestisiya Nazirliyi (vyet. Bộ Kế hoạch và Đầu tư), əvvəllər Dövlət Planlama Komitəsi — Vyetnamda planlaşdırma və investisiyalar üzərində dövlət idarəçiliyi roluna cavabdeh olan nazirlik. Nazirliyin baş ofisi Hanoyda yerləşir. Agentlik ölkə səviyyəsində sosial-iqtisadi inkişaf üçün strateji məsləhətlər verir. Nazirlik həmçinin, milli iqtisadiyyat, konkret sektorlar, həmçinin yerli və xarici investisiyalar üçün iqtisadi idarəetmə mexanizmlərini və siyasətlərini proqramlaşdırır və planlaşdırır.
Tikinti Nazirliyi (Vyetnam)
Tikinti Nazirliyi (vyet. Bộ Xây dựng) — Vyetnamda tikinti, tikinti materialları, mənzil və inzibati binalar, memarlıq, şəhər və kənd sahəsində tikintinin planlaşdırılması, şəhər infrastrukturu, ictimai xidmətlər üzrə dövlət idarəçiliyinə cavabdeh olan nazirlik. Bu, həmçinin, dövlət müəssisələrində dövlət kapitalının sahibini təmsil edir.
Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyi (Vyetnam)
Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyi (vyet. Bộ Tài nguyên và Môi trường) — Vyetnamda torpaq və su ehtiyatları, mineral ehtiyatlar, geologiya, ətraf mühit, hidrometeorologiya, iqlim dəyişikliyi, tədqiqat və xəritəçəkmə, adaların və dənizin idarə edilməsinə cavabdeh olan nazirlik.
Təhsil və Təlim Nazirliyi (Vyetnam)
Təhsil və Təlim Nazirliyi (vyet. Bộ Giáo dục và Đào tạo) — Vyetnamda ümumi, akademik təhsilin və ali təhsilin idarə olunmasına cavabdeh olan nazirlik. Peşə təhsili sahəsi Əmək, Əlillər və Sosial Məsələlər Nazirliyi tərəfindən idarə olunur. Nazirliyin ofisləri mərkəzi Hanoyda, Kodayvyet küçəsində yerləşir. Vyetnam sistemində bu nazirlik onun tabeliyində olan təhsil müəssisələrinin peşəkar fəaliyyətinə və tənzimlənməsinə cavabdehdir, lakin əsas dövlət universitetləri istisna olmaqla, mülkiyyət və maliyyə məsələləri onun məsuliyyətində deyil. Bundan başqa, Hanoy və Hoşimin şəhərində yerləşən Vyetnam Milli Universiteti birbaşa Baş nazirin aparatına tabedir. Təhsil müəssisələrinin əsas hissəsi, o cümlədən bütün məktəb səviyyəli ümumi təhsil müəssisələrinin inzibati və maliyyə məsuliyyəti vilayət və ya rayon hökumətlərinin tabeliyindədir. Bu hökumətlər Vyetnam Konstitusiyasına əsasən bir çox büdcə qərarlarında əhəmiyyətli muxtariyyətə malikdirlər. Bəzi müəssisələr, əsasən, ali təhsil səviyyələrində (orta və ali məktəblərdə) olmasına baxmayaraq, digər mərkəzi nazirliklər tərəfindən də idarə olunur. Nazirlik vilayət səviyyəli departamentləri (DoETs, E&T Departamentləri) saxlayır, onların nəzdində həmçinin rayon idarələri (BoETs, E&T Bürosu) və mərkəzi departamentlər var.
