* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. tar. Hökmdar, başçı. Hər cümə günündən cümə gününə xotkar qızı Nigar xanım məscidə gedir. “Koroğlu”. İbrət et Ağaməhəmməd xandan, ey kəmtər gəda; Ta həyatın var ikən, nə şahə, nə xotkarə bax! M.P.Vaqif. Nə qızdan başlamısan? Guya bir xotkarın qızıdır! S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / xotkar3 1. Hökmdar, sultan, başçı. 2. Bax: xonkar. (“Koroğlu” dastanının lüğəti) Dastanlarda xonkar, xodkar, xudkar şəklində də işlənir. Bax: xonkar. Koroğlu, məni xotkar sənin yanına göndərib. Bəsdir bu qədər xotkara düşmən oldun. İstəyirəm xotkarla səni barışdıram. Xotkar deyir, o mənim böyük oğlum, Bürcü Sultan kiçik oğlum. (“Hasan paşanın Çənlibelə gəlməyi”) * Bu tərəfdən də xotkar bütün paşalara, qoşun böyüklərinə fərman göndərmişdi ki, kim Koroğlunun ya özünü, ya da başını gətirsə, onu dünya malından qəni edəcək. (“Koroğlunun Ərzurum səfəri”) * Baş əymərəm xotkar yazan fərmana, Gələrsən əlimdən axır amana, Koroğluyam, nərəm çıxar asmana, Qoşun qaçar dörd bir yana, əfəndim! (“Hasan paşanın Çənlibelə gəlməyi”) * Vuram xotkar, tutam paşa, Xanlar məndən çəkə haşa. Bu dövranım vara başa, Sönməyən çırağım ola!.. (“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikası / xotkar4 1. Hökmdar, başçı. 2. Türkiyə (İstanbul) sultanı. Sizə haradan xəbər verim, Əhməd Xotkardan. Süsənbər Əhməd Xotkarın nişannısı idi. (“Heydər bəy”)
Azərbaycan dastanlarının leksikası / xotkar