* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Xəmir və s. yaymaq üçün ağacdan və s.-dən qayrılan silindrşəkilli alət. Gənclər bir tərəfi nazik olan vərdənəyə bənzər millərdən yapışıb oynatmağa başladılar. Çəmənzəminli. [Usta] şagirdinin vərdənə ilə yaydığı kündələri kürəyə sərir, tez-tez oda atır, neçə dəqiqə keçməmiş, buğlanan səngəkləri qızmar kürədən çıxarırdı. Mir Cəlal. 2. tex. Yeri və ya başqa bir şeyi hamarlamaq üçün işlədilən müxtəlif alətlərin adı. Əl vərdənəsi. Traktora qoşulan vərdənə. Qırı vərdənə ilə hamarlamaq.
Azərbaycan dilinin izahlı lüğəti / vərdənə1 Ordubadda və bəzi digər rayonlarda oxlov yerinə vərdənə sözünü işlədirlər. Sözün əsli “kərdənə”dir, fars mənşəlidir, mənası “fırlanan”, “dolanan” deməkdir, gəriftən(вращаться) məsdəri ilə bağlıdır. Farslar şiş mənasında gərdəna kəlməsindən istifadə edirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / vərdənə2 I сущ. 1. скалка для раскатывания теста 2. тех. валец. Vərdənə dəzgahı вальцы (машина для гибки или правки металлических листов) 3. тех. каток. Əl vərdənəsi ручной каток II прил. вальцовый. Vərdənə ilə üyütmə вальцовый помол
Azərbaycanca-rusca lüğət / vərdənə1 сущ. варданаг (1. ттини акъалдай алат; 2. тех. ччил цӀалцӀамарун патал алат; əl vərdənəsi гъилин варданаг).
Azərbaycanca-ləzgicə lüğəti / vərdənə(Ağbaba, Ağdam, Astara1, Lerik, Naxçıvan, Ordubad, Şuşa, İrəvan, Zəncan) yoğun oxlov. – Xəmri kündəlirıx, vərdəneynən vərdənəli:rıx, oxlovnan açırıx (Ordubad); – Kündəi əvvəlcə vərdənəynən yayıllar, oxleynən də yuxa:çıllar <yuxa açırlar> (Şuşa)
Azərbaycan dilinin dialektoloji lüğəti.