Vyetnam Dövlət Bankı
Vyetnam Dövlət Bankı (vyet. Ngân hàng Nhà nước Việt Nam) — Vyetnam Sosialist Respublikasının mərkəzi bankı, hökumət yanında dövlət orqanı. Bu, Vyetnam bank sisteminin dövlət tənzimlənməsini həyata keçirir. Bank 1951-ci ilin may ayında Vyetnam Demokratik Respublikasın Dövlət Bankı kimi yaradılmışdır. İstehsal krediti idarəsi və xəzinədarlıq idarəsi əsasında Mərkəzi Bank yaradılmışdır. 1976-cı ildə Şimali və Cənubi Vyetnam birləşdirildikdən sonra Dövlət Bankı Cənubi Vyetnam Respublikasının Milli Bankı ilə birləşdirilmişdir. Sonra ona nazirlik hüququ verilmişdir. Bank aşağıdakı funksiyaları yerinə yetirirdi: pul emissiyası və pul dövriyyəsinin tənzimlənməsi, iqtisadiyyatın bütün sahələrinə qısamüddətli kreditlərin verilməsi, kənd təsərrüfatı və digər kooperativlərin uzunmüddətli kreditləşdirilməsi, dövlət büdcəsinin kassa icrası, iqtisadiyyat, xarici valyuta və qiymətli metallarla əməliyyatlar, beynəlxalq hesablaşmalar, əmanət kassalarının və kənd kredit kooperativlərinin idarə edilməsi. Müəyyən bir dövrdə uzunmüddətli kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatına, əsasən, cari heyvanların, kənd təsərrüfatı alətlərinin və gübrələrin alınması üçün verilirdi. Balıqçılıq və duzçıxarma kooperativlərinə, anbar və dükanların tikintisi üçün marketinq və təchizat kooperativlərinə, nəqliyyat vasitələrinin əsaslı təmiri və avadanlıqların alınması üçün nəqliyyat kooperativlərinə də uzunmüddətli kreditlər verilirdi.
Vyetnam Respublikası Silahlı Qüvvələri
Vyetnam Respublikası Silahlı Qüvvələri (vyet. Quân lực Việt Nam Cộng hòa; abbr. QLVNCH və ya VRSQ) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) silahlı qüvvələri. 1955-ci ildə yaradılmış və 1975-ci ildə fəaliyyətini dayandırmışdır. Vyetnam Respublikası Silahlı Qüvvələri Vyetnam müharibəsində mühüm rol oynamışdır. Cənubi Vyetnam hökumətinin hərbi dayağı olan VRSQ ölkəni Vyetkonq və Şimali Vyetnam qüvvələrinə qarşı müdafiə etməyə çalışmışdır. Cənubi Vyetnamın silahlı qüvvələri üç xidmət qolundan ibarət idi: Quru Qüvvələri Hava Qüvvələri Hərbi-Dəniz Qüvvələri Dəniz Piyadaları Vyetnam Respublikası Silahlı Qüvvələri 1955-ci ildə Vyetnamı şimal və cənuba bölən Cenevrə razılaşmalarından sonra yaradılmışdır. Cənubi Vyetnamın rəsmi hərbi qüvvəsi kimi yaradılmış VRSQ ölkənin suverenliyini qorumaq və kommunist şimalın artan təsirinə qarşı durmaq məqsədi daşıyırdı. VRSQ-nin bir sıra problemləri var idi. Cənubi Vyetnam hökumətindəki korrupsiya və xalq dəstəyinin olmaması kimi müxtəlif amillər ordunun effektivliyinə mane olurdu.
Vyetnam Xalq Silahlı Qüvvələri
Vyetnam Xalq Silahlı Qüvvələri (vyet. Lực lượng Vũ trang nhân dân Việt Nam (LLVTNDVN)) — Vyetnam Sosialist Respublikasının birbaşa Vyetnam Kommunist Partiyası Mərkəzi Hərbi Komissiyasının komandanlığı altında olan silahlı qüvvələri. Bu, 3 komponentdən ibarətdir: Vyetnamın hərbi qüvvələri olan Vyetnam Xalq Ordusu, Vyetnamın polisi və hüquq-mühafizə orqanları olan Vyetnam Xalq İctimai Təhlükəsizliyi və Vyetnam milisi olan Vyetnam Özünümüdafiə Milisi. Vyetnam Xalq Ordusu (vyet. Quân đội nhân dân Việt Nam) — Vyetnam ordusu. Bura daxildir: Vyetnam Xalq Quru Qoşunları (Vyetnam Xüsusi Qüvvələri), Vyetnam Xalq Donanması (Dəniz Piyadaları, Dəniz Xüsusi Əməliyyat Qüvvələri və Dəniz Hava Qüvvələri), Vyetnam Xalq Hərbi Hava Qüvvələri, Vyetnam Sərhəd Mühafizəsi və Vyetnam Sahil Mühafizəsi. Vyetnam Xalq İctimai Təhlükəsizliyi (vyet. Công an nhân dân Việt Nam) — Vyetnamın əsas polisi, jandarmiyası və təhlükəsizlik qüvvəsi.
