* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Birindən gördüyü yaxşılığın əvəzini çıxmadığı və ya verdiyi vədi yerinə yetirmədiyi, ya yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkən, utanan, özünü günahkar hiss edən; üzrxah. [Nəbi:] Mən sənin yanında xəcalətliyəm. S.Rüstəm. □ Xəcalətli etmək – utandırmaq, başıaşağı eləmək, üzüqara eləmək, qızartmaq. [Pərviz xan:] Ax, nə binamusluq, nə böyük biabırçılıq! … Sən məni Rəhim xan kimi kişinin yanında xəcalətli elədin! Ə.Haqverdiyev. Xəcalətli qalmaq – birinin yaxşılığının əvəzini çıxa bilmədiyi və ya verdiyi vədi yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkmək, sıxılmaq, utanmaq, üzüqara olmaq. [Dostum:] Ova gəlmişdi. Kişidən xəcalətli qaldıq. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / xəcalətli1 XƏCALƏTLİ (xəcalət çəkən) [Bənövşə xala:] Xəcalətli düşmənin olsun, qızım, sən də mənim balam (Ə.Qasımov); XƏCİL Gülsənəm: Çox sağ olun, yanınızda xəciləm (A.Şaiq); ŞƏRMƏNDƏ Molla İbrahimxəlil: ..zahirən sizdən şərməndə olacağam (M.F.Axundzadə); ŞƏRMSAR Bu otaqda əyləşən möhtərəm vücudun yanında mən Şərmsar olmuşam.. (C.Məmmədquluzadə); ÜZÜQARA Yarın özü qaradır; Qaşı-gözü qaradır; Yoxsul qonaq istəməz; Çünki üzüqaradır (Bayatı).
Azərbaycan dilinin sinonimlər lüğəti / xəcalətli1 1. смущенный, сконфуженный, пристыженный; 2. обязанный кому-то за оказанное добро, заслугу;
Azərbaycanca-rusca lüğət / xəcalətli2 прил. 1. пристыженный, смущённый, сконфуженный 2. чувствующий себя обязанным кому-л. за оказанное добро
Azərbaycanca-rusca lüğət / xəcalətli1 s. shameful; ashamed, embarrassed; ~ olmaq to be* obliged / bound to do smth., to be* in debt (to), to be* under obligation (to)
Azərbaycanca-ingiliscə lüğət / xəcalətli1 sif. honteu//x, - se ; confus, -e ; troublé, -e ; embarassé, -e ; ~ olmaq être confus, -e
Azərbaycanca-fransızca lüğət / xəcalətli1 прил. (садан патав) хажалатлу, регъуь тир, вичи-вич гунагькар яз гьисс ийизвай; xəcalətli etmək хажалатлу авун, регъуь авун, яру авун, кьил агъада ттун; xəcalətli qalmaq хажалатлу яз амукьун, садан вилик регъуь хьун.
Azərbaycanca-ləzgicə lüğəti / xəcalətli