* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Dostluğunda, məhəbbətində sadiq, möhkəm, sabit, etibarlı, sədaqətli. Vəfalı yoldaş. – Vəfalı dost yad olmaz, görməsə yüz il səni. (Ata. sözü). Məktəb zamanı gəldi; Dur, ey vəfalı oğlum! M.Ə.Sabir. Lalə yalnız vəfalı bir arvad deyil, yaxın bir dost və köməkçi idi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / vəfalı2 VƏFALI (dostluqda, məhəbbətdə sadiq olan) [Vaqif:] Düşüb-düşməyəli bu saraylara; Hələ rast gəlmədim vəfalı yara! (S.Vurğun); SADİQ Rəhim: İnsanlıqda, dostluqda sadiq olan adsız-şöhrətsiz oğullar var (M.İbrahimov); VƏFADAR (köhn.) Mərdlər ilə gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur (M.P.Vaqif); ETİBARLI, SƏDAQƏTLİ (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / vəfalı1 VƏFALI – ETİBARSIZ Lalə yalnız vəfalı bir arvad deyil, yaxın dost və köməkçi idi (M.Hüseyn); Etibarlı kəsib, etibarsız yar; Əl qaldırıb, özgə yara yalvarır (“Lətif şah”).
Azərbaycan dilinin antonimlər lüğəti / vəfalı1 s. faithful (to), loyal (to), true (to); ~ dost a devoted / staunch friend; ~ olmaq to be* faithful / devoted
Azərbaycanca-ingiliscə lüğət / vəfalı1 s fidèle, dévoué, -e ; loyal, -e ; ~ dost un ami dévoué (və ya fidèle) ; ~ olmaq être fidèle (dévoué, -e, loyal, -e)
Azərbaycanca-fransızca lüğət / vəfalı1 прил. вафалу, дуствилел (муьгьуьббатдал) кӀеви, ихтибарлу (мес. дуст).
Azərbaycanca-ləzgicə lüğəti / vəfalı