Vyetnam Xalq İctimai Təhlükəsizliyi
Vyetnam Xalq İctimai Təhlükəsizliyi (vyet. Công an Nhân dân Việt Nam) — İctimai Təhlükəsizlik Nazirliyinin nəzarəti altında olan Vyetnamın əsas polis və təhlükəsizlik qüvvələri. Vyetnam Xalq Silahlı Qüvvələrinin bir hissəsidir və Vyetnam Kommunist Partiyasının faktiki nəzarəti altındadır. Xalq İctimai Təhlükəsizliyinin səlahiyyətləri 27 noyabr 2014-cü ildə qəbul edilmiş 73/2014/QH13 saylı qanuna əsasən tənzimlənir.
Vyetnam müharibəsində Tailand
Vyetnam müharibəsində Tailand — 1955–1975-ci illərdə baş tutan Vyetnam müharibəsi zamanı Tailand krallığının iştirakı. Tailand o dövrdə hərbi diktator feldmarşal Tanom Kittikaçon rəhbərliyi altında Vyetnam müharibəsində fəal rol oynamışdı. Tailand ABŞ və Cənubi Koreyadan sonra Cənubi Vyetnama quru qüvvələrinin üçüncü ən böyük təchizatçısı idi. Tailanda yaxın olması səbəbindən Vyetnamda baş tutan münaqişələr Banqkok tərəfindən yaxından izlənilirdi. Tailandın iştirakı 1963-cü ildə ABŞ-nin Cənubi Vyetnamı dəstəkləməkdə tam iştirakına qədər rəsmiləşməmişdi. Tailand hökuməti daha sonra Tailandda Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə öz hava və dəniz bazalarından istifadə etməyə icazə vermişdi. Müharibənin qızğın vaxtında Tailandda, əsasən, hava qüvvələri olmaqla, təxminən 50,000 Amerika hərbi qulluqçusu yerləşdirilmişdi. Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı Richard Alfred Ruth. In Buddha's Company: Thai Soldiers in the Vietnam War. University of Hawaiʻi Press.
