Məhəmmədbağır mirzə Xosrovi
Məhəmmədbağır mirzə Məhəmmədrəhim mirzə oğlu Dövlətşahi (1849-1919)—İran şairi.
== Həyatı ==
Məhəmmədbağır mirzə Məhəmmədrəhim mirzə oğlu 1849-cu ildə Kirmanşah şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Sonra ərəb, fars dillərini öyrənmiş, sərf, nəhvi və hikmət elmini tamam-kamal etmişdi. Atasını ona xüsusi müəllim tutmuş, əruzu öyrənmişdi.
Məhəmmədbağır mirzə Dövlətşahi Hüseynqulu sultan Kəlhorun təşviqi ilə şeir yazmağa başlamışdı. Özünə Xosrovi təxəllüsünü götürmüşdü.
Məhəmmədbağır mirzə Xosrovi 1919-cu ildə vəfat edib.
== Əsərləri ==
Divan
Şəms və tuğra
Toğrul və Humay
Hüseynqulu xan Cahansuzun şərhi-halı
== Mənbə ==
Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.