II Xosrov
II Xosrov (klassik mənbələrdə ona aid edilən “Aparvez” ləqəbi sonrakı dövrlərdə dəyişikliyə uğrayaraq “Pərviz” şəklində işlədilməyə başlamışdır.), “Müzəffər” (pəhl. 𐭧𐭥𐭮𐭫𐭥𐭣𐭩 Husrō(y); həmçinin Xusrav Parvēz, خسرو پرویز Xosrov Parviz; 570, Ktesifon – 28 fevral 628, Ktesifon, Sasanilər dövləti) - Sasanilər imperiyasının 590-628-ci illərdə hakimiyyətdə olmuş sonuncu böyük şahı. O, IV Hörmüzün (579-590) oğlu, I Xosrovun (531-579) nəvəsidir. II Xosrov müsəlmanların Yaxın Şərqdə hakimiyyəti ələ keçirməsindən əvvəl uzun müddətli hakimiyyətdə olmuş sonuncu fars hökmdarıdır ki, onun ölümündən beş il sonra ərəblər bütün keçmiş Sasanilər imperiyası ərazisini ələ keçirmişlər. Hakimiyyətinin ilk dövrlərində taxtını itirən II Xosrov Bizansın köməyi ilə onu geri qaytarmış, bu hadisədən on il sonra isə Əhəmənilərin ənənəvi siyasətini davam etdirərək, Yaxın Şərqdəki zəngin Roma (Bizans) əyalətlərini işğal etməyə çalışmışdır; Onun hakimiyyətinin əsas hissəsi Bizansla müharibələr, Bəhram Çubin və Vistəhm kimi üsyançılarla mübarizədə keçmişdir.
Firdovsinin yazdığı “Şahnamə” və Nizami Gəncəvinin (1141-1209) yazdığı “Xosrov və Şirin” əsərlərində Xosrovun həyatının daha romantik olan uydurma versiyası işlənmişdir ki, bununla da Xosrov farsdilli ədəbiyyatın (sonradan həm də türkdilli ədəbiyyatın) əsas qəhrəmanlarından biri olmuşdur. “Xosrov və Şirin” əhvalatında sonradan Sasani məlaikəsi olmuş Şahzadə Şirin və II Xosrovun məhəbbət macərası, uzun mübarizə və çətinliklərdən sonra qovuşmaları təsvir edilmişdir.
== Bioqrafiyası ==
=== Erkən həyatı ===
II Xosrov təxminən 570-ci illərdə dünyaya gəlmişdir; atası IV Hörmüz, anası isə Parfiyanın yeddi böyük sülaləsindən biri olan İspahbudan sülaləsindən olan qadındır; həyatının ilk dövrlərində qardaşları Vinduyə və Vistəhmin ciddi təsiri olmuşdur.
=== Şəxsiyyəti və bacarıqları ===
Tarixçi Təbəri II Xosrovu belə təsvir edir:
Əfsanəyə görə, Xosrov Pərvizin içində 3000 konkubina saxlanılan şəbistanı olmuşdur.
=== Taxta gəlməsi ===
Xosrov, əmiləri Vistəhm və Viduyə tərəfindən törədilmiş saray çevrilişi nəticəsində atası IV Hörmüzün kor edilərək hakimiyyətdən uzaqlaşdırılmasından sonra hakimiyyətə gətirilmişdir.