Vyetnam müharibəsində beynəlxalq iştirak
Vyetnam müharibəsində beynəlxalq iştirak — 1955–1975-ci illərdə baş tutan Vyetnam müharibəsi zamanı Şimali Vyetnam və Cənubi Vyetnamdan kənar dövlətlərin iştirakı. Vyetnam müharibəsi dünyanın bir çox ölkəsini əhatə etmişdi. Şimali Vyetnama Şərq bloku, Cənubi Vyetnama isə ümumiyyətlə Qərb bloku dövlətləri dəstək verirdi. 1950-ci ildə Çin Xalq Respublikası Vyetnam Demokratik Respublikasına diplomatik tanınma elan etmiş və Vyetnam Demokratik Respublikasına ağır silahlar, habelə Lo Quybonun başçılıq etdiyi hərbi müşavirlərini Vyetminə Fransa ilə müharibədə kömək etmək üçün göndərmişdi. 1954-cü il Cenevrə razılaşmasının ilk layihəsi Fransanın baş naziri Pyer Mendes-Fransa və Çinin Baş naziri Çjou Enlay tərəfindən müzakirə edilmişdi. Çin ABŞ-nin müdaxiləsini gördükdən sonra Vyetmini 17-ci paraleldə bölünməyi qəbul etməyə çağırmışdı.:54–55 Cənubi Çin dənizində yerləşdirilmiş SSRİ gəmiləri Cənubi Vyetnamda VXO və CVMAC qüvvələrinə həyati əhəmiyyətli erkən xəbərdarlıqlar etmişdir. Sovet kəşfiyyat gəmiləri Okinava və Quamdan uçan Amerika B-52 bombardmançılarını izləyirdi. Onların hava sürəti və istiqaməti qeyd olunur, sonra Şimali Vyetnamın cənub qərargahı olan Cənubi Vyetnam üzrə Mərkəzi İdarəyə ötürülürdü. CVMİ analitikləri hava sürətindən və istiqamətdən istifadə edərək bombalama hədəfini hesablayır, istənilən aktivlərə "hücum trayektoriyasına perpendikulyar" hərəkət etməyi əmr edirlər. Bu qabaqcadan xəbərdarlıqlar onlara bombardmançıların yolundan çəkilmək üçün vaxt verir və bombardmanlar böyük ziyana səbəb olsa da, 1968-ci ildən 1970-ci ilə qədər erkən xəbərdarlıqlara görə qərargah komplekslərində bir nəfər də olsun hərbi və ya mülki lideri öldürməmişdilər.
Vyetnam müharibəsində Çin Respublikası
Vyetnam müharibəsində Çin Respublikası — 1955–1975-ci illərdə baş tutan Vyetnam müharibəsi zamanı "Tayvan" kimi tanınan Çin Respublikasının iştirakı. Tayvan müharibə vaxtı Cənubi Vyetnamı (Vyetnam Respublikası) dəstəkləmişdi. Hər ikisi rəqib kommunist rejimlərinə, Çin Xalq Respublikasına və Şimali Vyetnama (Vyetnam Demokratik Respublikası) qarşı mübarizə aparan antikommunist Asiya dövlətləri idi. 1967-ci ilin noyabr ayından etibarən Tayvan ABŞ və VRO-ya kömək etmək üçün gizli şəkildə yük daşıma dəstəsini idarə etmişdi. Bu, Tayvan Hərbi Hava Qüvvələrinin 34-cü eskadronunun mövcud formalaşmasına əsaslanırdı. Hərbi hissəsinin gücünə iki yük təyyarəsi, yeddi uçuş zabiti və iki mexaniki daxil idi, lakin daha çox hərbi personal rotasiya ilə cəlb edilmişdir. Tayvan adası ABŞ hərbi qulluqçuları üçün populyar R&R yeri idi. Conboy, Ken; Morrison, James. "Plausible Deniability: US-Taiwanese Covert Insertions into North Vietnam". Air Enthusiast (84).
Çopper əməliyyatı (Vyetnam)
Çopper əməliyyatı 12 yanvar 1962-ci ildə baş verdi və ABŞ qüvvələri ilk dəfə Vyetnam müharibəsində böyük döyüşlərdə iştirak etdi. Vertolyotlar Vyetnam Respublikası Ordusunun (ARVN) 1,000-dən çox paraşütçüsünü Sayqondan 10 mil (16 km) məsafədə Vyetkonq bazası olduğu düşününlən əraziyə hücum etmək üçün daşımışdır.
