* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars. xoş və ər. sifət] 1. Gözəl, göyçək, xoşsima, qanışirin. Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. S.S.Axundov. Mən geri çəkilib, bu xoşsifət qadına müdirin stoluna yaxın durmaq üçün yol verdim. T.Ş.Simurq. 2. məc. Gülərüzlü, xoşrəftar, nəvazişkar; xeyirxah, səmimi. Koroğlu baxdı ki, nalbənd çox xoşsifət bir kişidir. “Koroğlu”. Fərmanı sözün tam mənasında gülərüz və xoşsifət adlandırmaq olardı. Ə.Sadıq. Aslan bu xoşsifət adamları lap ilk gündən sevməyə başladı. S.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / xoşsifətli2 XOŞSİFƏT(Lİ) (gözəl üzü olan adam) Beləliklə rəssam, Yavərin evində hörmətlə qarşılanan xoşsifət və xoşrəftar bir müsahibə çevrildi (M.İbrahimov); XOŞSİMA Maral gecə-gündüz pərvanə kimi bu xoşsima qocanın başına dolanırdı (A.Şaiq); XOŞSURƏT [Divanbəyi:] Oğlan, mənim sənə yazığım gəlir. Görünür ki, sən bir cavan xoşsurət oğlansan (M.F.Axundzadə); XOŞÜZLÜ Gecə boylu qadındır... ağrı çəkərək; Xoşüzlü bir uşaq kimi doğur səhəri... (S.Vurğun); XOŞRU
Azərbaycan dilinin sinonimlər lüğəti / xoşsifətli1 [fars. xoş və ər. sifət] прил. 1. хуш ччин авай, иер, гуьзел, гуьрчег, рикӀиз чими; 2. пер. ччина хъвер авай, ччин ачух, хушкъилихдин, хушрафтар.
Azərbaycanca-ləzgicə lüğəti / xoşsifətli