kösöv sözü azərbaycan dilində

kösöv

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kösöv • 95.0000%
  • Kösöv • 5.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2015 •••••••••••••••••••• 0.17

kösöv sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bir hissəsi yanıb qaralmış, yaxud yanıb sönməkdə olan odun parçası. Kösövləri bir-birinin üstünə yığmaq. Kösövü alışdırmaq. – Keçmiş kösövü zor ilə yerə vuranda qığılcım saçılan kimi [dərvişin] gözləri məşəlləndi. A.Divanbəyoğlu. Kişinin ovqatı daha da xarablaşar, o yan-bu yanı axtarar, əlinə təndir kösövü götürüb, itə bir-iki çəkərdi. H.Sarabski. Xəmiri basdırandan sonra Gülcahan mətbəxin yanındakı təndirə doğru gəlib, təndirin odunu kösövlə qarışdırdı. T.Ş.Simurq. 2. məc. Yanıb qaralmış, kobudlaşmış şey haqqında. [Mürsəl:] Ayaqların kündə, əllərin kösöv; Gəlin gedən kimi qaynananı döy! S.Rüstəm. Rəngi sapsarı, dodaqları gömgöy; Əlləri qapqara bir kösöy. N.Rəfibəyli. □ Kösövə dönmək – 1) yanmaq, qaralmaq. Neçə il qabaq qonşularında olan Pakizə qızın özünü yandırması, bir an içində onun qolqıçlarının bir kösövə dönməsi Nənəqızı dərin bir dəhşətə salırdı. S.Rəhimov; 2) məc. hirslənmək, alışmaq, odlanmaq. [Ədhəm] fikrinin siyasi təsirini artırmaq üçün bircə an içində qaralıb kösövə döndü. B.Bayramov. ◊ Cəhənnəm kösövü – bax cəhənnəm. Kösövü tüstülü olmaq – adı pis çıxmaq, adı vayqanlı olmaq. [Əlyarov:] Yaxşı, yaxşı, – dedi, – bu sözü burda dedin, başqa yerdə demə, … onsuz da kösövümüz tüstülüdür. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / kösöv

kösöv sözünün etimologiyası

  • 1 Əsli közlayu (közə oxşayan) kimi olub, köz sözündən əmələ gəlib. Belə sözlər çoxdur: oxlayu “oxlov” deməkdir, biləklayu “bülöv” deməkdir... (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / kösöv

kösöv sözünün rus dilinə tərcüməsi

  • 1 головня, головешка, обгорелое полено

    Azərbaycanca-rusca lüğət / kösöv
  • 2 сущ. головня, головешка, обгорелое полено (недогорелый, необратившийся в уголь остаток дерева). Odlu kösöv горящее полено, tüstülü kösöv дымящееся полено ◊ kösövü tüstülüdür kimin о том, кто легко становится объектом пересудов и сплетень, kösöv kimi обугленный как полено, kösövə dönmək обугливаться, обуглиться, потемнеть на солнце; запечься (о человеческой коже)

    Azərbaycanca-rusca lüğət / kösöv

kösöv sözünün inglis dilinə tərcüməsi

kösöv sözünün fransız dilinə tərcüməsi

kösöv sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. цӀукӀ (са патак цӀай квай ва я са пад кана чӀулав хьайи кӀарас); 2. пер. кана чӀулав (векъи, кубут) хьайи затӀ (мес. гъилер); // kösövə dönmək а) ккун, ккана алугун, ккана цӀукӀ хьун, ккана чӀулав хьун; б) пер. ччанди цӀай кьун, хъел атун; ** cəhənnəm kösövü кил. cəhənnəm (cəhənnəm odu); kösövü tüstülü olmaq цукӀваник гум (кваз) хьун, тӀвар пис акъатун, тӀвар цуру хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / kösöv

"kösöv" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kösöv nədir? #kösöv sözünün mənası #kösöv nə deməkdir? #kösöv sözünün izahı #kösöv sözünün yazılışı #kösöv necə yazılır? #kösöv sözünün düzgün yazılışı #kösöv leksik mənası #kösöv sözünün sinonimi #kösöv sözünün yaxın mənalı sözlər #kösöv sözünün əks mənası #kösöv sözünün etimologiyası #kösöv sözünün orfoqrafiyası #kösöv rusca #kösöv inglisça #kösöv fransızca #kösöv sözünün istifadəsi #sözlük