İctimai Təhlükəsizlik Nazirliyi (Vyetnam)
İctimai Təhlükəsizlik Nazirliyi (vyet. Bộ Công an (BCA)) — birbaşa Vyetnam hökumətinin nəzdində olan, təhlükəsizliyə, asayişə, əks-kəşfiyyata, cinayətlərin qarşısının alınması üzrə təhqiqata, yanğınsöndürmə və xilasetməyə, cinayət hökmlərinin icrasına, azadlıqdan məhrum etmə, həbs və ya müvəqqəti təcridxanada saxlama ilə bağlı olmayan hökmlərin icrasına, hüquqi müdafiə və təminata cavabdeh olan nazirlik. dövlət idarəçiliyi funksiyalarını yerinə yetirir. nazirliyin dövlət idarəçiliyində olan sektor və sahələrdə dövlət xidmətlərinin göstərilməsinə cavabdeh olan, dövlət idarəçiliyində olan sektorlarda və sahələrdə dövlət xidmətlərinin idarə edilməsinə nəzarət edən nazirlik. İctimai Təhlükəsizlik Nazirliyi Vyetnam Xalq İctimai Təhlükəsizliyini idarə edən qurumdur. Sayqonun süqutundan sonra İctimai Təhlükəsizlik Nazirliyi ən azı 200,000–300,000 keçmiş Cənubi Vyetnam hərbi zabitini, hökumət işçilərini və Cənubi Vyetnamın keçmiş hökumətinin tərəfdarlarını yenidən təhsil düşərgələrində həbs etmişdir. Burada işgəncə və ruhi zorakılıq adi hal idi. İctimai Təhlükəsizlik Nazirliyi həmçinin, dissident şairlərin, yazıçıların və siyasi məhbusların izlənilməsi və təqib edilməsində rol oynamışdır. 2006-cı ildə 8406-cı blokun qurulmasından sonra Vyetnam demokratiya hərəkatına repressiya da güclənmişdir.
İnformasiya və Rabitə Nazirliyi (Vyetnam)
İnformasiya və Rabitə Nazirliyi (vyet. Bộ Thông tin và Truyền thông) — Vyetnamda qəzetlərin, nəşriyyatın, poçt xidməti, telekommunikasiya, internet, yayım, radio və radiotezlik, informasiya texnologiyaları, elektronika, televiziya və milli media infrastrukturunun idarə edilməsi və tənzimlənməsinə cavabdeh olan nazirlik.
Şimali Vyetnamın Laosa soxulması
Şimali Vyetnamın Laosa soxulması — Vyetnam Demokratik Respublikasının (VDR) 1958–1959-cu illərdə Laos ərazisində hərbi fəaliyyətləri. VDR Laos krallığına qarşı döyüşmək üçün Patet Laonu dəstəkləmişdi. Laos üzərində nəzarət Vyetkonq (CVMAC) və VXO-nun (Şimali Vyetnam Ordusu) Vyetnam Respublikasında fəaliyyətlərinin gücləndirilməsi üçün əsas təchizat marşrutu kimi xidmət edən Ho Şi Min cığırının tikintisinə imkan yaratmışdı. Beləliklə, Patet Laoya Şimali Vyetnam tərəfindən Laos krallığına qarşı döyüşmək üçün verilən dəstək 1975-ci ildə Cənubi Vyetnam üzərində kommunistlərin son qələbəsində həlledici olmuşdu. Əgər bunlar sadəcə Vyetnam silahsızlaşdırılmış zonasında baş tutsaydı, Cənubi Vyetnam və ABŞ qüvvələri hər hansı CMVAC və VXO hərəkatının qarşısını ala bilərdilər. Həmçinin, bu əməliyyatlar Patet Laonun ABŞ tərəfindən dəstəklənən Laos krallığı üzərində qələbə çalmasına da töhfə vermişdir.

vyetnam sözünün fransız dilinə tərcüməsi

"vyetnam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vyetnam nədir? #vyetnam sözünün mənası #vyetnam nə deməkdir? #vyetnam sözünün izahı #vyetnam sözünün yazılışı #vyetnam necə yazılır? #vyetnam sözünün düzgün yazılışı #vyetnam leksik mənası #vyetnam sözünün sinonimi #vyetnam sözünün yaxın mənalı sözlər #vyetnam sözünün əks mənası #vyetnam sözünün etimologiyası #vyetnam sözünün orfoqrafiyası #vyetnam rusca #vyetnam inglisça #vyetnam fransızca #vyetnam sözünün istifadəsi #sözlük